Month: April 2021

  • Bakıda təhlükəli anlar: Kran hər an aşa bilər – VİDEO

    Bakıda tikinti kranı sakinlər üçün təhlükəli vəziyyət yaradıb.

    Trend-in məlumatına görə, təhlükəli vəziyyət Bakıda Yeni Günəşli qəsəbəsində müşahidə olunur.

    Sakinlər bildirirlər ki, kranın qaldırıcı hissəsi uzun olduğundan güclü küləyin təsirindən yellənir. Bu anları görüntüyə alan vətəndaş, kranın hər an aşaraq ətrafdakı yaşayış evlərinə təhlükə yarada biləcəyini söyləyir.

  • Bakıda toz dumanı müşahidə olunur

    Havada toz dumanı müşahidə olunur.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə bu gün səhər saatlarında Bakı və Abşeron yarımadasında havada tozun miqdarının normadan çox olduğu müəyyən edilib.

    Müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır.

    Buna səbəb ölkə ərazisinə daxil olan güclü şimal-qərb istiqamətli küləklərin istehsal sahələrində və torpağın üst quru səthində formalaşan toz kütlələrini atmosferin yuxarı təbəqələrinə qaldırmasıdır.

    Avtomat monitorinq stansiyalardan əldə olunan məlumata görə havada tozun miqdarı normadan 1.4 dəfə artıqdır.

  • Caliber отвечает “банным экспертам” об “Искандере” – ВИДЕО

    Несмотря на то, что обнародованием остатков боеприпасов оперативно-тактических ракетных комплексов “Искандер” Агентство Азербайджана по разминированию поставило точку в вопросе применения данного вида оружия в последние дни войны, нашлись эксперты, которые бросились определять градацию каждой запятой.

    Об этом говорится в очередном выпуске аналитического YouTube-проекта Caliber.

    Команда Caliber с первых дней освободительной войны и по сей день находится в гуще событий. И ее единственный приоритет – проблемы безопасности и национальных интересов Азербайджана. Авторов проекта обвиняли в защите русского мира и даже пантюркизме.

    Однако раздача штампов подписчиков канала основана на поверхностном анализе пары комментариев. Это действительно нонсенс, достойный индивида, вещающего из сауны.

    Авторы Caliber также обратились с вопросом к так называемым “банным экспертам”: существует ли вообще экспортная версия этих ракет, или ее придумали, чтобы обойти правила соглашения о ракетных технологиях, а также кому вообще принадлежит этот ОТРК, выпустивший ракеты по территории Азербайджана.

    Подробнее – в выпуске YouTube-проекта Caliber.

  • “Caliber”dən “İskəndər” raketləri ilə bağlı dırnaqarası ekspertlərin iddialarına cavab – VİDEO

    “Caliber” “İskəndər” raketlərinin qalıqlarının Qarabağa sonradan gətirilməsi kimi cəfəng iddialar səsləndirən dırnaqarası ekspertlərə cavab verib.

    Bu barədə layihənin “Youtube” hesabında paylaşım edilib.

    “Caliber”in “İskəndər” raketlərinin 44 günlük müharibə zamanı istifadəsi ilə bağlı təhlillərini şübhə altına almağa çalışan “hamam” ekspertlərə cavabı da elə faktlara söykənib.

    Layihə həmçinin özünəməxsus tərzdə hər kəsi maraqlandıran sualı “hamam ekspert”lərinə yönəltməyi də unutmayıb: “Sözügedən raketin eksport versiyası ümumiyyətlə mövcuddurmu, yoxsa bunu raket texnologiyaları haqqında razılaşma qaydalarından yan keçmək üçün uydurublar?”, “Ümumiyyətlə Azərbaycan ərazisinə raket buraxan bu operativ-taktiki raket kompleksi kimə məxsusdur?”.

  • 12 ağac kəsildi: Toplanmış sənədlər Baş Prokurorluğa göndərildi

    Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi 1 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

    Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazinin tikinti aparmaq məqsədilə hasara alındığı və 12 ağacın kökündən çıxarılaraq məhv edildiyi məlum olub. Araşdırma zamanı ərazinin Könül Hümmətlinin mülkiyyətində olduğu və ağacların kəsilməsi nəticəsində təbiətə 9800 manat məbləğində ziyan dəydiyi müəyyən edilib:

    “Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.

  • Nazirlik rəsmisi tutduğu yüksək vəzifədən azad edildi

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzinin (MHM) baş direktoru Elnar Əsədov vəzifəsindən azad edilib.

    “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı nazir Rəşad Nəbiyev əmr imzalayıb.

    MHM-ə rəhbərlik müvəqqəti olaraq direktor müavini İnara Vəliyevaya həvalə olunub.

    Xatırladaq ki, E.Əsədov sözügedən vəzifəni 2016-cı ilin yanvar ayından icra edirdi.

  • В Имишли наказан организатор церемонии обручения – ФОТО

    Жителя села Гебяктала Имишлинского района Азербайджана привлекли к ответственности за организацию торжества в своем доме в нарушение карантинного режима.

    Об этом говорится в сообщении бардинской региональной группы пресс-службы МВД.

    Сотрудники местного РОП установили, что Ровшан Мамедов устроил церемонию обручения для своего сына.

    В отношении Р.Мамедова составлен протокол по соответствующей статье Кодекса об административных проступках, а участникам мероприятия было сделано предупреждение.

  • İmişlidə nişan məclisi yarımçıq qaldı: Cəzalanan var – FOTO

    İmişli rayonunda nişan məclisi təşkil edən şəxs məsuliyyətə cəlb olunub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Göbəktala kənd sakini Rövşən Məmmədov yaşadığı evin həyətində qonaqların iştirakı ilə öz övladına nişan məclisi təşkil etdiyi müəyyən edilib.

    R.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, məclisin iştirakçılarına isə xəbərdarlıq edilib.

  • Azərbaycanda iki MTN generalının həbsinin TƏFƏRRÜATI

    Продолжается расследование по уголовному делу, ранее возбужденному на основе обращений граждан в связи с незаконными действиями со стороны должностных лиц упраздненного Министерства национальной безопасности (МНБ) Азербайджана.

    Информацию об этом распространила пресс-служба Генпрокуратуры.

    В ходе следствия возникли обоснованные подозрения в том, что генерал Мовлан Шихалиев, будучи начальником Главного следственного управления МНБ, вместе с находившимися в его подчинении сотрудниками фальсифицировал улики по девяти уголовным делам, злоупотребляя должностными полномочиями, а также совершил различные коррупционные преступления, брал взятки в крупном размере, путем угроз присваивал имущество и денежные средства.

    Кроме того, бывший начальник военного контрразведывательного управления министерства генерал Низами Ширинов в период работы на указанной должности получал взятки в крупном размере взамен приема лиц в Академию МНБ, изменения места службы, увольнения подчиненного сотрудника. Злоупотребляя должностными полномочиями, путем угроз он присваивал имущество и денежные средства.

    Мовлан Шихалиев и Низами Ширинов привлечены к ответственности, им предъявлены обвинения по статьям 182.3.1, 182.3.2 (вымогательство), 294.3 (фальсификация доказательств), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (получение взятки) 341.2.1, 341.2.3 (злоупотребление властью, превышение или бездействие власти) УК АР. Решением Бакинского военного суда в их отношении избрана мера пресечения в виде ареста.

  • Azərbaycanda iki MTN generalının həbsinin TƏFƏRRÜATI

    Azərbaycan Respublikasının ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə məruz qalmalarına dair ayrı-ayrı şəxslərin müraciətləri ilə əlaqədar əvvəllər başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    İstintaqla Şixəliyev Mövlam Məmmədismayıl oğlunun MTN-nin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə tabeliyində olan şəxslərlə birlikdə 9 halda cinayət işləri üzrə sübutları saxtalaşdırmasına, vəzifə səlahiyyətlərindən sui istifadə edərək müxtəlif korrupsiya cinayətləri törədərək külli miqdarda rüşvət tələb etməsinə və almasına, 4 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə qorxu ilə tələb edərək ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

    Həmçinin, istintaqla həmin Nazirliyin Hərbi əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi Şirinov Nizami Talış oğlunun qeyd olunan vəzifədə işlədiyi müddətdə müxtəlif şəxslərdən MTN-nin Akademiyasına qəbul etdirmək, xidmət yerini dəyişdirmək, habelə tabeliyində olan əməkdaşın işdən çıxarılması üçün müvafiq tədbirlərin görülməməsi, xidmət üzrə ümumi himayədarlıq edilməsi müqabilində 3 halda külli miqdarda rüşvət tələb edərək almasına, 3 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə qorxu ilə tələb edərək ələ keçirməsinə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Generallar Mövlan Şıxəlıyev və Nizami Şirinov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onlara Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), 341.2.1, 341.2.3 (ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui istifadə etmə və vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilmiş və barələrində Bakı hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.