Month: March 2021

  • Bu il Azərbaycan 1 400 tondan çox nar ixrac edib

    Bu ilin yanvar-fevral aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, xarici ölkələrə 1 411,47 ton nar ixrac edib.

    Median.Az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə narın dəyəri 2 150,84 min ABŞ dolları təşkil edib.

    Hesabat dövründə nar ixracı ölkənin ümumi ixracındakı payı 0,08 % olub.

    Ölkədə nar ixracı 2021-ci ilin ilk 2 ayının qeyri-neft sektoru üzrə ixracına nisbətən isə 0,65 % təşkil edib.

  • Şəmkirdə oğurluq edən şəxslər saxlanılıb

    Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edərək cinayət törətməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində fərdi yaşayış evlərindən oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri – Elcan Hüseynov, Röyal Həsənov və yetkinlik yaşına çatmayan digər bir rayon sakini saxlanılıb.

    Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər mart ayının 9-da rayon ərazisindəki fərdi yaşayış evlərinin birinə qeyri-qanuni yola daxil olaraq oradan 1 ədəd televizor oğurlayaraq satıblar. Davam etdirilən istintaq-əməliyyat tədbirləri ilə həmin şəxslərin daha bir fərdi yaşayış evindən 1 ədəd televizor, 1 ədəd kompyuter, 500 manat nağd pul və digər qızıl-zinət əşyalarını oğurlayaraq satması məlum olub.

    Şübhəli şəxslər maddi-sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.

  • Serbiya Futbol İttifaqının prezidenti istefa verdi

    Serbiya Futbol İttifaqının prezidenti Slavişa Kokeza istefa verib.

    “Report”un məlumatına görə, onun adam oğurluğu və qətldə ittiham olunan qrupla yaxın əlaqələri olduğu iddia edilir.

    Funksioner “Tanyuq” agentliyinə açıqlamasında qərarını özünə qarşı yönələn böhtan və hücumlarla əlaqələndirib.

    Kokeza 2016-cı ildən federasiyanın prezidenti vəzifəsində çalışırdı.

    Qeyd edək ki, Serbiya yığması DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən biridir. Canni De Byazinin başçılıq etdiyi kollektiv martın 30-da Bakıda bu komanda ilə üz-üzə gələcək.

  • Portuqaliya – Azərbaycan matçının hakimləri açıqlandı

    Futbol üzrə Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə səfər oyununa təyinatlar açıqlanıb.

    UEFA-nın rəsmi saytı xəbər verir ki, qarşılaşma Almaniyadan olan hakimlər briqadasına tapşırılıb.

    Matçın referisi Daniel Zibert olacaq. Ona yan xətt hakimləri Yan Zaydel və Rafael Foltin köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Saşa Stegemann yerinə yetirəcək.

    “Qafqazinfo”nun məlumatına görə, Daniel Zibert 2019/2020 mövsümündə “Qarabağ”ın evdə Kipr APOEL-inə 0:2 hesabı ilə uduzduğu UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşünü idarə edib. 37 yaşlı referi həmin qarşılaşmada Ağdam təmsilçisinin qapısına penalti təyin etməklə yanaşı, 90+3-cü dəqiqədə Riçard Almeydaya qırmızı vərəqə göstərib. Yekunda Azərbaycan çempionu iki oyunun nəticəsinə (2:3) əsasən, turnirdə mübarizəni dayandırıb.

    Qeyd edək ki, martın 24-də İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

  • Sabaha gözlənilən hava şəraiti açıqlanıb

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, martın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacaq, lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

    Mülayim cənub-qərb küləyi axşam saatlarında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 6-8 dərəcə isti, gündüz 15-20 dərəcə, bəzi yerlərdə 22 dərəcə isti olacaq. Bakıda gecə 6-8 dərəcə isti, gündüz 18-20 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 745 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

    Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.

    Tibbi-meteoroloji proqnoza əsasən sabah Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Nazpəri Dostəliyevanın oğlu son mənzilə yola salındı – VİDEO

    Xalq artisti Nazpəri Dostəliyevanın oğlunun dəfn mərasimi keçirilir.

    Baku TV-nin məlumatına görə, mərhumla vida mərasiminə bir çox məşhur sima qatılıb.

    Xatırladaq ki, Xalq artistinin oğlu Əli Quliyev 41 yaşında ürək çatışmazlığından vəfat edib.

  • Qadınların koronavirusa yoluxma riski niyə çoxdur? – AÇIQLAMA

    “Mən bunu tibbi yox, sosial faktorlarla əlqələndirirəm. Xanımlar daha çox ünsiyyətdədirlər”.

    Bu sözləri ARB24-ə həkim Adil Qeybulla bildirib.

    O əlavə edib ki, təmas nə qədər çox olarsa, yoluxma riski bir o qədər artır.

  • Azərbaycan əhalisi pullarını hansı məhsullara xərcləyib?

    Azərbaycan əhalisinin iki ay ərzində pullarını əsasən hansı məhsullara xərclədiyi məlum olub.

    2021-ci ilin yanvar-fevral aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 46,9 faizi ərzaq məhsullarının, 6,3 faizi içkilər və tütün məmulatlarının, 16,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 5,2 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,7 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

    Ümumilikdə qeyd oluna müddət ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 6,0 milyard manatlıq, o cümlədən 3,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

    ///Trend

  • Kabel televiziyası istifadəçilərinə şad xəbər

    Azərbaycanda kabel şəbəkəsi və IPTV yayımçısı tərəfindən retranslyasiya oluna biləcək yerli və xarici televiziya kanallarının siyahısı genişləndirilib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, Azərbaycan Respublikasında Milli Televiziya və Radio Şurasından (MTRŞ) alınmış lisenziya əsasında fəaliyyət göstərən kabel yayımçılarına (kabel şəbəkəsi və IPTV operatorlarına) öz paketlərində retranslyasiya üçün tövsiyə olunan yerli və xarici televiziya kanallarının siyahısına 320 telekanal daxil edilib.

    Azərbaycan Respublikasında ümumölkə yerüstü yayımı həyata keçirən bütün televiziya kanalları kabel yayımçılarının (kabel şəbəkəsi və IPTV operatorlarının) paketlərində məcburi yayımlanmalıdır.

  • Один из пропавших ранее армянских военнослужащих скончался

    В Армении скончался один из двух пропавших ранее военнослужащих воинской части Джермука.

    Как сообщает Sputnik Армения со ссылкой на пресс-службу минобороны, после того как солдат нашли, Карен Шахназарян был доставлен в госпиталь, жизнь же Агаси Ованнисяна спасти не удалось.

    В военной полиции готовятся материалы с целью изучения всех обстоятельств случившегося.

    Минобороны РА в понедельник днем сообщило, что 21 марта в условиях сильной метели, при переходе с одного боевого поста на другой была потеряна связь с двумя военнослужащими-контрактниками.