Month: April 2021

  • 57 yaşında vəfat edən Azad Rəhimov kim idi? – Komsomol katibliyindən nazirliyə gedən yol…

    Xəbər verdiyimiz kimi, Gənclər və İdman naziri Azad Rəhimov vəfat edib.

    Median.Az mərhum nazirin dosyesini təqdim edir:

    Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri 134 saylı məktəbdə aldıqdan sonra 1981-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinin əyani şöbəsinə daxil olub, 1986-cı ildə həmin fakültənin axşam şöbəsini bitirərək, ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb.

    Əmək fəaliyyyətinə 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayan Azad Rəhimov 1987-1989-cu illərdə Azərbaycan LKGJ Xətai rayon komitəsində şöbə müdiri, 1989-1990-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifələrində çalışıb. O, 1994-1998-ci illərdə “Ros-İMESKO” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru, 1998-ci ildən 7 fevral 2006-cı il tarixədək “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyib.

    Azad Rəhimov Azərbaycan Respublikası Prezidentinin 175 nömrəli, 7 fevral 2006-cı il tarixli Sərəncamı ilə gənclər və idman naziri vəzifəsinə təyin edilib.

    Nazir Azad Rəhimov Avropa tarixində ilk dəfə təşkil olunan və 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının yüksək səviyyədə icra olunmasında xüsusi xidmətlər göstərib.

    Onun fəaliyyəti dövrü 2012-ci ildə 17 yaşadək qızlar arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin Bakıda keçirilməsi, ölkəmizin tarixində ilk dəfə olaraq, Bakı şəhərinin 2016-cı il Yay Olimpiya Oyunlarına, daha sonra 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ uğrunda mübarizəyə qoşulması, 2016-cı il 17-19 iyun tarixlərində Bakının Formula-1 idmanı üzrə Avropa Qran-Prisinin keçiriləcəyi şəhərlər sırasına daxil olması, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi və s. kimi idman siyasətinin mühüm hadisələri kimi də yadda qalıb.

    Azad Rəhimovun idman və gənclərlə iş üzrə fəaliyyəti yüksək qiymətləndirilib.

    O, Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni, 24 iyul 2019-cu il tarixli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Fövqaladə Hallar Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Təhlükəsizlik Xidmətinin medalları ilə təltif edilib.

    //azxeber.com

  • Azad Rəhimov vəfat etdi: Nazirlik təsdiqlədi

    Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov vəfat edib.

    Bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova bildirib.

    “Bir neçə dəqiqə bundan öncə mənəvi atamı, dostumu, böyük qardaşımı, ürək sirdaşımı, nazirimi itirdim. Bir müddət bundan öncə onunla danışanda: “Azad müəllim, nə olar, tez gəlin. Sizinlə bölüşməyə, danışmağa, məsləhətlərinizi almağa elə ehtiyacım var”. yazmışdım. Cavabı: “Gözlə, gələcəm” olmuşdu. Azad müəllim, axı Siz hər zaman sözünüzə sadiq olmusunuz. Bəs bu dəfə niyə belə etdiniz? Niyə gözümü yolda qoydunuz? Sizsiz mənə çox çətin olacaq Azad müəllim. Qoyduğunuz boşluğun ağrısı hər zaman içimi göynədəcək, ürəyimi yandıracaq. Sizin yoxluğunuzla mən həyatımda ilk dəfə doğma itkisinin acısını yaşadım. Allah mənə 14 il Sizinlə çiyin-çiyinə çalışmmağı, Sizdən öyrənməyi, Sizin məktəbi keçməyi mükafat olaraq nəsib etdi. Hər şey üçün çox sağ olun! Zəhmətinizi halal edin! Məkanınız cənnət olsun mərd, sözü, əməli bütöv, mərhəmətli MÖHTƏŞƏM İNSAN!

    PS: Bu günlərdə dualarını əsirgəməyən, xoş sözlər yazan, cənab nazirin səhhəti ilə maraqlanan hər kəsə təşəkkür edirəm!”, – deyə Səmayə Məmmədova özünün feysbukdakı səhifəsində qeyd edib.

  • ABŞ Dövlət Departamenti Baydenin 24 aprel bəyanatını şərh edib

    ABŞ Dövlət Departamenti ölkə prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı verdiyi bəyanatı şərh edib.

    Qurum “Anadolu” agentliyinin sorğusuna cavab olaraq bildirib ki, Baydenin 24 aprel açıqlaması Türkiyənin suveren toxunulmazlığına təsir etmək məqsədi daşımır.

    “ABŞ Prezidentinin son açıqlaması ABŞ məhkəmələrinin mülki yurisdiksiyası qarşısında Türkiyənin suveren toxunulmazlığına təsir etmək məqsədi daşımayıb. Bu hal Xarici Dövlət Toxunulmazlığı Qanunu ilə tənzimlənir”, – deyə açıqlamada qeyd olunub.

    Xatırladaq ki, aprein 24-də ABŞ dövlət başçısı 1915-ci il hadislərini “erməni soyqırımı” adlandırıb. Baydenin açıqlaması həm Türkiyə, həm də Azərbaycan ictimaiyyətində ciddi narazılıqla qarşılanıb.

  • Bu qan qrupunun insanları daha uzunömürlü olur – AÇIQLAMA

    İnsanın sahib olduğu qan qrupu onun sağlamlıq və ömrünün müddətinə təsir edir. Alimlər hesab edir ki, bəzi qan qrupları ciddi xroniki xəstəliklərin səbəbi olur, digəri isə əksinə insanı daha güclü edib, sağlamlığının keşiyində durur.

    Alimlər I qan qrupunun daşıyıcılarının daha şanslı olduğunu açıqlayıb.

    Bir insan ömrü boyu nə qədər az sayda ciddi xəstəlik keçirirsə, onun daha çox yaşama şansı yüksəlir.

    Birinci qan qruplu insanlar az halda ürək-damar xəstəliklərindən əziyyət çəkir.

    Alimlər bir neçə ölkənin 12 mindən artıq müxtəlif qan qruplu insanlarının tibbi məlumatlarını araşdırıb.

    Nəticə say çoxluğu ilə I qan qrupunun daha uzun ömürlü olduğunu göstərib.

    II qrup insanları diabet, stress və viruslardan daha çox xəstəlik keçirirlər, bu da ömrün qısalmasına səbəb olur.

    III qan qrupunun isə ürəyi digərlərindən daha zəif olur.

    Ən şanssız isə IV qan qrupu hesab edilib. Statistika göstərib ki. məhz bu qrupdan olan insanlar artıq dünyaya anadangəlmə xroniki xəstəliklərlə doğulur, anadangəlmə ürək qüsurlu körpələrin əksəriyyəti də bu qan qrupundan olur.

    Koronavirus infeksiyası zamanı da həkimlər II və IV qan qrupundan olan xəstələrin virusa qarşı immunitetlərinin zəif olduğunu bildiriblər.

    Birinci qan qrupundan olanların isə qanı viruslara qarşı daha dözümlüdür. /medicina.az

  • Tovuzda avtomobil qəzası olub, xəsarət alanlar var

    Tovuzda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə rayon ərazisində qeydə alınıb.

    Qəza zamanı 2 nəfər – Bakı şəhər sakini – 2002-ci il təvəllüdlü Səffar Xəlilov və Tovuz rayon sakini – 2009-cu il təvəllüdlü Nurlan Rüstəmov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralıların hər ikisi xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

    Hadisənin başvermə səbəbləri araşdırılır.

  • Rusiyada ağır yol qəzası olub, ölənlər və xəsarət alanlar var

    Rusiyada sərnişin avtobusu aşıb.

    “Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Məlumata görə, hadisə zamanı azı 2 nəfər həlak olub, daha 32 nəfər xəsarət alıb.

    Qeyd edilir ki, hadisə Xabarovskda, Lidoqa yaşayış məntəqəsindən 140 kilometr məsafədə baş verib. Avtobus yoldan çıxaraq küvetə (şose boyunca uzanan xəndək) aşıb. Qəza yerinə fövqəladə xidmətlərin əməkdaşları cəlb edilib.

    TASS agentliyi isə bildirib ki, qəzaya sürücünün avtobusa idarəetməsi səbəb olub. Agentlik xəsarət alanların dəqiq sayını açıqlamayıb.

  • В Самухе проведен рейд в отношении лиц, занимающихся незаконной рыбалкой – ВИДЕО

    В Самухе проведен рейд в отношении лиц, занимающихся незаконной рыбалкой.

    В ходе мероприятий, осуществленных совместно Союзом рыболовов Азербайджана и Региональным управлением экологии и природных ресурсов № 2, в очередной раз было доказано, что в водоемах страны продолжается незаконная ловля рыбы.

    Мониторинги показали, что, хотя лов рыбы специальными синтетическими сетями запрещен, браконьеры не соблюдают эти запреты.

    Река Кура была очищена от незаконных устройства и синтетических сетей. Как известно, ловля рыбы в реках страны запрещена с 1 апреля.

    Отметим, что мониторинги проводятся во всех водоемах страны.

    Их цель – предотвратить массовое истребление нерестящейся в эти месяцы рыбы.

  • Azərbaycanda məktəb direktoru vəfat edib – FOTO

    Xızı rayon Ağdərə kənd ümumi orta məktəb direktoru Mirbala Qədimov vəfat edib.

    Bu barədə Xızı rayon Təhsil Şöbəsi məlumat yayıb.

    Bildirilib ki, Mirbala Qədimovun vaxtsız vəfatından dərin kədər duyuruq.

    Allah rəhmət etsin!

  • Paşinyan İrəvana qayıda bilmir

    Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan və onun rəhbərlik etdiyi nümayəndə heyəti Kazandan İrəvana qayıda bilmir.

    Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

    Faktı ölkə hökumətinin mətbuat xidməti də təsdiq edib.

    Məlumata əsasən, Ermənistan heyətinin təyyarəsində texniki nasazlıq yaranıb.

    Hazırda problemin həll olunması istiqamətində işlər aparılır. Əgər qısa müddətdə nasazlığı aradan qaldırmaq mümkün olmazsa, Paşinyan və hökumt üzvləri digər təyyarə ilə geri qayıdacaqlar.

    Qeyd edək ki, Ermənistan nümayəndə heyəti Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında iştirak etmək məqsədilə Kazana səfər edib.

  • Deputat karantinlə bağlı şad xəbəri açıqladı

    Millət vəkilindən şad xəbər: Dəniz mövsümü başlayır, karantin yumşaldıla bilər

    Qarşıdakı bir-iki həftə ərzində koronavirusun bu dalğasının sönməsi, daha doğrusu, səhiyyəmiz üçün yük yaratmayacaq rəqəmlərə gəlməsi ehtimalı var.

    Oxu24.com xəbər verir ki, bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında millət vəkili Rəşad Mahmudov deyib.

    O bildirib ki, yoluxma sayı və səhiyyə üzərindəki yük azaldıqca yumşaldılmalarla qarşı-qarşıya gələ bilərik:

    Ümidvaram ki, yayın gəlməsi, dəniz mövsümünün başlaması ilə əlaqədar insanların normal həyata dönməsinə uyğun addımlar atılacaq və qərarlar qəbul ediləcək”.