Month: April 2021

  • Azərbaycanda hərbçinin intiharı ilə bağlı cinayət işi başlanılıb – RƏSMİ

    Martın 29-u Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər İsmayılov Əli Arif oğlunun odlu silahdan atəş açaraq özünü öldürməsi barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub.

    Daxil olmuş məlumat əsasında Füzuli hərbi prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

    Fakt üzrə 29 mart 2021-ci il tarixdə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

    Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

  • “Суд над чикагской семеркой” получил главную премию Гильдии киноактеров США

    Фильм американского режиссера и сценариста Аарона Соркина “Суд над чикагской семеркой” (The Trial of the Chicago 7, 2020) в воскресенье получил премию Гильдии киноактеров США за лучший актерский состав в игровом кино. Об этом говорится в заявлении, опубликованном на сайте премии, пишет ТАСС.

    За лучший актерский состав в комедийном сериале в этом году наградили ситком “Шиттс Крик” (Schitt’s Creek, 2015-2020), в драматическом сериале – историческую драму “Корона” (The Crown, 2016 – настоящее время).

    Индивидуальными наградами за лучшую женскую и мужскую роль в кино отмечены Виола Дэвис и – посмертно – Чедвик Боузман за игру в биографическом фильме “Ма Рейни: Мать блюза” (Ma Rainey’s Black Bottom, 2020). Статуэтки за лучшие роли второго плана получили Дэниэл Калуя за роль в биографической драме “Иуда и черный мессия” (Judas and the Black Messiah, 2021) и Юн Е Джон – южнокорейская актриса, сыгравшая в драме американского производства “Минари” (Minari, 2020).

    Кэтрин О’Хара, исполнившая одну из главных ролей в “Шиттс Крик”, получила премию за лучшую женскую роль в комедийном сериале. Статуэтка за лучшую мужскую роль досталась исполнителю главной роли в спортивном комедийном сериале “Тед Лассо” (Ted Lasso, 2020) Джейсону Судейкису. За роли в телефильме или мини-сериале наградили Аню Тейлор-Джой (“Ход королевы”, The Queen’s Gambit, 2020) и Марка Руффало (“Я знаю, что это правда”, I Know This Much Is True, 2020), за роли в драматическом сериале – Джиллиан Андерсон (“Корона”) и Джейсона Бейтмана (“Озарк”, Ozark, 2017 – настоящее время).

    За лучшую каскадерскую работу в фильме награду получила команда, работавшая над кинолентой “Чудо-женщина: 1984” (Wonder Woman 1984, 2020), среди сериалов этой премии удостоились каскадеры, принимавшие участие в проекте стримингового сервиса Disney+ “Мандалорец” (The Mandalorian, 2019 – настоящее время).

    Гильдия киноактеров США – созданный в 1933 году профсоюз, представляющий интересы артистов кино и телевидения и других работников этой индустрии. Свою премию организация учредила в 1995 году. С тех пор она каждый год проводит церемонию вручения наград за выдающиеся достижения в области актерского мастерства. В отборе номинантов участвовали два жюри: одно выбирало лучших претендентов среди сериалов, а второе – среди полнометражных фильмов, выпущенных в период с 1 января 2020 года по 28 февраля 2021 года, в состав каждого жюри входили 2 500 членов гильдии, отобранных случайным образом. В итоговом голосовании, которое завершилось 30 марта, принимали участие 129 500 членов Гильдии.

  • ABŞ Kinoaktyorları Gildiyasında qaliblər açıqlanıb – SİYAHI

    Amerikalı rejissor və ssenarist Aaron Sorkinin “The Trial of the Chicago 7” (2020) filmi ABŞ Kinoaktyorları Gildiyasında (Screen Actors Guild Award) “Ən Yaxşı Aktyor heyəti” nominasiyasına layiq görülüb.

    Bu barədə qurumun saytında yayımlanan açıqlamada deyilir.

    Bu il komediya serialında “Schitts Creek” (2015-2020), dram serialında isə “The Crown” (2016 – hazırkı dövr) “Ən Yaxşı Aktyor Heyəti” mükafatını alıb.

    “Ma Raineys Black Bottom” (2020) filmində rol alan Viola Devis və Çedvik Bouzman (ölümündən sonra) ən yaxşı aktrisa və aktyor nominasiyalarında fərdi mükafatlara layiq görülüblər.

    Daniel Kaluya (“Judas and the Black Messiah”, 2021) və cənubi koreyalı aktrisa Yun Yo Con (“Minari”, 2020) “İkinci Planda Ən Yaxşı Aktyor” heykəlciklərinə sahib olublar.

    “Sheets Creek”də rol alan Ketrin Ohara “Komediya Serialında Ən Yaxşı Aktrisa” mükafatını qazanıb. “Ən yaxşı aktyor” heykəlciyi isə “Ted Lasso” (2020) komediya serialının baş rol ifaçısı Ceyson Sudeykisə verildi.

    Anya Teylor-Joy (“The Queens Gambit”, 2020) və Mark Ruffalo (“I Know This Much Is True”, 2020) televiziya filmindəki və ya mini serialdakı rollarına görə, Cillian Anderson (The Crown) və Ceyson Beytman (Ozark, 2017-hazırda davam edir) dram serialındakı rollarına görə mükafatlandırılıblar.

  • Təzyiq düşəndə necə qaldırmalı? – İlk yardım vasitələri

    Yüksək təzyiqlə müqayisədə aşağı təzyiq insan həyatına ciddi təhlükə yaratmır.

    Amma nəzərə alın ki, insan öləndə təzyiqi kəskin aşağı düşür. Lakin bu ürəyin dayanmasına görə baş verir.

    Median.Az xəbər verir ki, təzyiqin kəskin şəkildə aşağı düşməsi insanın halının pisləşməsinə, başgicəllənməsinə, zəifliyə, halsızlığa, ağır vəziyyətdə bayılmaya səbəb ola bilər.

    Belə vəziyyətdə ev şəraitində bu kimi vasitələrdən istifadə edə bilərsiniz:

    – Tünd qəhvə. Tərkibində olan kofein maddəsinə görə qəhvə tez bir zamanda aşağı təzyiqi qaldırır.

    – Tünd çay. Çayın tərkibində də kofein var. Çay və ya qəhvə şirin olmalıdır.

    – Darçınla bal. 1 çimdik darçının üzərinə yarım stəkan isti su tökün, 1 çay qaşığı bal əlavə edin və için. Darçın da aşağı təzyiqi yaxşı normallaşdırır.

    – Ən sadə üsul – dilinizin üzərinə 1 çimdik duz tökün və onu yavaş-yavaş sovurun.

    – Qulaqları ovuclarla tez-tez sürtmək də yaxşı kömək edir.

    Yardım göstərdikdən əvvəl təzyiqin həqiqətən düşməsinə əmin olun. Bəzi hallarda təzyiqin qalxmasını təzyiqin düşməsi ilə səhv sala bilərsiniz.

    Təzyiq sizdə tez-tez düşürsə, mütləq həkimə müraciət edin. Təzyiqin tez-tez düşməsi bəzən çox ciddi xəstəliklərin simptomu kimi meydana çıxa bilər. /medicina.az

  • Ölü doğulan körpələr, doğuş zamanı ölən analar: Pandemiyanın ŞOK FƏSADLARI

    Yeni növ koronavirus epidemiyası zamanı ölü doğulanların və ana ölümü nisbətlərində dünya miqyasında təxminən üçdə bir artım olub.

    Median.Az xəbər verir ki, bu badə “The Lancet Global Health” məlumat dərc edib.

    Bildirilib ki, 17 ölkədə ümumilikdə 40 araşdırma aparılıb. Nəticəyə əsasən hesabatda küçəyə çıxma məhdudiyyəti, doğuş xidmətlərində baş verən pozuntular və sağlamlıq mərkəzlərinə getməkdən imtina edilməsinin hamiləliklə əlaqəli riskləri artırdığı vurğulanıb.

    Epidemiya dövründə ölü doğulanların və ana ölümü nisbətlərinin təxminən üçdə bir artdığına diqqət çəkilən hesabatda COVID-19 epidemiyasının hamilə qadınların və yeni ana olmuş qadınların ruh sağlamlığına da mənfi təsir göstərdiyi bildirilib.

    Hesbatda epidemiya dövründə doğuşdan sonrakı depressiya, analıqla bağlı təşviş və ya hər ikisinin artdığı vurğulanıb. (publika.az)

  • “Qarabağ məsələsində bizə dəstək vermədilər” – Ərdoğan

    Əsassız mühakimələrlə milli və dövlətçilik maraqlarına xidmət edən layihələrə qarşı çıxmaq Cümhuriyyətə və Atatürkə qarşı olmaqdır.

    Median.Az
    xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqaüddə olan 104 admiralın hökumət əleyhinə siyasi bəyanatına münasibət bildirərkən deyib.

    Onun sözlərinə görə, bütün dövrlərdə bu cür çağırışlara qarşı olan Türkiyə xalqı qətiyyətlə öz dövlətini müdafiə edib. Ərdoğan, həmçinin vurğulayıb ki, sözügedən bəyanata imza atan şəxslərdən heç biri digər məsələlərdə olduğu kimi, Qarabağdakı proseslərlə bağlı sərgilənən qətiyyətli mövqeyə dəstək verməyib.

    “Təqaüddə olan hərbçilərin bəyanatı hüquqa və demokratiyaya zidd çağırışdır”, – deyən Türkiyə lideri hazırda Montrö anlaşmasının müzakirə mövzusu olmadığını diqqətə çatdırıb.

    Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin təqaüddə olan 103 hərbçisi “Montrö Boğazları Sazişi” ilə bağlı bəyanat yayıblar. Ölkənin Baş Prokurorluğu bəyanatla əlaqədar araşdırma başladıb. (azvision.az)

  • Murov zirvəsində şəhidliyə ucalan kəşfiyyatçı – VİDEO – FOTO

    Xaçmaz rayonunun Bayoba kəndindən olan şəhid Vahid Baxşıyev Murovdağ zirvəsi uğrunda şiddətli döyüşlərin iştirakçısı olub.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, 21 yaşlı Vahid Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Kəşfiyyatçı Qorxmaz oktyabrın 30-da yanında mərmi partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.

    Anası Mehri Baxşıyeva bildirir ki, Vahidin hərb elminə böyük həvəsi vardı. “Çox gözəl övlad idi. Bir sözümüzü iki etməzdi. Evimizin sonbeşiyi idi. Şeir yazırdı. Müharibə vaxtı hər gün danışırdıq. Vahid özündən muğayat ol deyirdim. Məni aldadırdı ki, guya döyüşlərə girmir. Təlimlərdən sonra evə gəlmişdi. Çantası 60-70 kiloqram olardı. Həmin çanta ilə dağlara çıxırdılar. O mənim başımı ucaltdı. Vətənpərvər idi, müharibədən, erməniləri torpaqlarımızdan qovmaqdan danışırdı. Şəhid olan günü telefonla danışdıq. Günorta saat birdə zəngləşdik. Atası, qardaşı ilə zarafatlaşıb güldülər. Bir-iki saatdan sonra şəhid olub. Məndən gizlətmişdilər”, – deyə Mehri Baxşıyeva söyləyib.

    Vahid döyüşlərin ilk günlərində Murovdağ zirvəsinin azad olunması əməliyyatlarında fəal iştirak edib. Daha sonra cəbhənin digər istiqamətlərində yaşayış məntəqələrinin işğalına son qoyulması üçün irəli atılan birləşmələrdə yer alıb.

    “Sakit uşaq idi. Məktəbdə oxuyanda vaxtından əvvəl əsgərliyə getmək istəyirdi. Vaxtı çatanda hərbi xidmətə yollandı. Xidmətini başa vurandan sonra da öz istəyi ilə hərbidə qaldı. Xeyirxahlığı ilə də seçilirdi. Maaşında imkansız ailəyə kömək edirmiş. Şəhid olandan sonra bu barədə bildik. Keçən ilin yanvarından hərbidə çalışmağa başlamışdı. Döyüşlər vaxtı bizə ətraflı məlumat vermirdi. Yalnız onu deyirdi ki, əmr gözləyirik. Halbuki od-alovun içində döyüşürdü. Son savaşdan qabaq da zəng eləmişdi. Hər şey yaxşıdır dedi. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, – deyə şəhidin atası Meclum Baxşıyev söyləyir.

    “Vahidin musiqiyə, incəsənətə marağı vardı. Şeirlər yazırdı, rayonda mədəni tədbirlərdə iştirak edirdi. Fəxri fərmanla təltif olunub. Şəhid olması xəbərini noyabrın 1-də eşitdim. İşdə idim. Əmim zəng edərək xəbər verdi. Ürək nahiyəsindən qəlpə yarası alıb. Döyüş yoldaşlarının dediyinə görə yanında mərmi partlaması nəticəsində şəhid olub. Vətən sağ olsun!”, – deyə şəhidin qardaşı Mahir Baxşıyev bildirib.

    Şəhid Vahid Baxşıyev ölümündən sonra “Vətən uğrunda medalı” ilə təltif olunub.

  • 100 minə yaxın azərbaycanlının “Facebook” məlumatları satışa çıxarılıb – VİDEO

    Şəxsi məlumatların qorunmasında yüksək inam qazana bilməyən “Facebook” iki il öncə təhlükəsizlkdə yaranan boşluq səbəbindən hazırda fərdi məlumatları qorumağı bacarmadı.

    Belə ki, 533 milyon istifadəçinin şəxsi məlumatları oğurlanaraq, xüsusi haker platformasında satışa çıxarılıb.

    Dünyanın 106 ölkəsindən olan istifadəçilər arasında azərbaycanlılar da var.

    Azərbaycandan olan 99 472 “Facebook” istifadəçisinin də şəxsi məlumatları oğurlanaraq satışa çıxarılıb.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Türkiyədə koronavirusla bağlı son vəziyyət

    Türkiyədə son 24 saat ərzində 245 496 nəfərin COVID testi yoxlanılıb.

    “Haber Global” məlumat verir ki, ölkədə günlük yoluxma sayı 42 551 nəfər təşkil edib.

    Son sutka ərzində 193 nəfər koronavirus səbəbindən vəfat edib.

    Hazırda Türkiyə xəstəxanalarında 2407 nəfər ağır COVID-19 xəstəsi müalicə alır.

  • Gürcüstanın azərbaycanlılar yaşayan kəndində insident olub, bir nəfər bıçaqlanıb

    Gürcüstanın Laqodexi bələdiyyəsinin azərbaycanlıların yaşadığı Qabal kəndində insident olub.

    “Report” xəbər verir ki, hadisə zamanı gəncə soyuq silahla xəsarətlər yetirilib.

    Yerli sakinlərin sözlərinə görə, insidentdən öncə mübahisə baş verib.

    Qarın nahiyəsindən yaralanan şəxs xəstəxanaya çatdırılıb. O, əməliyyat olunub, vəziyyəti ağır kimi qiymətləndirilir.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hazırda operativ əməliyyat-axtarış və ehtimal olunan cinayətkarın müəyyən edilməsi və saxlanılması üzrə tədbirlər həyata keçirilir.

    Yayılan məlumatlara əsasən, bıçaqlanan şəxs kəndin mərkəzində yerləşən kafelərdən birinin sahibinin oğludur. Onun masa arxasında qonaqla mübahisə etdiyi bildirilir.