Month: March 2021

  • Ən çox bu ölkələrin diplomlarının tanınması ilə bağlı müraciət edilib – SİYAHI

    Fevral ayı ərzində hansı ölkələr üzrə diplomların tanınması ilə bağlı edilən müraciətlər açıqlanıb.
     
    Rusiyadan 74, Ukraynadan 71, Türkiyədən 70, Gürcüstandan 17, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 6, Polşadan 4, İtaliyadan 4, Şimali Kipr Türk Respublikasından 4, Çin Xalq Respublikasından 3, Belarusdan 3, Macarıstandan 3, Efiopiyadan 2, İsveçrədən 2, ABŞ-dan 2 və digər ölkələrdən 9 nəfərin yer aldığı müşahidə olunur.

    Qeyd edək ki, ümumilikdə həmin müddət ərzində ortalama baxılan 274 müraciətin 204-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 70 müraciət barədə isə mənfi qərar qəbul olunub.
     
    ///report

  • Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib, yaralılar var

    Paytaxtın Rəşid Behbudov küçəsində ağır yol nəqliyyat hadisəsi baş verib.
    Bununla bağlı görüntülər sosial şəbəklərdə paylaşılıb. 
    Hadisə nəticəsində yaralıların olduğu bildirilib.
    Hal-hazırda həmin ərazidə nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. 

  • Naxçıvanda bir sıra qadınlar təltif edildilər – SİYAHI

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov martın 5-də Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncamda deyilir:

    “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətlərinə görə:

    Əsgərova Məhsəti Qasım qızı − “Əməkdar müəllim” fəxri adı ilə;

    Həsənova Xumar Qurban qızı – “Əməkdar həkim” fəxri adı ilə;

    Bağırova Fəxrəntac Salman qızı

    Quliyeva Məhsəti Məmməd qızı – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər”.

  • Dünyada gün ərzində 100-dən çox zəlzələ və yeraltı təkan qeydə alınıb

    Dünyada gün ərzində 100-dən çox zəlzələ və yeraltı təkanlar baş verib.

    Bu barədə ABŞ Geoloji Tədqiqat (USGS) Xidməti məlumat yayıb.

    Bildirilir ki, Çin, İspaniya, Yaponiya, Türkiyə, Nikaraqua və İslandiyada müxtəlif gücdə titrəmələr müşahidə edilib.

    Çərşənbə günü Yunanıstanda 6.0 bal gücündə zəlzələ baş verdi. Lakin, cümə axşamı ölkə ərazisi yenidən silkələnib. Yeraltı təkanlar 5.9 bal gücündə olub. Yunanıstanlı seysmoloqlar ölkənin mərkəzi hissəsində, Elassondaki ikinci böyük zəlzələnin nadir hadisə olduğunu deyirlər. Onlar hesab edir ki, bu, yer təbəqəsində növbəti qırılmanın meydana çıxması səbəbindən baş verə bilər.

    Kamçatka sahillərində də 5.0 bal gücündə zəlzələnin baş verdiyi bildirilib. Daha bir təkan Kuril adalarında 6.1 bal gücündə qeydə alınıb.

    Cümə axşamı günü ən güclü zəlzələlər Yeni Zelandiya sahillərində qeyd olunub. Zəlzələlər 7.3-8.1 bal arasında dəyişib. Ərazidə Peru və Çili səlahiyyətliləri tərəfindən sunami təhlükəsi elan edilib.

  • Bakıda bəzi ərazilərdə tıxac yaranıb, avtobuslar gecikir – SİYAHI+FOTO

    Hazırda paytaxtın əksər küçə və prospeklərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

    Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

    Bildirilib ki, sıxlıq səbəbindən əksər istiqamətlər üzrə müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var.

    Sıxlıq müşahidə olunan küçələr aşağıdakılardır:

    1. Ziya Bünyadov prospekti – Əsas yol (Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən başlayaraq, Bakı Polad Zavodunun qarşısı da daxil olmaqla, eyni zamanda “Çermet” körpüsü üzərindən 20 Yanvar dairəsi istiqamətində) sıxlıq

    2. Üzeyir Hacıbəyli küçəsi (Cavanşir körpüsünün üzərindən Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində və eyni zamanda Azadlıq prospekti ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər) sıxlıq

    3. Afiyəddin Cəlilov küçəsi (Cavanşir körpüsünün üzərindən Hökumət Evi istiqaməti) sıxlıq

    4. Tbilisi prospekti (Hər iki istiqamət, Şəhər mərkəzi istiqaməti – Əsas yol Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər və Rövşən Cəfərov küçəsi ilə kəsişmə olan hissəsi də daxil 20 Yanvar dairəsi istiqaməti) sıxlıq

    5. Azadlıq prospekti (Sahib Zeynalov küçəsi ilə kəsişmədən Salatın Əsgərova küçəsi ilə kəsişməyə qədər olan hissəsi) sıxlıq

    6. 28 May küçəsi (A.Puşkin küçəsi ilə kəsişmədən sonra Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər) sıxlıq

    7. Abbasqulu ağa Bakıxanov küçəsi (Səməd Vurğun küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqaməti) sıxlıq

    8. Yusif Səfərov küçəsi (Xocalı prospekti ilə kəsişmədən başlayaraq Heydər Əliyev prospekti – Kənar yol istiqaməti) sıxlıq

    9. Xocalı prospekti (Yusif Səfərov küçəsi istiqamətində) sıxlıq

    10. Salatın Əsgərova küçəsi (Təbriz küçəsi ilə Ceyhun bəy Hacıbəyli küçələrinin kəsişməsindən Azadlıq prospekti ilə kəsişməyə qədər olan hissəsi) sıxlıq

    11. Həsən bəy Zərdabi prospekti (20 Yanvar dairəsinə düşən hissə) sıxlıq

    12. Rəşid Behbudov küçəsi (Üzeyir Hacıbəyov küçəsi ilə kəsişmədən 28 May küçəsi ilə kəsişməyə qədər) sıxlıq

    13. Gülarə Qədirbəyova küçəsi (Ş.İ.Xətai prospekti ilə kəsişmə istiqamətində) sıxlıq

    14. Heydər Əliyev prospekti – Köməkçi yol (Şəhər mərkəzi istiqaməti) sıxlıq

    15. Cəlil Məmmədquluzadə küçəsi (Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməyə qədər) sıxlıq

    16. Alı Mustafayev küçəsi – Köməkçi yol (Ziya Bünyadov prospekti istiqamətində) sıxlıq

    17. Qara Qarayev prospekti (Dakar dairəsi, eyni zamanda Neftçilər metro stansiyası istiqamətində) sıxlıq

    18. Babək prospekti (Hər iki istiqamətdə, Yeni Günəşli istiqaməti Nəcəfqulu Rəfiyev küçəsinə qədər, Kənar yol və Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən başlayaraq Şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində əsas yol) sıxlıq

    19. Abdulvahab Salamzadə küçəsi – Əsas yol (Ziya Bünyadov prospekti istiqamətində) sıxlıq

    20. Şəmsi Bədəlbəyli küçəsi – (Bülbül prospekti ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Azadlıq prospekti ilə kəsişmə istiqamətində) sıxlıq

    21. Koroğlu Rəhimov küçəsi (Hər iki istiqamətdə – Gülarə Qədirbəyova küçəsi və Akademik Həsən Əliyev küçəsi istiqamətində) sıxlıq

    22. Bülbül prospekti – (Sahil metrostansiyasının qarşısı da daxil olmaqla, Xaqani küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində) sıxlıq

    23. Süleyman Rüstəm küçəsi – (Sahib Zeynalov küçəsi ilə kəsişmədən Salatın Əsgərova küçəsi ilə kəsişməyə qədər) sıxlıq

    24. Xaqani küçəsi – (Bülbül prospekti ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər) sıxlıq

    25. M.K.Atatürk prospekti – (Gənclik metrostansiyası istiqamətində Akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən Məmməd Araz küçəsi ilə kəsişməyə qədər, Ayna Sultanova heykəli istiqamətində) sıxlıq

    26. Alı Mustafayev küçəsi – Əsas və köməkçi yol (Ziya Bünyadov prospekti istiqamətində) sıxlıq

    27. Binəqədi şosesi (Binəqədi qəsəbəsi istiqamətində) sıxlıq

    28. Ağa Nemətulla küçəsi – Əsas və kənar yol (Heydər Əliyev prospekti ilə kəsişmə istiqamətindən başlayaraq və Heydər Əliyev prospekti ilə kəsişmə istiqamətinə doğru) sıxlıq






  • Həbsdə olan qazi azadlığa buraxıldı – FOTO

    Bu gün Şirvan Apelyasiya məhkəməsində müharibədən əvvəl oğurluqda təqsirləndirilən qazi Aydın Ağzadənin məhkəmə qərarından dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protestinə baxılıb.

    Hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, prokurorun apellyasiya protesti təmin edilib, Cəlilabad rayon sakini Ağazadə Aydın Nəbi oğlu azadlığa buraxılıb.

    Cəlilabad rayon məhkəməsinin 2 fevral 2021-ci il tarixli hökmü ilə Aydın Ağazadə Cinayət Məcəlləsinin 234.2 (satış məqsədilə narkotik maddələri daşıma), 177.2.1 (oğurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (oğurluq; yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə təqsirləndirilərək 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi.

    Cinayət işi Baş Prokurorluğun rəhbərliyinin tapşırığı əsasında öyrənilərkən təqsirləndirilən şəxs Aydın Ağazadəyə elan edilmiş ittihamın məhkəmə istintaqı zamanı tam təsdiq edildiyi müəyyən edilib.

    Bununla belə, təqsirləndirilən şəxs Aydın Ağazadənin Vətən uğrunda gedən döyüşlərdə iştirakı, göstərdiyi şücaətə görə dövlət təltiflərinə layiq görülməsi yüngülləşdirici hal kimi nəzərə alınmaqla, A.Ağazadənin cəzasının yüngülləşdirilməsi məqsədilə Baş Prokurorun müavini tərəfindən 12 fevral 2021-ci il tarixdə apelyasiya protesti verilib.

  • YAP-ın Təftiş Komissiyasının yeni tərkibi – SİYAHI

    Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında partiyanın yeni Təftiş Komissiyasının tərkibi təsdiqlənib.

    “Report”un məlumatına görə, əvvəllər 15 nəfərdən ibarət olan Komissiyanın tərkibi 13 nəfərə endirilib.

    Komisssiyanın tərkibi aşağıdakı kimidir:

    1. Paşazadə Cavanşir Hümmət oğlu

    2. Həsənov Həsən Zal oğlu

    3. Həsənova Məlahət İbrahim qızı

    4. Musayev Musa Həzi oğlu

    5. Səfərov Nizami Abdulla oğlu

    6. Hüseynov Aydın Nəsir oğlu

    7. Seyidov Səməd İsmayıl oğlu

    8. Nəsirov Elman Xudam oğlu

    9. Hüseynova Sevinc Əmirəhməd qızı

    10. Qurbanov Sadiq Haqverdi oğlu

    11. İsgəndərov Vüqar Yapon oğlu

    12. Hüseynova Badam Şahmar qızı

    13. Həmzəyev Naqif Ələşrəf oğlu

  • Qazi və şəhid ailələrinin evlərinə qaz verilib

    Ötən il dekabrın 15-dən 2021-ci il fevral ayının sonunadək 1-ci Qarabağ və Vətən Müharibəsinin iştirakçısı olan qazilərin, şəhid ailələrinin “Azəriqaz” İstehsalat Birliyinə 31 müraciəti daxil olub.

    Birlikdən verilən məlumata görə, bunlar yalnız Birliyin Təmir-Tikinti İdarəsinin həyata keçirəcəyi işlərin siyahısıdır.

    Bundan başqa Regional qaz istismarı İdarələri də səkkiz bölgə üzrə onlarla eyni təbəqədən olan insanların müraciətlərinin icrasını tənzimləməkdədir.

    Bu igid övladlardan bir neçəsinin qəhrəmanlıq hekayəsini də nəzərdən keçirək.

    Elgün Muradov və atası Nəriman Muradov torpaqlarımızın azadlığı uğrunda döyüşən cəsur döyüşçülər olublar. Oğul 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsinin, ata isə 1-ci Qarabağ Müharibənin iştirakçısı olub. Hər ikisi vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərə qatılmaqdan fəxr hissi keçirdiklərini deyirlər. Elgün Muradov Vətən Müharibəsində Qubadlı, Zəngilan, Füzuli, Xocavənd rayonlarının işğaldan azad olunmasında şücaət göstərib. Onun atası Nəriman Muradov isə 1-ci Qarabağ Müharibəsində 1992-ci ildə Ağdərə, Tərtər, Qırmızıkənd istiqamətində döyüşüb.

    Onlar Abşeron rayonu, Yeni Mehdiabad yaşayış massivindəki fərdi yaşayış evlərində təbii qazın olmadığı barədə “Azəriqaz” İB-yə müraciət ediblər. Qazilərin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ailələrinin müraciətlərinə diqqət göstərən Birlik bu müraciətə də həssaslıqla yanaşıb. Qısa müddət ərzində sözügedən yerdə qazlaşdırma işləri həyata keçirilib.

  • Prezident: “Gələcək haqqında düşünməli, zamanı qabaqlamalıyıq”

    Xalq 2003-cü ildə Heydər Əliyev siyasətinə səs vermiş, mənə etimad göstərmişdir. Çünki mən demişdim ki, əgər xalq etimad göstərərsə, Ulu Öndərin siyasətinə sadiq qalacağam. O, əsas amillərdən biri idi. Həyat onu göstərdi ki, biz son 17 il ərzində doğrudan da tarixi uğurlara imza atdıq.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında son 17 ildə qazanılan uğurlardan danışarkən söyləyib.

    Dövlətimizin başçısı deyib: “Bu dövrü xarakterizə etmək üçün çox vaxt lazımdır. Hər şey göz qabağındadır. Əminəm ki, bizim tarixçilərimiz, politoloqlarımız, alimlərimiz bu dövrü də məqalələrdə, kitablarda, dərsliklərdə düzgün əks etdirəcəklər. Çünki bu, ölkəmizin əvvəlki dövrə, o möhkəm təmələ əsaslanmış, amma yeni dövrü idi. Bu da təbiidir. Çünki hər dövrün öz tələbləri var. Biz XXI əsrdə 1990-cı illərin tələbləri ilə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub da bütün gün o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməli, zamanı qabaqlamalıyıq”.

    Prezident vurğulayıb ki, indi Qarabağın bərpası ilə bağlı bizim əsas rəqibimiz zamandır. “Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanlarımız artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın”, – deyə dövlətimizin başçısı qeyd edib.

  • Ректор Эльмар Гасымов избран в правление ПЕА

    На состоявшемся 5 марта съезде правящей Партии “Ени Азербайджан” (ПЕА) был сформирован новый состав ее правления.

    В числе избранных в него – ректор Бакинской высшей школы нефти Эльмар Гасымов.

    Он являлся членом политического совета ПЕА с 1999 года.