Prezident İlham Əliyevin bu il fevralın 15-də Füzuli rayonunda təməlini qoyduğu Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası davam etdirilir. Uzunluğu 100 km olacaq bu infrastruktur layihəsi işğaldan azad olunmuş torpaqlara gediş-gəlişində mühüm rol oynayacaq və ən vacibi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında birbaşa dəmir yolu əlaqəsinin yaranmasına imkan verəcək.
“Report” dəmir yolu xəttində aparılan inşa işləri ilə bağlı reportaj hazırlayıb. Həmin reportajı təqdim edirik:
Month: March 2021
-
Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası necə aparılır? – VİDEOREPORTAJ
-
Xaricdən yeni avtomobil gətirənlərə şad xəbər
Avtomobil parkımız köhnədir. İstismar edilmiş nəqliyyat vasitələrinə vergi və rüsumları, aksiz dərəcələrini nə qədər artırsaq da qiymət və insanların alıcılıq qabiliyyətini nəzərə alaraq son dövrlərdə yeni nəqliyyat vasitələrinə deyil, istismar olunmuş avtomobillərə üstünlük verilir.
Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikası ilə bağlı keçirilən brifinqində deyib.O bildirib ki, ölkəmizdə avtomobil parkının təzələnməsi üçün yeni nəqliyyat vasitələri üzrə gömrük rüsumlarının aşağı salınması və ya alternativ nəqliyyat vasitələrinin, xüsusilə də benzinlə işləməyən vasitələrə üstünlük verilməsi ilə bağlı müəyyən layihələr müzakirə olunur:
“Ekoloji tarazlığı təmin etmək üçün istismarı beş ildən yuxarı olan nəqliyyat vasitələri Azərbaycana gətirilməməli və ya gətirillərsə çox yuxarı vergilər tətbiq olunmalıdır ki, onların ölkəyə idxalı azalsın. Minik avtomobilləri ölkəyə gətirilən zaman onların istismarı insanların sağlamlığına zərər verməməlidir. Bununla bağlı hansı qərar və tövsiyə olarsa müsbət yanaşırıq. Hökumətdə də məsələ ilə bağlı müzakirələr olub. Buna qarşı çıxmırıq, əksinə dəstəkləyirik ki, avtomobil parkımızı son 10 ildə yeniləmək mümkün olsun. Bununla bağlı çalışmalarımız var”.
-
İnformatika imtahanında bakalavrların yarıdan çoxu zəif nəticə göstərib – RƏSMİ
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına 2021-ci il fevralın 28-də keçirilmiş qəbul imtahanının nəticəsi ilə bağlı statistik göstəriciləri və bəzi göstəricilərin ötən illərdə keçirilən analoji imtahanla müqayisəsinə aid məlumatları təqdim edib.
DİM-dən verilən məlumata görə, 2021-ci il fevralın 28-də keçirilən imtahanda iştirak üçün 19 885 bakalavr qeydiyyatdan keçib. Ötən illə müqayisədə ərizə verənlərin sayı 4 147 nəfər (26,35%) artıb. Bu il qeydiyyatdan keçənlərin 256 nəfəri (1,28%) imtahana gəlməyib. Ötən il də imtahana gəlməyənlərin nisbi sayı (1,16%) bu səviyyədə olub.Bu il bakalavrların yarısının imtahanda topladığı bal 47-dən yüksək olub (median 47,57) olub. Ötən il bu göstərici 48 bala bərabər olub (median 48,96). Ümumiyyətlə, son illərdə imtahan iştirakçılarının nəticələrinin yaxşılaşdığını qeyd edə bilərik. 2014-2016-cı illərdə 50 baldan yuxarı nəticə göstərənlər imtahanda iştirak edənlərin təxminən 25-32 faizini təşkil ediblər.
Bu il 91 va daha yuxarı bal toplayanların sayı 17, 81 və daha yuxarı bal toplayanların sayı 257, 71 və daha yuxarı bal toplayanların sayı 1 334 nəfər olub. Ötən il analoji göstəricilər 15, 252,1284 nəfər olub. Göründüyü kimi bu il yüksək bal toplayanların sayı nisbətən daha çox olub. Xatırladaq ki, imtahan toplanıla bilən maksimum bal 100-ə bərabərdir.
İmtahanda bakalavrlara məntiqi təfəkkür üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunub. Hər bir sual 1 balla qiymətləndirilib. İmtahan iştirakçılarının yarısı məntiqi təfəkkürü yoxlayan testlər üzrə 26 baldan yüksək nəticə göstərib (median göstəricisi 26,96-ya bərabər olub). İmtahanda 4 nəfər maksimal (50) bal toplayıb.
İnformatika fənni üzrə nəticələr o qədər də yaxşı deyil. Bakalavrların yarıdan çoxu 8 baldan aşağı nəticə göstərib (median 7,64-ə bərabər olub), cəmi bir nəfər bütün suallara düzgün cavab verib.
Xarici dil fənni üzrə dillərdən asılı olaraq müxtəlif mənzərələrin şahidi oluruq. Bakalavrların ingilis və rus dilləri üzrə nəticələri qənaətbəxş, fransız və alman dilləri üzrə nəticələri isə zəif olub. Belə ki, imtahan iştirakçılarının yarıdan çoxu ingilis dili fənni üzrə ən azı 11 (median 11,70-ə bərabər olub), rus dili fənni üzrə ən azı 12 bal (median 12,69-a bərabər olub) toplayıb. Fransız dili və alman dili fənləri üzrə isə bakalavrların yarıdan çoxu müvafiq olaraq, 8 (median 7,86-ya bərabər olub) və 9 baldan (median 8,50-yə bərabər olub) aşağı nəticə göstərib.
-
Сафар Мехтиев о проверках в Госкомтаможни – ЗАЯВЛЕНИЕ
Информация о проведении каким-либо правоохранительным органом или службой проверок в Государственном таможенном комитете (ГТК) и выявлении недостачи на 700 млн манатов не соответствует действительности.
Об этом 4 марта заявил председатель ГТК Сафар Мехтиев на брифинге по таможенной статистике внешней торговли АР.Он отметил, что независимые СМИ имеют право сообщать общественности о недочетах и нарушениях в деятельности комитета, а ложные обвинения являются политической игрой лиц, пытающихся набросить тень на ГТК.
“Ежегодно проводятся проверки соответствующими структурами, в частности, Счетной палатой. Комитет – это не фабрика или завод, чтобы были какие-то недочеты. Я представил общественности итоги годовой деятельности. За последние три года поступления в бюджет увеличились. Это невозможно не заметить”, – сказал С.Мехтиев.
-
Səfər Mehdiyevdən DGK-də yoxlamaların aparılması ilə bağlı AÇIQLAMA
Dövlət Gömrük Komitəsində hər hansı bir hüquq-mühafizə orqanı və ya xidmət yoxlama həyata keçirməsi və 700 milyon manat kəsr aşkarlaması xəbərləri həqiqəti əks etdirmir.
Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikası ilə bağlı keçirilən brifinqdə deyib.O bildirib ki, DGK-nın xidmətində olan çatışmazlıqları və nöqsanları ictimaiyyətə çatdırmağa azad mətbuatın hüququ var, lakin bu cür yanlış ittihamlar xidmətin fəaliyyətinə kölgə salmağa cəhd edən şəxslərin siyasi oyunu idi:
“Dövlət Gömrük Komitəsində hər il müvafiq qurumlar, xüsusilə də, Azərbaycan Respublikasının Hesablamalar Palatası yoxlamalar aparır. Biz zavod və ya fabrik deyilik ki, hər hansı kəsirimiz olsun. Mən Komitəsinin illik nəticələrini ictimaiyyətə təqdim etdim. Son 3 ildə büdcəyə daxilolmalar artıb. Bunu sadəcə görmürlərsə kordurlar”.
-
ABŞ-ın iki ştatında maska taxmaq məcburiyyəti ləğv edilir
ABŞ-ın Texas ştatının qubernatoru Qreq Ebbot və onun Missisipidən olan həmkarı Teyt Rivz tibb işçilərinin xəbərdarlığına baxmayaraq maska taxmaq məcburiyyətini ləğv ediblər.
Kp.ru xəbər verir ki, Ebbot martın 10-dan etibarən koronavirusa qarşı tətbiq olunan digər qadağaların da ləğv ediləcəyini deyib:“Həddindən çox insan iş imkanlarını itirib. Çox sayda kiçik sahibkar borclarını ödəməkdə çətinlik çəkdi. Buna son qoyulmalıdır. Texası 100 % açmağın vaxtı gəldi”.
Mississippi qubernatoru da ştatda maska taxmaq məcburiyyətinin ləğv edildiyini açıqlayıb və yeni fərmanların tezliklə qüvvəyə minəcəyini, biznesin tam olaraq açılacağını vəd edib.
-
У жителя Хачмазского района изъят автомат Калашникова
У жителя Хачмазского района изъято оружие и боеприпасы.
В результате оперативно-разыскных мероприятий, проведенных сотрудниками Хачмазского РОП, был задержан житель района Намиг Алиев, подозреваемый в незаконном хранении огнестрельного оружия и боеприпасов, сообщает губинская региональная группа пресс-службы МВД.В ходе осмотра дома, где он жил, были обнаружены и изъяты автомат АК-74, магазин и 30 патронов.
В ходе предварительного допроса Н.Алиев заявил, что нашел оружие и патроны в лесу.
По данному факту возбуждено уголовное дело. Ведется расследование.
-
Xaçmaz rayon sakinindən “Kalaşnikov” götürülüb
Xaçmaz rayon sakinindən silah-sursat götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz odlu silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən rayon sakini Namiq Əliyev saxlanılıb. Onun yaşadığı evə keçirilən baxış zamanı oradan bir ədəd AK-74 markalı avtomat, bir ədəd sandıqca və 30 ədəd patron aşkar edilərək götürülüb.İlkin dindirilmə zamanı N.Əliyev silah və patronları meşəlik ərazidən tapdığını bildirib.
Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.
-
“Барселона” установила историческое достижение в Кубке Испании
Завершился ответный полуфинальный матч Кубка Испании, в котором “Барселона” встречалась с “Севильей”, передает “Чемпионат”. Игра состоялась в Барселоне на стадионе “Камп Ноу” и завершилась победой хозяев в овертайме со счетом 3:0. В первом матче “Севилья” обыграла “Барселону” (2:0).
Как сообщается в твиттере MisterChip, “Барселона” стала первой командой за 119-летнюю историю Кубка Испании, которой удалось дойти до финала в десятый раз за 13 сезонов.В финальном матче подопечные Рональда Кумана встретятся с победителем пары “Леванте” – “Атлетик”.
Действующим обладателем Кубка является “Валенсия”, обыгравшая 25 мая 2019 года в финале “Барселону” со счетом 2:1. Победитель Кубка Испании сезона-2019/2020 до сих пор не выявлен из-за коронавируса.
-
“Barsa” növbəti rekorda imza atdı
“Barselona” İspaniya kubokunda finala çıxmaqla növbəti rekorda imza atıb.
Bu barədə “MisterChip” məlumat yayıb.Belə ki, “Barsa” İspaniya kubokunun 119 illik tarixində 13 mövsüm ərzində 10 dəfə finala çıxmış yeganə komanda olub.
Xatırladaq ki, “Barselona” 2:0 hesabı ilə məğlub olduğu görüşün cavab qarşılaşmasında “Sevilya”nı evində 3:0 məğlub edərək finala çıxıb.