Month: March 2021

  • “Simpsonlar” cizgi serialı daha iki il yayımlanacaq

    ABŞ-ın “Fox” telekanalı “Simpsonlar” animasiya serialının 33 və 34-cü mövsümlərinin yayımı haqqında qərar qəbul edib.

    “Variety” resursunun məlumatına görə, cizgi serialının qeyd olunan mövsümləri 2022 və 2023-cü illərdə efirə çıxacaq.

    Qeyd edək ki, “Simpsonlar”ın ilk seriyası 1989-cu ilin dekabrın 17-də nümayiş olunub.

    2007-ci ildə onun motivləri əssənda tammetrajlı cizgi filmi hazırlanıb.

    Ötən ilin sentyabr ayında serialın 32-ci mövsümü start götürüb. Martın 21-də “Simpsonlar”ın 700-cü seriyasının efirə gedəcəyi bildirilir.

  • В Баку в общежитии для вынужденных переселенцев произошел пожар

    В Бинагадинском районе Баку в общежитии для вынужденных переселенцев произошел пожар.

    Об этом сообщает пресс-служба МЧС.

    Так, на крыше четырехэтажного здания на площади 50 кв.м сгорели пристройки из деревянных конструкций. Остальная часть здания была защищена от огня.

    Пожар потушен.

  • Bakıda məcburi köçkünlərin yataqxanasında yanğın olub

    Bakıda məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli yataqxana binasında yanğın olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

    Belə ki, paytaxtın Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli yataqxana binasının damında taxta konstruksiyalardan ibarət artırma tikililər 50 kvadratmetr sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

    Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • “Facebook” siyasi reklamlara qoyulan qadağanı ləğv edir

    “Facebook” platformasında siyasi reklamlara qoyulan qadağanı ləğv edir.

    Bu barədə “The Hill” şirkətin açıqlamasına istinadən xəbər yayır.

    “Bu müvəqqəti qadağanı seçki günündən sonra qarışıqlıq və sui-istifadə hallarının qarşısını almaq üçün 2020-ci ilin noyabr seçkilərindən sonra tətbiq etdik”, – deyə şirkətdən bildirilib.

    Daha əvvəl “Google” bu ilin yanvarında ABŞ Konqresinin binasına hücumdan sonra tətbiq olunan oxşar qadağanı ləğv edib.

  • Sabirabadda qanunsuz ov edənlər tutuldu

    Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən martın 4-də Minbaşı kəndi ərazisində qanunsuz ov etdiklərinə görə Şirvan şəhər sakinləri A.Bədirov və R.Şirəliyev saxlanılıblar.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, onlardan müvafiq sənədləri olmayan “Tula” və “İJ-58” markalı ov tüfəngləri götürülüb.

  • Azərbaycan “OPEC+” çərçivəsində ixtisarların apreldə də davamına razılıq verdi

    Azərbaycan “OPEC +” ölkələri nazirlərinin 14-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların aprel ayında da davam etdirilməsi ilə bağlı əldə edilmiş razılaşmanı dəstəkləyib.

    Bu barədə Energetika Nazirliyi məlumat yayıb.

    Yeni qərara əsasən, Azərbaycanın apreldə öhdəliyi bu ilin birinci rübündə olduğu kimi 2018-ci ilin oktyabr ayında hasilat səviyyəsindən gündəlik 123 min barel azalma həcmində qalacaq. Gündəlik xam neft hasilatı isə apreldə də 595 min barel səviyyəsində saxlanılacaq. “OPEC +” ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları isə apreldə 6,9 milyon barel təşkil edəcək.

    Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin ötən ilin dekabrında keçirilmiş 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayında 0,5 milyon barel artırılması, “OPEC +” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə kvotaların qarşıdakı aylarda tədricən 2 milyon barelədək yumşaldılması razılaşdırılmışdı.

    Bu çərçivədə “OPEC +” ölkələri nazirlərinin 2021-ci ilin yanvar ayındakı 13-cü iclasında gündəlik xam neft hasilatının fevralda 7 milyon 125 min barel, martda isə 7 milyon 50 min barel azaldılmasına qərar verilib.

  • Qadın 900 dollar götürüb evdən qaçdı

    Şəkidə qadın itkin düşüb.

    Trend-in məlumatına görə, hadisə rayonun Aşağı Daşağıl kəndində baş verib. Kənd sakini Kərimova Röya Sakit qızı yaşadığı evdən 900 dolları götürərək naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Ильхам Алиев выступил на съезде ПЕА – ОБНОВЛЕНО

    5 марта проводится внеочередной VII съезд партии “Ени Азербайджан” (ПЕА), сообщает АЗЕРТАДЖ.

    Президент Азербайджана, председатель ПЕА Ильхам Алиев выступил на нем в формате видеоконференции.

    На съезде будут заслушаны отчеты за прошедший период, сформирован новый состав руководящих структур партии.

    * * * * *

    Начался седьмой съезд партии “Ени Азербайджан” (ПЕА).

    На нем планируется рассмотреть вопросы изменения составов правления и политсовета.

  • İlham Əliyev YAP-ın qurultayında çıxış etdi – YENİLƏNİB

    Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı keçirilir.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda çıxış edib.

    Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.

    * * * * *

    Yeni Azərbaycan Partiyasının yeddinci qurultayı başlayıb.

    Qurultayda partiyanın rəhbər strukturlarında dəyişiklik olunacağı gözlənilir.

  • Azərbaycanda peyvənd olunanların sayı 350 mini keçdi

    Martın 4-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 26,601 nəfər vaksinasiya olunub.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Bildirilib ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 363,183 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya ölkənin bütün rayonlarında uğurla davam etdirilir.