Month: April 2021

  • COVID-19-a yoluxanlar üçün Ramazan TÖVSİYƏLƏRİ

    Türkiyənin Kocaeli Universiteti Xəstəxanasının baş həkimi, professor Nuh Zafer Cantürk Ramazan ayında oruc tutmaq istəyən koronavirusa yoluxan insanların şiddətli öskürək və nəfəs almaqda çətinlik çəkdikləri halda dinin asanlaşdırıcı hökmlərindən faydalana biləcəklərini qeyd edib.

    Oxu24.com xəbər verir ki, professor sağlam fərdlərdə oruc tutmağın faydaları haqqında bir çox məlumatın olduğunu söyləyib.

    Onun sözlərinə görə, pandemiyanın davam etdiyi müddətdə orucun digər vaxtlara bənzər şəkildə tutulmalı olduğu vacibdir: “Koronavirusa yoluxanları isə qruplaşdırmaq lazımdır. Hər kəsdə bu xəstəlik eyni səviyyədə deyil. Hər COVID-19-a yoluxana “oruc tutma” deyə bilmərik. Oruc tutma zamanı dinin güzəştə gedən müddəalarından istifadə etmək olar. Bu istiqamətdə yoluxan şəxsin həkiminin fikirlərini nəzərə almaq lazımdır. Əgər virusa yoluxan şəxslər sahur və iftarda maye qəbuluna diqqət etsələr və həddindən artıq çox yüklənmədən qidalanarlarsa, onlar üçün heç bir problem yaşanmaz. İnsanlar maye və qida istehlaklarını iftardan sahura qədər yaysalar, sağlam Ramazan keçirə biləcəklərini söyləyə bilərik”.

    Xroniki xəstəlikləri olanların oruc tutmadan əvvəl həkimlərinə müraciət etmələrinin lazım olduğunu vurğulayan N.Z.Cantürk bildirib ki, ürək xəstəliyi olan insanlar Ramazan ayında yüngül pəhriz ilə yağdakı xolesterol miqdarını azalda bilərlər: “Bu şəxslər qidalanma baxımından Ramazandan yaxşı istifadə edərlərsə, sağlamlıqlarına faydalı ola bilər, ancaq həkimlərinin tövsiyələrini mütləq almalıdırlar. Diabetli xəstələr oruc tuturlarsa, diabetin müddəti və şəkərli diabetin komplikasiyasının olub-olmaması nəzərə alınmalıdır. “Sahurda çox yeyirəmsə, gün ərzində daha asan oruc tutacağam”, demək mümkün deyil. Nə qədər şirin, kalorili qidalar yeyirlərsə, bir o qədər çox çətinlik çəkə bilərlər”.

    Professor insanları Ramazan ayında balanslı bəslənməyə səsləyib və iftarla sahur arasında kifayət qədər maye qəbul edərkən gün ərzində çox problem olmayacağını qeyd edib:

    “İftarda əvvəlcə bir stəkan su içməliyik, o zaman zeytun və ya xurma yeyilə bilər. Xurma liflə zəngin qida olduğundan qan şəkərini tədricən artıracaq, buna görə iftar zamanı sağlamlığımıza müsbət təsir göstərir. İftar zamanı qidanı yavaş-yavaş yeməyimiz lazımdır. Sürətli yeyəndə bədənə zərər verə bilərsiniz. Söhbət orucun faydalarından gedir, amma tövsiyələrə əməl etməsək, orucun xeyirindən daha çox zərəri ilə qarşılaşa bilərik. Ramazan ayında ət istehlakı artır, lakin tərəvəz və digər qidalar da həftənin müəyyən günlərində istifadə edilməlidir”, – N.Z.Cantürk əlavə edib.

    

  • Topçu Vüsalı evində BELƏ QARŞILADILAR – VİDEO

    Vətən müharibəsində bütün Azərbaycanın tanıdığı qəhrəmanlardan biri də topçu Vüsal Şahkərimovdur.

    Median.Az metbuat.az-a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsində şücaəti və qorxmazlığı ilə hamının sevimlisinə çevrilən Vüsal Şahkərimov Xaçmaz rayonun Qusarçay kəndinə, valideynlərinin yanına gəlib.
    Bu münasibət ilə “İctimai” TV-nin əməkdaşları onu evində qarşılayıb. Ailəsinin sevincinə şərik olublar. Qeyd edək ki, Vətən müharibəsi dövründə Azərbaycan xalqı əsln Xaçmaz rayonundan olan V.Şahkərimovu Müdafiə Nazirliyinin yaydığı videodan tanıyıb. Top atəşini yerinə yetirdikdən sonra cəsur duruşu ilə igid Azərbaycan əsgərinin simvoluna çevrilən 19 yaşlı əsgər barədə video və fotolar qısa müddət ərzində sosial şəbəkələrin və medianın gündəminə çevrildi.

    Bu münasibət ilə “İctimai” TV-nin əməkdaşları onu evində qarşılayıb. Ailəsinin sevincinə şərik olublar. Qeyd edək ki, Vətən müharibəsi dövründə Azərbaycan xalqı əsln Xaçmaz rayonundan olan V.Şahkərimovu Müdafiə Nazirliyinin yaydığı videodan tanıyıb. Top atəşini yerinə yetirdikdən sonra cəsur duruşu ilə igid Azərbaycan əsgərinin simvoluna çevrilən 19 yaşlı əsgər barədə video və fotolar qısa müddət ərzində sosial şəbəkələrin və medianın gündəminə çevrildi.

  • Məşhur aparıcı Moskva toylarından danışdı: “Pul üstündə gedən davaları görərdiniz” – VİDEO

    ARB TV-nin “Bazar Düzü” verilişinin növbəti qonağı aparıcı Aynur Bağırova olub.

    Məşhur aparıcı Rusiyada toylarda baş verənlərdən danışıb:

    “16 ildir televiziya sahəsindəyəm. Moskvada bu illər ərzində görmədiklərimi gördüm. Kaş, siz orada sənətçilərin pul üstündə etdiyi davaları görərdiniz. Burada çox hörmət və rəğbət bəslədiyim ifaçının “şabaş”a görə etdiklərini görəndən sonra dedim ki, ilahi, insan bu qədərmi ucuz olarmış?”

  • İran Aİ ilə terrorizm sahəsində əməkdaşlığı dayandırır

    Rəsmi Tehran Avropa İttifaqı ilə bir sıra sahələrdə əməkdaşlığı dayandırır.

    TASS xəbər verir ki, bunu İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadə bildirib.

    Məlumata əsasən, İran bu addımı Avropa Birliyinin sanksiyalarına cavab olaraq atıb.

    Tərəflər arasında əməkdaşlığın dayandırıldığı sahələr terrorizm, insan haqları, narkotik maddələrin qeyri-qanuni dövriyyəsi və qaçqınlarla bağlı problemləri əhatə edir.

  • Kürdəmirdə toy məclisi təşkil edənlər cərimələndi

    Kürdəmir rayonunda toy məclisi təşkil edən rayon sakinləri saxlanılıb.

    ”Report” xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Ərşəli kənd sakini Abuzərov Tacir Abuzər oğlu və onun qardaşı Abuzərov Ağamirzə kənddə toy məclisi keçirərkən polis əməkdaşları tərəfindən saxlanılıblar.

    Hər iki qardaş rayon polis şöbəsinə gətirilib və işə hüquqi qiymət verilməsi üçün onların işi Kürdəmir Rayon Məhkəməsinə göndərilib.

    Məhkəmənin qərarı ilə onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 200 manat cərimə tətbiq olunub.

  • Zərdabda iki məktəb infeksiya səbəbindən onlayn təhsilə keçib

    Daha iki məktəb koronavirus infeksiyası səbəbindən onlayn təhsilə keçib.

    Zərdab rayonunun Məlikmudlu və Callı kənd orta məktəblərində şagirdlər arasında koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb.

    Bu səbəbdən hər iki məktəbdə təhsil müvəqqəti olaraq dayandırılıb və onlayn təhsilə keçilib.

    Hazırda hər iki təhsil ocağında dezinfeksiya işləri aparılır.

  • Rusiya Türkiyəyə olan çarter reyslərini dayandırdı – QƏRAR

    Rusiya Türkiyə ilə hava əlaqəsini 1,5 aylıq dayandırmağa qərar verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə RBK öz mənbələrinə istinadən məlumatına yayıb.

    Rusiyanın hava əlaqəsini dayandırmasına səbəb kimi Türkiyədə koronavirusa yoluxma halının artması göstərilib. Bildirilib ki, ilk növbədə Rusiya ilə Türkiyə arasında çarter reysləri dayandırılır .

    Operativ Qərargah Rusiyanın sərnişin aviaşirkətlərinə Türkiyənin bütün aeroportlarına uçuş həyata keçirməyi 1,5 aylıq, aprelin 15-dən iyunun1-nə kimi dayandırmaqla bağlı xəbərdarlıq edib.

    Mənbə aviareyslərin dayandırılmasının müntəzəm reyslərə aid olub-olmaması ilə bağlı açıqlama verməyib.

    Hazırda Türkiyədə olan rusiyalı turistlərin təxliyəsinin olmayacağı, onların planlı şəkildə ölkəyə geri gətiriləcəyi qeyd olunub.

  • Kürdəmirdə toy məclisi təşkil edənlər cərimələndi

    Kürdəmir rayonunda toy məclisi təşkil edən rayon sakinləri saxlanılıb.

    ”Report” xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Ərşəli kənd sakini Abuzərov Tacir Abuzər oğlu və onun qardaşı Abuzərov Ağamirzə kənddə toy məclisi keçirərkən polis əməkdaşları tərəfindən saxlanılıblar.

    Hər iki qardaş rayon polis şöbəsinə gətirilib və işə hüquqi qiymət verilməsi üçün onların işi Kürdəmir Rayon Məhkəməsinə göndərilib.

    Məhkəmənin qərarı ilə onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 200 manat cərimə tətbiq olunub.`

  • ABŞ Energetika Nazirliyi “Brent” markalı neftin qiymət proqnozunu artırıb

    ABŞ Energetika Nazirliyi 2021-ci ildə “Brent” markalı neftin dəyər proqnozunu bir barel üçün 60,7 ABŞ dollarından 62,3 ABŞ dollarına qədər artırıb.

    “Report” xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Agentliyinin (EIA) hesabatında deyilir.

    Agentlik “Brent” markalı neftin qiymətlərinin ikinci rübdə 65 dollar/barelə çatacağını, 2021-ci ilin ikinci yarısında isə qiymətin orta hesabla bir barel üçün 61 ABŞ dollarına qədər düşəcəyini gözləyir. Nazirliyin qiymətləndirməsinə görə, 2022-ci ildə “Brent” markalı neftin bir barelinin qiyməti 60,5 ABŞ dolları səviyyəsində olacaq.

    WTI markalı neftin qiyməti isə 2021-ci ildə bir barel üçün 58,9 ABŞ dolları, 2022-ci ildə isə 56,7 ABŞ dolları səviyyəsində proqnozlaşdırılır.

    ABŞ Energetika Nazirliyi 2021-ci ilin mart ayında “Brent” markalı neftin orta qiymətinin 3 ABŞ dolları artaraq bir barel üçün 65 dollara çatdığını qeyd edib. Mart ayında neft qiymətlərindəki artım koronavirusa qarşı peyvəndləmə və artan iqtisadi aktivlik, habelə OPEC+in hasilatla bağlı məhdudiyyətlərinin ötən ay da saxlanması fonunda tələbatın artması gözləntilərini əks etdirir.

  • DYP Goranboyda reyd keçirib, sürücülər cərimələnib

    Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, reyd zamanı müxtəlif rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb. Dayanma-durma qaydalarını kobud şəkildə pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub.