Month: March 2021

  • Şahbuzda qəza: Ölən var

    Şahbuz rayonunda bir piyadanın ölümü digərinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, rayonun Daylaqlı kəndi ərazisində Babək rayon sakini Ü.Bağırov idarə etdiyi “Hyundai” markalı avtomobillə Şahbuz şəhər sakini E.Salmanzadəni və Daylaqlı kənd sakini S.Bəşirlini vurub. Nəticədə E.Salmanzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər piyada isə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı Şahbuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

  • Karantin rejimini pozan çayxana aşkarlandı – FOTO

    Goranboy rayonunda karantin rejimini pozan çayxana aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayonun Baxçakürd kəndi ərazisində gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb.

    Obyekt sahibi İlkay Abdullayev və beş nəfər müştəri saxlanılaraq RPŞ-yə gətirilib və onlar İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

  • Göyçayda itlərin hücumuna məruz qalan şagird vəfat etdi – FOTO

    Göyçay rayonunda bayram günü papaq atmağa gedən yeniyetmənin üstünə itlər hücum edib.

    “Qafqazinfo” xəbər verir ki, rayonun Qarabaqqal kənd sakini, 2006-cı il təvəllüdlü Ömərov Arif Asif oğlu hadisə zamanı qorxaraq stress keçirib.

    Kənd məktəbinin 10-cu sinfində təhsil alan A.Ömərov bu gün vəfat edib.

    Faktla bağlı araşdırma aparılır.

  • В Тертере оштрафовали организатора свадебного торжества – ФОТО

    Сотрудники Тертерского РОП продолжают проводить меры по контролю за соблюдением карантинного режима, сообщили в бардинской региональной группе пресс-службы МВД.

    В ходе очередного мероприятия 26 марта было выявлено, что житель села Сарыджалы Бахтияр Бабаев организовал свадьбу для своего сына с участием гостей.

    В отношении его составлен протокол по соответствующей статье Кодекса об административных проступках, а участникам мероприятия сделано предупреждение.

  • Tərtərdə toy məclisi təşkil edən şəxs cərimələndi – FOTO

    Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, mart ayının 26-da Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Sarıcalı kənd sakini Bəxtiyar Babayevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə övladına toy mərasimi təşkil etdiyi müəyyən edilib.

    B.Babayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, məclisin iştirakçılarına isə xəbərdarlıq edilib.

  • Braziliyada pandemiya dövründə rekord ölüm

    Braziliyada son sutkada yeni növ koronavirusdan 3 650 nəfər ölüb.

    “Anadolu” agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, bu rəqəm pandemiya başlanandan Braziliyada ən yüksək göstəricidir.

    Ümumilikdə, virus səbəbi ilə həyatını itirənlərin sayı 307 112-yə çatıb.

    Ölkədə son 24 saatda 84 245 yoluxma qeydə alınıb, bununla da ümumi yoluxma sayı 12 404 414-ə qalxıb.

    ABŞ-dan sonra yoluxma sayına görə ikinci yerdə olan Braziliyada koronavirusun daha yolxucu “P1” növünün yayılması vəziyyəti daha da çətinləşdirir.

  • Yol polisi sürücüdən rüşvət alıbmı? – DİN-dən AÇIQLAMA – YENİLƏNİB + VİDEO

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov yol polisinin sürücüdən rüşvət alması barədə yayılan iddialarla bağlı açıqlama verib.

    Onun sözlərinə görə, bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının inspektorunun stasionar postda yük avtomobili sürücüsündən rüşvət alması ilə bağlı yayılan videogörüntülər aidiyyəti qurumlar tərəfindən araşdırılıb:

    “İddia öz təsdiqini tapmayıb. Belə ki, mart ayının 26-da Daşkəsən rayon sakini Eşqin Ələsgərov özünə məxsus yük avtomobili ilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən, daşıdığı yükün qabaritinin normadan böyük olması səbəbi ilə saxlanılıb, sürücüyə pozduğu qayda pozuntusu ilə bağlı məlumat verilib. E.Ələsgərov qaiməni polis əməkdaşına təqdim edərək daşıdığı yükün çəkisinin standartlara uyğun olduğu bildirib”.

    “Sürücüyə bir daha izah edilərək yükün çəkisinin deyil, qabaritinin normadan böyük olduğu bildirilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsi (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması) ilə protokol tərtib edilərək 40 manat miqdarında cərimə edilib”, – deyə o əlavə edib.

    * * * * * *

    Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşlarının sürücüdən rüşvət alması iddia edilib.

    Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

    Yayımlanan videonu şərh edən şəxs polis əməkdaşının “KamAz” markalı yük avtomobilinin sürücüsündən rüşvət aldığını deyir.

    Görüntüləri çəkən şəxslər videonu Şəmkir rayonu ərazisində yerləşən DYP postunda lentə alındıqlarını bildiriblər.

    Ələsgərov Eşqin adlı sürücü isə bildirib ki, Daşkəsən rayonundan Qazax rayonuna yük aparan zaman Şəmkir rayonu ərazisində yerləşən DYP postunda saxlanılıb:

    “Artıq yük apardığım üçün cərimə yazıblar. Heç bir pul verməmişəm”.

    Baş Dövlət Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev Oxu.Az-a açıqlamasında bildirib ki, yol polisinin sürücüdən rüşvət alması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

    “Aparılan araşdırma nəticəsində polisin “KamAz” markalı yük avtomobilinin sürücüsündən pul alması faktı təsdiqini tapmayıb. Nəqliyyat vasitəsinin sürücüsü yük daşıma qaydalarını pozduğuna görə posta dəvət olunub, onun barəsində inzibati protokol tərtib olunub. Sürücü inzibati məsuliyyətə cəlb edilib”.

  • Bakıda qarajdan 30 000 dollarlıq oğurluq

    Yasamal rayon ərazisində qarajların birindən 30 000 ABŞ dolları dəyərində məişət əşyaları və kolleksiya markaları oğurlanıb.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki qarajların birindən 30 000 ABŞ dolları dəyərində məişət əşyaları və kolleksiya markaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş İ.Qədirov, İ.İlyasov və Ə.Əsgərov saxlanılıb.

  • Bakıda məktəbdən 7 min manatlıq büst oğurlayan dəstə ələ keçdi

    Buzovna qəsəbəsindəki orta məktəblərdən birinin qarşısında quraşdırılmış 7 000 manat dəyərində latun və bürüncdən olan büst oğurlanıb.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.

    Büstü oğurlanmaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Mirzəyev, V.Quliyev və əvvəllər məhkum olunmuşlar E.Mirzəyev, E.İsgəndərov və R.Səmədov saxlanılıb.

  • Известный американский журналист об армянском вандализме – ФОТО

    Когда я смотрел подготовленный BBC сюжет о якобы разрушенной Азербайджаном в Джебраиле принадлежащей армянам часовне, то увидел закулисье их очередных игр.

    Об этом Report заявил Рауль Ловери Контрерас, автор таких ведущих печатных изданий, как The Hill, Daily Caller, Fox News.

    “Как человек, внимательно следящий за ситуацией в регионе, я не удивлюсь, если через несколько месяцев услышу, что армяне представили в искаженном виде известные мне реалии. На кадрах, которые я видел своими глазами, они во время и после окончания боевых действий сжигают и разрушают свои дома, вещи и даже леса до прибытия азербайджанских военных. Однако, касаемо данного сюжета, разрушена не часовня, а здание, принадлежащее какой-то военной базе”, – сказал американский журналист.

    По его словам, в подготовленном из полностью уничтоженного Агдама видео демонстрируется, как за период 30-летней незаконной оккупации армяне уничтожили историко-культурные памятники и жилые строения Азербайджана. Кадры являются прямым доказательством совершенных армянской стороной преступлений и представляют все обвинения в адрес азербайджанских военных надуманными.

    Л.Контрерас особо подчеркивает, что хотя экс-президент Армении Серж Саргсян признал убийство 26 февраля 1992 года в Ходжалы 613 невинных граждан, включая женщин и детей, и ряд других преступлений, совершенных в то время, он не привлечен к уголовной ответственности. Как ни странно, несмотря на признание многими данных деяний, есть и такие, кто отрицает совершенные в Ходжалы преступления.