Month: April 2021

  • TƏBİB-dən vaksin vurulduğuna dair saxta sənəd iddialarına CAVAB

    TƏBİB son zamanlar müxtəlif KİV-lərdə və sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə etməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

    TƏBİB-dən verilən məlumata görə, onlar hər kəsi sözügedən neqativ hallardan çəkinməyə dəvət edir.

    Unutmayaq ki, vaksin bizim sağlamlığımızın qorunması və yenidən normal həyata dönə bilməyimiz üçün yeganə vasitədir.

    Koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq üçün dövlətimiz ilk gündən peyvəndlərin əldə edilməsində böyük səy göstərib və hazırda ölkəmizdə “Vaksinasiya Strategiyası”na uyğun olaraq bu proses dövlət hesabına könüllü şəkildə uğurla həyata keçirilir.

    Onu da bildirək ki, TƏBİB Abşeron, Sumqayıt və regionlar da daxil olmaqla yalnız vaksinasiya prosesinin təşkili ilə məşğuldur və yuxarıda sadalanan neqativ hallarla qarşılaşdığınız zaman hüquq mühafizə orqanlarına müraciət etməyiniz xahiş olunur.

  • Kürdəmirdə 3 məktəb koronavirusa görə bağlandı

    Kürdəmir rayonunda 3 orta məktəb koronavirusa görə bağlanıb.

    Kürdəmir rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında rayonun 1, 2 və 6 saylı tam orta məktəblərində əyani təhsil müvəqqəti olaraq dayandırılıb. Hər 3 məktəb distant təhsilə keçib.

    Məktəblərdə dizinfeksiya işləri aparılır.m /APA

  • May ayında bayramlara görə 5 gün iş olmayacaq

    May ayında qeyri-iş günlərinin sayı məlum olub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu il 9 May – Faşizm üzərində qələbə günü bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 10 may qeyri-iş günü olacaq.

    Nazirlər Kabinetinin 3 dekabr 2020-ci il qərarına əsasən, bu il 13 may (cümə axşamı) və 14 may (cümə) isə Ramazan bayramıdır. Həmin günlər də qeyri-iş günüdür.

    Eyni zamanda 28 May – Respublika günü də iş günü hesab edilməyən bayram günüdür. Bu il mayın 28-i cümə gününə təsadüf edir.

    Beləliklə, may ayında bayramlarla əlaqədar 5 gün iş olmayacaq.

  • В Губе обнаружено кафе, действовавшее в ночное время

    В Губе сотрудники местного РОП обнаружили объект общепита, работавший в ночные часы в нарушение карантина.

    Об этом говорится в сообщении губинской региональной группы пресс-службы МВД Азербайджана.

    Деятельность объекта была немедленно приостановлена. Администратор и шесть человек были привлечены к административной ответственности в соответствии с законодательством.

    С нарушителями были проведены профилактические беседы и подчеркнута важность соблюдения карантинных правил.

  • Qubada gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlandı

    Qubada gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları gecə saatlarında şəhər ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən kafe aşkarlayıblar.

    Şöbə əməkdaşları tərəfindən dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti işlədən M.Qasımov və orada olan altı nəfər şəxs inzibati qaydada məsuliyyətə cəlb olunub.

    Qaydaları pozan şəxslərlə profilaktiki söhbətlər aparılıb və karantin qaydalarına əməl etmələrinin vacibliyi vurğulanıb.

  • İlham Əliyev: “Yerli icra orqanları, bəzi sahibkarlar sövdələşərək, sudan vicdansızcasına istifadə edirdilər”

    “Təhlil aparılarkən biz bir şeyə də rast gəldik – suyun ədalətsiz bölüşdürülməsi halları geniş vüsət almışdı. Burada həm mərkəzi icra orqanları, yerli icra orqanları, bəzi sahibkarlar elə bil ki, sövdələşərək, sudan vicdansızcasına istifadə edirdilər. Belə olan halda, bəzi fermerlərə, bəzi kəndlərə su çatmırdı”.

    Bunu Prezident İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

    Ölkə başçısı bildirib: “Mən göstəriş vermişdim, indi təhlil aparılır, araşdırma aparılır. Buna da son qoyulmalıdır. Su xətlərinin üzərində çoxsaylı qanunsuz birləşmələr quraşdırılıb. Təhlil aparılarkən biz buna da rast gəldik. Belə çıxdı ki, heç kim buna məsuliyyət daşımır, heç kim buna cavabdehlik daşımır. Buna son qoyulmalıdır. Mən göstəriş vermişdim ki, su xətləri üzrə həm vizual monitorinq aparılmalıdır, yəni, yerində, eyni zamanda, müasir müşahidə sistemləri – kameralar quraşdırılmalıdır və bu qanunsuz birləşmələrə son qoyulmalıdır”.

    İlham Əliyev əlavə edib ki, çatışmazlıqlar çoxdur:

    “İndi fəaliyyət dövrünüzdə əlbəttə ki, bütün bu işləri təhlil edəcəksiniz. Yenə də deyirəm, bu sahə prioritet sahə olaraq qalır və qalacaq. Ancaq burada yeni yanaşma olmalıdır, müasir tələblərə uyğun yanaşma. Hesab edirəm ki, siz bütün bu məsələləri qısa müddət ərzində bir daha təhlil edib, konkret təkliflər paketi ilə çıxış edəcəksiniz”.

  • AMEA ilə bağlı nöqsanlar aşkarlandı: İş Baş Prokurorluğa təqdim edildi

    2019-cu ilin İş planına uyğun olaraq həyata keçirilən, nəticələrinə hesabat ilində baxılan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsinə ayrılan büdcə vəsaitlərinin icrası üzrə aparılan maliyyə və uyğunluq auditinə dair zəruri məlumatlar akademiya tərəfindən “Şərq-Qərb” ASC-yə ödənilib.

    “Report” xəbər verir ki, bu, “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında öz əksini tapıb.

    “Lakin həmin ASC tərəfindən uzun müddət ötməsinə baxmayaraq çap məhsulları üzrə yaranmış ümumilikdə 10,4 mln. manat məbləğində debitor borcun bağlanılması və müqavilə üzrə öhdəliklərin icra edilməməsi ilə bağlı aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətləri ehtimalını nəzərə alaraq Baş Prokurorluğa təqdim edilib”.

  • İlham Əliyev su ilə bağlı yeni sədrin qarşısında tapşırıqlar qoydu

    Prezident İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən onun qarşısında yeni vəzifələr qoyub.

    İlham Əliyev deyib: “Sizin qarşınızda duran vəzifələrdən biri çatışmazlıqların aradan qaldırılmasıdır, idarəetmədə müasir yanaşmanın tətbiq edilməsidir, müasir texnologiyaların ölkəmizə gətirilməsidir. Çünki biz bundan sonra meliorativ tədbirləri, necə deyərlər, dədə-baba üsulu ilə apara bilmərik”.

    Dövlət başçısı bildirib ki, dünyanın bu sahədə ən müasir texnologiyaları Azərbaycana gətirilməlidir, sudan səmərəli istifadə edilməlidir.

    “Bizdə mövcud problemlərdən biri də itkilərin böyük həcmdə olmasıdır. Bu itkilər bəzi hallarda təbii xarakter alır, amma bəzi hallarda səhlənkarlıq ucbatından baş verir. Uçotun olmaması əlbəttə ki, bizim işimizi çətinləşdirir. Ona görə tam uçot aparılmalıdır. Bizim su anbarlarımıza daxil olan və oradan çıxan suyun həcmi yaxın aylara qədər uçota alınmırdı. Düzgün təhlil aparmaq, proqnoz vermək üçün imkanımız yox idi. Ona görə itkilərin azaldılması ən vacib problemlərdən biridir”.

    Ölkə rəhbəri qeyd edib ki, kanalların təmiri və yenidən qurulması da önəmli vəzifələrdən biridir.

    “Sovet vaxtında çəkilmiş kanalların böyük əksəriyyəti torpaq kanallar idi. Onların böyük hissəsi bu gün də fəaliyyətdədir. Əlbəttə ki, torpaq kanallar suyun istənilən həcmdə ötürülməsinə imkan vermir, itkilər, o cümlədən buna görə baş verir, eyni zamanda, torpağın şoranlaşmasına da gətirib çıxarır. Ona görə də biz canımızı torpaq kanallardan qurtarmalıyıq. Ancaq onun əvəzinə hansı texnologiyalar gətiriləcək, bunu artıq siz müəyyən etməlisiniz. Dünyanın bu sahədəki aparıcı şirkətləri ilə sıx təmaslar qurulmalıdır, iqlimi bizim iqlimimizə oxşar olan ölkələrin təcrübəsindən faydalanmalıyıq.

    Elə ölkələr var ki, orada su resursları bizimkindən də azdır, ancaq məhsuldarlıq qat-qat çoxdur. Ona görə bütün bunlar gərək dəqiq araşdırılsın, düzgün fəaliyyət planı tərtib edilsin, lazım olarsa, Dövlət Proqramı qəbul olunsun ki, biz bundan sonrakı illərdə meliorasiya və suvarma sahəsində dünyanın ən müasir prinsiplərini ölkəmizdə tətbiq edək”.

  • Житель Сабирабада утонул в Куре

    Житель Сабирабадского района утонул в реке Кура.

    Об этом сообщила пресс-служба МЧС.

    Ранее в подведомственный Центр управления в кризисных ситуациях поступила информация о том, что в реке, протекающей через территорию села Джавад, утонул человек.

    В настоящее время группа водолазов-спасателей Госслужбы по надзору за маломерными судами и спасению на водах ведет поиски тела. Также устанавливается личность утонувшего.

  • Sabirabad sakini Kürdə batdı

    Sabirabad rayon sakini Kür çayında batıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Sabirabad rayonu, Cavad kəndi ərazisindən keçən hissəsində bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

    Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

    Əlavə məlumat veriləcək.