Month: March 2021

  • Prezidentin köməkçisindən ermənilərə xatırlatma – FOTO

    “2017-ci ildə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi olarkən ermənilərin heç zaman yaşamadığı, işğal edilmiş Cəbrayılda hərbçilər üçün kilsənin qanunsuz tikintisi barədə bəyanat vermişdim”.

    Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında paylaşıb.

    “Bildirdim ki, Azərbaycana aid olan hər şeyin təhqir edildiyi bir vəziyyətdə kilsə tikintisi xristianlığın əsas prinsiplərinə ziddir”, – deyə H.Hacıyev bildirib.

  • Число инфицированных коронавирусом в Азербайджане за минувшие сутки приблизилось к 1 500 – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 1 429 новых случаев инфицирования коронавирусом, 548 человек вылечились и были выписаны домой.

    Об этом 25 марта сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще 17 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразился 250 921 человек, 3 421 из них скончался, 234 382 – вылечились, 13 118 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведен 2 807 861 тест на COVID-19 (за последние 24 часа – 8 760).

  • Azərbaycanda bir gündə koronavirusa yoluxanların sayı 1,5 minə yaxınlaşdı – FOTO

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1 429 yeni yoluxma faktı qeydə alınıb, 548 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 250 921 nəfər koronavirus infeksiyasına yoluxub.

    Onlardan 234 382 nəfər müalicə olunaraq sağalıb, 3 421 nəfər vəfat edib, aktiv xəstə sayı 13 118 nəfərdir.

    Ölkədə son sutka ərzində 8 760, hazırkı dövrədək isə 2 807 861 test aparılıb.

  • Merkeldən Türkiyəyə dəstək

    “Türkiyə Şərqi Aralıq dənizi bölgəsində gərginliyi azaltmaq niyyətlərini nümayiş etdirir”.

    “Haber Global”ın məlumatına görə, bu sözləri Almaniya kansleri Angela Merkel deyib.

    Almaniya kansleri həmçinin Türkiyənin 3.6 milyon suriyalı qaçqını qəbul etməsinin təqdirəlayiq olduğunu vurğulayıb.

  • Rusiyanın bir sıra şəhərlərindən Azərbaycana aviareyslər dayandırılıb

    Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) Rusiyanın 5 şəhərindən Azərbaycana aviareyslərin həyata keçirilməsinə verilən icazələri geri çağırıb.

    “Report” xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

    Bildirilib ki, martın 23-də qurumun iclasında aviareyslərin həyata keçirilməsi üçün verilən bir sıra icazələrlə bağlı qərar qəbul edilib.

    “İjavia” aviaşirkətinə məxsus Həştərxan-Bakı, Volqoqrad-Bakı, Ulyanovsk-Bakı, Rostov-Bakı aviareysləri üçün verilmiş icazələri aviaşirkətin ərizəsi əsasında geri çağırıb. Bu cür qərar “Red Wings” aviaşirkətinin Krasnoyarsk-Bakı aviareysinə də tətbiq edilib.

  • Еще одна группа пиротехников из России прибыла в Азербайджан – ФОТО/ВИДЕО

    24 марта в Азербайджан прибыла очередная группа пиротехников МЧС России, сообщает Министерство по чрезвычайным ситуациям АР.

    Она примет участие в операциях по разминированию освобожденных от оккупации территорий.

    В ведомстве сообщили, что 25 прибывших специалистов сменят своих коллег, которые вернутся на родину после трехмесячной работы.

    В Международном аэропорту Гянджи российских пиротехников встретил начальник Карабахского регионального центра МЧС Азербайджана полковник Мирали Фейзиев.

    Группа специалистов МЧС России проводит операцию по разминированию освобожденных территорий АР совместно со своими азербайджанскими коллегами.

  • Rusiyanın daha bir qrupu Azərbaycanda minaların təmizlənməsində iştirak edəcək – FOTO/VİDEO

    Rusiya FHN-in növbəti pirotexniklər qrupu martın 24-də Azərbaycana gəlib.

    Median.Az Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən xəbər verir ki, qrup işğaldan azad olunmuş torpaqların minalardan təmizlənməsi əməliyyatlarında iştirak edəcək.

    Belə ki, 25 nəfər mütəxəssisdən ibarət qrup üç aylıq fəaliyyətini başa vuraraq Rusiyaya geri dönən digər qrupu əvəz edəcək. Gəncə Beynəlxalq Hava Limanında rusiyalı pirotexnikləri Azərbaycan FHN-in Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev qarşılayıb.

    Qeyd edək ki, Rusiya FHN-in pirotexniklər qrupu işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını Azərbaycan FHN-in bu sahədə ixtisaslaşmış qüvvələri ilə birlikdə icra edir.//oxu.az

  • Число вакцинированных против коронавируса в Азербайджане превысило 500 тыс. – ОФИЦИАЛЬНО

    24 марта в Азербайджане было вакцинировано 20 650 человек, сообщает оперштаб при Кабинете министров.

    До сих пор в процессе иммунизации в нашей стране приняли участие 502 174 гражданина.

    Вакцинация успешно продолжается во всех районах республики.

  • Azərbaycanda vaksin olunanların sayı 500 mini keçdi

    Martın 24-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 20 650 nəfər vaksinasiya olunub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 502 174 nəfər peyvəndlənmə prosesində iştirak edib.

    Vaksinasiya respublikanın bütün rayonlarında uğurla davam etdirilir.

  • Cinayət işi: Azərbaycanda intim münasibətdə olmadığı üçün qızı boğub öldürdü – VİDEO

    2020-ci il martın 5-də Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 29/4, mənzil 51-də üzərində boğulmaya xarakterik xəsarətlə 23 yaşlı Günay Əliyevanın meyiti aşkar edilib. Araşdırma zamanı onun həmin evdə 2019-cu ilin dekabr ayından kirayədə yaşaması məlum olub.

    Baku TV xəbər verir ki, Sumqayıt şəhər prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

    Ayın 6-da Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən 23 yaşlı Kamran Quliyev Bakı şəhərində saxlanılıb.

    İş üzrə dindirilmiş Kamran Quliyev bildirib ki, marixuana və metamfetamindən istifadə edib. Həmin gün Günaya onunla cinsi əlaqədə olmaq üçün 30 və ya 40 manat pul verib. Amma bundan sonra qadın əlaqədə olmaq istəmədiyini deyib. Bu zəmində aralarında mübahisə başlayıb. K.Quliyevin sözlərinə görə, mübahisə zəminində Günay onu təhqir edib. Bu zaman isə o, hamam otağına daxil olaraq əlləri ilə Günayı divara sıxıb. Boğazından tutub, silkələyərək, sakit durmasını və onu söyməməsini tələb edib.

    Günayın ağırlaşdığını hiss edərək, onu buraxıb. Huşunu itirdiyinin düşünüb, üzünə su vurub. Lakin qadın ayılmayıb. Onun öldüyünü görərək, qorxaraq mənzili tərk edib. Kamran Quliyev qeyd edib ki, Günay Əliyevanı qəsdən öldürmək istəməyib.

    Məhkəmə iclasında K. Quliyev özünü təqsirli hesab etməyib. Zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, təqsirləndirilən şəxslə barışıb və ona qarşı şikayəti yoxdur.

    Məhkəmə nəticəyə gəlib ki, Kamran Quliyevin törətdiyi əməl CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Quliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.