Month: April 2021

  • Yeni təyinat oldu

    Dövlət Turizm Agentliyi yanında “Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.

    Oxu24.com xəbər verir ki, bu, Səid Salayevdir. O, vaxtilə Mingəçevir Turizm Kollecinin direktoru olub və Şahdağ Turizm Mərkəzinin sədri vəzifəsində 2018-ci ilin sonunda təyin olunmuş Almaniya vətəndaşı Rodderix Mark Leffleri əvəz edib.

    Xatırladaq ki, Şahdağ Turizm Mərkəzi 2015-ci ildə yaradılıb.

    Onun nizamnamə kapitalı 546,776 milyon manatdır. Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.

  • Koronavirusa yoluxan məşhur aktyor vəfat etdi – FOTO

    Məşhur amerikalı aktyor Jonny Krouford 75 yaşında vəfat edib.

    Qeyd edək ki, aktyor hələ 13 yaşında olarkən tanınmağa başlayıb. Ona nüfuz gətirən isə 1958-1963-cü illərdə yayımlanan “The Rifleman” filmində oynadığı rol olub. Sənətçi həmçinin bir sıra ekran işlərində də rol almışdı.

  • Alman tarixçi erməni yalanını ifşa etdi (VİDEO)

    Baydenin qondarma “erməni soyqırımı” haqqındakı bəyanatından sonra alman tarixçi Hötz Alinin məsələ ilə bağlı altı il öncəki açıqlamaları yenidən aktuallaşıb.

    “Haber Global”ın məlumatına görə, tarixçi o zaman iştirak etdiyi televiziya proqramlarının birində vaxtilə Osmanlı ərzisindəki erməni quldur dəstələrinin Rusiya, İngiltərə və digər Avropa dövlətlərinin dəstəyi ilə milyonlarla türkü qətlə yetirdiyini yada salıb.

    H.Ali qondarma “soyqırımı” iddialarının təkcə Türkiyə – Ermənistan məsələsi olmadığını da qeyd edib. Tarixçi bildirib ki, bu hadisələr birbaşa qərb dövlətlərinin təhriki ilə baş verib və bu barədə mütləq danışmaq lazımdır. Belə ki, məhz qərb dövlətləri ermənilərdən Osmanlı İmperiyasını zəiflətmək üçün bir vasitə kimi istifadə ediblər.

  • Türk Şurasından Qırğızıstan və Tacikistana çağırış

    “Türk Şurası xüsusıən Qırğızıstan tərəfinin sülhün yenidən bərpasına verdiyi töhfələri göz önünə alaraq, tərəfləri ehtiyatlı olmağa davam etməyə və gərginliyin daha da artmasına yol aça biləcək hər hansı bir hərəkətdən qaçmağa çağırır”.

    Qaynarinfo “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türk Şurasının baş katibi Bağdad Amreyev deyib.

    Onun sözlərinə görə, Qırğızıstan-Tacikistan sərhədində yaşanan gərginliklər diplomatik müzakirələr və dostyana fikir mübadiləsi yolu ilə həllini tapmalıdır:

    “Vəziyyətin sabitliyə qovuşması üçün tərəfləri tədbirlər görməyə çağırırıq.

    Qırğızıstan-Tacikistan sərhədindəki su paylama şəbəkəsini idarə etmək üçün çıxan qarşıdurmalarda hər iki tərəfdən insan tələfatına yol açan vəziyyətin pik həddə doğru irəliləməsini narahatlıqla öyrəndik”.

    O, tərəflərin müzakirələrdən sonra atəşkəs əldə etmələrindən məmnunluğunu dilə gətirib:

    “Türk Şurası təşkilatın qurucu üzvü olan qardaş Qırğızıstanla mövzu haqqında yaxın təmasda olmağa davam edəcək”.

  • Ermənistanın Qarabağda aşkarlanan itkin erməni hərbçilərin sayı 1 552 nəfərə çatdı

    Bu gün Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində məhv edilmiş daha bir hərbi qulluqçusunun meyiti Azərbaycan tərəfindən bu ölkəyə təhvil verilib.

    “Report”un məlumatına görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

    Qeyd edilir ki, meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin ediləcək.

    Bununla da 2020-ci ilin 13 noyabrından Qarabağda aşkarlanan itkin erməni hərbi qulluqçuların sayı 1 552 nəfərə çatıb.

  • “Haber Global” Qarabağda tətbiq olunacaq ağıllı kənd texnologiyaları barədə süjet hazırlayıb – VİDEO

    Türkiyənin nüfuzlu “Haber Global” telekanalı erməni işğalından azad edilmiş Qarabağ torpaqlarında tətbiq olunacaq ağıllı kənd texnologiyaları barədə videosüjet hazırlayıb.

    Süjetdə bildirlir ki, Ermənistanın xarabaya çevirdiyi ərazilərdə Azərbaycan ən müasir yaşayış məskənləri quracaq. Artıq ilk ağıllı kəndin təməli atılıb. Burada şəhər mərkəzlərində belə olmayan yeniliklər tətbiq olunacaq. Məsələn, istifadə edilən bütün enerji yalnız bərpa edilən mənbələrdən alınacaq.

    Daha ətraflı “Haber Global”ın süjetində:

  • Министр иностранных дел России посетит Азербайджан – ВИДЕО

    Стартует визит министра иностранных дел РФ Сергея Лаврова на Южный Кавказ. Вначале он посетит Армению, а 10 мая – в Азербайджан.

    Хотя цель визита до сих пор не ясна полностью, аналитики считают, что он связан с укреплением геополитических позиций России в регионе, а также новыми предложениями по карабахской проблеме.

    По мнению депутата Расима Мусабекова, одно из предложений может быть связано с восстановлением работы Минской группы.

    “Думаю, Лавров будет стараться привлечь участие сопредседателей Минской группы к этому процессу. Считаю, что пока этого не произойдет”, – сказал он.

    Подробнее – в сюжете Baku TV:

  • Ramazan ayının 18-ci gününün imsak, iftar və namaz vaxtları – FOTO

    Sabah Ramazan ayının 18-ci günüdür.

    Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 1-də imsak vaxtı saat 04:00-da, iftar vaxtı isə 19:51-dədir.

    Mayın 1-i üçün namaz vaxtları:

    Sübh azanı 04:10
    Zöhr azanı 12:38
    Əsr azanı 17:33
    Məğrib azanı 19:51
    İşa azanı 21:00

    18-ci günün imsak vaxtı üçün duanı təqdim edirik:

    “Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin!”

    Tərcüməsi: “İlahi, məni bu ayda öz səhərlərinin bərəkəti üçün oyat, qəlbimi öz işıqlarının ziyası ilə nurlandır, bütün əzalarımı o nurun ziyasında sabit qıl. Səni öz nuruna and verirəm, ey ariflərin qəlblərini İşıqlandıran Allah!”

    İftar duası:

    “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

    Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

    Allah orucunuzu qəbul etsin!

  • Azərbaycan güləşçisi finalda Balayanla üz-üzə

    Rusiyanın Yakutsk şəhərində olimpiya, dünya və Avropa çempionu Roman Dmitriyevin xatirə turniri start götürüb.

    Median.Az xəbər verir ki, gənc sərbəst güləşçilər arasında keçirilən ənənəvi yarışın ilk günündə finalçılar müəyyənləşib.

    Murad Haqverdiyev (57 kq) iki Rusiya güləşçisinə qalib gələrək 1/4 finala yüksəlib. Ancaq yarımfinala gedən yolda digər yerli idmançıya məğlub olub.

    Mübarizəyə 1/4 finaldan qoşulan Sabir Cəfərov (65 kq) iki rəqibi üzərində inamlı qələbə qazanaraq adını finala yazdırıb. Onun finaldakı rəqibi Daniel Xarçilava olacaq.

    Cəbrayıl Hacıyev (70 kq) ilk iki mərhələdə Rusiya təmsilçilərinə heç bir şans tanımayıb. Yarımfinalda Qırğızıstan idmançısından da güclü olan Hacıyev finala vəsiqə qazanıb. Onun finaldakı rəqibi Rusiyanın erməni əsilli güləşçisi Arsen Balayan olacaq.

    Qeyd edək ki, final qarşılaşmaları sabah keçiriləcək.

  • Salyanda şəhidlərin xatirə kompleksi açılıb

    Salyan rayonunun Çuxanlı kəndində şəhidlərin Xatirə Kompleksinin açılışı olub.

    “Report”un Muğan bürosu xəbər verir ki, kompleksdə kəndin şəhidləri haqqında məlumat və foto yerləşdirilib.

    Açılış mərasimində rayon rəsmiləri, yerli sakinlər – məktəblilər və şəhidlərin yaxınları iştirak edib.

    Qeyd edək ki, Çuxanlı kəndi I Qarabağ və Vətən Müharibəsində 7 şəhid verib.