Month: March 2021

  • İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzi Azərbaycanda yerləşəcək

    “İlk öncə mən bir daha əziz qardaşlarıma, Prezident Ərdoğana, Prezident Əşrəf Qaniyə, Baş nazir İmran Xana Azərbaycanın qələbəsi və ərazi bütövlüyünü bərpa etməsi münasibətilə səsləndirdikləri xoş təbriklərə görə təşəkkürümü bildirmək istərdim”.

    Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında çıxış edərkən deyib.

    “Qardaş Türkiyəni İqtisadi Əməkdaşlıq Təşkilatında uğurlu sədrliyi münasibətilə təbrik etmək istərdim. Yeni sədr ölkə kimi qardaş Türkmənistana uğurlar arzulayıram. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərinə böyük əhəmiyyət verir. Bu gün burada İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin nizamnaməsini imzalayacağıq. Biz Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsünü dəstəklədiklərinə görə üzv dövlətlərə minnətdarıq və Azərbaycanda yerləşəcək Mərkəzin səmərəli fəaliyyəti üçün əlimizdən gələni edəcəyik”, – Prezident bildirib.

  • Milli Məclisdə gender müzakirələri – Komitə sədri, nazir müavinləri parlamentə gəldilər

    Martın 4-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” qanunun icra vəziyyəti: imkan və çətinliklər” mövzusunda dinləmə keçirilib.

    Bu barədə Milli Məclis məlumat yayıb.

    Tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

    Parlamentin komitə sədri Hicran Hüseynova bildirib ki, zaman keçdikcə yeni tələblər və çağırışlar meydana gəlib, mövcud qanunlara yenidən nəzər salmaq və qanunun tətbiqi təcrübəsində yaranmış boşluqları müəyyənləşdirmək zərurətə çevrilib.

    “Həmçinin 2020-ci ilin dekabrında Milli Məclisdə ilk dəfə olaraq “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” qanuna dair hesabat dinlənilib. Həmin hesabatda qanunun icra mexanizminin təkmilləşdirilməsinə, sənədə bir sıra əlavə və dəyişiklik edilməsinə ehtiyac olduğu üzə çıxıb”, – deyə H.Hüseynova əlavə edib.

    Sonra tədbirdə geniş məruzə edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova fikirlərini açıqlayıb. O, “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” qanunun icrasında mövcud olan imkan və çətinliklər barədə danışıb.

    Qeyd edib ki, günün tələbləri baxımından bu qanunun yenilənməyə ciddi ehtiyacı var.

    “Ötən 15 ildə beynəlxalq səviyyədə üzərimizə götürdüyümüz öhdəliklər, Azərbaycanın özünün inkişafından doğan məsələlər, bugünkü həyatımızın diktə etdiyi yeni məqamlar ciddi şəkildə nəzərə alınmalıdır. Zamanın və həyatımızda baş verən inkişafın qarşıya qoyduğu yeni tələblərə və çağırışlara cavab verməliyik. Pandemiya və müharibə dövrü bizə gender bərabərliyi sahəsindəki çətinliklərimizin nədən ibarət olduğunu göstərdi”.

    Bahar Muradova vurğulayıb ki, qanunların icrasına məsul olan bütün qurumların fəaliyyətində, tərtib etdikləri bütün hesabatlarda, apardıqları bütün təhlillərdə gender məsələsinə həssas yanaşma nümayiş etdirilməlidir. Bu, dayanıqlı inkişaf məqsədlərində də nəzərdə tutulub.

    Sonra dinləmədə təhsil nazirinin müavini Firudin Qurbanovun “Təhsildə gender bərabərliyinin təmin olunması”, daxili işlər nazirinin müavini İsmət Əliyevin “Hüquq-mühafizə müstəvisində gender bərabərliyinin təmini”, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovun “Əmək qanunvericiliyi sahəsində gender bərabərliyinin gələcək təminatları” mövzularında məruzələri dinlənilib. Məruzəçilər sözü gedən qanunla bağlı bir sıra təkliflər irəli sürüblər.

  • İlhamə Quliyevanın oğlu Azərbaycandan köçdü

    Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov Azərbaycandan köçüb.

    Bu barədə Lent.az-a İ.Quliyevanın yaxınları xəbər verib.

    Bildirilib ki, Orxan bundan sonra Ukraynada yaşayacaq. O, artıq uzun müddətdir oradadır.

    Qeyd edək ki, İlhamə Quliyeva 2016-cı il fevralın 25-də tromboemboliyadan vəfat edib. Xalq artistinin ölümündən sonra Orxan vərəsəlik üçün məhkəməyə müraciət etmişdi. Məhkəmə isə İ.Quliyevanın mirasını bacılarına verib.

  • Deputat: “Yaxın 10 ildə 44 minə yaxın müəllim işsiz qala bilər” – VİDEO

    “Dünyada ənənəvi təhsildən distant təhsilə keçidin insan kapitalına təsiri barədə tədqiqatlar aparılır. İngiltərədə bildirilir ki, yaxın 10 ildə 40 minə yaxın müəllim ixtisar olunacaq və bu, adaptasiya prosesi ilə əlaqədar olacaq”.

    Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında təhsil eksperti və millət vəkili Etibar Əliyev deyib.

    “Həm ənənəvi, həm də distant təhsilin tətbiqi, onların bir-birini tamamlaması müəllim bacarıqları ilə bağlı məsələləri gündəmə gətirib. Bu işin əhəmiyyəti isə o oldu ki, pandemiya olmasa belə, mütləq İKT alətlərinin təhsildə mütəmadi tətbiqi zəruridir. Hesab edirəm ki, bundan sonrakı mərhələdə ənənəvi və distant təhsil formaları bir-birini tamamlayaraq daha yaxşı mütəxəssis və şagird hazırlığına öz töhfəsini verəcək”, – deyə o bildirib.

  • Ильхам Алиев выступил на заседании Организации экономического сотрудничества – ОБНОВЛЕНО + ФОТО

    Сегодня, 4 марта, проходит XIV онлайн-саммит Организации экономического сотрудничества.

    Как сообщает АЗЕРТАДЖ, Президент Азербайджанской Республики Ильхам Алиев выступил на заседании в видеоформате.

    В настоящее время саммит продолжается.

    * * * * *

    4 марта свою работу начал саммит Организации экономического сотрудничества (ОЭС) в формате видеоконференции,

    В мероприятии принимает участие Президент Азербайджана Ильхам Алиев, а также главы государств и правительств стран-членов ОЭС.

  • İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında çıxış etdi – YENİLƏNİB + FOTO

    Martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı keçirilir.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda videoformatda çıxış edib.

    Tədbir davam edir.

    * * * * *

    İqtisadi Əməkdaşlıq Təşkilatının videokonfrans formatında Zirvə toplantısı öz işinə başlayıb.

    Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak edir.

    İclasa təşkilata üzv ölkələrin dövlət və hökumət başçıları qatılıblar.

  • Bakıda dörd marşrutun hərəkət sxemi dəyişdirilir

    Bir sıra istiqamətlərdə ictimai nəqliyyatın hərəkəti dəyişdiriləcək.

    Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

    Bildirilib ki, bu gün aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq, Xudu Məmmədov küçəsi Vunqtau küçəsinin kəsişməsindən “Həzi Aslanov” metrostansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən M1, M2, M6 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib:

    – M2 nömrəli ekspres marşrut “Həzi Aslanov“ metrostansiyası istiqamətində Ukrayna dairəsi – Vunqtau küçəsi – Sadıqcan küçəsi – Xudu Məmmədov küçəsi – Məhəmməd Hadi küçəsi, daha sonra öz sxemi üzrə;

    – M1 və M6 nömrəli ekspres marşrutlar “Həzi Aslanov“ metrostansiyası istiqamətində Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi, daha sonra geriyə dönmə manevri etməklə öz sxemi üzrə;

    – 104 nömrəli müntəzəm marşrut “Həzi Aslanov“ metrostansiyası istiqamətində Gəncə prospekti – Vunqtau küçəsi – Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi, daha sonra geriyə dönmə manevri etməklə öz sxemi üzrə hərəkət edəcək.

  • Gürcüstanda 13 yaşlı məktəbli ana oldu

    Gürcüstanın Qori rayonunda 13 yaşlı məktəbli dünyaya uşaq gətirib.

    Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Faktla bağlı “yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmə” maddəsi ilə cinayət işi başladılıb.

    “Netgazeti” xəbər verir ki, kənddə bu hadisədən çoxdan xəbərdar olublar. Uşağa 12 yaşında təcavüz edən ailəsinin tanışı tutulub.

  • Дуэт HammAli & Navai распался

    Российский рэп-дуэт HammAli & Navai объявил о распаде. Об этом участники группы объявили сами, пишут российские СМИ.

    Данное решение участники группы – Александр Алиев и Наваи Бакиров – приняли единогласно. По словам музыкантов, они добились всего, чего хотели в рамках проекта, и теперь готовы двигаться дальше и экспериментировать. “Да, это правда. Мы распадаемся. Теперь у каждого своя дорога. Мы – не враги, а остаемся друзьями и будем поддерживать друг друга”, – заявили участники коллектива.

    Артисты отметили, что планируют выпустить последний альбом. Они также пообещали провести заключительный совместный тур.

    Дуэт Алиева и Бакирова просуществовал пять лет. Они являются авторами таких хитов, как “Пустите меня на танцпол”, “Девочка-война”, “Прятки”. Группа приобрела заметную популярность в 2018 году.

  • “HammAli & Navai” qrupu dağıldı

    Rusiyada yaşayan azərbaycanlı ifaçılardan ibarət “HammAli & Navai” qrupu dağılıb.

    “Moskva-Baku” portalı xəbər verir ki, bu barədə qrup üzvləri özləri deyiblər.

    Qrup üzvləri – Aleksandr Əliyev və Nəvai Bəkirov – bu qərarı birgə veriblər. Musiqiçilərin sözlərinə görə, layihə çərçivəsində istədikləri hər şeyə nail olublar və indi davam etməyə və yeni təcrübəyə hazırdırlar:

    “Bəli doğrudur. Biz dağılırıq. İndi hər kəsin öz yolu var. Düşmən deyilik, dost qalırıq və bir-birimizə dəstək olacağıq”.

    Sənətçilər son albomlarını buraxmağı planlaşdırdıqlarını da qeyd ediblər.

    Əliyev və Bəkirovun duetinin mövcudluğu beş ildir. Qrup 2018-ci ildə nəzərəçarpacaq dərəcədə populyarlıq qazanıb.