Month: April 2021

  • Более 561 тыс. заразившихся коронавирусом выявили в мире за сутки

    Число подтвержденных случаев заражения новым коронавирусом в мире превысило 131,02 млн, увеличившись за сутки более чем на 561 тыс.

    Согласно опубликованным в понедельник данным ВОЗ, число летальных исходов возросло более чем на 8,1 тыс., превысив 2,85 млн.

    По состоянию на 5 апреля в ВОЗ поступили сведения о 131 020 967 инфицированных и 2 850 521 умершем. Число заразившихся увеличилось на 561 783, умерших – на 8 196.

    Отметим, что статистика ВОЗ учитывает только официально подтвержденные сведения о случаях заражения и смерти, предоставляемые государствами.

    Более 36% случаев инфицирования, сообщения о которых поступили в ВОЗ за минувшие сутки, приходятся на Европу (207 369), на втором месте – Северная и Южная Америка (170 252), на третьем – Юго-Восточная Азия (118 051).

    Больше всего подтвержденных случаев заражения зарегистрировано в США – 30 372 016. Далее следуют Бразилия (12 953 597), Индия (12 589 067), Франция (4 746 588), Россия (4 589 540), Великобритания (4 359 392), Италия (3 668 264), Турция (3 487 050), Испания (3 291 394), Германия (2 893 883), Польша (2 448 463) и Колумбия (2 437 197).

  • Dünyada koronavirusa yoluxanların sayı 131 milyonu ötdü

    Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı son sutka ərzində 561 mindən çox artıb.

    “Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

    Məlumata əsasən, ötən sutka ərzində 561 783 nəfər yeni koronavirusa yoluxub, 8 196 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 131 020 967, ölənlərin isə 2 850 521 nəfərə çatıb.

    ÜST dövlətlər tərəfindən verilən və yalnız rəsmi olaraq təsdiqlənmiş məlumatları yayır.

    Dünyada ən çox yoluxma halı ABŞ (30 372 016), Braziliya (12 953 597) və Hindistanda (12 589 067) qeydə alınıb.

  • Koronavirusla bağlı BƏDBİN PROQNOZ: Proses 2024-cü ilədək davam edəcək…

    Bu gün bütün dünyanı maraqlandıran suallardan biri də peyvəndlənmə prosesinin nə qədər davam edəcəyidir.

    Median.Az “World in Data”ya istinadla xəbər verir ki, hazırda 138 ölkədə təxminən 565 milyon dozada peyvəndlənmə həyata keçirilib. Bir gün ərzində isə 13.9 milyon insan peyvəndlənib.

    Bu rəqəmlər ilk baxışda yüksək görünür. Lakin 7.8 milyardlıq dünya əhalisi üçün bu rəqəm çox cüzidir. Odur ki, mütəxəssislər peyvəndləmə prosesinin daha uzun sürəcəyini proqnozlaşdırırlar. Onlar bildirir ki, bu sürətlə davam edərsə, dünya əhalisinin peyvəndlənmə prosesinin 3 il və daha artıq davam edəcəyi gözlənilir.

    Dünyaca məşhur “Economist” dərgisində yer alan məlumata görə, inkişaf etmiş ölkələrdə peyvəndlənmə 2022-ci ilin ortalarında, orta gəlirli ölkələrdə 2022-ci ilin sonu, yoxsul ölkələrdə 2023-cü ilin əvvəllərində başa çatacaq. Daha yoxsul ölkələrdə isə bu prosesin 2024-cü ilədək davam edəcəyi ehtimal olunur. (publika.az)

  • Şəkidə avtomobillər toqquşub, xəsarət alan var – FOTO

    Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb.

    Belə ki, Şəki rayon sakini Xəzər Nəbiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil Aləm Süleymanovun sükanı arxasında olduğu “VAZ-2107” markalı avtomobillə toqquşub. Nəticədə Aləm Süleymanov və daha bir sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • “Fənərbağça” “Qalatasaray”ı geridə qoyaraq ikinci pilləyə yüksəldi

    “Fənərbağça” futbol üzrə Türkiyə Super Liqasında növbəti oyununu keçirib.

    Emre Belözoğlunun baş məşqçilik etdiyi komanda XXXI turda “Denizlispor”u qəbul edib.

    Qarşılaşma İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 64-cü dəqiqədə Mbvana Samatta vurub.

    Qələbə sayəsində 62-ci xalını qazanan “Fənərbağça” “Qalatasaray”ı geridə qoyaraq ikinci pilləyə yüksəlib. “Denizlispor” isə 25 xalla sonuncu – 21-ci sıradadır.

    Turnir cədvəlinə 64 xalla “Beşiktaş” başçılıq edir.

  • Belə maskalar ağciyər toksikliyinə SƏBƏB OLUR

    Kanadada qrafen (karbonun çoxatomlu təbəqəsi) tərkibli maskalar qadağan edilub.

    Median.Az xəbər verir ki., bu barədə “Hindustan Times” məlumat yayıb.

    Kanada Səhiyyə Nazirliyinin martın 2-də verdiyi tapşırığa əsasən, meydana gələ biləcəyi sağlamlıq riskləri səbəbindən qrafen tərkibli maskaların istehsal və idxalatı dayandırılacaq.

    Qrafen ehtiva edən maskalar üzərində araşdırma aparan mütəxəssislərin ilkin dəyərləndirməsinə görə, nəfəs alarkən qrafen parçacıqları ağciyər toksikliyinə səbəb ola bilir.

    Bazarda satılan qrafenli maskalar iki cürdür: antiviral və antibakteriyel.

    Qeyd edək ki, Kanada və Hindistanda nano texnologiyası ilə istehsal olunan maskalar daha geniş şəkildə istifadə edilir. (publika.az)

  • Bu məhsullar gömrük rüsumundan azad edildi

    Azərbaycana gətirilən işlənməmış və ya yarımişlənmiş, yaxud toz şəkildə gümüş (qızıldan və ya platindən qalvanik örtüklü gümüş daxil olmaqla), işlənməmiş və ya yarımişlənmiş, və ya toz şəklində qızıl (platindən qalvanik örtüklü qızıl daxil olmaqla), işlənməmiş və ya yarımişlənmiş, və ya toz şəklində platin 15 faiz idxal gömrük rüsumundan azad edilib.

    Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

    Eyni zamanda zərgərlik məmulatlarının qalvanik örtüyü olan və ya olmayan qiymətli metallardan, üzərinə qiymətli metallar çəkilmiş və ya çəkilməmiş qiymətli metallardan olan hissələri, qızıl və ya gümüş ustalarının məmulatları və onların qiymətli metallardan və ya üzərinə qiymətli metallar çəkilmiş metallardan hissələri, eyni zamanda rəsmi ödəniş vasitəsi olmayan sikkələr (qızıldan başqa) istisna ilə digər sikkələr 15 faiz idxal gömrük rüsumundan azad olunub.

    Bu Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

  • Britaniya bu tarixdən vətəndaşlarına xaricə səfərə icazə verəcək

    Böyük Britaniya hökuməti mayın 17-dən etibarən vətəndaşların xaricə səfər etmələrinə icazə verməyi düşünür.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Boris Conson bildirib.

    “Biz ümid edirik ki, buna mayın 17-dən başlaya bilərik. Bununla belə vətəndaşlarımızın ziyarət etmək istədikləri dövlətlərin qarşılaşdıqları çətinlikləri də qiymətləndiririk. Virusun yenidən ölkəmizə ayaq açmasını istəmirik. Dünyanın bəzi yerlərində yoluxma sayı artmaqdadır. Bunu nəzərə alıb realist olmaq lazımdır”.

    Conson əlavə edib ki, ölkədə aprelin 12-dən etibarən karantin qaydaları yumşaldılacaq. Mağazalar, idman klubları, gözəllik salonları, zooparklar, açıq havada fəaliyyət göstərən məkanlar yenidən fəaliyyətə başlayacaq.

  • İordaniyada dövlət çevrilişinə cəhdin üstü açılıb

    İordaniya Haşimilər Krallığının kralı II Abdullaha qarşı dövlət çevrilişi cəhdi ifşa edilib, bütün iştirakçılar həbs edilib.

    “Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb.

    Aprelin 3-dən 4-nə keçən gecə ölkədə dövlət çevrilişinin qarşısı alınıb. Bununla bağlı kralın məxfi müşaviri, sonra ölkənin maliyyə naziri və Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın müşaviri olan Bəsim Əvədullah, krallıq ailəsi üzvü Şərif Həsən bin Zaid və bütövlükdə 16-dək şəxs həbs edilib. Həbs edilənlər arasında yüksək rütbəli hərbçilər, bədəvi qəbilələrinin başçıları, adı çəkilməyən kəşfiyyat qurumunun əməkdaşları da var.

    Qeyd edək ki, şənbə günü ölkə ordusu kralın ögey qardaşı şahzadə Həmzəni İordaniyanın təhlükəsizliyi və sabitliyinə xələl gətirən addımlardan çəkinməsinə dair xəbərdarlıq edib və bundan sonra Şahzadə Həmzə ev dustaqlığına alındığını bildirib. Bazar günü isə hökumət ölkəni anarxiyaya sürükləmək istəyən xaricdəki qruplarla təmasa girən şahzadə Həmzənin bir müddətdir təhqiqat altında olduğunu açıqlayıb.

    Bu məsələnin İordaniyanın Yaxın Şərqdə sabit ölkə imicinə xələl gətirə biləcəyi güman edilir.

  • Qanunsuz fəaliyyət göstərən ət satışı mağazası aşkarlandı

    Tovuz rayonu, Aşağı Öysüzlü kəndində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Namiq Arif oğluna məxsus ət satışı mağazasında monitorinq keçirilib.

    AQTA-dan verilən məlumata görə, yoxlama zamanı satışı həyata keçirilən ətin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, eyni zamanda, müəssisədə sanitar-gigiyenik qaydalara riayət olunmadığı, çalışan işçinin qoruyucu tibbi maskadan, müvafiq geyimdən istifadə etmədiyi və tibbi müayinədən keçmədiyi aşkar olunub.

    Aşkarlanmış nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, müəssisədə qida təhlükəsiliyi sahəsində texniki normativ hüquqi aktların təmin edilməsi üçün icrası məcburi göstərişlər verilib.