Month: March 2021

  • Hər 4 nəfərdən biri bu xəstəlikdən əziyyət çəkəcək

    Dünyada hər dörd nəfərdən biri 2050-ci ilə qədər eşitmə problemi yaşayacaq.

    Median.Az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xəbərdarlıq edilib.

    Bildirilib ki, bu istiqamətdə profilaktika və müalicəyə daha çox sərmayə qoyulmalıdır.

    Eşitmə ilə bağlı ilk dəfə hazırlanan qlobal hesabatda qeyd olunur ki, eşitmə problemlərinin geniş yayılmış səbəbləri infeksiyalar, xəstəliklər, doğuş qüsurları, səs-küyə məruz qalma və həyat tərzi seçimləridir.

    Məruzədə il ərzində bir nəfər üçün 1,33 ABŞ dolları tələb olunacağı təxmin edilən tədbirlər paketi də təklif olunur. Üstəlik, problemin düzgün həll edilməməsi səbəbindən hər il təqribən bir trilyon ABŞ dollarının itirildiyi təxmin edilir.

    Məlumata görə, hazırda dünyada hər beş nəfərdən birində eşitmə problemi var. Bu rəqəm növbəti üç onillik ərzində 1,5 dəfədən çox arta bilər.

    Eşitmə problemlərinin əsas səbəbi xüsusilə az gəlirli ölkələrdə onları müalicə edəcək mütəxəssislərin azlığı və səhiyyə xidmətinin çatışmazlığıdır. Eşitmə zəifliyi olan insanların təxminən 80 faizi bu ölkələrdə yaşadığından, əksəriyyəti ehtiyac duyduqları yardımı almır. Məruzədə deyilir ki, şəraiti daha yaxşı olan zəngin ölkələrdə belə, səhiyyə xidmətlərinə çıxış qeyri-bərabərdir. (publika.az)

  • Virus infeksiyasına qarşı yeni burun spreyi hazırlanıb

    Virusla mübarizədə peyvənd qədər əhəmiyyətli olan vasitələrdən biri də onu öldürən və yoluxmanın çoxalmasının qarşısını alan farmokoloji birləşmələr və dərmanlardır. Son günlər bu sahədə nəticələri heyvanlar üzərində uğurla yekunlaşan təqdimat aparılıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayevin dediyinə görə, yeni hazırlanan dərman vasitəsi virusla mübarizədə böyük bir uğurun başlanğıcı ola bilər: “Aparılan tədqiqat nəticəsində aşkar olunub ki, burun spreyi şəklində həmin birləşmələri alan heyvanlar tam şəkildə virusdan qorunurlar. Elmi tədqiqatın metodik hissəsində bu barədə daha geniş və aydın izah edilir. Bu cür burun spreylərinin pandemiya bitənə qədər insanlar arasında tətbiq edilməsi üçün tədqiqatların nəticəsini gözləmək lazımdır”.

    Tədqiqatlar nəticəsində məlum olub ki, bu birləşmə 24 saat heyvanların ağciyərlərində qalır, orada effektli təsir göstərir və hətta müəyyən qədər qana keçir. İki dəfə sprey vurulmuş heyvanları 6 saat sonra virusa yoluxmuş heyvanlarla eyni yerə toplayıblar. Nəticədə birləşmə tətbiq edilən heyvanlarda virusdan müdafiə 100 faiz olub.

    Azərbaycanlı alim deyib: “Peyvəndin tətbiqi pandemiya ilə mübarizədə çox əhəmiyyətlidir və onun aradan qaldırılması üçün vacibdir. COVID-19 isə pandemiyadan əvvəl də olub və bundan sonra da olacaq. Bunu nəzərə alaraq qeyd etmək lazımdır ki, bu cür burun spreylərinin tətbiqi gələcəkdə çox faydalı olacaq”.

    Gələcəkdə sağlam insanın virusa yoluxmuş şəxslə təmasda olması faktı aşkarlanarsa, həmin spreydən 24 saat müddətində istifadə etmək nəzərdə tutulur. Tədqiqatın digər maraqlı nəticəsi isə yeni virus ştammlarna, xüsusilə də “Britaniya ştammı”na qarşı effektivliyinin sübut olunmasıdır.

  • Portuqaliya – Azərbaycan oyunu “Yuventus”un stadionunda keçiriləcək

    DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 24-də keçiriləcək Portuqaliya – Azərbaycan oyunu İtaliyanın Turin şəhərində, “Yuventus” klubuna məxsus stadionda təşkil olunacaq.

    Bu barədə AFFA-nın saytı məlumat yayıb.

    Bildirilib ki, bununla bağlı AFFA-ya müvafiq rəsmi məlumat UEFA-dan, Portuqaliya Futbol Federasiyasından və “Yuventus” klubundan göndərilib və AFFA tərəfindən razılıq verilib.

    Portuqaliya milli komandasının ev oyununun neytral meydanda keçirilməsinin səbəbi COVID-19 pandemiyasıdır.

    UEFA AFFA-ya, Portuqaliya Futbol Federasiyasına və İtaliya Futbol Federasiyasına əməkdaşlığa görə təşəkkür edir.

  • Paşinyanı snayperlər qoruyur – VİDEO

    Nikol Paşinyanın əleyhdarları Yerevanda parlament binasının qarşısına toplaşaraq Kabinet rəhbərinin istefasını tələb edirlər.

    Bununla əlaqədar olaraq parlamentin eyvanında snayperlər görünüb. Hasarlardan kənarda isə işıq-səs qumbarası quraşdırılıb. Yük maşınlarında da tikanlı məftillər gətirilib.

    Bu barədə RT kadrlar təqdim edib.

    Məlumata görə, Baş nazir Nikol Paşinyan hökumət saatında iştirak etmək üçün Milli Yığıncağın binasında olub. O, istefası barədə fevralın 25-də prezident Armen Sarkisyana vəsatət göndərdiyi Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyanın namizədliyi ilə bağlı son qərarı verməlidir.

    Qeyd edək ki, Ermənistanın dövlət başçısı istefanı təsdiqləməkdən iki dəfə imtina edib.

  • Azərbaycanda martın 8-də ictimai nəqliyyat işləməyəcək

    “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilib.

    Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

    Qərara əsasən “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarının 1.1.15-ci yarımbəndində “8 mart” sözləri “9 mart” sözləri ilə əvəz edilib.

    Belə ki, Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 9 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

    Bundan əvvəl “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara əsasən, Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 8 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılmalı idi.

  • İrana səfər qaydaları AÇIQLANDI

    İranın Azərbaycandakı səfirliyi koronavirusla mübarizə dövründə İrana səfərin qaydalarını açıqlayıb.

    Median.Az bildirir ki, bu barədə Trend-ə İran səfirliyindən məlumat verilib.

    İran səfirliyi bildirir ki, İran İslam Respublikasnın Koronavirusla Mübarizə üzrə Qərargahı tərəfindən qəbul edilmiş qaydalara əsasən, yeni növ COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə İrana səfər etmək istəyən bütün xarici vətəndaşlar, o cümlədən Azərbaycan Respublikası vətəndaşları səfərdən öncə giriş icazələri almalıdılar: “Bununla əlaqədar İrana səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşları əvvəlcə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahdan çıxış icazəsi almalı və daha sonra isə İran İslam Respublikasnın Bakıdakı Səfirliyinin Konsulluq Şöbəsinə müraciət etməklə qeydiyyatdan keçərək İrana getmək üçün giriş icazələri almalıdılar”.

    İran İslam Respublikasnın Bakıdakı Səfirliyinin Konsulluq Şöbəsinin ünvanı: “Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 269”.
    Telefonlar: +99412-433-03-11, +99412-434-19-76, +99412-434-03-40

  • Lənkəranda oğul atasını bıçaqlayıb

    Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə General Məhəmməd Əsədov küçəsi, 21 saylı evdə baş verib.

    Belə ki, Əliqismət Vidadi oğlu Hüseynov ailə münaqişəsi zəmnində atası, 49 yaşlı Vidadi Tavar oğlu Hüseynovu bıçaqlayıb.

    Yaralı yaxınlarının köməyi ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. V. Hüseynova döş qəfəsinin sol tərəfinin yan səthinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata alınıb.

    Hadisəni törədən Ə.Hüseynovun psixoloji problemləri olduğu və bir neçə il məhkumluq həyatı yaşadığı bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda vəfat edən insanlar əsasən bu yaşda olub

    Azərbaycanda ötən il ərzində vəfat edən insaların yaş kateqoriyaları açıqlanıb.

    Ötən il ölkədə 75647 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,6 təşkil edib.

    Ölənlərin 2006 nəfəri (2,7 faizi) 0-17 yaşda, 9510 nəfəri (12,6 faizi) 18-49 yaşda, 20653 nəfəri (27,3 faizi) 50-64 yaşda, 43478 nəfəri (57,4 faizi) isə 65 və yuxarı yaşda olub.

    ///Trend

  • “Qarabağın bərpası üçün 1 milyard manat artıq paylanıb” – Millət vəkili hökumətin planlarını açıqladı

    Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərdə geniş abadlıq-quruculuq işlərinə start verməklə bərabər bölgənin təbii sərvətlərinin, faydalı qazıntılarının və iqtisadiyyata fayda verəcək başqa resurslarının istismarı ilə bağlı da plan hazırlayır.

    Məlumdur ki, Qarabağ və ətraf rayonlarda zəngin qızıl, mis, dəmir filizi və s. yataqları, mineral ehtiyatlar var. O cümlədən, çoxşaxəli dağ çayları yeni enerji qaynaqları üçün münbit imkanlar yaradır.

    Maraqlıdır, Qarabağda dünyanın trendi olan hansı alternativ enerji proqramları həyata keçiriləcək? Hazırda bölgədə hansı işlər həyata keçirili və prioritetlər nədən ibarətdir?

    Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov “AzPolitika.info”-nun bu barədə sorğusuna cavab olaraq bildirib ki, Qarabağ alternativ enerji mənbəyinə çevriləcək.

    Millət vəkili xatırladır ki, hələ müharibədən əvvəl Azərbaycan bərpaolunan enerjiyə investisiyalar cəlb etməyə nail olmuşdu.

    Onun sözlərinə görə, iki iri beynəlxalq şirkət ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırmaq arzusunda olduqlarını bildirib: “Dünyanın aparıcı enerji şirkətləri arasında tender keçirilib və iki şirkət ən yaxşı təkliflər irəli sürüb. Qarabağ “yaşıl enerji” zonasıdır. Azad edilmiş ərazilərdə yaxşı imkanlar mövcuddur. Kəlbəcər-Laçın zonasında külək stansiyaları tikiləcək, orada çox güclü küləklər olur. Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları üçün əlverişlidir, çünki orada günəş şüalarının il ərzində miqdarı da çox böyükdür”.

    S. Qurbanov qeyd edib ki, Azərbaycanın müvafiq strukturlarına əcnəbi tərəfdaşlarla bu məsələlər üzərində işləmək tapşırığı verilib.

    Millət vəkili vurğulayıb ki, Qarabağ “yaşıl enerji” zonası elan edilib və bunun üçün ilk növbədə investorları gözləyilər: “Qarabağ regionun müasir və ən inkişaf etmiş ərazisinə çevriləcək, işğaldan azad olunmuş ərazilərdə günün tələblərinə uyğun infrastruktur inşa olunacaq. Artıq Füzulidə hava limanının tikintisinə başlanıb. Ərazinin minalardan təmizlənməsi yüksək intensivliklə davam etdirilir. Hava limanının uçuş-enmə zolaqları və onun fəaliyyətini təmin edəcək naviqasiya sistemləri istifadəyə veriləcək. Bu aeroport beynəlxalq hava limanı olacaq. Uçuş-enmə zolaqları ən böyük və ağır yük təyyarələri də daxil olmaqla bütün növ laynerləri qəbul edə biləcək. Hava limanından ərazilərin bərpası üçün xaricdən alacağımız yüklərlərin qəbul edilməsi üçün istifadə olunacaq. Eyni zamanda turistlərin Şuşa şəhərinə və ətraf bölgələrə rahat gedib-gəlmələri üçün də hava limanı əlverişli, rahat imkan yaradacaq”.

    Millət vəkili bildirib ki, ərazilərin bərpa olunması üçün bütün imkanlar səfərbər olunacaq.

    O, vurğulayıb ki, dövlət büdcəsindən bu məqsədlə ayrılmış 2,2 milyard manat investisiya başlanğıcıqdır: “Qarabağın bərpası üçün təklif edilmiş layihələrin icrasına təxminən bir milyard manat verilib. Layihələr əsasən infrastrukturun qurulması, bərpasını əhatə edir. Bu, elektrik enerjisi xətlərinin, avtomobil və dəmir yollarının çəkilməsi, ərazilərin minalardan təmizləməsi və s. işlərə aiddir”.

    Komitə sədri daha sonra qeyd edib ki, işğaldan azad edilmiş bölgələrdə bərpa işləri sistemli və planlı şəkildə aparılacaq.

    Onun sözlərinə görə, şəhərlərin və kəndlərin inkişafı planlarının tərtib edilməsinə artıq başlanıb: “Reallaşacaq layihələrdə müasir texnologiyaların geniş tətbiq olunması başlıca məsələdir. “Ağıllı kənd” layihəsi artıq reallaşmaqdadır. Zəngilan rayonunun üç kəndində – Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçiriləcək. Cari ilin sonuna qədər onların icrası tam başa çatacaq. Orada təqribən 1000-ə yaxın sakin yerləşdiriləcək. Lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar oraya qayıdacaqlar”.

    Millət vəkili belə pilot layihələrin çox olacağını da vurğulayıb: “Bərpa prioritetləri mütləq şəkildə qorunacaq. Azərbaycan öz ərazilərinin xeyli hissəsini həm hərbi, həm də sülh yolu ilə qaytarıb. İndi bizim əsas vəzifəmiz həmin ərazilərin bərpa edilməsi, köçkünlərin qaytarılması və bu insanların normal həyatının təmin edilməsidir. Bunu şəraitdən, strateji planlardan asılı olaraq mərhələli şəkildə etmək lazımdır. 30 ildir öz doğma torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaradılmalıdır. Onlar ləyaqətli şərtlərlə ömür sürməyə və dünyanın bütün nemətlərindən istifadə etməyə layiqdirlər”.

  • Erməni faşizminin törəməsi: “Sasna Srer” – VİDEO

    “Caliber” müəllif layihəsi öz “YouTube” kanalında yeni buraxılış yeyımlayıb.

    Budəfəki video erməni faşizmi və onun təcəssümü olan “Sasna Srer” təşkilatına həsr olunub.

    Süjetdə qurumun tarixi kökləri və fəaliyyəti haqqında maraqlı məlumatlar verilir. Bildirilir ki, “Sasna Srer” öz adını orta əslərin erməni eposu olan, ərəblərə qarşı vuruşmuş Sasunlu David və onun silahdaşlarının mübarizəsini əks etdirən əsərdən alıb.

    Xalq arasında bu epos məhz “Sasna Srer” – yəni “Sasunlu qəhrəmanlar” adlanır. Təşkilatın ideologiyası XIX əsrin mağara millətçiliyidir. Onun özəyini isə hələ birinci Qarabağ müharibəsində “qəhrəmanlıqlar” göstərmiş erməni terrorçuları təşkil edir.

    Daha ətraflı “Caliber”in videosüjetində: