Month: March 2021

  • Parlamentin növbəti iclası nə zamandır?

    Milli Məclisin növbəti iclasının martın 9-da keçirilməsi gözlənilir.

    Bu barədə Oxu.Az parlamentdən məlumat əldə edib.

    İclasın gündəliyi hələ bəlli deyil.

    Milli Məclisin mətbuat xidməti isə məlumatı nə təsdiq, nə də təkzib edib.

  • Bakıda daha bir məktəb koronavirusa görə bağlandı – YENİLƏNİB + RƏSMİ

    Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtdakı 106 nömrəli tam orta məktəbin bağlanması məsələsinə münasibət bildirib.

    İdarədən (BŞTİ) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 106 nömrəli tam orta məktəbdə 2 laborant, 1 nəfər uşaq birliyi təşkilatı rəhbəri və 1 direktor müavininin COVID-19 testi pozitiv çıxıb:

    “Bu səbəbdən Bakı şəhəri Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

    Bununla əlaqədar məktəbin fəaliyyəti 7 günlük müddətinə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb”.

    “Qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır. BŞTİ rəhbərliyi və İdarənin əməkdaşları da gündəlik məktəblərə gedir, tədrisin təşkili vəziyyəti ilə yerində tanış olurlar.

    Bütün bunlar şagird və valideynlərdə əminlik hissini artırır, ənənəvi tədrisə və müəllimlə canlı ünsiyyətə əsaslanan əyani dərs prosesinə maraq göstərənlərin faiz artımına təkan verir.

    İnanırıq ki, ümumi təhsil müəssisələrində ənənəvi tədrisin təşkili istiqamətində nəzərdə tutulan mərhələli tədbirlər cəmiyyətin birgə səyi ilə bundan sonra da uğurla reallaşdırılacaq”,- deyə qurumdan qeyd edilib.

    * * * * *

    Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 106 saylı tam orta məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.

    Buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasıdır.

    Dərslər 14 gün müddətində distant formada davam etdiriləcək.

    Qeyd edək ki, bundan əvvəl ölkə üzrə dörd məktəb COVID-19-a görə bağlanıb.

  • İtaliya Parlamenti Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsini tələb edir

    Bu gün İtaliya Parlamentinin aşağı palatası olan Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında qəbul olunmuş “Ermənistan və Azərbaycan arasında razılaşmaların yerinə yetirilməsi vəziyyəti haqqında qətnamə”də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizləmə əməliyyatlarını asanlaşdırmaq məqsədilə tərəflər konstruktiv fəaliyyət göstərməyə dəvət olunub və bu xüsusda, minalanmış ərazilərin xəritələrinin verilməsi istənilib.

    Sənəddə Ermənistan və Azərbaycan arasında onilliklərdir davam edən münaqişəyə son qoymaq məqsədilə 9 noyabr tarixində Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası dövlət başçıları tərəfindən üçtərəfli Bəyanatın imzalandığı və Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi məqsədilə hər üç tərəfin nümayəndələri arasında, o cümlədən yüksək siyasi səviyyədə nəqliyyat və kommunikasiya mövzuları da daxil olmaqla bir neçə dəfə müzakirələrin keçirildiyi qeyd olunub.

    Qətnamədə Azərbaycan tərəfinin üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirdiyini, müharibədən əvvəl və müharibə zamanı tutulmuş bütün erməni hərbi əsirləri qaytardığını bildirdiyi qeyd olunub, Azərbaycan tərəfində saxlanılan ermənilərin məhz 9 noyabr tarixli Bəyanatın imzalanmasından sonra həbs olunduğu vurğulanıb.

    Qətnamədə İtaliya hökumətindən BMT, ATƏT və Avropa İttifaqının 9 noyabr 2020-ci il tarixli Bəyanatın bütünlüklə icra olunmasına yönəlmiş təşəbbüslərini dəstəkləməsi və həbs edilmiş bütün müharibə əsirlərinin azad edilməsinə çağırış etməsi istənilib. Habelə İtaliya hökumətinə Ermənistan və Azərbaycan arasında gələcək barışıq şəraitinin yaranması üçün etimad quruculuq tədbirlərini təşviq etmək istiqamətində hər iki hökumətlə ikitərəfli səviyyədə də iş aparması tapşırılıb.

    Qətnamədə, eyni zamanda, İtaliya hökuməti qarşısında ərazilərin minalardan təmizlənməsi əməliyyatlarını asanlaşdırmaq məqsədilə tərəfləri konstruktiv fəaliyyət göstərməyə dəvət etməsi və bu xüsusda, minalanmış ərazilərin xəritələrinin verilməsini istəməsi vəzifələri qoyulub.

    Xatırladaq ki, İtaliya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında 18 noyabr 2020-ci il tarixli qətnaməsində 1993-cü ildən Ermənistanın Dağlıq Qarabağla yanaşı, Azərbaycanın digər ətraf yeddi rayonunu da işğal etdiyi, BMT Təhlükəsizlik Şurası tərəfindən silahlı qarşıdurmanın dayandırılması və işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması, eləcə də tərəflər arasında danışıqların başlanılmasına çağıran dörd qətnamənin qəbul edildiyi vurğulanıb və Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası dövlət başçıları tərəfindən 9 noyabr tarixində üçtərəfli Bəyanatın imzalanması alqışlanaraq Tərəflər, bu Bəyanatdan irəli gələn digər bütün öhdəliklərə əməl etməyə çağırılıb.

  • Paşinyan hücuma keçdi

    Ermənistanın mövcud qanunvericiliyinə görə, Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyan martın 4-də vəzifəsini itirəcək.

    Ermənistan prezidenti Armen Sarkisyanın bu gün qəbul etdiyi qərar, yəni baş nazir Nikol Paşinyanın sərəncamının qanunauyğunluğunun yoxlanması üçün Konstitusiya Məhkəməsinə göndərilməsi bunu ehtiva edir.

    N.Paşinyan sərəncamında O.Qasparyanı vəzifəsindən kənarlaşdırıb.

    N.Paşinyanın istefasını tələb edən O.Qasparyanıni və daha 40 yüksək rütbəli erməni hərbçisinin situasiyanı dəyişmək üçün cəmi 2 sutka vaxtları var.

    Ermənistan qanunvericiliyinə uyğun olaraq, N.Paşinyan general Qasparyanın Baş Qərargah rəisi postundan kənarlaşdırılması ilə bağlı sərəncamını yenidən prezident A.Sarkisyana yollaya bilər. Prezident isə bğu sərəncamın qanuna uyğunluğunun yoxlanması üçün sənədi təkrarən Konstitusiya Məhkəməsinə ünvanlaya bilər.

    General-polkovnik Onik Qasparyanın tələbini isə Erməçnistan Müdafiə Nazirliyində general Andranik Markaryan, general-mayor Arakel Martikyan, general-mayor Poqos Poqsyan, general-leytenant Cəlal Harutyunyan və polkovnik Artur Çatyan dəstəkləməyiblər.

    Ermənistanın müdafiə naziri Vaqarşak Harutyunyan isə bu gün Ermənistan Müdafiə Nazirlyiinin Xüsusi Təyinatlı dəstəsində olub. Orada o, Baş Qərargah rəisinin müavini, kəşfiyyat idarəsinin rəisi general-mayor Arakel Martikyanla müzakirələr aparıb.

    Nikol Paşinyan general-polkovnik Onik Qasparyanı vəzifəsindən kənarlaşdırmağa nail olandan sonra onun yerinə məhz A.Martikyanı təyin edəcəyi gözlənilir.

  • Birinci vitse-prezident xalqımızı Od çərşənbəsi münasibətilə təbrik etdi

    Azərbaycan Prezidenti İlham Əliyev ailəsi ilə birlikdə ikinci çərşənbə – Od çərşənbəsini qeyd edib.

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ailəsi ilə birgə tonqal ətrafında çəkilən fotoları sosial şəbəkədə paylaşıb və belə qeyd yazıb:

    “Əziz bacılar və qardaşlar! Od çərşənbəniz mübarək!”.

  • “Apple” korporasiyası tamamilə yeni “iPhone” təqdim edəcək

    “Apple” korporasiyası bu il tamamilə yeni “iPhone” smartfonu təqdim edə bilər.
    Median.Az ictnews.az-a istinadən bildirir ki,  korporasiyanın direktoru Tim Kukun sözlərinə görə, yeni qabaqcıl qurğunun təqdimatında böyük yeniliklər gözlənilir.
    Bundan əvvəl KİV-də yayılmış məlumatlara əsasən, “Apple”ın yeni cihazı 120 hersədək görüntü yenilənmə tezliyinə malik olacaq displeylə təchiz ediləcək. Həmçinin displeyin alt hissəsinə “Touch ID” adlandırılan barmaq izi sensoru quraşdırılacaq.

  • ABŞ Navalnı ilə bağlı Rusiyaya sanksiya tətbiq edib – YENİLƏNİ

    ABŞ-ın Ticarət Nazirliyi sanksiyaya məruz qalan şəxslərin siyahısını açıqlayıb.

    Siyahıda beş yüksək ranqlı məmurun adı var. Bunlar Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, Baş prokuror İqor Krasnov, Prezident Aparatının daxili siyasət idarəsinin rəhbəri Andrey Yarin, müdafiə nazirinin müavinləri Aleksey Krivoruçko və Pavel Popovdur.

    Onların ABŞ-da yerləşən əmlakına həbs qoyulub.

    * * *

    ABŞ-ın Ticarət Nazirliyi Aleksey Navalnı işinə görə 14 təşkilatın adını “qara siyahı”ya salıb.

    “RİA Novosti” xəbər verir ki, bu barədə Bayden administrasiyasının rəsmi nümayəndəsi məlumat verib. Onun sözlərinə görə, həmin təşkilatlardan biri dövlət, 13-ü isə özəl kommersiya qurumu olmaqla, doqquzu Rusiya, üçü Almaniya, biri isə İsveçrəyə məxsusdur.

    “Bundan sonra adıçəkilən şirkətlərlə bağlı istənilən məhsulun ixracı və ya təkrar ixracı ABŞ-ın sanksiyalarının təsirinə məruz qalacaq. Daha dəqiq desək, onlara ixrac lisenziyası verilməyəcək”, – deyə hökumət rəsmisi bildirib.

    Bununla yanaşı, yeddi Rusiya məmuruna qarşı da sanksiya tətbiq olunub. Onların ABŞ-da yerləşən əmlakına həbs qoyulub.

  • Bəzi marşrut xətlərinin hərəkət sxemi dəyişdirildi

    İbrahimpaşa Dadaşov küçəsinin Süleyman Sani Axundov küçəsi ilə kəsişməsindən Cəfər Xandan küçəsinin kəsişməsinə qədər olan hissəsində (Tenis Akademiyasının qarşısı) aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq ərazidə texnikaların olması avtobusların hərəkətində müəyyən çətinlik yaradıb.

    Bakı Nəqliyyat Agentliyindən AZXEBER.COM-a bildirilib ki, bu səbəbdən 6, 88, 88A və 202 nömrəli müntəzəm marşrutların hərəkət istiqamətləri müvəqqəti olaraq aşağıda qeyd olunan qaydada təşkil edilib.

    6, 88 və 88A nömrəli müntəzəm marşrutlar üzrə avtobuslar mərkəz istiqamətində Süleyman Sani Axundov-Şövkət Məmmədova-Cəfər Xandan küçələri ilə, 88 nömrəli avtobuslar “Azadlıq prospekti” metro stansiyası istiqamətində Azadlıq prospekti-Süleyman Sani Axundov küçələri ilə, 202 nömrəli avtobuslar isə “Nəriman Nərimanov” metro stansiyası istiqamətində Süleyman Sani Axundov–Şövkət Məmmədova küçələri ilə hərəkət edəcək.

  • Bakıda beşmərtəbəli binada yanğın olub, xəsarət alan var

    Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan mənzilin mətbəxində məişət tullantıları 3 m2 sahədə yanıb. 
    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
    Bildirilib ki, yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. 
    Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • “Barselona”nın keçmiş prezidenti sərbəst buraxılıb

    İspaniyanın istintaq məhkəməsi ötən gün polisin apardığı əməliyyat nəticəsində saxlanılan “Barselona”nın keçmiş prezidenti Xosep Bartomeunu sərbəst buraxılması barədə qərar çıxarıb.
    TASS agentliyi xəbər verir ki, qərar Kataloniya Ali Məhkəməsi tərəfindən verilib.
    X.Bartomeu və məsləhətçisi Jaume Masferrer məhkəmə qarşısına şübhəli şəxs qismində çıxıb.
    Hər iki şəxs ifadə verməmək hüququndan yararlanıb.
    Məhkəmə onları müvəqqəti azad etməyə qərar verib.