Month: March 2021

  • Bakının ərazisini zəbt edən tikililər – VİDEO

    3 milyonluq nüfuzu olan Bakıda sıxlığın günü-gündən artması ciddi narahatlıq doğurur.

    Bu barədə “ARB Xəbər”in hazırladığı süjetdə qeyd edilib.

    Belə ki, sıxlığın ən çox müşahidə edildiyi Xırdalan və Yeni Yasamalda yaşayan vətəndaşlar bildiriblər ki, bir-birinə çox yaxın tikilən çoxmərtəbəli binalar səbəbindən artıq evlərə gün işığı düşmür. Həmçinin bu cür tikililərin yanğın söndürən maşınların hərəkətinə ciddi maneələr yaratdığı qeyd edilib.

  • Rusiyalı xanım 21 il sonra nikahda olduğunu öyrənib

    Rusiyanın Orenburq vilayətinin sakini 21 il sonra nikahda olduğunu öyrənib.

    Bu barədə “RİA Novosti” məlumat yayıb.

    Məlumata görə, xanım məhkəməyə müraciət edərək nikahın ləğv olunmasını tələb edib. Belə ki, o, nikah mərasimində iştirak etməyib və qeydiyyat kitabıına imza atmayıb.

    Xanım 21 il öncə tələbə yoldaşının ona saxta nikah təklif etdiyini və rədd cavabı verdiyini xatırlayıb. Görünür, cavabla qane olmayan gənc oğlan rüşvətlə və saxtakarlıqla öz istəyinə nail olub.

  • İsveçrədə peyvənddən sonra 37 nəfər ölüb

    İsveçrədə vaksinasiyadan dərhal sonra 37 nəfərin ölümü qeydə alınıb.

    Bu barədə ölkə hökumətinin rəsmi saytı məlumat yayıb.

    Məlumatda bildirilir ki, həkimlər hər bir hadisəni araşdıraraq belə nəticəyə gəliblər ki, ölüm hallarından heç biri birbaşa vaksinasiya ilə əlaqəli deyil.

    Belə ki, ölənlərin orta yaş həddi 84 olub. Onlar bir çox xroniki xəstəliklərdən əziyyət çəkiblər.

    “Onların ölümü ürək-damar sistemi, nəfəs yolları xəstəlikləri və ya infensiya ilə əlaqədardır. Peyvəndin ölüm səbəbi olmasına dair heç bir sübut yoxdur”, – deyə məlumatda qeyd edilib.

  • На Каспии произошло землетрясение

    В Каспийском море произошло землетрясение.

    Об этом говорится в информации Республиканского центра сейсмологической службы Национальной Академии наук Азербайджана.

    Землетрясение магнитудой 3,5 балла было разрегистрировано в 19:48 по местному времени.

    Подземные толчки были зафиксированы на глубине 25 км.

  • Xəzərdə zəlzələ olub

    Xəzər dənizində zəlzələ olub.

    Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 19:48-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

    Maqnitudası 3,5 olan yeraltı təkan 25 km dərinlikdə olub.

  • В ГПС прокомментировали информацию о продаже в Украине продуктов, закупленных для военнослужащих

    26 марта в ряде СМИ и соцсетях появилась информация о продаже на украинских рынках мясных консервов, якобы закупленных для продовольственного обеспечения военнослужащих Государственной пограничной службы.

    Об этом сообщили в пресс-центре ГПС.

    “Официально заявляем, что данные материалы не соответствуют действительности и носят предвзятый характер. Закупка продовольственных товаров Государственной погранслужбой осуществляется в соответствии с действующими процедурами государственных закупок”, – говорится в сообщении.

  • DSX hərbçilərin ərzaqlarının Ukraynada satılması barədə xəbərlərə münasibət bildirdi

    “26 mart tarixində bir sıra KİV-lərdə və sosial media səhifələrində guya Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının ərzaq təminatı üçün alınmış ət konservlərinin Ukrayna bazarlarında satılması barədə materiallar yerləşdirilib”.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

    “Bununla əlaqədar rəsmi olaraq bildiririk ki, bu materiallar həqiqətə uyğun deyil və qərəzli xarakter daşıyır. Dövlət Sərhəd Xidməti tərəfindən ərzaq mallarının alınması qüvvədə olan qanunvericiliyinə əsasən dövlət satınalma prosedurlarına uyğun həyata keçirilir”, – məlumatda bildirilib.

  • Мировые цены на нефть растут

    Мировые цены на нефть растут в ходе торгов в субботу, 27 марта, передает Bloomberg.

    Фьючерсы на нефть WTI выросли на 4,12%, составив 60,97 доллара за баррель.

    Фьючерсы на нефть марки Brent увеличились на 4,23% – до 64,57 доллара за баррель.

  • Neft bahalaşır

    Dünya bazarında neft qiymətlərində artım qeydə alınıb.

    “Bloomberg” xəbər verir ki, WTI markalı neftin bir barelinin qiyməti 4,12 faiz artaraq 60,97 ABŞ dolları olub.

    “Brent” markalı neftin bir bareli 4,23 faiz bahalaşaraq 64,57 dollar təşkil edib.

  • Ötən gün ərzində cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanıldı

    Ötən gün daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistika açıqlanıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 23 cinayətin üstü “isti izlər”lə açılıb.

    Əvvəlki dövrlərdən bağlı qalmış iki cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan üç nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Respublikanın avtomobil yollarında bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

    Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.