Month: April 2021

  • Samuxda qanunsuz balıq ovu edənlərə qarşı reyd keçirilib – VİDEO

    Samux rayonunda qanunsuz balıq ovuna qarşı reyd keçirilib.

    Azərbaycan Balıqçılar İttifaqı, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə birgə keçirilən reydlər zamanı bir daha sübut olunub ki, ölkənin su hövzələrində qanunsuz balıq ovu davam etdirilir.

    Monitorinqlər sübut etdi ki, xüsusi sintetik torlarla balıqların ovlanması qadağan olunsa da, brokonyerlər tərəfindən bu qadağalara əməl edilmir.

    Aidiyyəti qurumlar tərəfindən qanunsuz qurğular və sintetik torlar Kür çayından təmizlənib. Məlum olduğu kimi aprel ayının 1-dən etibarən ölkə ərazisindəki çaylarda balıq ovlanması qadağan edilib. Reydlər zamanı bu qadağalara əməl etməyən brokonyerlərin ərazidən qaçaraq uzaqlaşmaları da kameramızın obyektivindən yayınmadı.

    Məlumat üçün bildirək ki, qanunsuz balıq ovu ilə bağlı monitorinqlər ölkənin bütün su hövzələrində aparılır.

    Məqsəd bu aylarda kürü tökən balıqların kütləvi məhv edilməsinin qarşısını almaqdır.

  • Nyu-Yorkda karantin rejimi ləğv olunur

    Dünyanın ən böyük meqalopolislərindən biri olan ABŞ-ın Nyu-York şəhərində iyulun 1-dən etibarən karantin rejimi ləğv olunacaq.

    “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Nyu-York şəhərinin meri Bill de Blazio keçirdiyi mətbuat konfrasında bildirib.

    O, şəhər sakinlərinin vaksinasiya prosesində könüllülük nümayiş etdirdiyini və kütləvi iştirakın uğurlu nəticə verdiyini deyib. Nyu-Yorkun tezliklə normal həyata dönəcəyini açıqlayan Bill de Blazio 8,3 milyon sakini olan şəhərdə 6,3 milyon insanın peyvənd olunduğunu vurğulayıb: “İyulun 1-dən etibarən Nyu-Yorkda mağazaları, ofisləri, teatrları və iş yerlərini tamamilə açmağa hazırıq”.

    Mer karantin rejiminin ləğvindən öncə hansı qaydaların tətbiq olunacağı ilə bağlı xüsusi tədbirlər planının hazırlanacağını söyləyib.

    Qeyd edək ki, Nyu-York uzun müddət pandemiyanın episentri olub və koronavirus burada 32 min insanın həyatına son qoyub.

  • Rusiya Xarici İşlər naziri Azərbaycana səfər edəcək – VİDEO

    Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun cənubi Qafqaza səfəri başlayır. O, əvvəlcə Ermənistana, mayın 10-da isə Azərbaycana gələcək.

    Səfərin məqsədi hələlik tam bəlli olmasa da, analitiklər bunun Rusiyanın Cənubi Qafqazda geosiyasi mövqeyini möhkəmlətmək, həmçinin Qarabağ məsələsi ilə bağlı yeni təkliflərlə bağlı olduğu qənaətindədirlər.

    Millət vəkili Rasim Musabəyovun fikrincə, təkliflərdən biri Minsk qrupunun işinin bərpa edilməsi ilə bağlı ola bilər.

    “Düşünürəm ki, Lavrov Minsk qrupunun həmsərdlərinin bu prosesdə iştirakı üçün çalışacaq. Fikrimcə, hələlik bu baş verməyəcək”, – deyə millət vəkili qeyd edib.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • “Baydenin açıqlaması Türkiyənin suveren toxunulmazlığına təsir etmək məqsədi daşımır” – Dövlət Departamenti

    ABŞ Prezidenti Co Baydenin 24 aprel açıqlaması Türkiyənin suveren toxunulmazlığına təsir etmək məqsədi daşımır.

    Median.Az bildirir ki, bu barədə ABŞ Dövlət Departamentindən “Anadolu” agentliyinin müxbirinə daxil olan yazılı açıqlamada bildirilib.

    “ABŞ Prezidentinin son açıqlaması ABŞ məhkəmələrinin mülki yurisdiksiyası qarşısındakı Türkiyənin suveren toxunulmazlığına təsir etmək məqsədi daşımayıb, bu vəziyyət Xarici Dövlət Toxunulmazlığı Qanunu ilə tənzimlənməkdədir”, – deyə açıqlamada qeyd olunub.

    Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin 24 apreldə etdiyi açıqlamasında 1915-ci il hadisələri ilə bağlı “soyqırımı” ifadəsini işlətməsinə Türkiyə tərəfi sərt reaksiya verib. APA

  • Azərbaycanla Türkiyə arasında birgə hərbi layihələr müəyyənləşdirildi

    Aprelin 30-da müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demirin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşüb.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Türkiyə Müdafiə Sənayesi Komitəsi, “STM”, “ROKETSAN”, “HAVELSAN” şirkətlərinin və “ASELSAN-Bakı” ofisinin rəhbər heyətlərini salamlayan müdafiə naziri ölkələrimiz arasında ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini və bu əlaqələrin daha da genişlənməsində dövlət başçılarının dostluq və qardaşlıq münasibətlərinin böyük rol oynadığını qeyd edib.

    Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli hərbi-texniki əməkdaşlığının aktual məsələləri müzakirə edilərək müasir döyüş əməliyyatlarının aparılmasının yeni üsul və metodları, xüsusilə də Vətən müharibəsində əldə edilən döyüş təcrübəsi nəzərə alınmaqla iki ölkə arasında yeni birgə layihələrin həyata keçirilməsi yolları müəyyən edilib. Əminliklə bildirilib ki, əsas diqqət qoşunlarımızın texniki təchizatının daha da gücləndirilməsinə yönəldiləcək.

    Azərbaycan Ordusunun dünyanın ən müasir silah və hərbi texnikası, o cümlədən qabaqcıl informasiya texnologiyaları ilə təchiz edilmiş, geniş rabitə sistemlərinə malik peşəkar ordu kimi inkişaf etdirilməsi qoşunlarımızın gizli, operativ idarəolunmasını, onların manevr imkanlarının, ümümilikdə isə döyüş qabiliyyətinin artırılmasını təmin edəcək.

  • Azərbaycan Silahlı qüvvələrinin cərrah dəqiqliyi: Humanizmin ən yüksək səviyyəsi – VİDEO

    Bu barədə “Caliber”in “YouTube” kanalında yayılan növbəti süjetində bildirlir.

    “Ermənistan tərəfi mütəmadi olaraq Azərbaycanı 44 günlük Vətən müharibəsinin gedişində mülki obyektlərə hücum kimi müharibə cinayətlərində ittiham edir. Lakin Gəncə, Bərdə, Tərtər və digər Azərbaycan şəhərlərinin dinc sakinlərinin raket və top atəşinə tutulması barədə isə susur. Halbuki, bütün faktlar onu sübut edir ki, son hərbi əməliyyatların gedişində Azərbaycan Silahlı Qüvvələri düşmənə cərrah dəqiqliyi ilə zərbələr endirib”, – deyə süjetdə qeyd olunur.

    Daha ətraflı “Caliber”in yeni videosüjetində:

  • В результате взрыва в Афганистане погибли 30 человек

    Около 30 человек погибли и не менее 60 получили ранения в результате взрыва заминированного автомобиля в административном центре афганской провинции Логар, городе Пули-Алам.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщило в пятницу агентство Pajhwok со ссылкой на представителя местных властей.

    По имеющимся данным, машина взорвалась рядом с госпиталем.

  • Əfqanıstanda partlayış nəticəsində 30 nəfər ölüb

    Əfqanıstanın Lövgər əyalətinin mərkəzində, Puli Aləm şəhərində bomba yüklü avtomobilin partladılması nəticəsində təxminən 30 nəfər ölüb və azı, 60 nəfər yaralanıb.

    “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü “Pajhwok” agentliyi yerli hakimiyyət nümayəndələrinə istinadən məlumat verib.

    Əldə olunan məlumata görə, avtomobil hospital yaxınlığında partladılıb.

  • Masallıda qohumunun evinə gedən qonaq dəhşət yaşadı

    Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Ərkivan qəsəbəsində qeydə alınıb. Təxminən 20-25 yaşlarında olan ər və arvadı qohumları evə gələndə huşsuz vəziyyətdə döşəməyə yıxılmış formada tapıblar. Hər ikisinin bıçaq xəsarətləri aldığı bildirilir. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

    Hazırda hadisəni törədən şəxs və ya şəxslərin, eləcə də xəsarət alanların kimliyi dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Şuşa şəhidinin son sözləri: “Tabutumu gözlə…” – FOTO/VİDEO

    Xızı rayonunun Fındığan kəndində Vətən müharibəsi şəhidi Kərim Qeyrətxan oğlu Əliyevin xatirəsinə inşa edilmiş bulağın açılışı olub.

    “Report” xəbər verir ki, şəhidin atası tərəfindən inşa edilən bulağın açılış mərasimində Vətən müharibəsi qaziləri, Kərimin əsgər yoldaşları, ictimaiyyət nümayəndələri, Fındığan kənd tam orta məktəbinin müəllim və şagird kollektivi, şəhidin doğmaları və həmkəndliləri iştirak ediblər.

    Bulağın istifadəyə verilməsi münasibəti ilə düzənlənən mərasimin açılışını Vətən müharibəsində hər iki gözünü itirmiş, qazi Kamran Baxışzadə edib.

    Kərim Əliyev 2000-ci ildə Xızı rayonunun Fındığan kəndində anadan olub. Hərbi xidmətini başa vurduqdan sonra, təcrübəli snayper kimi Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq Orduya yazılır.


    Kərimin döyüş yolu Tərtərdən başlayıb. O, Hadrut, Füzuli, Cəbrayıl, Xocavənd uğrunda döyüşlərdə böyük igidlik və qəhrəmanlıq göstərib. Kərim ona tapşırılan döyüş tapşırıqlarının öhdəsindən məharətlə gələrək Vətən qarşısındakı müqəddəs borcunu layiqincə yerinə yetirib.

    Kərim ona verilən döyüş tapşırıqlarının icrası, düşmənin canlı qüvvəsinin, hərbi texnikalarının məhv edilməsi və Ordumuzun uğurlu əks-hücum həmlələri ilə işğaldan azad etdiyi ərazilər barədə 1-ci Qarabağ müharibəsi iştirakçısı olan atasına da məlumat verirmiş. Qeyrətxanın qeyrətli oğlu atası ilə son danışığında bunları deyib:

    “Ata, narahat olma, mən sənin əsərinəm, sənin döyüş yolunla gedirəm, sənin düşmənə qarşı gözlərindəki nifrətlə, ürəyimdə Vətənə olan sevginlə, qollarımda isə sənin qüvvətinlə düşmənin üzərinə gedirəm. Şəhid olsam üzülmə. Evi təmir elə və tabutumu qarşılamağa hazırlaş”.


    Vətənin azadlığı uğrunda bu günə qədər şəhid olan igidlərin, qanı axıdılan qazilərin, günahsız, əliyalın insanların, təhqir olunmuş qadınların qisasını almaq və atasının yarım qalan işini tamamlamaq onu Şuşa uğrunda döyüşlərdə iştirak etmək üçün könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrə qoşulmağa vadar edir.

    Kərim Əliyev noyabrın 4-də Şuşa yaxınlığındakı Qırmızıbazar ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

    Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Kərim Əliyev “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

    Allah rəhmət eləsin!