Month: March 2021

  • Vətən müharibəsi və Xocalı soyqırımı haqqında filmlər çəkiləcək

    “44 günlük Vətən müharibəsi və Xocalı soyqırımı haqqında tarixi kinoların çəkilməsi planlaşdırılır”.

    Bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Anar Kərimov bildirib.

    Onun sözlərinə görə, bu yaxınlarda Türkiyəyə səfəri zamanı bu layihələr müzakirə olunub:

    “Gələcəkdə birgə layihələr həyata keçirəcəyik”.

    “Həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə bu filmlərlə həqiqətlərimizi dünyaya çatdıracağıq”, – deyə nazir əlavə edib.

  • “Veysəloğlu”nun 300 kq toyuq qiyməsi yararsız çıxdı

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

    AQTA-dan Report-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı “Veysəloğlu” MMC tərəfindən Rusiya Federasiyasından ölkəmizə idxal edilən 300 kq dondurulmuş toyuq qiyməsi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

    Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrdə patogen mikroorqanizm olan salmonella aşkar edilib.

    Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

  • Bakıda yağış suları üçün qoyulan 97 quyunun barmaqlıqları oğrulanıb – RƏSMİ

    Nobel prospektində qısa müddət ərzində səth sularının normal axıdılması üçün nəzərdə tutulan yağış sistemlərinə aid 97 ədəd quyunun barmaqlıqları yoxa çıxıb.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

    Bildirilib ki, baş vermiş hadisə ilə bağlı yol təsərrüfatına külli miqdarda ziyan dəyib.

    Oğurluq faktı ilə əlaqədar olaraq agentlik tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib və qısa müddət ərzində yağış barmaqlıqlarını oğurlayanlar aşkar edilərək məsuliyyətə cəlb olunublar.

    Oğurlanmış barmaqlıqların 19-u geri qaytarılıb, 78-i isə bu gün agentlik tərəfindən yeni alınaraq çatışmayan yerlərə qoyulub.

    Anoloji faktlar müxtəlif vaxtlarda mərkəzi küçə və prospektlər istisna olmaqla digər prospekt və yollarda da qeydə alınır. Sözügedən faktlarla bağlı da hüquq-mühafizə orqanlarına müraciət olunub və qısa müddət ərzində həmin ərazilərdə səth sularının axıdılması üçün nəzərdə tutulmuş quyuların barmaqlıqlarının yerlərinə quraşdırılması təmin olunacaq.

  • Azərbaycanda 16 yaşlı oğlan intihar etdi

    Qəbələ rayonunda 16 yaşlı yeniyetmə intihar edib.

    Hadisə rayonun Bayramkoğa kədində qeydə alınıb.

    2005-ci il təvəllüdlü kənd sakini Aqşin Calal oğlu İbişov yaşadığı evin tövləsində özünü asıb.

    Yaxınları 16 yaşlı övladlarını xəstəxanaya çatdırsalar da, müayinə zamanı artıq onun öldüyü məlum olub.

    Qeyd edək ki, 29 mart tarixində Sumqayıt şəhərində 18 yaşlı Misirli Könül özünü 9 mərtəbəli binadan ataraq intihar edib.

    //unikal.org

  • Ərdoğan Şuşaya səfər edəcək

    “Ramazan bayramından sonra qardaşımla (Prezident İlham Əliyev nəzərdə tutulur – red.) birgə Şuşanı ziyarət edəcəyik”.

    Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının qeyri-rəsmi Zirvə toplantısında söyləyib.

    Türkiyə prezidenti bir daha Azərbaycan xalqını təbrik edib:

    “Əziz qardaşım cənab İlham Əliyev başda olmaqla bütün azərbaycanlı qardaşlarımı Dağlıq Qarabağdakı Zəfərləri münasibətilə öz adımdan və millətim adından təbrik edirəm. 44 gün davam edən dastanvari mübarizədən sonra 30 illik işğal sona çatıb. Dağlıq Qarabağ yenə Ana Vətənə qovuşub”.

    “Azərbaycanın bu bölgəni ayağa qaldırmaq üçün bütün məcburi köçkün qardaşlarımızın öz torpaqlarına dönməsini çox vacib sayıram”, – o, əlavə edib

  • Goranboyda gənc qız itkin düşüb – FOTO

    Goranboyda itkin düşən şəxs axtarılır.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy rayon Kələk kənd sakini, 1997-ci il təvəllüdlü Aytəkin Hüseynova cari ilin fevral ayının 6-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

    A.Hüseynovanın əlamətləri belədir: boyu 160 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, qara uzun saçları vardır. Evdən çıxarkən onun əynində qara rəngli şalvar, göy rəngli cins gödəkcə və qara rəngli idman ayaqqabısı olmuşdur.

    “Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-24-5-30-72 şəhər və (050/055) 301-10-77 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur”, – mətbuat xidmətindən bildirilib.

  • İstifadə etdiyimiz maskalarda qurd var? – VİDEO

    Bakıda tibbi maskaların birinin üzərində aparılan kiçik təcrübə geniş müzakirələrə səbəb olub.

    Belə ki, sosial şəbəkədə maskadan nano qurd çıxması barədə video paylaşılıb.

    Məsələnin doğruluğunu dəqiqləşdirmək üçün Baku TV Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının dosenti Sədrəddin Atakişizadənin münasibətini öyrənib.

    S.Atakişizadə bildirib ki, maskalarda elə qurd ola bilməz:

    “Materialı istehsal edilərkən bir neçə mərhələdən keçir. Sonda isə qaynar ütü ilə ütülənir. Burada heç bir canlı varlıqdan söhbət gedə bilməz. Heç bir maskada qurd uzun müddət yaşaya bilməz. Çünki orada onun inkişafı və yaşaması üçün qidalı mühit də yoxdur”.

    Qeyd edək ki, oxşar videolar bir müddət əvvəl sosial şəbəkələrin Qazaxıstan seqmentində də yayılıb. Lakin tezliklə bu ehtimalın həqiqətə uyğun olmadığı aydın olub.

  • В городе Шуше почтена память жертв 31 марта 1918 года – ВИДЕО

    В связи с 31 марта – Днем геноцида азербайджанцев в городе Шуше состоялась церемония поминовения с участием военнослужащих ВС АР, сообщает пресс-служба Минобороны.

    На мероприятии была почтена память жертв геноцида, особо подчеркнут успех политики, которая проводилась общенациональным лидером Гейдаром Алиевым и проводится Президентом Азербайджана Ильхамом Алиевым по доведению до сведения мирового сообщества правды о событиях, и отмечена работа, выполняемая в этой сфере.

  • Hərbçilər 31 Mart soyqırımı gününü Şuşada andı – VİDEO

    31 mart – Azərbaycanlıların Soyqırımı Günü il əlaqədar Şuşa şəhərində Azərbaycan ordusunun hərbi qulluqçuları ilə anım mərasimi keçirilib.

    Tədbirdə soyqırımı qurbanlarının xatirəsi anılıb, ümummilli liderimiz Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları xüsusi vurğulanaraq bu sahədə görülən işlərdən danışılıb.

  • В Азербайджане произошло землетрясение

    В Гахском районе Азербайджана произошло землетрясение.

    Об этом сообщили в Республиканском центре сейсмологической службы Национальной Академии наук Азербайджана.

    Подземные толчки были зафиксированы в 13:04 в 23 километрах к югу от сейсмостанции Загатала.

    Магнитуда землетрясения составила 2,9, очаг залегал на глубине 10 километров.

    Землетрясение ощущалось слабо.