Month: March 2021

  • Qusar və Quba sakinlərində silah aşklarlandı

    Qusar və Quba sakinlərindən silah götürülüb.

    Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Qusar Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Cağar kəndində yaşayan K.Zöhrəbəyovun evinin həyətinə baxış zamanı oradan nömrəsi silinmiş “İJ-20” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

    Eyni zamanda Quba RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Xırt kəndində yaşayan S.Xankişiyevin evinin həyətinə baxış zamanı oradan müvafiq sənədləri olmayan və nömrəsi silinmiş ov tüfəngi aşkar edilərək götürülüb.

  • Sumqayıtda “Milli ön”dən pul oğurlamaq istəyən şəxslər saxlanılıb

    Martın 24-də saat Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində “Milli ön” ödəmə terminallarının birindən qapının qıfılını sındırmaq yolu ilə oğurluğa cəhd göstərilib.

    Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri H.Quluzadə və F.Məmmədov müəyyən edilərək saxlanılıb.

    Araşdırma aparılır.

  • Hansı tibbi xidmətlər pulsuz olacaq və limit varmı? – AÇIQLAMA

    İcbari tibbi sığorta xidmətlərində müəyyən limitlər tətbiq olunacaq.

    Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və İcmatiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aynurə Əhmədova məlumat verib.

    Bildirib ki, icbari tibbi sığortanın xidmətlər zərfində 2550 sayda tibbi xidmət daxildir. Burada 2 istiqamət üzrə limit nəzərədə tutulub:

    “Xidmətlər zərfində 26 adda fizioterapiya və masaj xidmətləri yer alıb. Bunların hər birindən il ərzində 10 prosedur olmaqla istifadə edə bilərlər. Hər nahiyə üzrə 10 prosedur pulsuzdur. İl ərzində artıq 11-ci prosedur vətəndaşın öz vəsaiti hesabına olacaq”.

    Bundan başqa, 2 əməliyyat üzrə limitlər tətbiq olunur. A.Əhmədovanın sözlərinə görə, bu, oynaqdaxili endopritezlərin yerləşdirilməsi və kokolyar cihazın yerləşdirilməsi, dəyişdirilməsi ilə bağlıdır. Onların hər biri üçün illik limit 300 ədəddir. Digər xidmətlərdə heç bir limit yoxdur.

    Xatırladaq ki, icbari tibbi sığorta sistemi sonuncu mərhələ üzrə bu il aprelin 1-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda işə düşəcək. Nəzərə alsaq ki, həmin şəhər və rayonlarda yaşayan kifayət qədər vətəndaş digər regionlarda qeydiyyatdadır. Qaydalara görə, hər kəs qeydiyyatda olduğu rayon və ya şəhərdə pulsuz xidmət ala bilər. Bəs Bakıda yaşayan həmin vətəndaşlar paytaxta tibbi xidmət almaq üçün nə etməlidir?

    Suala aydınlıq gətirən A.Əhmədova bildirib ki, rayon qeydiyyatında olan şəxslər hazırda yaşadıqları yerdə müvəqqəti qeydiyyata düşməlidirlər. Bunun üçün Daxili İşlər Nazirliyinə müraciət edərək müvəqqəti qeydiyyata alma ilə bağlı arayış almalıdırlar. Pulsuz xidmət almaq üçün tibb müəssisəsinə müraciət edərkən həmin sənəd də təqdim edilməlidir. Əks halda, onlar bu xidmətdən yararlana bilməyəcəklər.

    Onu da qeyd edək ki, icbari tibbi sığortanın xidmətlər zərfi ilkin səhiyyə xidmətləri, təcili tibbi yardım, ambulator və stasionar şəraitdə göstərilən tibbi xidmətləri əhatə edir. Ambulator şəraitdə müalicə alan şəxslər dərmanları öz vəsaitləri ilə almalı olacaq. Ancaq stasionar müalicə alarkən dərman və tibbi ləvazimatlara görə əlavə ödəniş tələb olunmur.

    İlkin səhiyyə xidmətləri poliklinikalarda, sağlamlıq mərkəzlərində və tibb məntəqələrində göstərilir.

  • Qarabağda 30 ildə məhv edilən işğalçıların SAYI

    Azərbaycan Ordusu Qarabağın 30 ilə yaxın davam edən işğalına 44 gün ərzində son qoydu. Vətən Müharibəsi zamanı Ermənistan Ordusu darmadağın edildi, istər hərbi texnika, istərsə də canlı qüvvə sarıdan böyük itkilər verdi.

    Median.Az xəbər verir ki, “modern.az” saytı açıq mənbələrdəki informasiya əsasında 1991-ci ildən Qarabağda açıq müharibə formasında davam edən qarşıdurma zamanı məhv edilən erməni hərçbilərin sayını təxmini hesablayıb.

    Ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın (1991-1998) Ermənistanın Qarabağ müharibəsi və sonrakı atəşkəs dövründə hərbi itkiləri 7 min civarındadır. Növbəti prezident Robert Koçaryanın hakimiyyəti illərində (1998-2008) düşmənin 150-dən çox hərbçisi ölüb. Serj Sarkisyanın (2008-2018) prezidenyliyi zamanı Qarabağda təxminən 350 erməni hərbçisi məhv edilib. Baş nazir Nikol Paşinyan isə hərbi əməliyyatlarda verilən itkilərlə bağlı dəqiq rəqəm açıqlamasa da, yerli mətbuat itki sayının 5 mindən çox olduğunu açıqlayır.

    Beləliklə, təxmini hesablamalara əsasən, Qarabağda 30 il davam edən silahlı münaqişə zamanı azı 12,5 mindən çox erməni hərbçisi məhv edilib.

  • Diqqət! Bu yolla bank kartınızdan pulunuzu çıxara bilərlər – VİDEO

    Paytaxt sakini Həbib Babayev istifadə etmədiyi geyimlərini bir neçə gün əvvəl onlayn alış-veriş saytında 10-15 manata satışa qoyub.

    Median.Az “xezerxeber.az”a istinadən xəbər verir ki, ona bir neçə dəqiqə sonra bir nəfər votsapda yazaraq paltarları almaq istədiyini deyib. Həbib Babayev həmin şəxsdən şübhələndiyi üçün onunla bir qədər yazışıb.

    Sonra isə o, müəyyən edib ki, qarşı tərəf Azərbaycan dilindəki sözləri xüsusi proqramlar vasitəsilə tərcümə edərək göndərir. Daha sonra həmin şəxs Həbib Babayevə bir link atıb ki, bank məlumatlarını ora yerləşdirsin. Hətta israr da edib ki, vaxtı məhdud olduğundan məlumatları tez atsın. Həbib Babayev iddia edir ki, söhbət əsnasında onun erməni olduğunu başa düşüb.

    Həbib Babayev məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına hələ ki, müraciət etməyib. Amma görünən odur ki, belə üsullarla vətəndaşlara külli miqdarda ziyan vurula bilər. Baş vermiş hadisə alış-veriş saytlarından nəsə alan və ya satan şəxslərin şəxsi məlumatlarının təhlükəsizliyini bir daha aktuallaşdırır.

    ekspert Rövşən Əkbərov deyir ki, vətəndaşlar bu cür saytlardan mal alarkən və ya satarkən bank məlumatlarını mütləq məxfi saxlamalıdırlar.

    Ekspert bildirir ki, bank kartı olan hər bir şəxs mütləq qaydada bankın 3D təhlükəsizlik xidmətinə qoşulmalıdır. Belə olduqda kartdan çəkiləcək vəsaitlə bağlı əvvəlcə vətəndaşa SMS vasitəsi ilə 4 rəqəmli kod gəlir. Əgər vətəndaş o kodu daxl etməsə pul çıxarmaq və ya onlayn ödəniş etmək mümkün olmur.

    Mövzu ilə bağlı hazırlanan videomaterialı təqdim edirik:

  • Yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb – FOTO

    Martın 24-də Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) rayonunun Rəhimli kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları dərhal həmin kəndə gələrək yas mərasimini başlamadan dayandırıb.

    Mərasimi təşkil edilən şəxslər RPŞ-yə gətirilib. RPŞ-dən həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaraq, pandemiya qaydaları barədə bir daha məlumat verilib.

    Məclisin təşkilatçısı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

  • Azərbaycanın TAP vasitəsilə nəql edə biləcəyi hidrogenin həcmi açıqlandı

    Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə hidrogen nəqli mümkün olacaq.

    Bu barədə TAP-ın İcraçı direktoru Luka Skyeppati açıqlama verib.

    Onun sözlərinə görə, TAP-ın illik nəqletmə gücünün 10 milyard kubmetr olmasına baxmayaraq bunu 20 milyard kubmetrə qədər də artırmaq mümkündür. Konsorsiumun İcraçı direktoru əlavə edib ki, bu məsələ üzərində fikir mübadiləsi aparılır və iyul ayında (bazar testlərinin nəticələrinə əsasən) mövzu ilə bağlı dəqiqləşdirilmə əldə ediləcək.

    Luka Skyeppati onu da əlavə edib ki, TAP vasitəsilə gələcəkdə təbii qazla qarışıq hidrogen də nəql edilə bilər və hidrogenin nəql edilən təbii qazın 10 faizini təşkil edəcəyini nəzərə alsaq boru kəməri ilə 1 milyard kubmetrə yaxın hidrogenin nəqli mümkündür.

    O bildirib ki, qısa müddət ərzində boru kəmərinin texniki-iqtisadi cəhətdən müvafiq layihəyə hazır vəziyyətə gətirilməsinə başlanılacaq.

    Xatırladaq ki, SOCAR ilə İtaliyanın “Snam” şirkəti arasında hidrogen nəqlinin tədqiqinə dair memorandum imzalanıb. Sazişdə iki şirkətin hidrogen və bioqaz istehsalı, həmçinin onun Cənub Qaz Dəhlizi üzərindən nəqli imkanlarının araşdırılması nəzərdə tutulur.

    Qeyd edək ki, hidrogen və bioqaz perspektivli və daha təmiz yanacaq növləri hesab olunur. Bioqaz biokütlə və kənd təsərrüfatı tullantılarından əldə olunur, tərkibi metan olmaqla təbii qazla eynidir.

    Hidrogen (H2) metandan (CH4) tam fərqli bir maddədir və kainatda ən çox yayılmış maddə və enerji mənbəyi olmaqla, öz yüngüllüyünə görə yer kürəsində molekulyar surətdə nadir rast gəlinir. Buna görə hidrogen nisbətən az enerji məsrəfi ilə təbii qazdan və ya nisbətən çox enerji məsrəfi ilə sudan əldə olunur.

    Hidrogenin iki üstünlüyü var: müəyyən proses vasitəsi ilə enerjiyə çevriləndə tullantı olaraq yalnız su qalır, bu da ətraf mühitin qorunması üçün daha münasibdir. Digər üstünlüyü onun daha yüksək enerji vermə əmsalıdır.

    Hidrogenin nəqli olduqca çətin hesab olunur. Ancaq bəzi araşdırmalara görə hidrogen təbii qazla birlikdə borular vasitəsi ilə ötürülə bilər. Bu baxımdan Cənub Qaz Dəhlizi ilə gələcəkdə hidrogenin daşınması məsələsi də nəzərdən keçirilir.

    //oxu.az

  • МЧС: За минувшие сутки спасены три человека

    МЧС Азербайджана опубликовало статистику аварийно-спасательных операций, осуществленных за минувшие сутки на основании звонков, поступивших на горячую линию 112.

    Как сообщили в ведомстве, соответствующими структурами были проведены неотложные мероприятия по 30 случаям возникновения пожаров и одному факту пребывания граждан в беспомощном положении.

    В общей сложности за минувшие сутки были спасены три человека.

  • FHN: Ötən sutkada 30 yanğına çıxış olub, üç nəfər xilas edilib

    Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka ərzində həyata keçirdiyi qəza-xilasetmə əməliyyatlarının statistikasını açıqlayıb.

    FHN-dən verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 30 yanğına çıxış, 1 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

    Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

    Ümumilikdə, ötən sutka ərzində üç nəfər xilas edilib.

  • В Ходжавендском районе обнаружены оставленные армянами боеприпасы и оружие

    Продолжаются профилактические меры по выявлению боеприпасов и оружия на освобожденных территориях, сообщает бардинская региональная группа пресс-службы МВД Азербайджана.

    В ходе очередных мероприятий, осуществленных сотрудниками Лачинского РОП, в Ходжавендском районе были обнаружены оставленные армянами ЗРК “Игла”, противотанковый гранатомет “Муха”, пулемет, автомат, шесть ручных гранат, 64 снаряда, 19 магазинов к автомату и 1 100 пуль различного калибра.