Month: April 2021

  • Вражеские цели, уничтоженные ВВС Азербайджана во время Отечественной войны – ВИДЕО

    Министерство обороны распространило кадры, на которых ВВС Азербайджана в ходе 44-дневной Отечественной войны уничтожают вражеские цели.

  • 44 günlük Vətən müharibəsində HHQ-nin məhv etdiyi düşmən hədəfləri – VİDEO

    Müdafiə Nazirliyi 44 günlük Vətən müharibəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin məhv etdiyi düşmən hədəflərinin görüntülərini yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Abşeronda qəza: Bakı-Quba yolunda böyük tıxac yarandı – VİDEO

    Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Baku TV xəbər verir ki, hadisə Bakı-Quba yolunun Abşerondan keçən hissəsində qeydə alınıb.

    Vətəndaş Əli Cavadovun idarə etdiyi DAF markalı 99 RP 745 dövlət qeydiyyat nişanlı yük maşını Quba istiqamətində hərəkətdə olan 99 JZ 732 dövlət qeydiyyat nişanlı yük maşınına arxadan çırpılıb.
    Qəza o qədər güclü olub ki, DAF markalı yük maşını daha sonra arakəsmələrə çırpılıb. Maşının ön hissəsi ciddi zərər görüb.

    Hadisə zamanı Bakı-Quba yolunda böyük tıxac yaranıb. Avtomobillər saatlarla yolda qalıb.

    Qəza zamanı ölən və ya xəsarət alan olmayıb. Qəza yerinə DYP-nin əməkdaşları və Təcili Tibbi Yardım briqadası cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Misir Mərdanova yeni vəzifə verilib

    AMEA-nın Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığın­ca­ğının onlayn iclasında AMEA Riyaziyyat və Me­xanika İnstitutunun baş direktoru vəzifəsinə seçkilər keçirilib.
     
    Açıq səsvermədən öncə çıxış edən FRTEB-in Elmi şurasının sədr müavini, akademik Cavad Ab­di­nov qeyd edib ki, AMEA prezidentinin təqdimatına və AMEA Rəyasət Heyətinin 8 yanvar 2021-ci il tarixli qərarına müvafiq olaraq, adıçəkilən vəzifəyə AMEA-nın müxbir üzvü Misir Mərdanovun namizədliyi irəli sürülüb.
     
    Akademik Cavad Abdinov Misir Mərdanovun bioqrafiyası haqqında məlumat verib. Qeyd edib ki, alim müxtəlif illərdə Bakı Dövlət Universitetinin baş müəl­limi, dosenti, dekan müavini, tədris işləri üzrə pro­rektoru, sonralar isə rektoru vəzifələrində çalışıb. Misir Mərdanov 1998-2013-cü illərdə Azərbaycan Respublikasının Təhsil naziri olub. 2013-cü ildən isə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun di­rek­to­rudur.
     
    Misir Mərdanovun 1996-cı ildən Azərbaycan Riyaziyyat Cə­miy­yətinin vitse-pre­zi­­denti, Türk dün­yası Riyaziyyat Cəmiyyətinin prezidenti, Türk dün­yası Ri­ya­ziy­­yat Cəmiyyətinin fəxri prezidenti, Pedaqoji təhsil üzrə Bey­nəl­xalq Elmlər Aka­­­demiyasının akademiki, eyni zamanda Rusiya Pedaqoji və Sosial Elm­­­lər Akademiyasının həqiqi və Rusiya Təhsil Akademiyasının xa­ri­ci olduğunu qeyd edən akademik Cavad Abdinov vurğulayıb ki, alim həmçinin bir sıra beynəlxalq elmi jurnalların, o cümlədən “Azerbaijan journal of Mathematics” və “TWMS Journal of Pure and Applied Mat­he­ma­tics”jurnallarının redaksiya he­yə­tinin üzvü, “Ri­­yaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnalının baş re­dak­to­rudur: “Misir Mərdanov 2006-cı ildə “Şöhrət” ordeni ilə təltif olunub. Eyni zamanda, Azərbaycan və Dağıstan respublikalarının əməkdar elm xadimidir”.
     
    Onlayn iclasda AMEA-nın müxbir üzvü Misir Mərdanovun elmi və elmi-təşkilati fəaliyyəti Bölmənin həqiqi və müxbir üzvləri tərəfindən geniş müzakirə olunub və yüksək qiymətləndirilib.
     
    Açıq səsvermə ilə AMEA-nın müxbir üzvü Misir Mərdanov AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru vəzifəsinə seçilib və təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.

  • В Азербайджане за минувшие сутки выявлены 1 099 новых случаев инфицирования коронавирусом – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 1 099 новых случаев инфицирования коронавирусом, 647 человек вылечились и были выписаны домой.

    Об этом 5 апреля сообщает оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа от COVID-19 скончались еще 34 пациента.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 271 834 человека, 3 711 – скончались, 242 293 – вылечились, 25 830 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике проведены 2 935 718 тестов на COVID-19 (за последние 24 часа – 6 763).

  • Azərbaycanda koronavirusdan ölənlərin sayı artdı – 1099 yeni yoluxma (FOTO)

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1 099 yeni yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 271 834 nəfər koronavirus infeksiyasına yoluxub.

    Onlardan 242 293 nəfər müalicə olunaraq sağalıb, 3 711 nəfər vəfat edib, aktiv xəstə sayı 25 830 nəfərdir.

    Ölkədə son sutka ərzində 6763 test aparılıb.

  • Dövlət satınalmalarında 60 milyon manatlıq şübhəli məqamlar aşkarlanıb

    2020-ci ildə dövlət qurumları tərəfindən 23 podratçı ilə bağlanmış müsabiqə əsaslı satınalma müqavilələrinin məbləği ümumi müsabiqə əsaslı satınalma müqavilələrinin məbləğinin 33,2 %-ni təşkil edib.

    “Report” xəbər verir ki, bu barədə “Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında qeyd edilib.

    Hesabata əsasən, 2019-cu ildə bəzi hallarda eyni podratçı ayrı-ayrı sahələrə aid olan malları (iş və ya xidmətləri) təmin edib. Həmin podratçılar 7-11 say olmaqla satınalma predmeti üzrə ümumilikdə müxtəlif satınalan təşkilatlarla 95 mln 238,9 min manat məbləğində 463 müqavilə imzalayıblar.

    “Bu halların mövcudluğu dövlət vəsaitlərinin istifadəsində rəqabət mühitinin pozulması və şəffaflığın təmin edilməməsi ilə nəticələnmə riskinin olması anlamına gəlir. Məlumatların təhlili 26 qurum üzrə 60,7 mln manat məbləğində 161 satınalma müqaviləsinin müqavilə tarixi ilə protokol tarixinin eyni günə təsadüf etdiyini, 12 qurumda, ümumiyyətlə, müsabiqəli satınalmaların keçirilməməsi halının mövcudluğunu göstərdi ki, bu da satınalma prosedurlarının tam rəqabət mühiti formalaşdırmasına şübhələr yaradır”, – Hesablama Palatası bildirir.

  • Bakıda 21 yaşlı əcnəbi intihar etdi

    Bakıda Əfqanıstan vətəndaşı intihar edib.

    “Qafqazinfo” xəbər verir ki, hadisə Sabunçu rayonu, Bilgəh qəsəbəsində baş verib.

    Əfqanıstan vətəndaşı, 2000-ci il təvəllüdlü Əli Hüseyni özünü qəsəbədə yerləşən və usta işlədiyi evlərdən birində asıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Caliber в Шуше: Находка в здании банка – ВИДЕО

    Ужасное на вид уже от рождения старое советское здание, к тому же еще и поврежденное войной и куча офисных бумаг… Вот и все, что осталось от Шушинского отделения “Арцах-банка” – кредитной организации, незаконно функционировавшей на некогда оккупированных армянами территориях Нагорного Карабаха и прилегающих районах.

    По бумагам становится ясно, что это отделение специализировалось, в основном, на выдаче и обслуживании пенсионных карт живущих в Шуше армян, а также на денежных переводах.

    Авторы военно-аналитического youtube-проекта Caliber подготовили новый видеоматериал на эту тему.

  • “Caliber” Şuşada: Bank binasında tapıntı – VİDEO

    Əvvəldən dəhşətli görünüşü olan, eyni zamanda müharibədən də zərər görən köhnə sovet binası, və bir sıra ofis sənədləri…

    Vaxtilə ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində fəaliyyət göstərən “Artsax Bank”ın Şuşa filialından qalan ancaq bu olub.

    Sənədlərdən məlum olur ki, bu şöbə əsasən Şuşada yaşayan ermənilərin pensiya kartlarının verilməsi və onlara xidmət göstərilməsi, habelə pul köçürmələri üzrə ixtisaslaşıb.

    “Caliber” hərbi analitik “YouTube” layihəsinin müəllifləri bu mövzuda yeni bir video hazırlayıblar.

    Daha ətraflı növbəti buraxılışda: