Month: March 2021

  • İnstaqramda yeni funksiya yaradılır

    İnstagram sosial şəbəkəsi “Live Rooms” funksiyasını istifadəyə verəcək.

    Bu barədə “Report” şirkətin saytına istinadən xəbər verir.

    Qeyd edilir ki, yeni proqram dörd nəfərə qədər istifadəçini birbaşa yayıma qoşmağa imkan yaradacaq.

    “Bu gün sizə dörd nəfərə qədər istifadəçiyə instaqramda birbaşa yayım aparmağa imkan verəcək “Live Rooms” funksiyasını təqdim edirik. Əvvəl birbaşa yayımı yalnız bir nəfərlə apara bilirdiniz, amma indi sizə birbaşa yayımınızı “üçqat artırmağa” imkan veririk”, – xəbərdə deyilir.

    Şirkət həmçinin qeyd edib ki, funksiya daha çox biznes qurmaq və pul qazanmaq imkanları yaradacaq. İstifadəçilər “Live Rooms”un köməyi ilə müxtəlif interaktiv funksiyalardan istifadə edə bilərlər. Bunlar arasında birbaşa yayımda alqı və vəsait yığımı da var.

    “Live Rooms” funksiyası yaxın vaxtlarda bütün dünyada mümkün olacaq.

  • Türkiyədə koronavirusla bağlı son vəziyyət

    Türkiyədə koronavirusla bağlı son statistika açıqlanıb.

    “Haber Global” ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son sutka ərzində 130 536 nəfərin COVID-19 testi yoxlanılıb və onlardan 9 891 nəfərin cavabı pozitiv çıxıb.

    Son 24 saat ərizində ölkə ərazisində 5 947 nəfər koronavirus xəstəsi sağalıb ki, bununla da indiyədək müalicəsi və ya karantin müddəti bitənlərin ümumi sayı 2 578 181 nəfərə yüksəlib.

    Virusdan ölənlərin sayı isə əksinə, azalıb. Belə ki, sutka ərzində Türkiyədə müvafiq diaqnozla 69 nəfər vəfat edib.

    Hazırda ölkənin tibb müəssisələrində ağır vəziyyətdə olan COVID xəstələrinin sayı 1215 nəfərdir.

  • Erməni əsirliyindən xilas edilən Vəliəhəd evinə döndü – FOTO/VİDEO

    Vətən Müharibəsində şəhid olduğu haqda məlumat yayılan, daha sonra isə əsir düşdüyü müəyyənləşən Vəliəhəd Vəliyev bir neçə aydan sonra evinə qayıdıb.

    Bu barədə “Qafqazinfo”ya qazimizin atası Şakir Vəliyev məlumat verib.

    Ötən ilin dekabrında erməni əsirliyindən xilas edilən qazimizin müalicəsi başa çatıb və o, bu gün doğulduğu Lənkərana yollanıb.

    Vətən müharibəsi qazisi Lənkəranda izdihamla qarşılanıb. Bundan əvvəl isə Vəliyev Vəliəhəd Bakıda Fəxri Xiyabana yollanaraq Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

    Qeyd edək ki, 1998-ci il təvəllüdlü Vəliyev Vəliəhədin Zəngilan uğrunda döyüşlərdə əsir düşdüyü bildirilirdi.

  • Bill Qeyts açıqladı: Bu tarixə qədər pandemiya bitəcək

    “Maykrosoft” kompaniyasının banisi Bill Qeyts koronavirus pandemiyasının bitmə vaxtı ilə bağlı proqnozunu açıqlayıb.

    Median.Az xəbər verir ki, Bill Qeytsin fikrincə, dünya 2022-ci ilə qədər normal vəziyyətə qayıda bilər.

    Milyarderin sözlərinə görə, ABŞ artıq payız aylarında demək olar ki, normal vəziyyətə qayıdacaq. Bu zamana qədər bütün məktəblər açılacaq, restoranlar fəaliyyətini qismən bərpa edəcək və idman tədbirləri keçiriləcək. Lakin pandemiya üzərində yekun qələbə qazanmaq üçün vaksinasiya məsələsində bütün dünyaya yardım etmək lazımdır.

    Bill Qeyts hələ ki, koronavirus əleyhinə preparatların yalnız varlı ölkələr üçün əlçatan olduğunu və Qeyts Fondunun vaksin istehsalının artırılması üçün əlavə müəssisələrin tikilməsi ilə məşğul olacağını qeyd edib.
    

  • Matviyenkodan İrəvana xəbərdarlıq: “Faciə olar…”

    Rusiya İrəvandakı hadisələrindən asılı olmayaraq, Ermənistanın Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanata əməl etməsinə ümid edir.

    Median.Az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko “RİA Novosti”yə müsahibəsində deyib.

    “Biz Ermənistan liderlərinin məsuliyyətli olduqlarına ümid edirik, çox inanırıq. Hansı hadisələrin baş verməsindən asılı olmayaraq, davamlılıq olmalıdır (Dağlıq Qarabağla bağlı bəyanatın həyata keçirilməsində – red.) Bu bəyanata zidd olacaq hər hansı hərəkət, hər hansı bir addım böyük faciəyə səbəb ola bilər, buna yol vermək olmaz”, – deyə Matviyenko bildirib.

    O, üçtərəfli bəyanatın Qafqaza sabitlik gətirdiyini söyləyib: “Proseslər davam edir, onlar sadə deyil, mürəkkəbdirlər. Hər gün bu və ya digər nüanslar yaranır. Lakin əsas odur ki, razılıq əldə edildi. İndi bunun davam etdirilməsinə çalışmalıyıq”.

  • Ermənistan yeni terror təşkilatı yaratdı

    Ermənilər öz tarixi vərdişlərindən əl çəkməyərək onları qızışdıran, alət kimi istifadə edən qlobal güclərin dəstəyi ilə yeni silahlı terror təşkilatı yaradıb. “Voma” adlı terror təşkilatı hazırda fəaliyyətdədir və PKK-dan, “Asala”nın törəmələrindən ciddi dəstək alır.

    Bu sözləri Türkiyədə fəaliyyət göstərən ASİMED (Əsassız Soyqırım İddialarına qarşı Mübarizə Dərnəyi) adlı təşkilatın rəhbəri, dosent Savaş Eğilmez deyib.

    “Bu terror təşkilatı Qarabağdakı müharibədə də fəaliyyət göstərib”, – o əlavə edib.

    S.Eğilmez bildirib ki, Ermənistanın tarixinə nəzər salanda onun daim terror fəaliyyətləri ilə anılan dövlət olduğu görünür. “Son zamanlar da ermənilərin yaratdığı yeni terror təşkilatının Qarabağ savaşında fəaliyyətdə olduğunu görürürk. Bu terror təşkilatının adı “VoxjMnaluArvest”, yəni “sağ qalmaq uğrunda mübarizə” mənasını verən ermənicə sözlərin baş hərflərindən götürülüb, “Voma” adlanır. Ona erməni əsilli Rusiya vətəndaşı, 1965-ci ildə anadan olmuş kəşfiyyatçı Vova Vartanov başçılıq edir”, – o qeyd edib.

    Eğilmez bildirib ki, Azərbaycan hüquq-mühafizə orqanları həmin terror təşkilatının Qarabağ savaşında xüsusən Xankəndi ətrafında ciddi fəaliyyət göstərdiyini təsbit edib. “Voma” üzvləri azərbaycanlı əsgərlərə və mülki şəxslərə hücumlar həyata keçirib.

    “Bu terror təşkilatı yaşları 18-dən 55-ə qədər olan insanları muzdla öz sıralarında toplayır, Avropadan təşkilata qatılmaq istəyənlərin təyyarə biletləri də daxil olmaqla bütün xərcləri ödənilir. Bunları Ermənistanda toplayırlar və çox ciddi təlim keçirlər. Təlimə dağlıq şəraitdə sağ qalmağı bacarmaq, odlu silahlardan, bıçaqlardan istifadə, diversiya hücumlarının təşkili daxildir. Onlara təlim keçənlər istefada olan hərbçilərdir”, – Eğilmez deyib.

    ASİMED başqanı ermənilərin bu fəaliyyətinin türk düşmənçiliyindəmn irəli gəldiyini deyir. Bildirir ki, gələcəkdə bu təşkilatın böyüyüb Türkiyəyə, Azərbaycana problem yaratmaması üçün indidən tədbir görmək lazımdır.

    “Ermənilərə bunu deyirik: artıq özünüzü oyuncaq durumundan qurtarın. 100 ildir insanlar sizi istifadə edir. Türkiyə şərtləri içərisində, Türkiyənin müəyyən etdiyi şərtlər daxilində bizimlə dostluq olmasa da ittifaq qurmağın yollarını axtarın. Azərbaycanla ittifaq qurmağın yollarını axtarın. Əgər bunu etməsəniz sizi daha bir əsr istifadə edəcəklər və bu işdən tarixdə olduğu kimi, yenə ermənilər ziyanla çıxacaq”,-o bildirib. (virtualaz.org)

  • Bakıda 45 yaşlı kişi bıçaqlandı

    Bakıda bıçaqlanma hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

    Belə ki, 1976-cı il təvəllüdlü Ağayev Mehman Əliabbas oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol döş qəfəsinin kəsilmiş-deşilməsi yarası diaqnozu qoyulub.

  • В Сабунчинском районе 4 человека спасены от пожара

    В Сабунчинском районе столицы произошел пожар.

    Как передает Report со ссылкой на МЧС, в подвале двухэтажного дома мансардного типа сгорели кондиционер, телевизор, 2 электропечи и 3 ковра.

    Пожарные эвакуировали 4 человек в безопасное место.

    Оставшаяся часть дома была защищена от пламени. Пожар потушен.

  • Sabunçu rayonunda 4 nəfər yanğından xilas olunub

    Bakıda yanğın hadisəsi baş verib.

    “Report” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

    Belə ki, ümumi sahəsi 460 m² olan ikimərtəbəli mansarda tipli evin zirzəmisində 1 ədəd kondisioner, 1 ədəd televizor və 3 ədəd xalça yanıb. Yüksək temperaturdan divar 5 m² sahədə qarsalanıb və 2 ədəd elektrik sobası əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 4 nəfər xilas olunub.

    Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

  • Ərdoğan: “Gəlin, 100-cü ilimizə yeni konstitusiya ilə daxil olaq”

    Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə hökumətin iclası keçirilib.

    “Haber Global”ın məlumatına görə, toplantıdan sonra media mənsublarına açıqlama verən dövlət başçısı bir sıra yeniliklərin anonsunu edib.

    28 fevral və 27 may dövlət çevrilişlərindən danışan Ərdoğan belə hallara bir daha yol verməmək üçün Türkiyə Respublikasının öz 100 illiyinə yeni konstitusiya ilə daxil olmasının vacibliyini vurğulayıb.

    Prezident sabah hökumət tərəfindən İnsan Hüquqlarına dair Fəaliyyət Planını ictimaiyyətə açıqlayacaqlarını bəyan edib və sənədin 9 əsas bölmədən ibarət olmasının anonsunu verib.

    R.T.Ərdoğan həmçinin 2020-ci ildə dünya miqyasındakı sosial və iqtisadi çətinliklərə baxmayaraq, Türkiyə iqtisadiyyatının 1.8 faizlik artıım nümayiş etdirməsini hökumətin ən böyük uğurlarından biri olaraq dəyərləndirib.

    Bununla yanaşı, dövlət başçısı həftə sonları Türkiyənin bəzi şəhərlərində küçəyə çıxma qadağasının ləğv olunduğunu da bildirib.