Month: April 2021

  • Azərbaycanda yeniyetmə özünü asdı

    Gədəbəy rayonunda 16 yaşlı oğlan intihar edib.

    “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Pərizamanlı kəndində qeydə alınıb. 2005-ci il təvəllüdlü Şöhrət Vüqar oğlu İbrahimov yaşadığı evin həyətində özünü asıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Zelenski altı səfiri geri çağırdı

    Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin altı səfiri geri çağırıb.

    Bu barədə Ukrayna liderinin rəsmi saytı məlumat yayıb.

    Dövlət başçısının imzaladığı sərəncamlarla Ukraynanın Səudiyyə Ərəbistanı, Oman Sultanlığı və Yəmən Respublikasındakı, Tayland Krallığı, Laos Xalq Demokratik Respublikası və Myanma Respublikasındakı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Krallığındakı, Niderland Krallığındakı, İraq Respublikasındakı, Belçika Krallığı və Lüksemburq Hersoqluğundakı fövqəladə və səlahiyyətli səfirləri geri çağırılıb və vəzifələrindən azad olunub.

    Bundan əlavə Ukrayna prezidenti ölkənin bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən BMTdəki daimi nümayəndələrini əvəzləyib.

  • Peyvəndlə bağlı proqnoz: Ən çox istehsal və sifariş kimin payına düşəcək?

    Əsas peyvənd istehsalçısı “AstraZeneca”, alıcılar isə Avropa İttifaqı (Aİ) və ABŞ olacaq.

    RBC bu barədə Duke Universitetinin (ABŞ) araşdırmasına istinadən xəbər yayır.

    Ümumilikdə, ölkələr 8,6 milyard doza koronavirus peyvəndi tədarükü üçün müqavilələr imzalayıblar. Bunlardan “AstraZeneca”nın payına düşən 2,4 milyard doza olub.

    “Pfizer” 1,5 milyard doza ilə ikinci yerdədir.

    Çinin “Sinovac” şirkəti 480 milyon doza satılacaq, Rusiyanın “Sputnik V”si isə 303 milyon doza paylanacaq.

    Eyni zamanda, 2021-ci ildə peyvənd istehsalçılarının ümumilikdə təqribən 12 milyard doza peyvənd istehsal edə biləcəyi qeyd olunur.

    Zəngin ölkələr 4,6 milyard doza vaksin sifariş ediblər ki, bu da bütün peyvənd alışlarının 53 faizini təşkil edir.

    Dozaların çox hissəsi 27 Aİ ölkəsi adından Avropa Komissiyası – 1,8 milyard doza, ardınca 1,2 milyard doza ilə ABŞ tərəfindən sifariş olunub.

    Afrika İttifaqı 680 milyon doza ilə bağlanmış müqavilələrdə ilk üçlüyü bağlayır.

  • Suriyada Türkiyə hərbi bazası yaxınlığında partlayış: Ölən və yaralananlar var

    Suriyanın şimal-şərqindəki Əl-Həsəkə qəsəbəsində, Türkiyə hərbi bazası yaxınlığında partlayış baş verib.

    “Ria-Novosti” xəbər verir ki, hadisə nəticəsində 12 türk hərbçinin öldüyü və yaralandığı bildirilir.

    Hadisə ilə bağlı, hələ ki, heç bir rəsmi açıqlama verilməyib.

  • İki əsgərimiz Suqovuşanda minaya düşdü – RƏSMİ

    İtkin düşmüş hərbi qulluqçularımızın axtarışı zamanı baş verən mina partlayışında iki hərbçimiz xəsarət alıb.

    Bu barədə lMüdafiə Nazirliyindən bildirilib.

    Məlumata görə, Vətən müharibəsi zamanı itkin düşmüş hərbi qulluqçularımızın Suqovuşan yaşayış məntəqəsi istiqamətində aprelin 6-sı günorta saatlarında keçirilən axtarışları zamanı düşmən tərəfindən basdırılmış piyada əleyhinə mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər Əliyev Pünhan Şaban oğlu və əsgər Bəxtiyar İlqaroğlu xəsarət alıb, həyatları üçün təhlükə yoxdur.

    Faktla bağlı araşdırma aparılır.

  • Dünyada istifadə edilən kompüterlərin sayı 6,2 milyarda çatacaq

    “Gartner” analitik şirkəti yaxın illərdə istifadədə olan kompüter qurğuları bazasının davamlı artacağını proqnozlaşdırır. Dünya bazarının katalizatoru rolunda davam edən pandemiya çıxış edəcək.

    Median.Az ictnews.az-a istinadən bildirir ki, proqnozda müxtəlif tipli fərdi kompüterlər (masaüstü kompüter, notbuk və ultrabuklar), planşetlər, eləcə də smartfonlar nəzərə alınıb.

    Qiymətləndirməyə görə, ötən il qlobal miqyasda ümumilikdə 6,08 milyard qeyd olunan tipli qurğu istifadədə olub. Onun 4,3 milyardını smartfonlar təşkil edib. Masaüstü fərdi kompüter və noutbukların payı müvafiq olaraq 522 və 796 milyon ədədə bərabər olub. Daha 479 milyonu planşetlər təşkil edib.

    2021-ci ildə istifadədə olan kompüter qurğularının sayının artacağı gözlənilir. Buna distansiyalı təhsil və məsafədən iş platformalarının inkişafı kömək edəcək.

    Analitiklərin fikrincə, bu ilin yekunları üzrə istifadədə olan hesablama texnikasının bazası 6,22 milyarda çatacaq. Bu, 4,3 milyard smartfon, 495 milyon fərdi kompüter, 866 milyon noutbuk və 535 milyon planşet deməkdir.

    2022-ci ildə artımın davam edəcəyi proqnozlaşdırılır: istifadədə olan kompüter qurğularının bazası 6,42 milyard ədədədək genişlənəcək.

  • Youtube video keyfiyyətini azadlacağını açıqlayıb

    Artıq YouTube yüksək tələbatı ödəmək üçün videoları standart keyfiyyət ilə təqdim edəcək. Əvvəllər Netflix hər kəsin evdə bir şey seyr edə bilməsi üçün yuxarı limit gətirmişdi.

    Median.Az ted.az-a istinadən bildirir ki, YouTube, insanların çoxunun pandemiya səbəbiylə evlərindən qapandığı bu günlərdə Avropada video keyfiyyətinə məhdudiyyət qoymaq qərarına gəlib. Bu qərarın səbəbi çox sayda istifadəçi olduğuna görə xətlərin yüklənməsinin qarşısını almaqdır.

    Bildiyiniz kimi, bir ildən çoxdur davam edən pandemiya səbəbindən bir çox insan evlərini tərk etmir və ya evlərindən çıxa bilmir. Nəticə etibarilə bir çox insan müxtəlif səbəblərdən internetdən istifadə etir. Xüsusilə təhsil və iş həyatı üçün istifadə olunan internet yüksək keyfiyyətli videoları oxuda bilmir. Bu səbəbdəb də Youtube yeni qərarı qəbul etməli olub.

  • Sabah mülayim cənub küləyi əsəcək – PROQNOZ

    Aprelin 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 13-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

    Aprelin 7-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək.

    Havanın temperaturu gecə 7-12, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 13-18, bəzi yerlərdə 20 dərəcə isti olacaq.

    Aprelin 7-də Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

  • Bakıda 46 yaşlı qadın yol qəzasında xəsarət aldı

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə Sabunçu rayonunda qeydə alınıb.

    Ramana qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1975-ci il təvəllüdlü Məmmədova Zoya İldırım qızı xəsarət alıb.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin əziyi diaqnozu qoyulub.

  • Efiopiyada icmalararası toqquşmalarda 100-dən çox insan həlak olub

    Efiopiyanın şimal-şərqindəki Afar və Somali ştatları arasındakı sərhəd rayonunda son beş gündə icmalararası toqquşmalarda 100-dən çox insan həlak olub.

    Bu barədə yerli hakimiyyətə istinadən “Reuters” agentliyi bildirib.

    Afar ştatının polis rəisinin müavini Əhməd Xumed bildirib ki, toqquşmalar ötən cümə günü başlayıb və bu günə kimi davam edir. O, silahlı qrupları zorakılıqda ittiham edib.

    Öz növbəsində Somalinin “Garowe” xəbərlər portalı bildirib ki, toqquşmalar Sitti (Şinile) rayonunda olub. Orada yaşayan icmalar son iyirmi il ərzində su, torpaq, otlaq resurslarına giriş hüquqları üstündə mübahisə edir.