Month: April 2021

  • Bakıda koronavirusa görə bağlanan bağçaların sayı açıqlandı

    Bakıda koronavirusla əlaqədar karantinə bağlanan məktəbəqədər təhsil müəssisələrinin sayı açıqlanıb.

    Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov APA-ya açıqlamasında bildirib ki, paytaxtda koronavirusla bağlı ümumilikdə 9 bağça karantinə bağlanıb.

  • Azərbaycanda oyuncaq tapançalı “polis” saxlanıldı – Foto

    Lənkəranda saxta polis saxlanılıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran rayonunun Göyşaban kənd sakini Elsevər Cəfərzadə idarə etdiyi “Mercedes” markalı avtomobillə rayon ərazisində saxlanılaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) gətirilib.

    Onun əynində arxa hissəsinə iri şriftlərlə “Polis” sözü yazılmış gödəkçə, sifətində üzərində “polis” sözü yazılmış qoruyucu maska, kəmərində antenalı olmaqla xüsusi vasitə olan əl radiostansiyasını xatırladan mobil telefon aşkarlanıb.

    İdarə etdiyi avtomobildən isə polis əməkdaşının fərqlənmə nişanı olan şevronlar, polis baş serjantı poqonları, bir ədəd qara kaburun içində oyuncaq tapança və 1 ədəd qara rəngli maska aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

    “Polis əməkdaşı olduğunu imitasiya edən bu şəxsin əməlindən zərərçəkən varsa, aidiyyəti üzrə məlumat vermələri xahiş olunur”, – Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.



  • Rusiyadan Ermənistana tank hissələrini göndərmək istəyən şəxs saxlanıldı

    Ural əməliyyat gömrüyünün əməkdaşları tank stabilizatorunun ehtiyat hissələrinin Ermənistana göndərilməsi cəhdinin qarşısını alıblar.

    TASS agentliyi xəbər verir ki, bu barədə Ural Gömrük İdarəsinin mətbuat xidməti məlumat yayıb.

    Çatdırılmanı təşkil etmək üçün Rusiya Federasiyası vətəndaşı nəqliyyat və logistika şirkətinə saxta etibarnamə təqdim edib”, – Ural Gömrük İdarəsinin məlumatında qeyd olunur.

    Rəsmi məlumatda qeyd olunur ki, Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin araşdırmasına əsasən, ələ keçirilmiş stabilizatorlar hərbi texnikada və “T-72” tanklarında quraşdırılır.

    İstehsalçı qeyd edir ki, bu məhsul Rusiya Federasiyası Müdafiə Nazirliyinin raket-artilleriya idarəsinin (idarə etməsinin) nomenklaturasına aiddir və onun açıq satışı qadağandır.

    Qanunsuz ixrac faktı ilə əlaqədar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 226.1-ci maddəsi (“Hərbi texnika avadanlıqlarının qaçaqmalçılığı”) ilə cinayət işi açılıb.

    Sözügedən maddə yeddi ilə qədər həbs cəzasını nəzərdə tutur.

  • Prezident yeni Mərkəz yaratdı

    Azərbaycan Prezidenti İlham Əliyev Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin yaradılması haqqında fərman imzalayıb.

    Fərmanla Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”ni (bundan sonra – Mərkəz) on beş gün müddətində yaratmaq və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb:

    Müəyyən edilsin ki, Mərkəz elm və sənaye arasında bağlantı, qarşılıqlı sifariş və təklif münasibətlərinin yaradılmasını, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması və tətbiqi xarakter daşıması üçün texnologiyaların transferini və əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılmasını həyata keçirən, innovativ inkişafın, o cümlədən startap layihələrin dəstəklənməsinə xidmət edən, elmi tədqiqatların nəticələrinin kommersiya və qeyri-kommersiya məqsədilə istifadəsi üçün transferinə, həmçinin bu nəticələrdən gəlir əldə etməyə yönəldilən, müştərilərə texnologiyaların və layihələrin hədəf bazarlarına çıxarılması xidmətlərinin göstərilməsində, bu sahədə fəaliyyətin əlaqələndirilməsində iştirak edən publik hüquqi şəxsdir.

    3. Mərkəzin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

    3.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

    3.1.1. Mərkəzin nizamnaməsinin və nizamnamə fondunun miqdarının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla təsdiq edilməsi, onların dəyişdirilməsi;

    3.1.2. Mərkəzin idarəetmə orqanlarının yaradılması;

    3.1.3. Mərkəzin strukturunun təsdiq edilməsi;

    3.1.4. Mərkəzin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla yenidən təşkili və ləğv edilməsi;

    3.2. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə:

    3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

    4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:

    4.1. Mərkəzin strukturunu və Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla nizamnaməsini təsdiq etsin;

    4.2. fəaliyyətinin təmin edilməsi məqsədilə Mərkəzin maddi-texniki təminatı məsələlərinin həlli üçün tədbirlər görsün;

    4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

    5. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.

  • “Azəriqaz” 8 kənddə insanların qazsız qalmasına aydınlıq gətirdi – RƏSMİ

    “Vətəndaşları qaz şəbəkəsinin keçdiyi ərazilərdə iş apararkən ehtiyatlı olmağa çağırırıq”.

    Bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev deyib.

    Qurumun direktoru bildirib ki, səhlənkarlıq xeyli sayda abonentin qazsız qalmasına gətirib çıxarır. Onun sözlərinə görə, bu gün İmişli rayonunun Yalavac və Cəfərli kəndindən olan vətəndaşlar ərazidə yerləşən qeyri-yaşayış sahəsində qazıntı işləri aparmaq istəyiblər. Bu zaman diametri 315 mm olan polietilen qaz kəməri zədələnib və nəticədə 8 kənddə 2500-ə yaxın abonent qaz ala bilmir:

    “Kimsə təkcə öz gördüyü, öz marağında olan işin tamamlanmasını əsas tutmamalıdır. Təhlükəli sahə sayılan qaz təsərrüfatına ziyan dəydiyi halda onun törədəcəyi fəsadları da düşünməliyik. Doğrudur, belə hallarda bərpa işinin tezliklə icrası nəzərdə tutulur. Lakin nə qədər tez olsa da, 2 500-ə yaxın abonent 3-4 saat qazsız qalır. Bir daha xahiş edirəm ki, diqqətli olasınız”.

  • В Баку задержан подозреваемый в онлайн-торговле наркотиками – ВИДЕО

    Сотрудники 5-го отделения полиции Бинагадинского РУП задержали подозреваемого в незаконном обороте наркотиков Эльшада Гулиева, сообщает пресс-служба МВД.

    При личном досмотре у него было обнаружено и изъято 1 кг 10 г героина.

    Расследованием было установлено, что Э.Гулиев, связавшись с гражданином одной из зарубежных стран, личность которого следствию неизвестна, приобрел у него наркотики, для последующей их продажи через социальные сети.

    Материалы, собранные в отношении задержанного, направлены в следственный отдел Бинагадинского РУП. В отношении Э.Гулиева возбуждено уголовное дело по соответствующей статье УК АР.

    В Ясамальском районе также были задержаны лица, занимавшиеся незаконным оборотом наркотиков. Сотрудники 26-го отделения полиции Ясамальского РУП задержали Вусала Самедова. При личном досмотре и обыске его автомобиля было обнаружено 26 упаковок героина и метамфетамина. В ходе расследования был задержан Эмин Нифталиев, продававший наркотики В.Самедову. При личном досмотре у него обнаружили 10 г героина, 14 г метамфетамина, а в его доме – 1 кг 566 г героина, 506 г метамфетамина, 33 г опиума и 60 таблеток метадона.

    В отношении обоих лиц возбуждено уголовное дело по соответствующей статье УК АР.

  • Bakıda narkotikin onlayn satışı ilə məşğul olan şəxs saxlanıldı – VİDEO

    Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Elşad Quliyev saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

    Onun üzərinə baxış zamanı çəkisi 1 kiloqram 10 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

    Araşdırma zamanı müəyyən olunub ki, Elşad Quliyev şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə əlaqə yaradaraq narkotik vasitələri satmaq məqsədi ilə ondan alıb və sosial şəbəkələrdə satışını təşkil etmək istəyib.

    Saxlanılan şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Elşad Quliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

    Yasamal rayonunda da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar. Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Vüsal Səmədov saxlanılıb. Onun üzərinə və avtomobilinə baxış zamanı 26 büküm narkotik vasitə heroin və metamfetamin aşkar olunub. Araşdırma zamanı Vüsal Səmədova narkotik vasitələri satan vətəndaş Emin Niftalıyev də tutularaq Polis Bölməsinə gətirilib. Onun üzərindən 10 qram heroin, 14 qram metamfetamin, Səbail rayonunda yaşadığı evdən isə əlavə olaraq 1 kiloqram 566 qram heroin, 506 qram metamfetamin, 33 qram tiryək və 60 ədəd psixotrop maddə metadon həbi aşkar olunaraq götürülüb.

    Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və hal-hazırda istintaq tədbirləri davam etdirilir.

  • Məkkəyə getməyin şərtləri açıqladı

    Hər il milyonlarla müsəlmanın ziyarət etdiyi Səudiyyə Ərəbistanındakı müqəddəs torpaqlar uzun müddətdir koronavirusa görə ziyarətçi qəbul etmirdi.

    “Haber 7” məlumat verir ki, Səudiyyə Ərəbistanın Həcc və Ümrə Nazirliyi ramazan ayından etibarən yeni tələblərlə normallaşma addımlarını atacaq.

    Buna əsasən ümrə ziyarəti üçün ölkəyə gedənlərə üç kateqoriya təyin olunub.

    Bu kateqoriyaların hər 3-də koronavirusa qarşı immunitet tələbi var.

    Nazirlik tərəfindən edilən açıqlamada bildirilir ki, iki doza peyvənd olunanlar, peyvənd olunandan sonra azı 14 gün keçən şəxslər və xəstəliyi keçirib sağalanlar olmaqla ümumilikdə üç kateqoriyada olan insanlar immunitet qazanmış hesab ediləcək.

    Həmin şəxslər ümrə ziyarəti, Məkkədə Məscidül-Həramda namaz qılmaq, Mədinədə Məscidül-Nəbiyə girmək haqqı əldə edəcəklər.

    İmmunitet tələbi ilə yanaşı, ziyarətə icazə veriləcək şəxslər üçün yeni tələblər də nəzərdə tutulur.

    İnsanların iftar etmək üçün yalnız xurma və su gətirməsinə icazə veriləcək və kütləvi formada iftarın qarşısının alınması üçün ziyarətçilərə fərdi yemək paylanaraq.

    Bundan əlavə, natəmizliyin qarşısını almaq üçün təvaf və namaz üçün ərazidə yeni qaydalar tətbiq olunacaq.

    Qeyd edək ki, Səudiyyə Ərəbistanında rəsmi məlumatlara görə, koronavirusa yoluxanların sayı 393 000, ölənlərin sayı isə 6 700 nəfərdir.

    34 milyon əhalisi olan ölkədə indiyə qədər 5 milyon insan peyvənd edilib.

  • Azərbaycan və Türkiyə ordularının birgə təlimləri başladı – VİDEO

    Prezident, Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri başlayıb.

    Təlimlər zamanı hərbi rabitəçilər təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonlarına çıxarılaraq vahid rabitə sisteminin təşkil edilməsi üzrə tapşırıqları yerinə yetirirlər.

    Müasir rabitə vasitələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə keçirilən təlimlərdə qoşunların qarşılıqlı fəaliyyətinin təşkili, səhra idarəetmə məntəqələrinin açılması və digər tədbirlər icra olunur.

  • DİN: Karantin postlarda heç bir hazırlıq işi görülmür

    Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bakı şəhərinin giriş-çıxışında qoyulan karantin postlarının yenidən işlək vəziyyətə gətirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

    DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Report”a bildirib ki, ölkə ərazisində sərt karantinin tətbiq olunması ilə bağlı qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilir:

    “Operativ Qərargah hələ ki, belə bir qərar verilməyib. Karantin postlarında isə heç bir hazırlıq işi görülmür”.

    Qeyd edək ki, sosial şəbəkələrdə Bakı şəhərinin giriş-çıxışında qoyulan karantin postlarının yenidən işlək vəziyyətə gətirilməsi ilə bağlı foto yayılıb. İstifadəçilər iddia edirlər ki, yaxın günlərdə yenidən sərt karantin tətbiq olunacaq və hazırda bu prosesə hazırlıq işləri görülür.