Month: April 2021

  • В Азербайджане выявлено еще 2595 случаев заражения коронавирусом – ФОТО

    В Азербайджане выявлено еще 2595 случаев заражения коронавирусом, 1073 человека вылечились, 37 пациентов скончались.

    Об этом говорится в сообщении Оперативного штаба при Кабинете Министров.

    До сегодняшнего дня в Азербайджане выявлено 276 464 факта заражения коронавирусной инфекцией, 244 540 человек вылечились, 3780 скончались, число активных больных – 28 144.

  • Məktəb direktoruna cinayət işi açıldı

    Yevlax Rayon Təhsil Şöbəsinin Əkşəm kənd tam orta məktəbinin direktoru vəzifəsində işləmiş Bəkirov Babək Nizam oğlunun 2014-2020-ci illər ərzində dövlət büdcə vəsaitlərini mənimsəməsi faktı ilə bağlı Yevlax rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

    Bu barədə Qaynarinfo-ya Yevlax Rayon Prokurorluğundan məlumat verilib.

    Bildirilib ki, aparılan araşdırmalarla, Babək Bəkirovun işdən azad edilən şəxsin adını vəzifəsini icra etmədiyi halda 5 il müddətində məktəbin əmək haqqı ödəniş cədvəllərinə daxil etməklə bank kartına köçürülmüş əməkhaqqı və digər ödənişləri nağdlaşdıraraq götürüb mənimsəməsinə, ayrı-ayrı müəllimlərin adlarına əlavə dərs saatları yazaraq rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə, müəssisənin təsərrüfat fəaliyyətini, avadanlıqların uçotunu və mühafizəsini təmin etməməklə hüquqi şəxs olan Yevlax Rayon Təhsil şöbəsinin hüquqlarına və qanuni mənafelərinə ümumilikdə 10 min manat məbləğində mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

    İş üzrə toplanan sübutlar əsasında Babək Bəkirova Cinayət Məcəlləsinin 179.2 (öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilib.

  • В Сумгайыте на улице умер мужчина

    В Сумгайыте 72-летний мужчина скончался на улице, сообщает Report.

    Причиной смерти Рафига Мухтарова стал сердечный приступ.

  • Sumqayıtda kişi küçənin ortasında yıxılaraq öldü

    72 yaşlı kişi küçədə yıxılaraq ölüb.

    “Report”un xəbərinə görə, hadisə Sumqayıt şəhəri ərazisində qeydə alınıb.

    Rafiq Muxtarovun ölümünə səbəb ürəktutma olub.

  • Президент Ильхам Алиев выделил средства на строительство дороги – РАСПОРЯЖЕНИЕ

    Президент Ильхам Алиев подписал распоряжение о дополнительных мерах по строительству автомобильной дороги Мингячевир-станция Мингячевир-Бахрамтепе (109 км)-Авшар-Салманбейли-Ашагы Авшар-Ходжавенд Агджабединского района.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, с целью завершения строительства автомобильной дороги Мингячевир-станция Мингячевир-Бахрамтепе (109 км)-Авшар-Салманбейли-Ашагы Авшар-Ходжавенд, соединяющей четыре населенных пункта с населением 14 тыс. человек, Госагентству автомобильных дорог Азербайджана выделено 13 млн 600 тыс. манатов.

  • İlham Əliyev Azərbaycanda yol tikintisinə vəsait ayırdı – SƏRƏNCAM

    Prezident İlham Əliyev Ağcabədi rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (109 km)–Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, 14 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (109 km)–Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.9-cu yarımbəndində göstərilmiş 13,6 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

  • Azərbaycanda yoluxma yenə artdı – 37 nəfər vəfat etdi

    Azərbaycanda koronavirus infeksiyasına 2 595 yeni yoluxma faktı qeydə alınıb, 1 073 nəfər müalicə olunaraq sağalıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Analiz nümunələri müsbət çıxan 37 nəfər vəfat edib.

    Ölkədə son sutka ərzində 14 593, hazırkı dövrədək isə 2 963 012 test aparılıb.

    Azərbaycanda indiyədək ümumilikdə 276 464 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 244 540 nəfər müalicə olunaraq sağalıb, 3 780 nəfər vəfat edib, aktiv xəstə sayı 28 144 nəfərdir.

  • Ruhani ABŞ-ın danışıqlara hazır olduğunu açıqladı: “Bu, İran xalqının qələbəsidir”

    “ABŞ rəhbərliyi danışıqlara hazırlığını göstərdi, Tehran isə öz növbəsində bütün sanksiyaların aradan qaldırılması şərtilə nüvə proqramı üzrə öhdəliklərinə qayıtmağa hazırdır”.

    “RİA Novosti”nin məlumatına görə, bu sözləri İran Prezidenti Həsən Ruhani bildirib.

    “Biz bu gün ABŞ-ın danışıqlar üçün ayıldığı vəziyyəti müşahidə edirik. Biz də təsdiq edirik ki, bütün sanksiyaların aradan qaldırılması qarşılığında nüvə proqramı üzrə öhdəliklərimizə qayıtmağa hazırıq”, – deyə H.Ruhani bildirib.

    İran lideri qeyd edib ki, Tehran mövcud problemləri həll etməyə hazırdır.

    “ABŞ bu gün özünün danışıqlara hazır olmasından danışır. Bu, İran xalqının qələbəsidir”, – deyə İran lideri vurğulayıb.

  • Qarabağda ilk radionu hansı şirkət açacaq? – RƏSMİ

    Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

    Qurumdan verilən məlumata görə, iclasda işğaldan azad olunmuş ərazilərdə radio yayımının təşkili məsələləri müzakirə olunub. Qarabağda yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə elan olunan müsabiqənin nəticələri açıqlanıb.

    Müsabiqə çərçivəsində yeddi iddiaçı Şuraya sənədlərini təqdim edib:

    – “Real Təhlil İnformasiya Mərkəzi” MMC;
    – “Caspian İnternational Broadcasting Company” MMC;
    – “Balans Studiyası” MMC;
    – “İNS ÇM” MMC;
    – “İsti Press” MMC;
    – “Azad Azərbaycan” Müstəqil Teleradio kompaniyası;
    – “ARB 24” MMC.

    Geniş müzakirələrdən sonra digər iddiaçılarla müqayisədə müxtəlif dillərdə yayım aparmaq üçün üstün imkanlara, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Caspian İnternational Broadcasting Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“CBC FM” radio kanalı) müsabiqənin qalibi elan olunması barədə qərar qəbul olunub.

  • Oqtay Şirəliyev xəstəxanaya baş həkim TƏYİN ETDİ

    2 nömrəli klinik psixiatriya xəstəxanasına yeni baş həkim təyin olunub.

    Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə, sözügedən vəzifəyə İlqar Əfəndiyev təyinat alıb.

    Qeyd edək ki, bu təyinatadək həmin xəstəxananın baş həkimi Cəmilə Əmrahova idi.