Month: April 2021

  • İraq parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub

    Aprelin 5-də Milli Məclisdə ölkəmizdə səfərdə olan İraq Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Şerko Məhəmməd Saleh Əhməd Kadir Mir Vaisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

    Bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

    Bildirilib ki, qonaqları salamlayan Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli ölkələrimiz arasındakı tarixi dostluq münasibətlərindən danışıb. Bildirilib ki, ötən illər ərzində ölkələrimiz arasında münasibətlər müxtəlif sahələrdə uğurla inkişaf edib. Azərbaycan daim İraqın ərazi bütövlüyünü dəstəkləyib, İraq da beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəkləyən mövqe nümayiş etdirib.

    Söhbət zamanı parlamentlərarası münasibətlərə də toxunularaq bildirilib ki, parlamentlərarası dostluq qruplarının fəaliyyəti iki ölkə arasında münasibətlərin daha da inkişafına xidmət edir.

    Səmimi qonaqpərvərliyə görə təşəkkürünü ifadə edən İraq parlamentinin Xarici əlaqələr komitəsinin sədri Şerko Məhəmməd Saleh Əhməd Kadir Mir Vais Azərbaycan tərəfinə müxtəlif məsələlərdə, o cümlədən terrorizmə qarşı, həmçinin kovonavirusla mübarizədə göstərilən köməyə görə təşəkkürünü bildirib.

    İraq parlamentinin fəaliyyətindən danışan qonaq diqqətə çatdırıb ki, hazırda İraqda sabitlik mövcuddur. Bu sabitliyin təmin edilməsində parlamentin qəbul etdiyi qanun və qərarlar mühüm rol oynayır.

    Görüşdə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rəşad Mahmudov, İraq parlamentinin İnsan hüquqları komitəsinin sədri Arşed Rəşad Fath Allah əl-Salihi, millət vəkili xanım Nisrin Fadil Raham və başqaları qarşılıqlı əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər.

    Görüşdə Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İlham Məmmədov, işçi qrupun üzvü Cavanşir Paşazadə, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, hər iki ölkənin müvəqqəti işlər vəkilləri Nəsir Məmmədov, Maki Ressan Al-Mamori və digər rəsmi şəxslər iştirak ediblər.

  • Neftçalada 59 yaşlı kişi qohumu olan azyaşlıya təcavüz edib

    Neftçala rayonunda yetkinlik yaşına çatmayan qıza qarşı baş verən zorakılıq hadisəsi ilə bağlı yayılan məlumatlar Neftçala Rayon Polis Şöbəsində tam və hərtərəfli araşdırılıb.

    DİN Mətbuat Xidmətindən verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən olunub ki, 2018-ci ilin mart ayında rayonun Mirqurbanlı kənd sakini, 59 yaşlı şəxs qohumu olan azyaşlı qıza cinsi təcavüz edib.

    Qeyd olunan hərəkətlərdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlərin tərkib əlamətləri olduğundan fakta görə, Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi cinayət işi başlayıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

    Cinayət əməlində təqsirləndirilən şəxsin barəsində rayon məhkəməsinin qərarı ilə üç aylıq həbs qətimkan tədbiri seçilib.

  • Bakı bulvarında çökmə olub

    Sosial şəbəkələrdə Dənizkənarı Bulvar ərazisində çökmə baş verdiyini əks etdirən fotolar yayılıb. Sözügedən çökmənin Bakı Kristal Zalın yanındakı ərazidə qeydə alındığı deyilir.

    “Dənizkənarı Milli Park” MMC-nin direktoru Rafael Niftəliyev məsələylə bağlı “qafqazinfo”ya açıqlama verib.

    O qeyd edib ki, çökmə hadisələri zamanla bulvar ərazisinin ayrı-ayrı hissələrində baş verir: “Buna ərazinin sahilətrafı yer olması, həm də relyef təsir edir.

    Ancaq mütəmadi olaraq briqadalarımız bulvar ərazisində işləyir. Onlar çökmə baş verən əraziləri bərpa edirlər. Həmin ərazi də bərpa ediləcək”.

  • Rəmişin ölüm səbəbi açıqlandı (VİDEO)

    Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı, “Rəmiş” ləqəbi ilə tanınan Rafiq Hüseynovun ölüm səbəbi məlum olub.

    Rəmişin həkimi, reanimatoloq Cavid Paşayev açıqlama verib.

    Həkim BAKU.TV-yə açıqlamasında bildirib ki, Rəmiş yanvarın 28-də qara ciyər çatışmazlığı, xroniki ağ ciyər xəstəliyi ilə daxil olub. Daxil olandan sonra müalicə fonunda nisbi stabillik müşahidə olunub. Sonradan xəstədə koronavirusa yoluxma olub. Bu gün o rəhmətə gedib”, – deyə Cavid Paşayev bildirib.

    Qeyd edək ki, R.Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranıb. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

    Xatırladaq ki, R.Hüseynov 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.

  • Məşhur şirniyyat mağazasından şikayət: “Siçovullar sərbəst gəzir”

    “Bakı şəhər sakini paytaxtın Yasamal rayonu, Bəxtiyar Vahabzadə küçəsi 547-ci məhəllədə yerləşən “Baku Bakery”un məmulatlarının satışı mağazasında istifadə müddəti bitən məhsulların satışı həyata keçirilir”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, şikayətçi Vüqar Ağamalıyev qeyd edir ki, daimi olaraq adıçəkilən mağazadan son hadisəyə qədər evə dair un məmulatları alırmış:

    “Bir dəfə oğlum həmin mağazadan almış olduğu un məmulatlarından hazırlanan məhsuldan zəhərlənib. Bu hal onu göstərir ki, həmin mağaza məhsulların düzgün saxlanılması və qorunması qaydalarına riayər etmir və istifadə müddəti bitən məhsulların satışını həyata keçirir”.

    “Bundan başqa, COVID-19 ölkədə tüğyan etdiyi vaxtda gigyena qaydalarının mütləq qaydada riayət edilməli olduğu vaxtda həmin mağazada siçovulların sərbəst şəkildə un məmulatlarının üstündə hərəkət etməsini görmüşəm və bunun aradan qaldırılmasını mağaza sahibindən dəfələrcə xahiş etməyimə baxmayaraq, mağaza sahibi bu halların aradan qaldırılması ilə bağlı hər hansı tədbir görməyib, nəticədə belə hal mobil telefonum vasitəsilə çəkilişini apararaq mağaza barəsində şikayət etmək qərarına gəlmişəm”, – deyə məlumatda bildirilir.

    Şikayətçi iddiası ilə əlaqədar Azad İstehlakçılar Birliyinə məktub ünvanlayıb. Məsələ ilə bağlı “Baku Bakery”un məmulatlarının satışı mağazasından bildirilib ki, müəssisə 20 ildən artıqdır fəaliyyət göstərir:

    “Biz kiminsə hər hansı iddiasına cavab verən deyilik. Şikayətçi olan şəxs aidiyyəti üzrə müraciət edə bilər. Azərbaycan Qida Təhülkəsizliyi Agentliyi, hüquq-mühafizə orqanları və digər qurumlara şikayətini bildirə bilər. Həmin qurumlar da şikayət əsasında məsələni araşdıra bilərlər”.

    AQTA-dan “Report”a bildirilib ki, məsələ barədə Agentliyə məlumat daxil olub: “Vətəndaşın şikayəti AQTA tərəfindən qeydə alınıb, araşdırmalara başlanılıb”.

  • Vətən Müharibəsi ilə bağlı xatirə pul nişanları tədavülə buraxılacaq – Mərkəzi Bank

    Mərkəzi Bank Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə silsilə xatirə pul nişanlarının tədavülə buraxılmasını da planlaşdırır.

    Mərkəzi Bankdan verilən xəbərə görə, pul nişanları Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun əzəli torpaqlarımız olan Qarabağın azadlığı uğrunda apardığı və zəfərlə başa vurduğu Vətən Müharibəsinin yaddaşlara həkk olunması, işğaldan azad edilmiş şəhər və rayonlarımızın tarixinin, milli və mədəni irsinin, flora və faunasının tərənnüm edilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə tədavülə buraxılacaq.

    Qeyd edək ki, AMB tərəfindən beynəlxalq təcrübədən irəli gələrək pul nişanlarımızın təhlükəsizlik sistemlərinin gücləndirilməsi və onun saxtalaşdırılmasına qarşı dayanıqlılığının artırılması məqsədilə Pul İslahatı Komitəsinin müvafiq qərarına əsasən onların dizaynı və mühafizə elementlərinin yenilənməsi həyata keçirilir.

    Bildirək ki, hazırda beynəlxalq təcrübədə mövcud olan son innovasiyalar nəzərə alınmaqla, yenilənmiş 1, 5 və 50 manatlıqlar cari ilin əvvəlindən tədavülə buraxılıb.

  • Sağlamlıq imkanları məhdud uşaqların təkrar müayinəsi ilə bağlı AÇIQLAMA

    Sağlamlıq imkanları məhdud uşaqlar (SİMU) 18 yaşına çatdıqda onların bu statusu başa çatır. Qanunvericiliyin tələbi və beynəlxalq təcrübəyə uyğun olaraq, zəruri prosedur kimi 18 yaşdan həmin uşaqlara müvafiq əlillik dərəcəsi təyin edilməlidir.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

    Bildirilib ki, bir çox hallarda valideynlər bu barədə məlumatsız olduqlarından, sağlamlıq imkanları məhdud uşaqları 18 yaşına çatdıqda sosial ödənişlərin dayanmasını uşaqlarının əlilliyinin ləğvi kimi başa düşürlər.

    Ona görə valideynlər uşaq 18 yaşına çatdıqda qanunvericiliyə müvafiq olaraq ərazi səhiyyə müəssisəsinə müraciət etməli və uşağa əlillik dərəcəsi verilməsi üçün göndəriş (Forma-88) səhiyyə müəssisəsi tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin e-sisteminə daxil edilməlidir.

    E-sistemə daxil edilən göndərişdə onu daxil edən səhiyyə müəssisəsini, şəxsləri, eyni zamanda göndərişin aid olduğu şəxsi müəyyən etməyə imkan verən bütün məlumatlar adsızlaşdırılaraq kodlaşdırılır. Beləliklə, yalnız göndərişdəki xəstəlik məlumatları əsasında obyektiv və şəffaf şəkildə əlillik dərəcəsinin təyin olunub-olunmamasına dair qərar qəbul edilir.

  • Xəstəxanalarımız koronoviruslu xəstələrlə dolub? (VİDEO)

    Koronavirusa yoluxanların sayında artım müşahidə olunarsa, indiyə kimi tətbiq edilən qadağalar yenidən qəbul oluna bilər. Yəni, SMS-icazə və tam qapanma barədə qərarın qəbul edilməsi gözlənilən olar.

    Bunu ARB24-ün “Nə baş verir?” verilişinə müsahibəsində həkim İmran Mirizadə deyib. O bildirib ki, Novruz bayramında ictimai nəqliyyatla bağlı qadağanın tətbiqi və məktəblərin distant tədrisə keçid etməsi xəstə sayının stabilləşməsinə müsbət təsir edəcək:
    “Karantinin sərtləşdirilməsi gündəlik yoluxma sayına görə deyil, xəstəxanaların nə qədər xəstə qəbul edə biləcəyinə bağlıdır. Xəstəxanalarda sıxlıq artarsa, bütün qadağalar yenidən tətbiq edilə bilər.

    Hazırda koronavirusa yoluxan aktiv xəstə sayı 24 mindən çox olsa da, onların hamısı xəstəxana şəraitində müalicə almır. Bu gün xəstəxanalarda müalicə alan şəxslər aktiv xəstə sayının 30-40 faizini təşkil edir”.

  • Azərbaycanın məşhur aktyoru vəfat etdi

    Tanınmış aktyor Fikrət Məmmədov vəfat edib.

    Bu barədə ölkə.az-a aktyorun dostu, televiziya prodüseri Vasif Ayan məlumat verib.

    Qeyd edək ki, F.Məmmədov uzun müddət idi ki, bir neçə xəstəlikdən əziyyət çəkirdi.

    Xatırladaq ki, aktyor xüsusən “Fəryad” filmində canlandırdığı erməni obrazıyla yadda qalıb.



  • Azərbaycanla Türkiyə arasında daha bir sahədə əməkdaşlıq protokolu imzalandı

    Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) ilə Türkiyənin Səyahət Agentlikləri Birliyi (TÜRSAB) arasında turizm həcminin artırılması istiqamətində əməkdaşlıq protokolu imzalanıb.

    “TRT Haber” məlumat verir ki, TÜRSAB-ın rəhbəri Firuz Bağlıkaya ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” şüarının iki ölkə arasındakı münasibətləri ümumiləşdirən ən gözəl cümlə olduğunu bildirib.

    “Dostluğumuz strateji tərəfdaşlıqlarla daha da möhkəmləndikcə, hər keçən gün bu əməkdaşlığı daha da yüksək səviyyəyə qaldırmaqdan məmnun oluruq. Bu əməkdaşlığı daha da inkişaf etdirəcək ən vacib sahələrdən biri də turizm sektoru olacaq”, – deyə o qeyd edib.

    ATAA sədri Rüfət Hacıyev də imzalanan protokolla iki ölkənin turizm potensialının daha da artacağına ümid etdiyini vurğulayıb.