Month: April 2021

  • Azərbaycanda azyaşlı qıza təcavüz edilib? – DİN hərəkətə keçdi

    Sosial şəbəkələrdə Neftçala rayon Mirqurbanlı kəndində azyaşlı qızın zorlanması ilə bağlı məlumatlar paylaşılıb.

    Vəfa Nağı adlı sosial şəbəkə istifadəçisinin paylaşdığı məlumatda atası ruhi xəstə olan 9-cu sinif şagirdinin (qızın anası yoxdur) üç-dörd oğlan tərəfindən zorlanıb, kənddə yolun kənarına atıldığı iddia edilib.

    Bundan başqa, Mirqurbanlı kəndində digər bənzər hadisənin 12-13 yaşlı uşağın başına gəldiyi iddia edilir. Məlumata görə, evdə kimsəsiz olan uşaq yaxınlıqda yaşayan 32 yaşlı kişi tərəfindən zorakılığa məruz qalıb. Uşaq qışqırmağa başlayanda onun səsinə qonşular gəlib. Oğlan polisə aparılsa da sərbəst buraxılıb.

    Daxili İşlər Nazirliyindən (DİN) isə Vəfa Nağının Neftçala rayonunda iki azyaşlı qızın təcavüzə məruz qalması haqda paylaşdığı məlumatla bağlı araşdırmalara başladığı bildirilib.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı Zeyni Hüseynov məlumat verib.

    Onun sözlərinə görə, Neftçala rayonunun Günəşli kənd sakini N.M. Polis Şöbəsinə və DİN-in 102-Zəng Mərkəzinə qonşuluqda yaşayan oğlanın onun 11 yaşlı qızını döyməsi və ona qarşı əxlaqsız hərəkətlər etməsi barədə şikayət edib:

    “Şikayət əsasında dərhal oğlan saxlanılaraq Polis Şöbəsinə gətirilib və izahatı alınıb. Lakin o, izahatında qıza qarşı heç bir zorakılıq hərəkətləri etmədiyini, yalnız döydüyünü qeyd edib. Buna baxmayaraq, vətəndaşın müraciəti Rayon Polis Şöbəsində araşdırılıb və toplanmış materiallarla birgə rayon prokurorluğuna göndərilib”.

    V.Nağının iddia etdiyi ikinci məlumata münasibət bildirən DİN əməkdaşı bu barədə Rayon polis Şöbəsinə heç bir şikayətin daxil olmadığını bildirib:

    “Amma buna baxmayaraq həmin iddia əsasında da hazırda araşdırma aparılır”.

  • Mərkəzi Bankın valyuta ehtiyatları nə qədərdir?

    Mərkəzi Bankın aprel ayının əvvəlinə olan rəsmi valyuta ehtiyatlarının həcmi 6 milyard 356,2 milyon ABŞ dolları olub.

    AMB-nin rəsmi valyuta ehtiyatlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz azalıb.

    Qeyd edək ki, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının həcmi 2020-ci ilin eyni dövründə 6 milyard 393,8 milyon ABŞ dolları olub.

  • Şuşada xidmətini yekunlaşdıran hərbçilər tərxis olunur – RƏSMİ

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” müvafiq sərəncamının icrası Azərbaycan Ordusunda davam edir.

    Müdafiə Nazirliyindən bildirilib k, 2020-ci il oktyabrın 30-dək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılırlar.

    Bu münasibətlə Şuşa şəhərində və digər ərazilərdə yerləşən hərbi hissələrdə ordudan tərxis olunan hərbi qulluqçuların yola salınma mərasimi keçirilib.

    Əvvəlcə Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Mərasimdə Vətən müharibəsində qazanılan parlaq qələbədən, Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlıq, şücaət göstərməklə şərəfli missiyanı yerinə yetirərək öz doğma torpaqlarımızı işğalçılardan azad etməsindən danışılıb. Komandanlığın təbrik-müraciəti hərbi qulluqçulara çatdırılıb, hərbi xidməti uğurla başa vurmuş gənclərə və xidmətə yeni başlayan əsgərlərə uğurlar arzulanıb.

    Gənc əsgərlər isə silahdaşları adından, özündən əvvəlki döyüşçülərin ənənələrini davam etdirəcəklərinə, ərazi bütövlüyümüzü göz bəbəyi kimi qoruyacaqlarına and içib.

    Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya Fəxri Fərman və qiymətli hədiyyə təqdim olunub.

  • На двух улицах в поселке Бина обеспечено безопасное движение пешеходов – ФОТО

    Бакинское транспортное агентство (БТА) предпринимает шаги по обеспечению безопасного передвижения жителей поселка Бина Хазарского района столицы.

    Специалисты агентства изучили транспортные проблемы поселка, где проживает около 100 тыс. человек. Поэтапно осуществляются различные меры по их устранению.

    В рамках проводимых в этом направлении работ на пересечении улиц Али Исазаде и Газанфара Мусабекова установлены светофоры, внесены изменения в организацию дорожного движения с учетом транспортных потоков, организованы пешеходные переходы.

    В результате на перекрестке обеспечена очередность движения, повышена безопасность и установлены пандусы для комфортного передвижения.

    На следующих этапах в поселке Бина на основе заранее подготовленного проекта будут организованы новые остановки общественного транспорта, установлены соответствующие дорожные знаки, увеличено число пешеходных переходов.







  • Binə qəsəbəsində iki küçədə piyadaların təhlükəsiz hərəkəti təmin olundu – FOTO

    Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində yaşayan sakinlərin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində addımlar atılıb.

    Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

    Bildirilib ki, Agentliyin mütəxəssisləri tərəfindən 100 minə yaxın əhalinin yaşadığı Xəzər rayonu, Binə qəsəbəsində əsaslı araşdırmalar aparılıb, mövcud nəqliyyat problemləri öyrənilib. Aşkar edilmiş problemlərin aradan qaldırılması istiqamətində mərhələli şəkildə müxtəlif tədbirlər həyata keçirilməkdədir.

    Bu istiqamətdə görülən işlər çərçivəsində növbəti önəmli addım atılaraq Əli İsazadə və Qəzənfər Musabəyov küçələrinin kəsişməsində işıqfor obyektləri quraşdırılıb, yol hərəkətində təşkilində nəqliyyat axınlarına uyğun dəyişikliklər həyata keçirilib, nizamlanan eyni səviyyəli piyada keçidləri təşkil edilib.

    Nəticədə kəsişmədə nəqliyyat axınları arasındakı mövcud konflikt nöqtələri aradan qaldırılıb, hərəkətin növbəliliyi təmin olunub. Eyni zamanda nizamlanan eyni səviyyəli piyada keçidləri və panduslar sayəsində ətraf ərazilərdə yaşayan sakinlərin təhlükəsizliyi və rahatlığı təmin olunub, əlçatanlıq səviyyəsi artırılıb.

    Məlumat üçün bildirək ki, bundan öncə də Binə qəsəbəsində, Əli İsazadə və Fuad Aynalov küçələrinin kəsişməsində işıqforlar quraşdırılaraq sakinlərin istifadəsinə verilib. Hazırda isə adıçəkilən qəsəbədə, Əli İsazadə küçəsində yerləşən “Ədalət parkı”nın qarşısında da bu istiqamətdə işlər aparılır.

    Həmçinin növbəti mərhələlərdə əvvəlcədən hazırlanmış layihə əsasında Binə qəsəbəsində yeni avtobus dayanacaq məntəqələri təşkil ediləcək, müvafiq yol nişanları quraşdırılacaq, nizamlanan və nizamlanmayan eyni səviyyəli piyada keçidlərinin sayı artırılacaq.







  • Скончался член ПЕА Айдын Гейдаров

    Скончался член партии “Ени Азербайджан” (ПЕА) Айдын Гейдаров.

    Об этом в Facebook написал депутат Фазиль Мустафа.

    Он отметил, что А.Гейдаров проходил лечение от коронавируса.

    “Желаю его семье и близким терпения”, – добавил депутат.

    Отметим, Айдын Гейдаров родился 25 января 1948 года в селе Амагу Даралаязского края Западного Азербайджана.

    Он был награжден юбилейной медалью “100-летие Азербайджанской Демократической Республики (1918-2018)”. Также удостоен специальной премии ООН за широкомасштабную благотворительную деятельность.

    Айдын Гейдаров был одним из создателей Насиминской районной организации ПЕА, а также председателем Совета аксакалов Насиминского района.

  • YAP üzvü Aydın Heydərov vəfat etdi

    Yeni Azərbaycan Partiyasının üzvü Aydın Heydərov vəfat edib.

    Bu barədə deputat Fazil Mustafa özünün “Facebook” səhifəsində paylaşım edib.

    Bildirib ki, bir ay koronavirusdan əziyyət çəkən Aydın Heydərov aparılan müalicələrə baxmayaraq vəfat edib:

    “Ailəsinə, yaxınlarına səbr diləyirəm”.

    Qeyd edək ki, Aydın Vəli oğlu Heydərov 1948-ci il yanvar ayının 25-də Qərbi Azərbaycanın Dərələyəz mahalının Amağu kəndində anadan olub.

    Göstərdiyi xidmətlərə görə dövlətimiz tərəfindən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilən Aydın Heydərov həmçinin genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinin müqabilində BMT-nin xüsusi mükafatına layiq görülüb.

    A.Heydərov YAP Nəsimi rayon təşkilatının yaradıcılarından olub. Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri olub.

  • В Губадлы обнаружены боеприпасы – ФОТО/ВИДЕО

    На освобожденных от оккупации территориях продолжаются мероприятия с целью обнаружения оружия и боеприпасов.

    Об этом сообщили в бардинской региональной группе пресс-службы МВД.

    Так, сотрудники Губадлинского РОП обнаружили на территории района оставленные армянскими вооруженными формированиями 6 ручных гранат, 261 гранатометный снаряд, 77 запалов, 31 взрывное устройство и 13 819 пуль различного калибра.


  • Qubadlıda döyüş sursatları aşkar edildi – FOTO/VİDEO

    İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

    Bildirilib ki, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti belə tədbirlər zamanı rayonun işğaldan azad edilmiş ərazilərindəki Ermənistan silahlı birləşmələrinin tərk etdiyi hərbi mövqelərdən 6 müxtəlif növ əl qumbarası, 261 qumbaraatan mərmisi, 77 müxtəlif növ alışdırıcılar, 31 digər partlayıcı vasitələr və 13 819 müxtəlif çaplı güllələr aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.


  • В Губадлы задержаны пытавшиеся проникнуть на освобожденные от оккупации территории

    Сотрудники Губадлинского РОП продолжают мероприятия по предотвращению случаев незаконного проникновения граждан на освобожденные от оккупации и не полностью разминированные территории.

    Об этом сообщает бардинская региональная группа пресс-службы МВД.

    При попытке попасть на освобожденные территории правоохранители задержали уроженцев района Вели Мамедова, Аллахверди Мустафаева и Тофика Аскерова.

    Нарушители были привлечены к ответственности.