Month: April 2021

  • Hacıqabulda yas mərasimi təşkil edən şəxslər müəyyən edilib

    Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı Axtaçı Şirvan kəndi ərazisindəki fərdi yaşayış evində yas mərasiminin keçirildiyi aşkar edilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib.

    Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi bildirilib.

    Polis əməkdaşları tərəfindən mərasimdə iştirak edən səkkiz nəfər barəsində qanunamüvafiq tədbir görülüb.

  • Kəşfiyyat bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir – VİDEO

    Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, peşəkarlıq səviyyəsinin artırılması məqsədilə kəşfiyyat bölmələri ilə müvafiq məşğələlər keçirilir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, praktiki dərslərdə əsas diqqət Vətən müharibəsində qazanılan təcrübə nəzərə alınmaqla kəşfiyyatçıların gündüz və gecə vaxtı, məhdud görünüş və istənilən hava şəraitində, dağlıq və digər mürəkkəb relyefli ərazilərdə fəaliyyətinin təkmilləşdirilməsinə yönəlib.

  • Koronavirus xəstələri ictimai yerlərdə müəyyən olunaraq saxlanılıblar

    Aprelin 6-da polis əməkdaşları tərəfindən ölkə ərazisində yeddi aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

    Onlardan Gəncə şəhər sakini R.Sadıqov barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Digər vətəndaş barəsində araşdırmalar davam etdirilir.

  • Гаджи Шахин прокомментировал вопрос совершения хаджа из Азербайджана в 2021 году – ВИДЕО

    В настоящее время неизвестно, будет ли организован в 2021 году хадж для паломников из Азербайджана.

    Об этом сказал Trend представитель Управления мусульман Кавказа (УМК) гаджи Шахин Гасанли.

    По его словам, в ближайшее время министерство хаджа Саудовской Аравии выступит с заявлением.

    “Саудовская Аравия приняла решение, в соответствии с которым хадж могут совершать лица, прошедшие вакцинацию (от COVID-19). В Азербайджане по этому вопросу конкретное решение пока не принято. В любом случае мы должны выполнять поставленные требования”, – сказал Гасанли.

  • Azərbaycandan Həcc ziyarəti ilə bağlı Hacı Şahindən AÇIQLAMA – VİDEO

    Bu il Azərbaycandan Həcc ziyarətinin baş tutub-tutmayacağı hələlik tam məlum deyil.

    Bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının Həcc idarəsi yaxın günlərdə açıqlama verəcək:

    “Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı belə bir qərar verib ki, vaksinasiya olunmuş şəxslər ziyarətə gedə bilərlər. Azərbaycanda isə hələlik bu barədə tam qərar verilməyib, Həcc idarəsi bu barədə yaxın günlərdə açıqlama verəcək, ancaq hər bir halda qoyulan tələblərə riayət olunmalıdır”.

  • Перед судом предстанет обвиняемый в убийстве знакомого из-за спора в соцсети

    Прокуратура Исмаиллинского района направила в Шекинский суд по тяжким преступлениям уголовное дело в отношении Сахавета Масимли, обвиняемого в умышленном убийстве Фарида Мусаева в декабре прошлого года.

    Как сообщили в районной прокуратуре, в ходе расследования возбужденного по факту убийства дела было установлено, что С.Масимли нанес своему знакомому ранение в область грудной клетки, от которого тот скончался, во время встречи в связи с возникшим в соцсети спором.

    С.Масимли было предъявлено обвинение по статье 120.2.2 (умышленное убийство, совершенное из хулиганских побуждений) УК АР.

  • İsmayıllıda qanlı olay: Sosial şəbəkədə mübahisə qətlə səbəb oldu

    20 dekabr 2020-ci il tarixdə Musayev Fərid Mehdi oğlunun bıçaqlanaraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə İsmayıllı rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

    İsmayıllı rayon prokurorluğundan verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı Məsimli Səxavət Sübhan oğlunun sosial şəbəkədə aralarında baş vermiş mübahisə ilə əlaqədar 20 dekabr 2020-ci il tarixdə, saat 17 radələrində rayon ərazisində yerləşən parkda Fərid Musayevlə görüşərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Səxavət Məsimli Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Новый вид гадания: виртуальные предсказатели – ВИДЕО

    Теперь предсказатели облюбовали соцсети. Находятся и те, кто платит немалые деньги за услуги виртуальных мошенников, становясь в конечном счете их жертвами.

    Baku TV подготовил интересный сюжет об онлайн – гадалках.

  • Falçılıqda növbəti mərhələ: Sosial şəbəkə üzərindən “gələcəyi görürlər” – VİDEO

    Falçılar indi də sosial şəbəkələrdə baxıcılıq edir. Hətta üzləri görünməyən belə kələkbazlara xeyli miqdarda pul ödəyib, “xidmətlər”inin qurbanına çevrilənlər də var.

    Baku TV onlayn falçılarla bağlı maraqlı süjet hazırlayıb.

    Ətraflı videonu təqdim edirik:

  • Выпускник детского дома живет в парикмахерской: комментарий министерства

    Выпускнику детского дома Бахрузу Мамедову негде жить. В настоящее время он поселился в парикмахерской.

    Соответствующая информация появилась в азербайджанском сегменте социальных сетей.

    В ответ на запрос Oxu.Az заведующий отделом по связям с общественностью Агентства социальных услуг при Минтруда Мурад Гашимов сказал, что этот вопрос находится в центре внимания министерства.

    “Сообщаем, что постановлением Кабмина АР от 30 марта 2015 года при Министерстве труда и социальной защиты населения создано социальное учреждение “Дом выпускника”. В соответствии с уставом, утвержденным постановлением Кабмина от 7 октября 2015 года, в “Дом выпускника” с учетом их собственного желания принимаются выпускники учреждений соцобслуживания и образовательных учреждений для детей, оставшихся без попечения родителей и не имеющих места жительства. Списки выпускников в конце каждого учебного года представляются Министерством образования в Минтруда.

    В предоставленном списке от 30 июня 2020 года есть имя Бахруза Махмудова.

    При вводе в эксплуатацию нового корпуса социального учреждения “Дом выпускника” вопрос о его размещении будет рассматриваться в порядке очередности”, – добавил М.Гашимов.