Month: March 2021

  • Vilayət Eyvazov Pakistanın Baş Qərargah rəisini qəbul edib

    Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov martın 5-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

    Strateji müttəfiqlər olan iki dövlət arasında əlaqələrin zəngin tarixə malik olduğunu, Azərbaycan Prezidenti İlham Əliyevin bu münasibətlərin daha da genişlənməsinə hər zaman xüsusi önəm verdiyini diqqətə çatdıran Daxili İşlər naziri V.Eyvazov beynəlxalq aləmdə və regional təşkilatlar çərçivəsində dost və qardaş ölkə olan Pakistanın Azərbaycanın mövqeyini hər zaman birmənalı şəkildə dəstəklədiyini vurğulayıb.

    Dövlət başçılarının siyasi iradəsi nəticəsində son illər bütün sahələrdə inkişaf və tərəqqinin müşahidə olunduğunu qeyd edən nazir V.Eyvazov iki dost ölkənin daxili işlər nazirlikləri arasında da sıx münasibətlərin mövcüdluğundan, imzalanmış beynəlxalq hüquqi sənədlər əsasında transmilli mütəşəkkil cinayətkarlıqla, xüsusilə narkotiklərin qanunsuz dövriyyəsinə, qeyri-leqal miqrasiyaya və insan alverinə qarşı mübarizədə birgə səylərin göstərilməsindən, əməliyyat məlumatlarının mübadiləsindən məmnunluğunu bildirib, qarşılıqlı səfərlərin birgə işbirliyinin daha da dərinləşdirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

    Səmimi qəbula görə təşəkkür edən N.Raza dövlətlərimiz və xalqlarımız arasında dostluq, qardaşlıq münasibətlərinin həqiqətən dərin köklərə malik olduğunu önə çəkərək xüsusilə son illər ərzində bütün sahələrdə əlaqələrin daha sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlik və əmin-amanlıqdan, respublikamızın, onun paytaxtının dünyanın ən təhlükəsiz şəhərlərindən biri olmasından məmnunluğunu bildirib.

    Səmimilik və dostluq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

  • В Баку ожидается сильный ветер – ПРЕДУПРЕЖДЕНИЕ

    В Баку и на Абшеронском полуострове 6 марта прогнозируется юго-западный ветер, временами усиливающийся до 15-20 м/с, 7 марта – северо-западный ветер 20-25 м/с, днем в отдельных частях полуострова он усилится до 30-35 м/с.

    Соответствующее предупреждение распространила Национальная служба гидрометеорологии.

    По ее данным, температура воздуха снизится на 4-6 градусов.

    В районах Азербайджана с вечера 7 по 9 марта ожидается нестабильная погода, временами дождь, в горных и предгорных районах – снег, местами интенсивный. Подует западный ветер, 6 марта усилится временами до 18-23 м/с, 7 марта – до 25-30 м/с, в отдельных местах – 32-35 м/с.

    Температура воздуха снизится на 5-10 градусов. В горных и предгорных районах на дорогах возможна гололедица.

  • Güclü külək əsəcək – XƏBƏRDARLIQ

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı əhaliyə xəbərdarlıq edib.

    Qurumdan bildirilib ki, Bakıda və Abşeron yarımadasında martın 6-da cənub-qərb küləyinin əsəcəyi, arabir 15-20 m/s-dək güclənəcəyi, martın 7-də şimal-qərb küləyinin əsəcəyi, 20-25 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu 4-6 dərəcə aşağı enəcək.

    Azərbaycanın rayonlarında martın 7-si axşamdan 9-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, martın 6-da arabir 18-23 m/s, martın 7-də 25-30 m/s, ayrı-ayrı yerlərdə arabir 32-35 m/s-dək güclənəcək. Havanın temperaturu 5-10 dərəcə aşağı enəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

  • İlham Əliyev: “Biz beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik ölkəyə çevirdik”

    Biz bütün işləri ardıcıllıqla edirik və əgər son 17 illik tariximizə nəzər salsaq görərik ki, qarşıya hədəflər qoyulurdu, hədəflər düzgün müəyyən edilirdi, biz bu hədəflərə çatırdıq və ondan sonra qarşımıza yeni hədəfləri qoyurduq. Beləliklə həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin etdik, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirdik və əsas məsələmizi – ərazi bütövlüyümüzün bərpasını təmin etdik.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında söyləyib.

    Yeni Azərbaycan Partiyasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən dövlətimizin başçısı deyib:

    “Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Burada, əlbəttə ki, onun 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər önəmli rol oynayırdı. Çünki mən bunu dəfələrlə demişəm və partiya üzvləri bunu yaxşı bilir, gənc nəsil də bilməlidir ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Heydər Əliyevin fəaliyyətinin nəticəsində 1982-ci ildə isə qabaqcıl yerlərdə idi. Əgər iki respublika donor respublika idisə, onlardan biri də Azərbaycan idi. O vaxt onun gördüyü işlər həm sənaye, həm kənd təsərrüfatı, həm yüngül sənaye sahələrini böyük dərəcədə inkişaf etdirdi, canlandırdı və insanlar o dövrü xatırlayırlar. Bir də ki, Heydər Əliyevin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizəsi haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırmışdır”.

  • Президент Ильхам Алиев: Мы достигаем поставленных целей в борьбе с неприятными ситуациями

    За последние три года были проведены президентские и парламентские выборы. Они занимают особое место в современной жизни страны. Особенно если учитывать, что в период проведения этих выборов проводимые в стране реформы вступили в новый этап, и сегодняшний Азербайджан – это страна, проводящая широкомасштабные преобразования, что мы видим в нашей повседневной жизни, в экономических показателях страны и в достижениях в социальной сфере. Эти реформы имеют очень большое значение. В то же время наши инициативы, преобразования играют большую роль и в оздоровлении общественно-политического климата.

    Об этом сказал Президент Ильхам Алиев в своем выступлении 5 марта на VII съезде партии “Ени Азербайджан”, сообщает АЗЕРТАДЖ.

    “Программа, о которой я объявил после президентских выборов, выполняется, и мы последовательно достигаем поставленных целей. После выборов первоочередной задачей было восстановление нашей территориальной целостности, и мы ее воплотили в жизнь. В то же время перед нами поставлены четкие цели в политической, экономической, социальной и других сферах, в том числе и в борьбе с неприятными ситуациями, и мы последовательно и целенаправленно достигаем этих целей”, – отметил глава государства.

  • Prezident: “Xoşagəlməz hallarla mübarizədə qarşımıza qoyduğumuz hədəflərə çatırıq”

    Son 3 il ərzində prezident və parlament seçkiləri keçirilib. Prezident və parlament seçkilərinin ölkəmizin müasir həyatında xüsusi yeri var. Xüsusilə nəzərə alsaq ki, prezident və parlament seçkilərində ölkəmizdə gedən islahatlar daha bir mərhələyə qədəm qoydu və bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir və biz görürük, gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, bu islahatların çox böyük əhəmiyyəti var. Eyni zamanda, ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da bizim təşəbbüslərimizin, islahatlarımızın böyük rolu var.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında söyləyib.

    Dövlətimizin başçısı deyib: “Prezident seçkilərindən sonra bəyan etdiyim proqram icra edilir və ardıcıllıqla biz öz hədəflərimizə çatırıq. Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpasını mən birinci dərəcəli vəzifə kimi qoymuşdum və biz buna nail olduq. Eyni zamanda, siyasi, iqtisadi, sosial və başqa sahələrdə, o cümlədən xoşagəlməz hallara qarşı mübarizədə də açıq-aydın hədəflər qarşımıza qoyuldu və biz ardıcıllıqla və məqsədyönlü şəkildə bu hədəflərə çatırıq”.

  • Pandemiyanın bitəcəyi tarix açıqlandı

    Dünya pandemiyanın öhdəsindən 2022-ci ilin əvvəlində gələcək, lakin bu, koronavirusun yox olacağı demək deyil.

    Bu fərziyyəni Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Regional Bürosunun direktoru Hans Kluge “Die Welt” qəzetinə müsahibəsində deyib:

    “Düşünürəm ki, 2021-ci il fərqli COVID ili olacaq. Ancaq indi hadisələri daha yaxşı proqnozlaşdırıb, idarə edə bilərik. 2020-ci ildə həm səhiyyə, həm də siyasətdə yalnız qeyri-müəyyənlik var idi. Bir il keçəndən sonra daha çox şey bilirik, bizim alətlərimiz, diaqnostik proqramlarımız, peyvəndlərimiz var. 2022-ci ilin əvvəlində pandemiyanın bitəcəyinə inanıram, ancaq bu virusun özünün aradan qalxacağı anlamına gəlmir”.

    ÜST sözçüsü peyvənd məsələsində səbrli olmağa çağırıb:

    “Başlanğıcda tələb həmişə təklifi üstələyir. Bütün planet sakinləri bir anda peyvənd edilə bilməz”.

    Klugenin sözlərinə görə, Avropadakı vətəndaşların yayda peyvənd pasportlarına sahib olmaları mümkündür.

  • Обнародовано число инфицированных коронавирусом в Азербайджане за минувшие сутки – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 365 новых случаев инфицирования коронавирусом, 175 человек вылечились и были выписаны домой.

    Об этом 5 марта сообщает оперативный штаб при Кабинете министров.

    За истекший день от COVID-19 скончались еще три пациента.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 236 012 человек, 3 235 из них скончались, 229 442 – вылечились, 3 335 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 2 635 770 тестов на COVID-19 (за последние 24 часа – 7 779).

  • Azərbaycanda koronavirusa yoluxanların sayı daha da çoxaldı – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 365 yeni yoluxma faktı qeydə alınıb, 175 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 236 012 nəfər koronavirus infeksiyasına yoluxub.

    Onlardan 229 442 nəfər müalicə olunaraq sağalıb, 3 235 nəfər vəfat edib, aktiv xəstə sayı 3335 nəfərdir.

    Ölkədə son sutka ərzində 7779, hazırkı dövrədək isə 2 635 770 test aparılıb.

  • İlham Əliyev YAP-ın qurultayında tarixi qələbədən DANIŞDI

    Yeni Azərbaycan Partiyasının VI qurultayından ötən üç il ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olub. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş verib və təbii ki, onların arasında ən mühümü ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədaləti bərpa etdi.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında söyləyib.

    Dövlətimizin başçısı deyib: “Bizim şanlı qələbəmiz qürur mənbəyimizdir və bu gün bizim qələbəmiz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir. Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün xalqımız bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr vurub, öz tarixi torpaqlarını işğalçılardan azad edib. Biz bu tarixi missiyanı yerinə yetirdik”.

    Prezident İlham Əliyev qeyd edib ki, son 17 il ərzində münaqişə ilə bağlı bütün çıxışlarında Azərbaycan xalqının bu işğalla heç vaxt barışmayacağını deyib.

    “Heç vaxt Azərbaycan imkan verməyəcək ki, tarixi, əzəli Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Heç vaxt bizi tam qane etməyən razılaşma ilə barışmayacağıq və müxtəlif çıxışlarda, müsahibələrdə müharibədən əvvəl deyirdim ki, bizə yarımçıq hansısa sülh müqaviləsi lazım deyil. Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik. Biz tarixi ədaləti tam bərpa etməliyik. Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına cavab vermirdi. Tarixi ədalətə cavab vermirdi və yarımçıq razılaşma istər-istəməz gələcəkdə müharibə risklərini artıra bilərdi. Bizə isə tam, mütləq qələbə lazım idi və biz bu mütləq qələbəni qazandıq, düşməni darmadağın etdik, düşmən ordusunu məhv etdik və istədiyimizə nail olduq”, – deyə Prezident vurğulayıb.