Month: April 2021

  • Türkiyəyə gündəlik yoluxma sayı 50 minə çatır

    Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

    Median.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu gün 211 nəfər pandemiyanın qurbanı olub.

    Bu gün 271 min 547 koronavirus testi aparılıb, onlardan 49 min 584-ü müsbət çıxıb.

    Ağır xəstə sayı 2 min 477-yə yüksəlib.

    28 min 498 nəfər müalicə olunaraq, koronavirusdan sağalıb. Bununla sağalanların ümumi sayı 3 milyon 159 min 475-ə çatıb.

  • Hacıqabulda yanğın baş verib, xəsarət alan var

    Hacıqabul rayonunun Birinci Udullu kəndində yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, ümumi sahəsi 24 m² olan köməkçi tikilinin qamışdan ibarət dam örtüyü və bitişik ümumi sahəsi 150 m² olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları 0,5 m² sahədə yanıb. Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb.

    Köməkçi tikilinin və bitişik evin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Moody’s: Növbəti 2-3 il ərzində Azərbaycanda ÜDM artımı orta hesabla 3 % təşkil edəcək

    “Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatının yaxın gələcəkdə də neft-qaz sektorunun inkişafı ilə müəyyənləşməyə davam edəcəyini gözləyir.

    Agentliyin məlumatına görə, neft-qaz sektoru ÜDM-in 45 %-ni, ümumi əmtəə ixracatının 90 %-ni, sənaye istehsalının 70 %-ni və konsolidə edilmiş dövlət gəlirlərinin 60-70 %-ni təşkil edir.

    “2021-ci ildə koronavirusla bağlı məhdudiyyətlərin zəifləməsi nəticəsində fəaliyyət və hərəkətdə yaranacaq baza effektlərdən başqa, OPEC ilə razılaşma çərçivəsində neft hasilatı, habelə keçən ilin sonunda Trans-Adriatik Qaz Boru Kəmərinin tikintisinin başa çatması ilə əlaqədar Avropaya qaz ixracatı artacaq. Bu da “Moody`s”in ÜDM-in real artımının 3,5 % səviyyəsində olacağı ilə bağlı proqnozunu dəstəkləyir”, – məlumatda deyilir.

    “Moody’s”in qiymətləndirməsinə görə, növbəti 2-3 il ərzində artım orta hesabla 3 % təşkil edəcək.

    “Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xarici valyutada ifadə olunan və likvid bazarlara sərmayə kimi yatırılan aktivləri, pandemiyaya baxmayaraq, 2020-ci ildə artmağa davam edib və birbaşa dövlət borcunun, demək olar, 480 %-ni ödəmək üçün kifayət qədər böyükdür. “Moody’s”in ortamüddətli perspektivdə neftin bir barreli üçün 45-65 ABŞ dolları olan qiymətlər gözlədiyini nəzərə alsaq, hökumətə transfertlərdə kəskin artım olmayacağı təqdirdə ARDNF-in aktivlərinin yaxın bir neçə il ərzində artmağa davam edəcəyi ehtimalı var”, – məlumatda deyilir.

  • ÜST rəsmisindən “vaksin pasportu” ilə bağlı – AÇIQLAMA

    “Koronavirus vaksinasiyasının virusun yoluxmasına mane olub-olmaması məsələsindəki qeyri-müəyyənlik və dünyadakı peyvənd ədalətsizliyi səbəbindən indidən “vaksin pasportu”na müsbət yanaşmırıq”.

    Bunu  BMT-nin Cenevrə Ofisində təşkil olunan mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Marqarit Harris deyib.

    “Vaksin pasportları” ilə bağlı iki böyük problem var. İndi peyvənd olunmağın başqalarına virus yoluxmasın mane olub-olmadığını söyləmək üçün kifayət qədər məlumata malik deyilik.

    “Vaksin pasportu”nun tətbiqindəki ikinci problem isə koronavirus vaksininin ədalətsiz paylanmasıdır”, – M.Harris vurğulayıb.

    Onun sözlərinə görə, bir çox ölkələrdə peyvəndə əlçatanlıqda problemlər var:

    “Vaksində ədalət problem vacibdir. Vaksinlərin ədalətli paylaşımı olanda, “vaksin pasportu” çox vacib olacaq.

  • Kaxa Kaladze Milana qayıdır

    Sabiq futbolçu, hazırda Tbilisi şəhərinin meri olan Kaxa Kaladze hakim “Gürcü Arzusu” partiyasından və siyasətdən gedir.

    Bu barədə Formula telekanalı öz mənbələrinə istinadən xəbər verib.

    Mənbə yazır ki, K.Kaladze Gürcüstandan vaxtı ilə futbolçu karyerasını keçirdiyi Milan şəhərinə köçməyə hazırlaşır.

    Həmçinin 43 yaşlı K.Kaladzenin səhhətində buyaxınlarda problem yaranıb.

    Həkimlər ona vertebro-bazilyar sindrom və vestibulopatiya diaqnozunu qoyublar.

  • Azərbaycan Prezidenti: “Peyvəndlərin ədalətsiz paylanması bizi dərindən narahat edir”

    “Builki Ümumdünya Sağlamlıq Günü “Daha ədalətli və daha sağlam dünyanın qurulması” mövzusuna həsr olunub. Bu mənada peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi mühüm əhəmiyyət kəsb edir. Bununla belə, peyvəndlərin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz paylanması bizi dərindən narahat edir. Bəzi ölkələr ehtiyacı olduğundan dəfələrlə çox peyvənd tədarük edir. Aydındır ki, belə şəraitdə digər ölkələr peyvənd qıtlığı ilə üzləşəcək”.

    Bu fikirləri Prezident İlham Əliyev aprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə təqdim olunan videomüraciətində bildirib.

    “Azərbaycan peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsi irəli sürüb. Qətnamə bu il martın 23-də konsensus əsasında qəbul edilib. Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub. Biz və bütün beynəlxalq ictimaiyyət bu təşəbbüsün pandemiya ilə mübarizədə əməkdaşlıq və həmrəylik modeli olmağını gözləyir. Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq”, – dövlət başçısı bildirib.

  • İlham Əliyev Azərbaycanın pandemiya ilə mübarizəsindən danışdı

    “Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub”.

    Bu fikirləri Prezident İlham Əliyev aprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə təqdim olunan videomüraciətində bildirib.

    “Bizim təşəbbüsümüzlə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Biz, həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərmişik” – dövlət başçısı bildirib.

  • Prezident: “Azərbaycanda səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verir”

    “Biz 1950-ci ildən etibarən hər il aprelin 7-də Ümumdünya Sağlamlıq Gününü qeyd edirik. Lakin 2021-ci ildə sağlamlığın əhəmiyyəti daha da artmışdır. Müasir, davamlı, yüksəkkeyfiyyətli səhiyyə sisteminə sahib olmaq hər bir ölkə üçün prioritetdir”.

    Bu fikirləri Prezident İlham Əliyev aprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə təqdim olunan videomüraciətində bildirib.

    Dövlət başçısı deyib ki, hazırda Azərbaycanda səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verir: “Azərbaycan icbari tibbi sığorta tətbiq etməklə ilkin tibbi yardımı gücləndirir, təcili tibbi yardım xidmətlərini yeniləyir, ölkədə elektron səhiyyə platforması və dövlət səhiyyə hesablarını istifadəyə verməklə rəqəmsallaşmanı təmin edir”.

  • İlham Əliyev Ümumdünya Sağlamlıq Günü münasibətilə videomüraciət edib

    Aprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciəti təqdim olunub. Qeyd edək ki, tədbirdə 4 ölkənin dövlət və hökumət başçısının videomüraciəti yayımlanıb.

    Median.Az Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciətini təqdim edir:

    “Biz 1950-ci ildən etibarən hər il aprelin 7-də Ümumdünya Sağlamlıq Gününü qeyd edirik. Lakin 2021-ci ildə sağlamlığın əhəmiyyəti daha da artmışdır. Müasir, davamlı, yüksəkkeyfiyyətli səhiyyə sisteminə sahib olmaq hər bir ölkə üçün prioritetdir.

    Hazırda Azərbaycanda səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verir. Azərbaycan icbari tibbi sığorta tətbiq etməklə ilkin tibbi yardımı gücləndirir, təcili tibbi yardım xidmətlərini yeniləyir, ölkədə elektron səhiyyə platforması və dövlət səhiyyə hesablarını istifadəyə verməklə rəqəmsallaşmanı təmin edir.

    Bu arada, COVID-19 pandemiyasının ikinci ili bütün dünyada səhiyyə sistemlərinə böyük təzyiq göstərməyə davam edir.

    Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. Bizim təşəbbüsümüzlə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Biz, həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərmişik.

    Builki Ümumdünya Sağlamlıq Günü “Daha ədalətli və daha sağlam dünyanın qurulması” mövzusuna həsr olunub. Bu mənada peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi mühüm əhəmiyyət kəsb edir. Bununla belə, peyvəndlərin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz paylanması bizi dərindən narahat edir. Bəzi ölkələr ehtiyacı olduğundan dəfələrlə çox peyvənd tədarük edir. Aydındır ki, belə şəraitdə digər ölkələr peyvənd qıtlığı ilə üzləşəcək.

    Azərbaycan peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsi irəli sürüb. Qətnamə bu il martın 23-də konsensus əsasında qəbul edilib.

    Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub. Biz və bütün beynəlxalq ictimaiyyət bu təşəbbüsün pandemiya ilə mübarizədə əməkdaşlıq və həmrəylik modeli olmağını gözləyir.

    Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq.

    Ümumdünya Sağlamlıq Gününüz mübarək!”

    Tedros Adhanom Qebreyesus:

    – Təşəkkür edirəm, Prezident Əliyev. Mən Sizin peyvəndlərə bərabərhüquqlu, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin olunması ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında göstərdiyiniz liderliyi alqışlayıram və peyvəndlərin ədalətli şəkildə paylanılması üçün tərəfimizdən daha çox işlərin görülməli olması ilə bağlı fikrinizlə razıyam.

  • Bakıda “Toyota” yandı

    Bakıda avtomobil yanıb.

    Hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Belə ki, “Toyota” markalı minik avtomobilinin salonu yanıb.

    Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.