Sabirabad rayon sakini, sosialist əməyi qəhrəmanı Fatma Hüseynova Sabirabad RPŞ-yə ərizə ilə müraciət edərək mart ayı ərzində onun evindən 28 min manat civarında pulun oğurlanması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, müraciətlə əlaqədar olaraq RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum edilmiş Elşən Umudov saxlanılıb. Dindirilmə zamanı E.Umudov törətdiyi cinayət əməlini etiraf edib.
Azərbaycanda aprelin 8-nə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə aprelin 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 10-12 , gündüz 18-23, Bakıda gecə 10-12, gündüz 20-22 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Aprelin 8-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 13-18, bəzi yerlərdə 20-23 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 8-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri işğaldan azad edilən Ağdam şəhərində səfərdədirlər.
“Report” xəbər verir ki, səfər iştirakçıları daha sonra Azərbaycanın Milli Qəhrəmanları – Allahverdi Bağırov, Əlabbas İsgəndərov və digərlərinin məzarını ziyarət ediblər, şəhidlərin ruhuna dualar oxuyublar.
Eləcə də, səfər iştirakçıları Qarabağ xanlarının abidələr kompleksini və İmarət qəbiristanlığını ziyarət ediblər.
Onlar Ağdam şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələri ilə tanış olublar.
Daha sonra səfər iştirakçıları Ağdam məscidinə yola düşüblər. Din xadimləri məsciddə namaz qılacaqlar.
Qeyd edək ki, səfərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Fekete, Alban-udi xristian icmasının rəhbəri Robert Mobili və digər din xadimləri iştirak edir.
“Bu ilin I rübündə Azərbaycandan Gürcüstana 11 314 nəfər səfər edib”.
Median.Az Report.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni göstəricisinə nisbətdə 250 876 nəfər və yaxud 95,7 % azdır.
Hesabat dövründə Azərbaycan Gürcüstanın ən çox ziyarətçi qəbul etdiyi ölkələrin arasında Türkiyə (50 720 nəfər) və Ermənistandan (15 316 nəfər) sonra III yeri tutub.
Yanvar-martda qonşu ölkəyə ümumilikdə 130 188 nəfər beynəlxalq ziyarətçi yollanıb ki, bu da illik müqayisədə 88,4 % azdır.
APA-nın xəbərinə görə, meyit 16 yaşlı Abbasov Ruslan Məhərrəm oğluna məxsusdur.
Qeyd edək ki, Mingəçevir şəhər 9 saylı orta məktəbin 10-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Abbasov Ruslan Məhərrəm oğlu martın 4-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
R.Abbasovun atası Məhərrəm Abbasov həmin vaxt bildirmişdi ki, oğlu M.Ə.Sabir küçəsi 6 ünvanında yaşadıqları evdən məişət tullantılarını atmaq məqsədilə çıxıb. Bu zaman nə mobil telefonunu, nə də daim istifadə etdiyi eynəyi götürməyib.
İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, İmişli rayon Bəhrəmtəpə qəsəbəsində yaşayan Güluzə Şahverənova RPŞ-yə müraciət edərək içərisində 2 500 manat pul, 1 cüt qızıl sırğa, 1 ədəd qızıl üzük və şəxsiyyət vəsiqəsinin olduğu çantanın naməlum şəxslər tərəfindən qaçırıldığı barədə məlumat verib.
Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində G.Şahverənovanın verdiyi məlumat təsdiqini tapmayıb.
Belə ki, əvvəllər məhkum edilmiş G.Şahverənova istintaqa məlum olmayan mənbədən əldə etdiyi 48 qramdan artıq narkotik vasitə olan heroini çantasında daşıyarkən naməlum şəxslər tərəfindən oğurlanıb.
Davam etdirilən araşdırmalarla heroini oğurlayan şəxslər də saxlanılıb. Onların Bəhrəmtəpə qəsəbə sakinləri – Vüqar Quliyev və Osman Abbaslı olduqları müəyyən edilib. Oğurlanan narkotik vasitənin də yeri aşkar edilərək maddi sübut kimi götürülüb.
Qeyd olunan faktla bağlı İmişli RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Bakıda sərnişin avtomobilin qabaq yan şüşəsindən çıxaraq video-çəkiliş edib.
Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, belə bir görüntünü paytaxtın Nobel prospektində sürücülərdən biri çəkərək sosial şəbəkələrdə paylaşıb.
”90-SC-014” dövlət nömrə nişanlı avtomobildə olan sərnişin heç bir təhlükəsizlik qaydalarına əməl etmədən yan şüşədən çıxaraq çəkiliş edib.
Hətta sürücü saatda 70-80 km/sürətlə sərt döngəyə daxil olub və bu zaman da həmin sərnişin öz işini davam etdirib. Bu hərəkətlər isə sərnişinin həyatı üçün olduqca təhlükəlidir.
Görüntülər sosial şəbəkələrdə paylaşıldıqdan sonra Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdşları dərhal məsələni nəzarətə götürüblər. Həmin avtomobilin sürücüsü və təhlükəli hərəkətlərə yol verən sərnişin Azər Abdullayev idarəyə dəvət edilib.
Azər Abdullayev ifadəsinə bildirib ki, bu təhlükəli hərəkəti törədərkən videoçarx hazırlamaq üçün çəkiliş edirmiş.
Amma Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdşı Araz Əsgərli deyib ki, bunu kortəbii etmək olmaz və belə hal qaydalara ziddir. Onun sözlərinə görə, belə çəkilişlər etməzdən əvvəl mütləq qaydada əraziyə uyğun olaraq Dövlət Yol Polis İdarəsinə rəsmi qaydada müraciət etmək lazımdır.
Araz Əsgərli onu da bildirib ki, belə hadisələr təkcə vətəndaşlar tərəfindən çəkilib sosial şəbəkələrdə paylaşılarkən araşdırılmır. Eyni zamanda ”Təhlükəsiz Şəhər” kameraları vasitəsi ilə də belə faktlar aşkar edildikdə dərhal həmin şəxslər barəsində inzibati qaydada tədbir görülür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, aprelin 6-da saat 17 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini T.Hüseynli idarə etdiyi “Porsche” markalı avtomobillə yolu keçən paytaxt sakini E.Qarayevi vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Qida Təhlükəsizliyi İnstitutu tərəfindən COVID-19 xəstəliyinin it və pişiklər arasında yayılmasının araşdırılması istiqamətində elmi-tədqiqat işlərinə başlanılıb.
Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, COVID-19 testi pozitiv və ya şübhəli olan insanlarla sıx təmasda olan, temperatur və kəskin respirator əlamətlər (yüksək temperatur, burun axması, öskürək, asqırma, pnevmoniya və s.) aşkar edilən, eləcə də son bir ay ərzində bu kimi əlamətlərin müşahidə olunduğu ev heyvanlarından nümunələr götürülür.
Mərhələli şəkildə həyata keçiriləcək layihə hazırda Bakı şəhəri və Abşeron rayonu ərazisində yerləşən baytarlıq klinikalarında müayinə olunan, həmçinin heyvan sığınacaqlarında saxlanılan it və pişiklərdən müvafiq nümunələrin (qan və yaxma) götürülməsi ilə davam etdirilir.
Qeyd edək ki, COVID-19 xəstəliyinin törədicisi olan SARS-CoV-2 koronaviruslar ailəsinə mənsub zoonoz və yüksək patogen virus olmaqla, insanlarla yanaşı, heyvanlar üçün də riskli sayılır. Artıq dünyanın müxtəlif ölkələrində zoopark və ev heyvanları arasında COVID-19 xəstəliyi ilə yoluxma faktları qeydə alınıb.
İlk dəfə COVID-19 xəstəliyinin alovlandığı Çinin Uhan əyalətində pişiklərdən götürülmüş qan serumlarında aparılmış immunoferment müayinələri (ELISA testi) nəticəsində onların COVID-19 testinin pozitiv olması aşkar edilib.
“Facebook” sosial şəbəkəsi bu yaxınlarda 530 milyondan çox istifadəçinin məlumat sızmasının səbəbinin sistemlərinə haker hücumunun olmadığını açıqlayıb.
Median.Az Trend-ə istinadən bildirir ki, cinayətkarlar istifadəçilərin məlumatlarını veb mənbələrindən çıxarmaqla əldə ediblər:
“Cinayətkarların məlumatları sistemlərimizə hücum etməklə deyil, platformamızdan məlumat çıxarmaqla əldə etdiklərini anlamaq vacibdir”.
Məlumat sızmasına səbəb olan sistem zəifliyinin aradan qaldırıldığını qeyd edilib.