Month: April 2021

  • Cəlilabad xəstəxanası yenidən karantin xəstəxanasına çevrildi

    Yeni növ koronavirus infeksiyasına yoluxanların sayının artması ilə əlaqədar olaraq, bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanası karantin xəstəxanasına çevrilib.

    “Report”un Muğan bürosunun məlumatına görə, müvafiq tapşırığa əsasən 5 aprel 2021-ci il tarixdən Cəlilabad Rayon Mərkəzi Xəstəxanası təkrarən COVID-19-a yoluxan şəxsləri qəbul edəcək.

    Artıq xəstəxanada uyğunlaşma prosesi başa çatmaq üzrədir.

    Xəstəxanada fəaliyyət göstərən müvafiq şöbələr ətrafdakı tibb ocaqlarına köçürülüb.

  • Türkiyədə bir gündə 200-ə yaxın adam koronavirusdan öldü

    Türkiyənin koronavirusla bağlı son 24 saat ərzindəki statistikası açıqlanıb.

    Median.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ötən gün ərzində qardaş ölkədə 42 min 551 nəfər koronavirusa yoluxub.

    COVİD-19 pandemiyasına yoluxmuş 193 nəfər isə dünyasını dəyişib.

  • Aksiz vergi dərəcələrinə dəyişikliklər edildi

    Nazirlər Kabinetinin 87 və 88 №-li Qərarlarına dair İzahat verilib.

    Kabinetdən Qaynarinfo-ya bildirilib ki, 2021-ci il 23 fevral tarixdə Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qəbul edilmış və Məcəllənin 164-cü, 188-ci və 190-cı maddələrində dəyişikliklər edilmişdir. Bu dəyişikliklərə əsasən (164-cü maddə) ƏDV-dən azadolmaların müddətinin uzadılması, aksiz vergisindən azadolma (188-ci maddə) və aksizli malların siyahısına və vergi dərəcələrinə dəyişiklik edilməsini əhatə etmişdir.

    Vergi Məcəlləsininnin 164-cü maddəsinə 164.1.54-cü maddəsi əlavə edilmiş və qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı 01.01.2021-ci ildən 3 il müddətinə ƏDV-dən azad edilmişdir.

    Vergi Məcəlləsininnin 188-ci maddəsinə edilmiş dəyişikliklə idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş,çərçivəyə salınmış və bərkidilmiş almaz 01.01.2021-ci ildən 3 il müddətinə aksiz vergisindən azad edilmişdir.

    Vergi Məcəlləsininnin 190-cı maddəsinə edilmiş dəyişikliklə aksizli malların siyahısı genişləndirilmiş, istehsal məqsədli istisna olmaqla, müxtəlif tütün məhsulların aksiz vergisinin dərəcələri artırılmışdır.

    Bu dəyişikliklərdən irəli gələrək Nazirlər Kabinetinin qərarlarında dəyişikliklər edilməsinə zərurət yaranmışdır.

    Müvafiq uyğunlaşdırmanın aparılması məqsədilə hazırlanmış “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin qərarlarında dəyişikliklər öz əksini tapmışdır.

    Məlum olduğu kimi, iqtisadi mahiyyətinə görə aksizlər bir tərəfdən yüksək rentabelli məhsul istehsalından əldə edilən əlavə mənfəətin bir hissəsinin dövlət büdcəsinə tutulması, digər tərəfdən isə sosial cəhətdən zərərli malların istehlakının məhdudlaşdırılması məqsədilə tətbiq edilir. Bu baxımdan qeyri-infeksion xəstəliklərin əsas risk faktorları olmaqla yanaşı, əhalinin orta ömrünü qısaldan və həyat keyfiyyətini aşağı salan tütün məmulatlarına tətbiq edilən aksiz vergisinin dərəcələrinin artırılması məqsədəuyğun hesab edilmişdir.

  • Neft ucuzlaşdı

    Brent markalı neftin iyun fyuçerslərinin qiyməti ucuzlaşıb.

    “Qara qızıl”ın bir bareli 3,22% ucuzlaşaraq 62,77 dollar olub.

    WTI markalı neft isə ötən sessiya ilə müqayisədə 3,61% ucuzlaşaraq bir barelə görə 59,23 dollardan satılır.

  • Atletimiz növbəti dəfə Avropa çempionu oldu

    3-11 aprel tarixlərində Rusiyanın paytaxtı Moskvada keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatı start götürüb.

    “Report” xəbər verir ki, 40 ölkədən 361 idmançının (179 qadın+182 kişi) iştirak edəcəyi yarışda baş məşqçilər Asif Məmmədov (kişilər) və Sərdar Həsənovun (qadınlar) rəhbərliyi altında Azərbaycan yığma komandasının üzvləri də qüvvələrini sınayırlar. Onlardan ilk olaraq Boyanka Kostova körpücük üzərinə çıxıb. O, 59 kq çəki dərəcəsində mübarizə aparıb.

    Atletimiz birdən qaldırma hərəkətində 95 kq nəticə ilə bürünc, təkanla qaldırma hərəkətində isə 116 kq-la qızıl medal qazanıb.

    Toplam 211 kq (95 + 116) nəticə göstərən Boyanka Kostova yekun sıralama da Avropa çempionatının qızıl medalına sahib çıxıb.

  • Həbs edilən generallar Eldar Mahmduvun ən yaxın kadrlarıdır

    Xəbər verdiyimiz kimi, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri, generallar Mövlan Şıxəlıyev və Nizami Şirinov saxlanılıb. Hər iki şəxs Baş Prokurorluğun İstintaq İdarəsində dindirilib. Daha sonra Nəsimi rayon Məhkəməsi tərəfindən onlar barəsində həbs qətimkan tədbiri seçilib.

    “Qafqazinfo” bu məqamda həbs edilən generallarla bağlı məlumatları təqdim edir. 

    Mövlan Şıxəliyev MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi olub. 1958-ci ildə Ağdaşda anadan olan general bu posta məhz ləğv edilmiş MTN-nin sabiq rəisi Eldar Mahmudov tərəfindən gətirilib. 

    Maraqlıdır ki, general-mayor Mövlan Şıxəliyev bundan öncə də hüquq-mühafizə orqanlarında çalışıb. Lakin o, işində yol verdiyi nöqsanlara görə bir neçə dəfə tutduğu vəzifədən kənarlaşdırılıb. M.Şıxəliyev sonuncu vəzifəsinədək hüquq-mühafizə orqanlarında iqtisadi cinayətkarlığa qarşı mübarizə şöbəsində əməliyyat müvəkkili olub. Mövlan Şıxəliyev barədə dövrü mətbuatda kifayət qədər şikayət məktubları işıqlandırılıb. O, daha çox vətəndaşlardan, xüsusən də iş adamlarını “ilişdirməkdə”, onlardan bu səbəbdən rüşvət almaqda ittiham edilir.

    Həbs olunan digər general isə ləğv edilmiş MTN-nin Hərbi Əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi general-mayor Nizami Talış oğlu Şirinovdur. 

    Mövlan Şıxaliyev kimi Nizami Şirinov da Eldar Mahmudova xüsusi yaxınlığı ilə tanınır. Maraqlıdır ki, Nizami Şirinov daha öncə də, MTN-də, sonradan idarə rəisi olduğu şöbənin tərkibində çalışıb. Lakin 1997-ci ildə işində yol verdiyi nöqsanlara görə MTN-dən uzaqlaşdırılıb. 

    Buna baxmayaraq, Eldar Mahmudov onu 2004-cü ildə MTN-ə qaytarıb və bu dəfə yüksək vəzifə verib. O, general-mayor rütbəsini MTN-də idarə rəisi vəzifəsinə gətirildikdən iki il sonra, 2007-ci ildə alıb.

    Nizami Şirinovun da adı mətbuatda daha çox rüşvət qalmaqallarında çəkilir. Yayılan iddialara görə, o, hər çağırış vaxtı yüksək məbləğdə rüşvət alaraq əsgərləri MTN-in hərbi hissələrinə hərbi xidmətə qəbul edirdi. Məlumata görə, bu məbləğ 10-40 min manat arası dəyişib. 

    Bundan başqa, vaxtilə MTN-də çalışan bir sıra savadlı kadrlar, zabitlər də işdən əssasız yerə işdən uzaqlaşdırılmalarına görə Nizami Şirinovu təqsirli bilirlər. Mətbuatda yayılan şikayət ərizlərində bildirilir ki, həmin zabitlər N.Şirinovun rüşvət tələblərinə cavab vermədikləri üçün işdən kənarlaşdırılıblar.

    Qeyd edək ki, Nizami Şirinovun özü də 2014-cü ildə MTN-lə vidalaşmalı olub. Onun işdən uzaqlaşdırılması ilə bağlı həmin vaxt MTN-nin birinci müavini olan Mədət Quliyev əmr imzalayıb. N.Şirinovun yerinə isə Hafiz Musayev gətirilib. 

  • Şəhidin bacısı dünyasını dəyişdi

    Göyçay rayonunun Bığır kəndindən olan Şəhidimiz Əzizov Qüdrətin ailəsində bədbəxt hadisə yaşanıb.

    Unikal.org xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən 18 yaşlı şəhidin bacısı bu gün dünyasını dəyişib.

    Allah rəhmət eləsin!

  • Azərbaycanlı veteran futbolçu vəfat edib

    Azərbaycanın veteran futbolçusu Hikmət Nəsirov dünyasını dəyişib.

    Sabiq məşqçi 56 yaşında vəfat edib. Bu barədə “Turan Tovuz” klubu məlumat yayıb.

    Klubdan verilən məlumata görə, Nəsirov şəkərli diabetdən əziyyət çəkib və bir müddət əvvəl xəstəxanaya yerləşdirilib.

    Qeyd edək ki, Hikmət Nəsirov Azərbaycan millisinin sabiq futbolçusu, hazırda klubsuz olan Budaq Nəsirovun atasıdır.

  • Polis daha bir toyu dayandırdı, iştirakçılar cərimələndi

    Goranboyda gizli toy mərasimi keçirmək istəyən şəxslər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

    Bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Abbasqulular kəndi ərazisindəki fərdi yaşayış evlərinin birində toy mərasimi keçirilməsi barədə məlumat daxil olub.

    Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

    Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, beş nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək cərimə edilib.

  • Azərbaycanda daha iki general həbs edildi – RƏSMİ

    Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri, generallar Mövlan Şıxalıyev və Nizami Şirinov saxlanılıb.

    Hər iki şəxs Baş Prokurorluğun İstintaq İdarəsində dindirilib. Daha sonra Nəsimi Rayon Məhkəməsi tərəfindən hər iki general barəsində həbs qətimkan tədbiri seçilib.

    Baş Prokurorluğun Mətbuat xidmətindən bildirib ki, yaxın vaxtlarda məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.