Month: March 2021

  • Ermənilərin Xocavənddə atıb qaçdıqları zenit-raket kompleksi aşkarlandı

    İşğaldan azad edilən ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

    Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti belə tədbirlər zamanı Xocavənd rayonu ərazisindəki tərk edilən hərbi mövqelərdən 1 ədəd “İqla” daşınan zenit-raket kompleksi, 1 ədəd “Muxa” tank əleyhinə qumbaraatan, 1 ədəd pulemyot, 1 ədəd avtomat, 6 ədəd əl qumbarası, 64 ədəd müxtəlif növ mərmilər, 19 ədəd avtomat darağı və 1100 ədəd müxtəlif çaplı güllələr aşkar edilib.

    Silah-sursat aidiyyəti üzrə təhvil verilib.

  • КНДР впервые за год провела испытания баллистических ракет

    Северная Корея осуществила утром 25 марта запуск двух баллистических ракет. Проведение испытаний зафиксировали военные Японии, а также Южной Кореи и США. Это первые испытания баллистических ракет в КНДР с марта 2020 года, пишет meduza.

    По данным Токио, запущенные ракеты пролетели около 450 км на высоте, не превышающей 100 км, и упали в Японском море за пределами территориальной и эксклюзивной экономической зоной Японии. Какого либо ущерба в результате пусков не зафиксировано, однако премьер-министр Японии Ёсихидэ Суга выразил протест, назвав действия Пхеньяна нарушением резолюции Совбеза ООН и угрозой региональной безопасности.

    В минувшие выходные КНДР уже проводила тестовые пуски нескольких ракет малой дальности. Тогда представители администрации США назвали это “нормальной военной активностью”.

  • Şimali Koreya bir il sonra ilk dəfə ballistik raketlərini sınaqdan keçirdi

    Şimali Koreya martın 25-də iki ballistik raket buraxılışı həyata keçirib.

    Bu barədə Yaponiya mətbuatı yazıb.

    Raket buraxılışı həm Yaponiya, həm Cənubi Koreya, həm də ABŞ hərbçiləri tərəfindən qeydə alınıb.

    Bu, Şimali Koreyanın 2020-ci ilin martından bu yana ilk ballistik raket sınaqları olub. Tokiodan bildirilib ki, raketlər təxminən 450 kilometr qət edərək Yapon dənizinə düşüb.

    Yaponiyanın Baş naziri Yosihide Suqa bununla bağlı etirazını bildirib və Pxenyanın fəaliyyətlərinin BMT Təhlükəsizlik Şurası qətnamələrinə zidd olduğunu vurğulayıb.

  • Sabahın hava proqnozu açıqlandı

    Azərbaycanda sabaha olan hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə martın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Səhər bəzi yerlərdə zəif duman olacaq. Gecəyə doğru yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 5-8, gündüz 9-11 dərəcə isti olacaq. Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

    Martın 26-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 4-7, gündüz 12-17 dərəcə isti , dağlarda gecə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, martın 26-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişlidir.

  • Заразившаяся COVID-19 ведущая: Они даже не приносят лекарства

    Уже два дня как болею коронавирусом. Соответствующее медучреждение не интересуется мной, только звонили с TƏBİB. Они предложили госпитализацию в случае осложнения. Никто даже не передал мне лекарства, необходимые для пациентов с COVID-19.

    Об этом Axşam.az сказала заразившаяся коронавирусом ведущая Айтен Сафарова.

    Она отметила, что все необходимые лекарства купила сама.

    “До сих пор ни один человек не позвонил мне и не поинтересовался моим самочувствием. Может я плохо себя чувствую, меня нужно госпитализировать? Я известный человек, журналист. Если ко мне относятся с таким безразличием, что уж говорить о других. Может все члены одной семьи заразились коронавирусом, никто из них не может выйти за лекарством. Что это за безответственность? Ни одно медучреждение при Минздраве не интересуют пациенты с коронавирусом”, – добавила ведущая.

  • Koronavirusa yoluxan Aytən Səfərovadan şikayət: “Dərmanı da gətirmirlər”

    “İki gündür bilinir ki, COVİD-19-a yoluxmuşam. Mənimlə müvafiq bir tibb ocağı maraqlanmır. Bircə TƏBİB-dən zəng etdilər. Onlar da ancaq ağırlaşma olanda, xəstəxanaya yerləşdirmək təklifi etdilər. COVID-19 xəstələri üçün lazım olan dərman paketini belə mənə gətirib verən olmadı”.

    Bu sözləri koronovirus infeksiyasına yoluxan aparıcı Aytən Səfərova Axşam.az-a açıqlamasında deyib. O bildirib ki, müalicə üçün lazım olan dərmanları özü alıb:

    “Sosial şəbəkədə paylaşdığım dərmanları həyat yoldaşımın tanışı olan başqa bir həkimdən özümüz almışıq. İndiyənə qədər bir nəfər belə əlaqə saxlamayıb ki, özünüzü necə hiss edirsiz, nəsə lazımdır? Bəlkə, pisəm, xəstəxanaya yerləşdirilməliyəm? Hələ mən tanınmış adamam, jurnalistəm…

    Mənə belə laqeyid yanaşılırsa, görün adi insan necədir. Bəlkə bir ailədə hamı yoluxub, dərmanı gedib ala bilmirlər? Belə məsuliyyətsizlik olar? Vaxtında dərmanları çatdırılmayan nə qədər insan ağırlaşır. Səhiyyə Nazirliyinin nəzdində olan tibb ocaqlarının heç birinin koronovirus xəstəsi vecinə deyil”.

  • Азербайджанская нефть подорожала

    Азербайджанская нефть марки Azeri Light подорожала.

    Ее стоимость на мировом рынке повысилась на 2,83% или на 1,75 доллара за баррель – до 63,68 доллара.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan nefti yenidən bahalaşdı

    Azərbaycan neftinin qiyməti 3 faizə qədər artıb.

    “Azeri Light” markalı neftin bir bareli 1,75 ABŞ dolları və ya 2,83 faiz bahalaşıb.

    Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 63,68 dollar təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə – 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.

  • Azərbaycan tütün əvəzedicilərinin ixracını kəskin azaldıb

    Bu ilin yanvar-fevral aylarında Azərbaycanın tütün və tütünün sənaye əvəzedicilərinin idxal-ixrac göstəriciləri açıqlanıb.

    “Report” bu barədə Dövlət Gömrük Komitəsinin statistik rəqəmlərinə istinadən xəbər verir.

    Məlumata görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanın tütün və tütünün sənaye əvəzedicilərinin idxalının dəyəri 14,4 mln ABŞ dolları təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 mln ABŞ dolları və ya 33,9 % çoxdur.

    Hesabat dövründə Azərbaycanın tütün və tütünün sənaye əvəzedicilərinin idxalı Azərbaycanın ümumi idxalının 0.90 %-ini təşkil edib.

    Bu ilin yanvar-fevral aylarında Azərbaycanın tütün və tütünün sənaye əvəzedicilərinin ixracının dəyəri 288 min ABŞ dolları təşkil edib. Bu, 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 1,5 mln ABŞ dolları və ya 84 % azdır.

  • Ведущая ATV заразилась коронавирусом – ФОТО

    Ведущая программы Xəbərlər на ATV Парвин Аскерли заразилась коронавирусом.

    В своем аккаунте в социальной сети она поделилась фотографией из больницы.

    Подписчики пожелали ведущей скорейшего выздоровления.