Month: March 2021

  • Su qülləsi onu təmir etməyə gələn fəhlələrin üstünə aşdı – VİDEO

    Rusiyanın Tver vilayətində su qülləsi onu təmir üçün gələn fəhlələrin üstünə aşıb.

    Hadisə yerindən kadrları “LifeShot” “Telegram” kanalı təqdim edib.

    Konstruksiya avtomobilin üstünə aşsa da, xoşbəxtlikdən zərərçəkən olmayıb.

    Kadrlarda maşının kabinəsinin məhv olduğu görünür.

  • İsveçdə körpə ana bətnində ikən koronavirusa yoluxdu

    İsveçin Malmö şəhərində COVID-19 əlamətləri ilə xəstəxanaya çatdırılan hamilə qadın dərhal əməliyyat olunub və uşaq sağ-salamat ana bətnindən çıxarılıb.

    “Skane” hospitalında yeni doğulmuş körpədən alınan koronavirus testinin nəticəsi pozitiv çıxıb.

    TASS xəstəxananın yaydığı press-relizə əsasən bildirir ki, həkimlər körpənin hələ ana bətnində ikən virusa yoluxduğunu təsbit ediblər.

    Elmi araşdırmanın nəticələri “British Journal of Obstetrics & Gynaecology” jurnalında dərc olunub.

  • Altı gündə qırx bir evə girib-çıxdı, iki yüz nəfəri koronavirusa yoluxdurdu

    Türkiyənin Sinop şəhərində qonşular əri koronavirusdan ölən qadının evinə yas mərasiminə gəliblər.

    Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

    Daha sonra tempraturu olub xəstələndiyi üçün qonşular onu öz evlərinə qonaq çağırıblar.

    Altı gündə 41 evə girib-çıxan qadın şəhərdə iki yüz insanı koronavirusa yoluxdurub. Qadının koronavirus testinin müsbət çıxdığı məlum olub.

    Xəstələrdən bəzilərinin öldüyü bildirilir.

  • В Баку автомобиль сбил пожилого человека

    В Баку произошло дорожно-транспортное происшествие.

    Как сообщает Report, инцидент зарегистрирован в Ясамальском районе столицы.

    На улице А.Алекперова автомобиль сбил переходившего дорогу Адиля Эйвазова (1940 г.р.).

    Пострадавший был доставлен в больницу.

    По данному факту ведется расследование.

  • Yasamalda 81 yaşlı qocanı avtomobil vurdu

    Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

    Rayonun Ə. Ələkbərov küçəsində avtomobil yolu keçən 1940-cı il təvəllüdlü Eyvazov Ədil Əli oğlunu vurub.

    Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda neçə nəfər peyvənd olunub? – RƏSMİ

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksin vurduran şəxslərin sayı açıqlanıb.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Bildirilib ki, martın 3-ü ölkəmizdə yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 24 272 nəfər vaksinasiya olunub.

    Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 337 315 nəfər peyvəndlənmə prosesində iştirak edib.

    Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

  • Saxta koronavirus peyvəndlərinin istehsalı artıb – “Interpol” xəbərdarlıq etdi

    “Interpol” Cənubi Afrika və Çində keçirilən əməliyyatlar zamanı minlərlə yeni koronavirus (COVID-19) peyvəndi növünün ələ keçirildiyini açıqlayıb.

    “Anadolu” agentliyi xəbər verir ki, “Interpol”un baş katibi Yurgen Stok bunun “Aysberqin görünən tərəfi” olduğunu deyib.

    Bildirilir ki, Cənubi Afrikanın Cermiston şəhərində təxminən 2 400 doza saxta COVID-19 peyvəndi ələ keçirilib. Əməliyyatda üç Çin və bir Zambiya vətəndaşı nəzarətə alınıb.

    Eyni zamanda, polis Çində saxta peyvənd istehsal edən bir fabrikdə əməliyyat keçirib: 80 nəfər saxlanılıb və 3 000 saxta peyvənd müsadirə edilib.

    “Interpol” bu günə qədər internet üzərindən satış üçün hansısa peyvəndin təsdiqlənmədiyi barədə xəbərdarlıq edib.

  • Karatedə lisenziya turnirləri ləğv edilərsə, necə olacaq? – YENİLİK

    Ümumdünya Karate Federasiyası (WKF) pandemiya şəraitində keçiriləcək Olimpiadaya lisenziya xalları qazandıran yarışlarla bağlı müəyyən qərarlar qəbul edib.

    9-11 aprel tarixlərində Mərakeşin paytaxtı Rabatda keçiriləcək Premyer Liqa yarışının pandemiyaya görə baş tutmayacağı müəyyənləşərsə, onu eyni tarixlərdə digər Premyer Liqanı keçirən meydan sahibi əvəzləyəcək.

    Əgər yeni meydan sahibi göstərilən tarixlərdə bu yarışı keçirə bilməsə, turnir fərqli tarixdə baş tutacaq. Əgər fərqli tarixdə də yarış baş tutmazsa, o zaman reytinq siyahısında əlavə lisenziya xalları olmayacaq. Yalnız 19-23 may tarixlərində Xorvatiyanın Poreç şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək qitə karateçiləri reytinqə yeni lisenziya xalları qazandıra biləcək.

    Əgər bu Avropa çempionatı da baş tutmazsa, o zaman 2019-cu ildə İspaniyanın Qvadalaxara şəhərində keçirilmiş analoji yarışın nəticələrinə əsasən mayda Olimpiya reytinqi açıqlanacaq. Maraq üçün bildirək ki, Pireney yarımadasında keçirilmiş həmin yarışda Rafael Ağayev gümüş, Asiman Qurbanlı və Roman Heydərov (kata) bürünc medal qazanıb.

    11-13 iyun tarixlərində isə Fransanın paytaxtı Parisdə reytinqlə Olimpiadaya lisenziya qazana bilməyən karateçilər üçün təsnifat turniri keçiriləcək.

    Qeyd edək ki, bu gün 36 yaşını tamamlayan Rafael Ağayev 75 kq və ukraynalı legionerimiz İrina Zaretskaya +61 kq üçün Olimpiadaya lisenziyanı təmin edib. WKF hər iki idmançımızın Olimpiadaya vəsiqə qazandığını ötən ilin aprelin 6-dakı reytinqə əsasən açıqlayıb.

  • Ağdamda minaya düşən vəzifəli şəxs Bakıya gətirilir – YENİLƏNİB

    Ağdam rayonunun Novruzlu kəndində minaya düşən, Ağdam rayon Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə Bərdə rayon Mərkəzi Xəstəxanasından köçürülüb.

    Trend-in məlumatına görə, idarə rəisi Bakıdakı klinikalardan birinə köçürülmək üçün paytaxta yola salınıb.

    * * * * *

    Ağdam rayonunun Novruzlu kəndində minaya düşən idarə rəisi Hafiz Əzimzadənin vəziyyəti stabilləşib.

    Bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev bildirib.

    O qeyd edib ki, yaralı əməliyyat olunub: “Hafiz Əzimzadənin sağ ayağının bir hissəsi amputasiya olunub, hazırda özünü yaxşı hiss edir. Xəstənin vəziyyəti nəzarətdə saxlanılır”.

    Xatırladaq ki, martın 3-də saat 15 radələrində Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi, 1967-ci il təvəllüdlü Hafiz Əzimzadə su quyularının bərpası işləri ilə məşğul olan zaman rayonun işğaldan azad edilən Novruzlu kəndində minaya düşüb. Nəticədə idarə rəisinin sağ ayağının topuqdan aşağı hissəsi amputasiya edilib. O, həm də çoxsaylı xəsarətlər alıb. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

  • Avstraliya aviaşirkəti ünvansız uçuşlar həyata keçirəcək

    Avstraliyanın ən iri aviasiya şirkəti olan “Qantas” təyinat nöqtəsi açıqlanmayan uçuşlar həyata keçirəcək.
    CNN telekanalı məlumat verir ki, şirkətin bu addımı daxili turizmi stimullaşdırmaq məqsədi daşıyır.
    “Sirli aviareyslər” zamanı sərnişinlər əvvəlcədən hara getdiklərini bilməyəcək, yalnız uçuşu naviqasiya vasitələrindən izləyərək təyinat məntəqəsini təxmin edə biləcəklər.
    Ünvansız uçuşlar üçün biletlərin martın 4-dən etibarən satışa çıxarılacağı gözlənilir. Ekonom sinfi üçün biletlərin qiyməti 577 dollar (təxminən, 991 manat), biznes sinfi üçünsə 1220 dollar (təxminən, 2074 manat) təşkil edəcəyi bildirilir.