Month: March 2021

  • Mədət Quliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrini qəbul etdi

    Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədri, general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bu barədə Nazirlik məlumat yayıb.

    Bildirilib ki, görüşdə Azərbaycan və Pakistan arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

    Daha sonra Mədət Quliyev Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfərdən söz açıb. Pakistanın Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı haqlı mübarizədə daim xalqımızın yanında olduğunu vurğulayan nazir dost ölkənin siyasi, mənəvi dəstəyini və qəti mövqeyini yüksək qiymətləndirib.

    Qonaqlar həmçinin Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərər barədə məlumatlandırılıblar.

    Nümayəndə heyətinin tərkibində yer alan Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Yaheen Azərbaycan və Pakistan arasında siyasi və digər sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığın inkişafı istiqamətində səylərin birləşdiriləcəyindən və bu əlaqələrin dünyada sülhün bərqərar olunması işinə böyük töhfə verəcəyindən əminliyini bildirib.

  • Pensiyalar artdı – RƏSMİ

    Azərbaycanda pensiyaların orta aylıq məbləği ilin əvvəli ilə müqayisədə daha 10%-dək artaraq 330 manata çatıb.

    Hazırda yaşa görə pensiyaların orta aylıq məbləği 361 manat, əlilliyə görə pensiyaların orta aylıq məbləği 290 manat, ailə başçısını itirməyə görə pensiyaların orta aylıq məbləği 267 manat təşkil edir.

    Bu artımı əsasən cari ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması təmin edib.

    Ümumilikdə 2018-ci ilin əvvəlinə nisbətən pensiyaların orta aylıq məbləği 60% artıb.

  • İntihar edənlərin maşına vurduğu zərəri kim ödəməlidir? – Qanun BELƏ DEYİR – VİDEO

    Son vaxtlar Bakı şəhərində baş verən intihar hadisələrində maraqlı situasiya üzə çıxır. İntihar edən şəxs özünü binadan atarkən avtomobilin üzərinə düşür və avtomobilə kifayət qədər ciddi ziyan dəyir. Belə olan halda ortaya sual çıxır: İntihar edən şəxs dünyasını dəyişərsə avtomobilə dəymiş ziyan kim tərəfindən ödənilməldir?

    Əgər avtomobilin kasko sığortası varsa həmin kasko sığorta çərçivəsində sığorta təminatı alına bilər. Çünki bu dəymiş ziyandır. Əgər avtomobilin kasko sığortası yoxdursa onda dəymiş ziyanı iki variantla almaq mümkün olur.

    Birinci variant ondan ibarətdir ki, intihar edənlərin bəziləri çox nadir halda ola bilər ki, onu intihara kimsə sövq eləyib. Qüvvədə olan Cinayət Məcəlləsində özünü öldürmə həddinə çatdırma ilə bağlı müddəa mövcuddur. Həmin cinayətdə kiminsə təqsiri olduğu sübuta yetirilsə, özünü öldürmə həddinə çatdıran adam həm də özünü öldürmə ilə bağlı dəymiş ziyanı da qarşılamalıdır. Nəzəri cəhətdən bu mümkündür. Lakin bu, intihar hadisələrinin demək olar ki, mində birində sübuta yetirilir.

    İkinci variant da onda ibarətdir ki, intihar edən şəxs sadəcə öz iradəsi ilə öz həyatına qəsd edib. Belə olan halda nəzəri cəhətdən mümkündür ki, Mülki Məcəlləyə görə onun miras aktivləri qalıbsa (mülkü və ya bankda pulu qalıbsa) həmin miras aktivləri çərçivəsində zərərçəkmiş onun varislərindən maddi ziyanın ödənilməsini tələb etsin. Amma miras aktivləri yoxdursa bu zaman özünə qəsd edən şəxsin ailə üzvlərindən dəymiş ziyanın əvəzinin ödənilməsi tələb edilə bilməz. Yəni məlum olsa ki, intihar edən şəxsin məsələn bankda 50.000 manat pulu və ya evi, maşını var, o zaman zərərçəkmiş şəxs dəymiş ziyanı onun ailəsindən tələb edə bilər.


  • 4 müxalifət partiyası YAP-a qoşulur

    Yeni Azərbaycan Partiyasının sabah keçiriləcək qurultayına dair maraqlı məlumatlar əldə olunub. Ölkə gündəminin əsas mövzularından olan qurultayla bağlı bütün xəbərlər hazırda informasiya məkanında liderlik edir.

    Sfera.az bildirir ki, Musavat.com-un əldə etdiyi məlumata görə, Azərbaycanın müxalif cizgili, yaxud da müstəqil sayılan 4 partiyası sabahkı qurultayda Yeni Azərbaycan Partiyasına qoşulacaq.

    – Azərbaycan Demokratik Sahibkarlar Partiyası, sədri Qasım Qasımov,
    – Azərbaycan Kəndli Partiyası, sədri Məmməd Məmmədov,
    – Azərbaycan Xalq Demokratik Partiyası, sədri Rafiq Turabxan,
    – Azərbaycan Yurddaş Partiyası, sədri Gülay Quliyeva.

    Partiyaların dördü də qoşulma proseduru üçün özlərinin müvafiq qurultaylarını keçirdiblər.

  • Sabah yağış yağacaq, duman olacaq

    Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah cənub küləyi əsəcək.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 2-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, martın 5-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Возвращение в Агдам спустя 28 лет – ВИДЕОРЕПОРТАЖ ВВС

    В начале 1990-х Агдам был оживленным городом, но сейчас это огромное поле руин. В 1993 году здесь шли ожесточенные бои. Азербайджан вернул себе эту территорию по недавнему соглашению о прекращении боевых действий в Карабахе.

    Во время первой войны в регионе Натига Аллахъярова ранили в ногу, и с тех пор он жил в общежитии для вынужденных переселенцев. Почти три десятка лет он мечтал однажды вернуться домой, рассказывается в сюжете Русской службы BBC.

  • “Bu gün üçün təşəkkür edirəm”: 28 ildən sonra Ağdama qayıdış – VİDEO

    1990-cı illərin əvvəllərində Ağdamda həyat qaynayırdı, amma indi böyük xarabalığa çevrilib.

    Bu barədə BBC-nin Ağdamdan hazırladığı reportajda bildirilir.

    Süjetdə 1993-cü ildə burada şiddətli döyüşlərin olduğu, 2020-ci ildə isə Azərbaycanın bu ərazini Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair son razılaşmaya əsasən qaytardığı xatırladılır.

    Kadrlarda Birinci Qarabağ müharibəsi zamanı ayağından yaralanan, o vaxtdan bəri məcburi köçkünlər üçün yataqxanada yaşayan Natiq Allahyarov təqribən 30 ildən sonra öz yurduna qayıtmasının təəssüratlarını bölüşür.

  • Может ли быть увеличен беспошлинный лимит в 300 долларов на ввозимые из-за рубежа товары?

    Вопрос повышения беспошлинного лимита в 300 долларов в месяц на товары, приобретаемые из-за рубежа через почтовую доставку, до сих пор является предметом бурных обсуждений в социальных сетях и обществе.

    Об этом 4 марта заявил председатель ГТК Сафар Мехтиев на брифинге по таможенной статистике внешней торговли АР.

    По его словам, к сумме заказа невозможно добавить комиссию за транзакцию.

    “Она может быть включена в стоимость доставки, и ее размер составляет 3-5 долларов”, – сказал С.Мехтиев.

    Он отметил, что согласно статистическим исследованиям, проведенным до принятия решения о внедрении беспошлинного лимита в 300 долларов, общая стоимость 85-87% заказов не превышала указанную сумму.

    “Мы неоднократно заявляли, что эти цифры достаточно адекватны в отличие от других стран. Если правительство решит увеличить беспошлинный лимит до 500 долларов или, наоборот, снизить его, то мы будем выполнять эти решения”, – сказал глава комитета.

  • Xaricdən alınan mallara tətbiq edilən 300 dollarlıq rüsumsuz limit artırıla bilərmi? – AÇIQLAMA

    Xaricdən poçt xidmətləri vasitəsi ilə alınan mallara aylıq maksimum 300 dollar həcmində tətbiq edilən rüsumsuz limitin artırılması sosial şəbəkələrdə və ictimaiyyətdə çox müzakirə olunan məsələdir.

    Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikası ilə bağlı keçirilən brifinqində deyib.

    Onun sözlərinə görə, sifariş məbləğinin üzərinə əməliyyat haqqının da əlavə edilməsi mümkün deyil:

    “Əməliyyat haqqı bu məbləğin üzərinə əlavə edilə bilməz, lakin çatdırılma xərcləri bura daxil ola bilər ki, burada isə məbləğ 3-5 dollar təşkil edir”.

    Səfər Mehdiyev qeyd edib ki, rüsumsuz 300 dollar limiti ilə bağlı qərar qəbul edilmədən öncə aparılan statistik araşdırmalara görə, sifarişlərin 85-87 faizi 300 dolları keçmirdi:

    “Dəfələrlə izah etmişik ki, bu rəqəmlər digər ölkələrlə müqayisə kifayət qədər adekvatdır. Əgər hökumət rüsumsuz limitin artırılaraq 500 dolları əhatə etməsi və ya limitin endirilməsi ilə bağlı qərar verərsə bizim işimiz bu qərarları icra etmək olacaq”.

  • Репортаж со строительства железнодорожной линии Горадиз-Агбенд – ВИДЕО

    Продолжается строительство железнодорожной линии Горадиз-Агбенд, фундамент которой был заложен Президентом Ильхамом Алиевым 15 февраля в Физулинском районе. Этот инфраструктурный проект, в рамках которого будет сооружено 100 км стальной магистрали, обеспечит проезд на освобожденные от оккупации земли и позволит создать прямое железнодорожное сообщение между основной частью Азербайджана и Нахчыванской АР.

    Региональный корреспондент Report подготовил репортаж о строительстве железной дороги.