
Ermənilər qatar relslərindən tank əleyhinə istehkamlar quraşdırıblar
Median.Az Real TV-ə istinadən materialı təqdim edir:

Ermənilər qatar relslərindən tank əleyhinə istehkamlar quraşdırıblar
Median.Az Real TV-ə istinadən materialı təqdim edir:

2021-ci ilin ilk rübündə 2,1 minədək şəhid ailəsi üzvü, 3,3 minədək qazi və yaxını məşğulluq tədbirlərinə cəlb edilib.
Median.Az Trend-ə istinadən bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin 2021-ci ilin ilk rübündə gördüyü işlərə dair kollegiya iclasında bildirib.
Bu istiqamətdə səylərin daim artırıldığını qeyd edən nazir, eyni zamanda şəhidlərimizin ailə üzvlərinin, qazilərin və yaxınlarının məşğulluq məslələrinin həlli yönündə işəgötürənlərlə də fəal əməkdaşlıq edildiyini deyib.
S.Babayev bildirib ki, “DOST” mərkəzlərində bu ilin ilk rübündə 95 minədək, ümumən indiyədək 368 mindən çox müraciət üzrə vətəndaşlara xidmət göstərilib, onlardan 38 minə qədəri elektron formada təqdim edilən xidmətlər olub. Bu ilin birinci rübündə 142 Çağrı mərkəzinə 135 minə yaxın zəng daxil olub.
Daha bir DOST mərkəzinin açılışı üçün hazırlıq işlərinin yekunlaşmaqda olduğunu bildirən nazir ölkənin “DOST” mərkəzləri şəbəkəsi ilə əhatə olunmasına dair yeni regional inkişaf proqramı üzrə işlərin davam etdiyini vurğulayıb.
İclasda Nazirliyin fəaliyyət sahələrində 2021-ci ilin ilk rübündə görülmüş işlər barədə hesabatlar təqdim edilib, bu sahələr üzrə görülmüş işlərin nəticələri və cari ildə görüləcək işlər müzakirə olunub.

Hazırda 67 qazinin Türkiyədə müalicəsi davam etdirilir.
Median.Az Trend-ə istinadən bildirir ki, bunu “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov bu gün keçirilən mətbuat konfrasında deyib:
E.Hüseynovun sözlərinə görə, “YAŞAT” Fondu tərəfindən indiyə qədər Türkiyəyə müalicə üçün 76 qazi göndərilib”
“Qazilərdən 9 nəfəri müalicə olunaraq Vətənə geri dönüb, hazırda 67 qazimizin müalicəsi davam etdirilir”.
O qeyd edib ki, ağır yaralanmış hərbçilərin müalicə üçün ölkə xaricinə aparılması istiqamətində fondun fəaliyyəti davam etdirilir.

Səudiyyə Ərəbistanı hökuməti ölkə ərazisində fəaliyyət göstərən Türkiyə Təhsil Nazirliyinin tabeliyindəki 8 məktəbin bağlanılması ilə bağlı qərar verib.
Median.Az axar.az-a istinadən xəbər verir ki, paytaxt Ər-Riyad da daxil olmaqla, Məkkə, Mədinə, Tabuk, Taif, Damma, Abha və Ciddədəki təhsil ocaqları bu barədə məlumatlandırılıb.
Bildirilib ki, ilin sonuna kimi türk məktəblərinin fəaliyyəti dayandırılacaq.

2021-ci ilin birinci rübü ərzində Azərbaycanın ixracı 4,1 milyard dollar, qeyri-neft sektoru üzrə 501,5 milyon ABŞ dollar təşkil edib.
Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında qeyd olunub.
İcmalda qeyd olunub ki, qeyri-neft sektoru üzrə ixrac 2020-cu ilin müvafiq dövrü ilə müqayisədə 70,6 milyon ABŞ dolları və ya 16,4 faiz artıb. Qeyri-neft sektorunun Azərbaycanın ixracında payı ötən ilin müvafiq rübü ilə müqayisədə 2 faiz artaraq 12,1% olub. Bu dövr ərzində qeyri-neft məhsullarının ixracı üzrə 393 mal mövqeyi müəyyənləşdirilib ki, bu da mal və məhsulların diversifikasiyası nöqteyi nəzərdən Cənubi Qafqaz ölkələri üzrə ən yüksək göstəricidir.
2021-ci ilin birinci rübü ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı birinci olub. Bu siyahıda qızıl ikinci, xurma isə üçüncü yerdə qərarlaşıb.
2021-ci ilin birinci rübü ərzində Türkiyəyə 163,1 milyon, Rusiyaya 129,8 milyon, İsveçrəyə 44,7 milyon, Gürcüstana 38 milyon və ABŞ 18,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Azərbaycan Gimnastika Federasiyası 29 aprel Beynəlxalq rəqs gününə həsr olunmuş videoçarx hazırlayıb.
Median.Az Trend-ə istinadən bildirir ki, videoçarxda bədii gimnastika üzrə Azərbaycan milli komandasının üzvü, gənclər arasında dünya çempionatının ikiqat müdafiəçisi Arzu Cəlilova çəkilib.
Qeyd edək ki, rəqs növlərinə həsr olunmuş Beynəlxalq rəqs günü 1982-ci ildən etibarən qeyd olunur.

Feysbuk sosial şəbəkəsinin sahibi, milyarder Mark Zukerberq maraqlı açıqlama edib.
Median.Az axşam.az-a istinadən xəbər verir ki, ötən ilin iyulunda sörfinq zamanı paparatsilərin hədəfinə tuş gələn milyarder üzünə günəşdən qorunmaq üçün qalın təbəqə krem çəkməsinin əsas səbəbindən danışıb.
Havay adalarında istirahət zamanı görüntülənmək istəməyən Mark kremi üzünə tanınmamaq üçün vurduğunu bildirib.
Qeyd edək ki, Zukerberqin səylərinə baxmayaraq onun bu istəyi baş tutmamışdı. Sosial şəbəkə istifadəçiləri milyarderi hətta “Joker”ə bənzətmişdilər.

Yaponiyanın avtomobil istehsalçısı Suzuki Hindistandakı üç müəssisəsinin işini dayandırmağa qərar verib.
Median.Az Trend-ə istinadən bildirir ki, müvafiq qərar yeni koronavirusun ölkədə yayılması ilə bağlı çətin vəziyyətə görə verilib.
Xatırladaq ki, son məlumatlarda Hindistanda sutka ərzində yeni dünya antirekordu – 360 960 koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb.

Moskvada mədəniyyət və incəsənət işçilərinə dövlət mükafatlarının verilməsi mərasimi keçirilib.
Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Moskva Akademik Satira Teatrının direktoru, soydaşımız Məmmədəli Ağayevə də Rusiya Prezidenti Vladimir Putinin Fəxri Fərmanı təqdim edilib.
Rusiya Dövlət Böyük Teatrın Bethoven zalında baş tutan mərasimdə çıxış edən Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova mədəniyyət işçilərini fəxri ad almaları münasibətilə təbrik edib. Bildirib ki, bu dəfə rus mədəniyyətinin zəngin tarixi irsinin qorunub saxlanmasına və inkişafına böyük töhfə verən mədəniyyət və incəsənət işçilərinə, yaradıcılıq birliklərinin nümayəndələrinə yüksək mükafatlar və fəxri adlar təqdim olunur.
Təltif olunan 42 nəfər mədəniyyət işçisi arasında həmyerlimiz, Moskva Akademik Satira Teatrının direktoru Məmmədəli Ağayev də Rusiya mədəniyyətində xidmətlərinə və çoxillik səmərəli fəaliyyətinə görə Fəxri Fərmana layiq görülüb.

Nevroz termini ilk dəfə 1776-cı ildə şotlandiyalı həkim Kuplen tərəfindən elmə gətirilmişdir. Bu addım C.Morqaninin bütün xəstəliklərin əsasını morfoloji substratın təşkil etməsi barədə iddiasını təkzib etmişdir. “Nevroz” termininin müəllifi sağlamlığın funksional pozulmasının hər hansı bir orqanın üzvi zədələnməsi ilə əlaqəli olmadığını irəli sürmüşdür. Sonralar məhşur rus fizioloqu İ.P.Pavlov nevroz barədə araşdırmaları davam etdirmişdir.
Xəstəliklərin Beynəlxalq Təsnifatında (XBT-10) “nevroz” əvəzinə “nevrotik pozğunluq” qeyd olunmuşdur. Lakin hazırda ali sinir fəaliyyətinin xroniki və ya kəskin stresslərlə bağlı psixogen pozğunluqları daha çox “nevroz” termini ilə ifadə olunur. Bu pozulmalar digər etioloji amillərlə (məsələn, toksiki təsir, travma, keçirilmiş xəstəlik) əlaqəli olduqda, nevrozabənzər sindrom adlandırılır.Müasir dövrdə nevroz olduqca geniş yayılmışdır. İnkişaf etmiş ölkələrdə əhalinin 10-20%-i nevrotik pozğunluqlardan əziyyət çəkir. Psixi pozğunluqların təxminən 20-25%-i nevrozların payına düşür. Nevrozun əlamətləri əksər hallarda yalnız psixoloji deyil, həm də somatik xarakter daşıdığından bu problem klinik psixologiya və nevrologiya ilə yanaşı, tibbin digər sahələri üçün də aktual sayılır.Nevrozun profilaktikası psixotravmatik vəziyyətin qarşısının alınmasından (xüsusən uşaqlıq dövründə) ibarətdir. Lakin daha optimal üsul baş verən hadisələrə düzgün yanaşmanın formalaşdırılmasından ibarətdir. Normal yuxu, aktiv həyat tərzi, sağlam qidalanma, idman psixikanın möhkəmlənməsinə kömək edir.