Month: April 2021

  • “Çernobıl” serialının aktyoru öldü

    Böyük Britaniya aktyoru Pol Ritter 54 yaşında vəfat edib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, onun ölüm səbəbi beyin şişi olub.

    Pol Ritter 1966-cı ildə Böyük Britaniyada anadan olub. O, Harri Porter haqqındakı ekran işində, “İnferno” və başqa filmlərdə çəkilib.

    Xatırladaq ki, Pol Ritter Azərbaycanda da maraqla qarşılanan “Çernobıl” (2019) serialında Anatoli Dyatlov obrazını canlandırıb.

  • Bu gün neçə nəfərə vaksin vurulub?

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34344 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20459, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13885 nəfərdir.

    Ölkədə vurulan vaksinlərin ümumi sayı 982 291, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 611 471, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 370 820 təşkil edir.

  • “Periscope” servisi bağlanıb

    “Twitter” mikrobloqlar servisi aprelin 1-də şirkətə məxsus “Periscope” videotranslyasiyalar proqramının fəaliyyətini dayandırıb. “Periscope” komandası istifadəçilərlə “Twitter” hesabı vasitəsilə sağollaşıb.

    Median.Az ictnews.az-a istinadən bildirir ki, “Twitter” şirkəti “Periscope” xidmətinin bağlanılması ilə bağlı qərarı mikrobloqlar servisində translyasiyaların yaradılması üçün alətləri daha da inkişaf etdirmək istəyi ilə izah edib. Şirkət servisin bağlanılmasını mobil qurğularda birgə videobaxışı üçün “Squad” proqramını satın aldıqdan sonra açıqlayıb. Bu proqramın fəaliyyəti dayandırılıb, onun mütəxəssisləri isə “Twitter” komandasına qoşulub. “Periscope” nümayəndələri qeyd edib ki, son 2 ildə servisin populyarlığı azalıb, servisin dəstəyi üçün xərclər isə artıb.

    “Periscope” proqramı artıq “Google Play” və “App Store” mağazalarında ləğv edilib. Aprelin 1-dən etibarən onun istifadəçi qurğularında ləğv ediləcəyi gözlənilir. Ümumi translyasiyalara istifadəçi kontenti arxivinə çevrilən “Periscope”un veb-versiyasında baxmaq mümkündür.

    Xatırladaq ki, “Periscope” mobil əlavəsi real vaxtda videonun translyasiyası üçün nəzərdə tutulub. 26 mart 2015-ci ildə istifadəyə verilən servisin fəaliyyətinin ilk ilində “Periscope” komandası bildirib ki, istifadəçilər 200 milyondan çox birbaşa translyasiyalar ediblər.

    Hazırda servisin başlıca imkanları əsas “Twitter” əlavəsində mövcuddur. Real vaxt rejimində translyasiyaları “Twitter Live” vasitəsilə etmək mümkündür. Brendlər isə canlı efirə “Media Studio” servisi vasitəsilə çıxa bilərlər.

  • Rusiyada koronavirusun yeni ştammı müəyyən olunub

    Rusiya ərazisində koronovirusun Britaniya, Cənubi Afrika və ya Braziliya növündən fərqli mutasiyalara sahib olan naməlum ştammlar müəyyən olunub.

    Bu barədə “Rospotrebnadzor”un (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi üzrə Federal Xidməti) rəhbəri Anna Popova xəbər verib.

    Onun sözlərinə görə, hazırda onların epidemioloji əhəmiyyətini qiymətləndirmək üçün işlər aparılır.

    Popova hələ ki, narahatlıq üçün heç bir əsas olmadığını qeyd edib.

    Eyni zamanda, “Rospotrebnadzor” rəhbəri özünün və həmkarlarının koronavirusun hər hansı bir növünü “Rusiya ştammı” adlandırmasının tərəfdarı olmadığını vurğulayıb.

    Popova hər mutasiyaya ad verməyin mənasız olduğunu əlavə edib.

  • Peyvənd olunan vətəndaşlara bu güzəştlər ediləcək – AÇIQLAMA

    COVID-19-a qarşı peyvənd olunan Azərbaycan vətəndaşları, ölkədəki karantin rejiminin sərtləşdirilməsi halında müəyyən imtiyazlar əldə edəcəklər.

    Median.Az Caliber.az-a istinadənn xəbər verir ki, bu barədə ölkənin tibb dairələrindəki mənbələrdən məlumat verilib.

    Xüsusilə, SMS-icazə ölkə ərazisində yenidən aktivləşdirilirsə, bu qadağa COVID-19-a qarşı peyvənd olunan vətəndaşlara şamil edilməyəcək.

    Peyvənd olunanlara beynəlxalq uçuşlar zamanı səyahət edərkən müəyyən imtiyazlar da veriləcək.

    Bundan əlavə, yalnız peyvənd olunan şəxslər kafe və restoranları ziyarət edə biləcək. Digərləri isə bu imkandan məhrum olacaqlar.

    Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahının verdiyi məlumata görə, respublika ərazisində ümumilikdə 947 947 doza COVID-19 peyvəndi vurulub.

    591 012 nəfərə peyvəndin birinci, 356 935 şəxsə peyvəndin ikinci dozası vurulub.

  • Bakı metrosundan YENİLİK – ödənişlər QR sistemindən aparılacaq

    “Bakı metropoliteninin sərnişinləri gediş haqlarını QR-kod vasitəsilə həyata keçirə biləcəklər”.

    Median.Az-ın “APA-Economics”ə istinadən verdiyi məlumata görə, bunu “Baku Transit Forum 2021 Smart City” tədbirində çıxış edən “Bakı Metropoliteni” QSC-nin işarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov deyib.

    Onun sözlərinə görə, bu və digər növ ödənişlərin həyata keçirməsinə imkan yaradan yeni sistemin qoşulması istiqamətində sınaqlar aparılıb və müsbət nəticələr əldə olunub.

    “Metropolitenin fəaliyyətinin bərpasından sonra bu imkanlar istifadəçilərin ixtiyarına veriləcək”, – deyə E. Məmmədov qeyd edib.

  • Banklardakı əmanətlərin regionlar üzrə bölgüsü – SİYAHI

    Azərbaycanda 2021-ci ilin mart ayının 1-nə olan statistikaya əsasən, ölkədə regionlar üzrə cəlb olunmuş əmanətlər 8 milyard 380 milyon manat təşkil edib.

    Median.Az Mərkəzi Banka istinadən xəbər verir ki. regionlar üzrə cəlb olunmuş əmanətlərin həcminə görə, bunun 7 milyard 466 milyon manatı Bakı şəhərinin sakinlərinə məxsusdur. Rəqəmlərdən göründüyü kimi, paytaxt ilə ölkənin digər iqtisadi rayonu arasında kəskin bir fərq ortaya çıxır.

    2021-ci ilin fevral ayına olan statistikaya görə, regionlar arasında bankda əmanəti olanlar sayında Bakıya yaxınlığı ilə seçilən Abşeron iqtisadi rayonu ikincidir. Burada yaşayan əhalinin banklarda 216 milyon 110 min manat pulu var.

    Gəncə-Qazax iqtisadi rayonunda yaşayan əhalinin banklarda 169 milyon 397 min manat, Aran iqtisadi rayonunda yaşayan 186 milyon 73 min manat bank əmanətinə sahibdir.

    Lənkəran əhalisi banklara 76 milyon 831 min manat qoyub.

    Quba-Xaçmazda yaşayanların isə bankda cəmi 60 milyon 552 min manat var.

    Şəki-Zaqatalada yaşayanlar 69 milyon 439 min manatını banklara etibar edib. Naxçıvan sakinləri isə banklara 87 milyon 487 min manat yerləşdirib.

  • Terminallara yeni manatların qəbulu üçün proqram yazılıb – AÇIQLAMA

    MilliÖn ödəmə terminllarının 3 minindən 2 minində yeni əskinasların qəbulu üçün yeni proqram təminatı həyata keçirilib.

    Median.Az
    Trend.az-a istinadən xəbər veri ki, bu barədə sorğuya cavab olaraq şirkətdən bildiriblər.

    Qeyd olunub ki, digər terminalların proqram yazılması davam edir:

    “Ölkədə yaşanan pandemiya ilə bağlı proqramların yazılmasında ləngilərə baş verdi. Prioritet ən çox istifadə olunan ödəmə terminallarına verildi”.

    Əlavə olunub ki, ləngiməyə səbəb pandemiya zamanı işçi heyyətinin işlmə qrafiki olub.

  • “Lady Sharm” mağazalarının sahibi olan qardaşların qisası: Kənan Quliyev niyə həbsdədir?

    “Lady Sharm” mağazalar şəbəkəsinin həbs edilən vəzifəli şəxsləri Ziyarət Abbasov, Elnur və Səməd İsmayılov qardaşları şərti cəza alaraq azadlığa buraxıldı

    Qardaşlar ayrı-ayrı firmaların əmtəə nişanından istifadə edərək onları müxtəlif brend mallar adı altında satmaqda ittiham edilirdi. İşin ilginc tərəfi budur ki, Səməd İsmayılovun şikayəti ilə həbs edilən şəxslər həbsdədir və onların məhkəməsi davam edir.

    Səməd İsmayılov özü həbs edilməmişdən öncə qardaşı Elnuru həbsdən qurtarmaq üçün tanışı Azər Pirimov vasitəsi ilə adam soraqlamağa başlayıb. Azər Pirimov da işçisi “Carçıoğlu Group” MMC-də mühasib işləyən Kənan Quliyevin atası Hikmət Quliyevə müraciət edib, vəzifəli tanışlarının olub-olmadığını soruşub.

    Hikmət Quliyev də dostu Mehdi Sadıxova müraciət edib. Mehdi Sadıxov isə Prezident Administrasiyasında, Baş Prokurorluqda vəzifəli tanışlarının olduğunu deyərək, bu işi həll edə biləcəyini vəd edib və işdən pul qazanmağı düşünüb.

    300 min manata danışılan işə görə əvvəlcə 50 min manat pul verən Səməd İsmayılov işlərin düzəlmədiyini görəndə hüquq-mühafizə orqanlarına müraciət edib.

    Səməd İsmayılovun şikayətini araşdıran istintaq orqanı belə qənaətə gəlib ki, Hikmət Quliyev Mehdi Sadıxovla əvvəlcədən plan quraraq, Səməd İsmayılovun pulunu ələ keçirmək istəyiblər. Məqsəd isə ələ keçirdikləri pulu şəxsi ehtiyaclarına xərcləmək olub.

    Bu iş üzrə Hikmət Quliyev və Mehdi Sadıxovla yanaşı Kənan Quliyev də həbs edilib. Kənan Quliyev Hikmət Quliyevin oğlu kimi bu cinayətin iştirakçısı hesab edilib.

    Hər üç şəxs dələduzluğa cəhddə, başqa şəxsi cinayət törətməyə təhrik etməkdə və vəzifəli şəxsə rüşvət verməkdə ittiham edilərək həbs cəzası da alıblar.

    Hikmət Quliyev 8 il, Mehdi Sadıxov 8 il, Kənan Quliyev isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

    Onu da qeyd edək ki, dəymiş zərər -50 min manat istintaq zamanı Səməd İsmayılova ödənilib.

    Səməd İsmayılova qarşı dələduzluq işi üçün Hikmət Quliyev və Mehdi Sadıxov törətdikləri əmələ görə özlərini təqsirli bilirlər. Kənan Quliyev isə özünü qətiyyən təqsirli bilmir və günahsız yerə həbs edildiyini bildirir.

    Aldığı cəzadan narazı qalan iki azyaşlı uşaq atası olan Kənan Quliyev Bakı Apelyasiya Məhkəməsinə üz tutub və barəsində bəraət hökmü çıxarılmasını istəyir. Məhkəmə iclası aprelin 8-də Bakı Apelyasiya məhkəməsində baş tutacaq.

    Kənan Quliyev heç bir sübut olmadan yalnız şahidlərin- əsasən də Səməd İsmayılovun qərəzli və yalan ifadələri əsasında həbs edildiyini bildirir.

    İşin ən maraqlı tərəfi isə hər üç şəxsə qarşı vəzifəli şəxsə rüşvət vermək ittihamı verilib. Amma ortada nə vəzifəli şəxs, nə də vəzifəli şəxsə verilən rüşvət var. İstintaq zamanı da bu, sübuta yetirilib.

    “Kənan Quliyevin göstərilən cinayət əməlini harada, nə vaxt və kimlərin iştirakı ilə törətdiyi konkret faktlarla sübut edilmir. Həbs edilən Hikmət Quliyevdən qisas almaq üçün bunu edib və Kənandan da şikayətçi olublar”,- deyə apelyasiya şikayətində qeyd edilir.

    Hikmət Quliyev və Mehdi Sadıxov əməllərini etiraf edirlər. Amma Kənan Quliyev günahsız yerə həbs edildiyini bildirir.

    Elnur və Səməd İsmayılov qardaşlarının atası Heydərxan Səmədov övladları həbs edildiyi üçün deyirdi ki, onun oğulları həbsdə olduğu müddətdə onların da övladı- yəni Kənan Quliyev də həbsdə qalacaq.

    İndi Heydərxan Səmədovun övladları həbsdən buraxılıb. İki uşaq atası Kənan Quliyev isə həbsdə saxlanılır. Kənan Quliyevin ailə üzvləri bu həbsin qanunsuz olduğunu hesab edir və rəsmi qurumlara dəfələrlə müraciət ediblər.

    Daha ağır ittihamlarla həbs edilən Səmədov qardaşları həbsdən azad edildikləri halda cinayət əməli sübut olunmayan Kənan Quliyev 7 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. (musavat.com)

  • Klub maaşları ilk dəfə bitkoyn ilə ödəyəcək

    MBA klubu “Sakramento Kinqs” bir ilkə imza atıb.

    Median.Az apasport.az saytın-a istinadən xəbər verir ki, rəhbərlik basketbolçuların maaşını kriptovalyuta ilə ödəmək qərarına gəlib.

    Klub prezidenti Vivek Ranadive iclasda hər kəsin maaşını məhz bitkoynla alacağını açıqlayıb. O, toplantı zamanı bunları söyləyib: “Qarşıdakı günlərdə bunu hər kəsə təklif etdiyimi bəyan edəcəyəm. Basketbolçular da daxil olmaqla, hamı maaşının istədiyi qədərini bitkoynla ala biləcək”.

    Qeyd edək ki, 1 bitkoyn 99 min 524 manatdır.