Month: March 2021

  • Sabahın hava proqnozu

    Azərbaycanda sabaha olan hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə martın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 9-14, Bakıda gecə 3-5, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 55-60 faiz təşkil edəcək.

    Martın 6-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında martın 6-da arabir güclənən cənub-qərb küləyinin 7-də güclü şimal küləyi ilə əvəz olunacağı və atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

  • В предстоящие нерабочие дни электропоезда курсировать не будут – ОФИЦИАЛЬНО

    Согласно решению Кабмина, электропоезда Баку-Пиршаги-Сумгайыт не будут курсировать 6, 7 и 8 марта.

    Об этом сообщили в пресс-службе ЗАО “Азербайджанские железные дороги”.

    Отмечается, что движение согласно действующему графику будет возобновлено 9 марта.

  • Bakı-Pirşağı-Sumqayıt qatarları işləməyəcək – RƏSMİ

    Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Bakı-Pirşağı-Sumqayıt elektrik qatarları mart ayının 6, 7 və 8-i hərəkətdə olmayacaq.

    Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

    Bildirilib ki, 9 mart tarixindən etibarən cari cədvəl üzrə hərəkət bərpa olunacaq.

  • Избран новый состав правления ПЕА

    5 марта на съезде партии “Ени Азербайджан” (ПЕА) был избран новый состав правления.

    Об этом журналистам сообщил депутат Милли Меджлиса Эльман Мамедов.

    Он отметил, что председателем правления ПЕА является Президент Ильхам Алиев, заместитель премьер-министра Али Ахмедов остался заместителем председателя партии.

    По словам депутата Самеда Сеидова, в партии произведены большие изменения.

  • YAP-a yeni İdarə Heyəti seçilib

    Yeni Azərbaycan Partiyasının (YAP) qurultayında yeni İdarə Heyəti seçilib.

    Bu barədə jurnalistlərə deputat Elman Məmmədov məlumat verib.

    O bildirib ki, YAP İdarə Heyətinin sədri Prezident İlham Əliyevdir.

    Baş nazirin müavini Əli Əhmədov isə sədr müavini olaraq qalıb.

    Deputat Səməd Seyidov isə bildirib ki, partiyada böyük dəyişikliklər olub.

    Qeyd edək ki, yeni İdarə Heyətinin üzvlərinin sayı 40 nəfərdən ibarətdir.

  • Azərbaycanlı iş adamı Mübariz Mənsimov ev həbsi şərtiylə azadlığa buraxılıb

    FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimov ev həbsi şərtiylə azadlığa buraxılıb.
     
    İnterAz xəbər verir ki, bu barədə iş adamının köməkçisi Fidan Quliyeva sosial şəbəkələrdə paylaşıb.
     
    Qeyd edək ki, Bu gün FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsi keçirilib. Məhkəmədə şahidlər dindirilib, daha sonra Mənsimova söz verilib. O, ifadəsində ona qarşı irəli sürülən ittihamları qəbul etməyərək bəraətini istəyib.

  • Füzulinin Yuxarı Rəfədinli kəndindən görüntülər – VİDEO

    Müdafiə Nazirliyi Füzuli rayonunun Yuxarı Rəfədinli kəndindən görüntülər hazırlayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Qazaxıstanın dövlət televiziyası “Dağdakı Qarabağ, yeni atəşkəs” adlı sənədli film yayımlayıb – FOTO

    Qazaxıstanın dövlət televiziyası 44 günlük Vətən Müharibəsindən bəhs edən “Dağdakı Qarabağ, yeni atəşkəs” adlı sənədli film yayımlayıb.

    AZƏRTAC xəbər verir ki, filmin çəkilişləri işğaldan azad edilən ərazilərdə aparılıb.

    Filmdə Qarabağ münaqişəsinin tarixinə qısa ekskursiya edilir və qeyd olunur ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın Ermənistan tərəfindən işğal edilən ərazilərinin qeyd-şərtsiz boşaldılması haqqında qətnamələr qəbul edib. Lakin münaqişənin davam etdiyi müddətdə vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti nəticəsində Azərbaycanın bütün sülh cəhdləri nəticəsiz qalıb.

    Sonda Azərbaycan güc yolu ilə öz ərazi bütövlüyünü bərpa etməyə qərar verib. Ay yarım davam edən müharibə Azərbaycanın qələbəsi ilə başa çatıb və 30 illik işğala son qoyulub. Qeyd olunur ki, qısa müddətdə Azərbaycan Ordusu Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarını və Şuşa şəhərini işğaldan azad edib, ardınca 10 noyabr üçtərəfli atəşkəs razılaşması ilə Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz geri alınıb.

    Bununla belə Qələbənin asanlıqla əldə edilmədiyi, Azərbaycan tərəfinin qəhrəman hərbçilərinin şəhid olduğu bildirilir. Ermənistan tərəfindən isə itkilərlə bağlı dəqiq rəsmi məlumatın verilmədiyi, ayrı-ayrı mənbələrin yaydığı məlumata əsasən 4500-dən çox erməni hərbçisinin öldüyü qeyd olunur.

    Ağdam şəhərinin müharibədən sonrakı mənzərəsindən dəhşətə gəldiyini vurğulayan müəllif buranın əbəs yerə “Qafqazın Xırosima” adlandırılmadığını söyləyir və bildirir ki, şəhərin qalıqları içərisində yeganə tikili yarı dağıdılmış vəziyyətdə olan Ağdam məscidi qalıb, başqa heç nə yoxdur.

    İşğaldan azad edilmiş ərazilərdəki vəziyyətlə yanaşı, Ermənistanın Gəncə, Tərtər və Bərdə şəhərlərinə xain raket hücumu, onlarla dinc sakinin və uşaqların qətlə yetirilməsi filmdə əksini tapır.

    Filmin yaradıcı qrupu Vətəni üçün canını vermiş övladların qəhrəmanlıqlarını, şəhid ailələrinin mərdliklə sinə gərdiyi ağrı-acıları və onların kədərə bürünmüş zəfər sevincini böyük peşəkarlıqla tamaşaçılara çatdırır.

    Azərbaycanda xeyli sayda fərqli etnik qrupların, dini icmaların nümayəndələrinin bir arada sülh içərisində yaşadığı, onların da Vətən müharibəsində öz ana yurdları üçün qəhrəmanlıqla vuruşduğu və şəhid olduğu qeyd edilir, Bakı və Azərbaycanın arxiyepiskopu Aleksandrın və Azərbaycan Dağ Yəhudiləri İcmasının başçısı Melih Yevdayevin bununla bağlı fikirlərinə yer verilir.

    Filmdə həmçinin, Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyəti, işğaldan azad edilən ərazilərin idarə edilməsi, minalardan təmizlənməsi və bərpa planları haqqında Azərbaycanın rəsmi mövqeyi geniş əksini tapır. Qeyd olunur ki, Füzuli şəhərində beynəlxalq hava limanının tikintisi, Naxçıvan dəhlizi vasitəsilə nəqliyyat yollarının bərpası Mərkəzi Asiya ölkələri, xüsusilə Qazaxıstan üçün böyük əhəmiyyət daşıyır.

    Avtomobil və dəmir yollarının bərpası nəticəsində Aktau, Almatı, Daşkənd və Bişkek şəhərlərindən Avropaya daha sürətli və rahat çıxış təmin olunacaq.

    Filmdə Azərbaycanın mədəniyyət və musiqi beşiyi Şuşanın, Qarabağın, bütövlükdə işğal altındakı torpaqların azad olunması ilə təkcə iqtisadi deyil, həm də mənəvi-mədəni sferada böyük sıçrayışın gözlənildiyi qeyd olunur.

  • Цена нефти Brent поднялась до 68 долларов впервые с января 2020 года – ОБНОВЛЕНО

    Цена майского фьючерса на нефть марки Brent на лондонской бирже ICE выросла на 1,89% и достигла 68 долларов за баррель, свидетельствуют данные торговой площадки, пишет ТАСС.

    В последний раз цена Brent достигала такой отметки в январе 2020 года.

    * * * * *

    Мировые цены на нефть растут в ходе торгов в пятницу, 5 марта, передает RT.

    Апрельские фьючерсы на нефть WTI увеличились на 0,94%, составив 64,43 доллара за баррель.

    Фьючерсы на нефть марки Brent с поставкой в мае выросли на 0,99% – до 67,40 доллара за баррель.

  • Dünya bazarında neft bahalaşdı

    Dünya bazarında neft bahalaşır.

    Bu barədə RT məlumat yayıb.

    WTI markalı neftin aprel fyuçersləri 0,94 faiz bahalaşıb və bir barelinin qiyməti 64,43 ABŞ dolları təşkil edib.

    “Brent” markalı neftin may fyuçersləri isə 0,99 faiz bahalaşıb və bir bareli 67,40 dollara satılıb.