Month: April 2021

  • Şəhid qardaşı itkin düşüb

    Salyan sakini itkin düşüb.

    “Report”un məlumatına görə, Salyan şəhəri H.Əliyev prospekti, bina 115, mənzil 12 ünvanında yaşayan, 1966-cı il təvəllüdlü Xudaverdiyev Əbülfəz Qabil oğlu martın 1-i səhər saatlarında evdən çıxaraq Bakıya gedib və bir daha geri qayıtmayıb.

    Ötən gün onu paytaxtın “Torqovıy” adlanan ərazisində görənlər olub.

    Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidinin qardaşı olan Ə.Xudaverdiyev fiziki qüsurlu və 2-ci qrup əlildir.

    Onu görənlərdən Salyan rayon polis şöbəsinə və bu nömrəyə zəng vurmaları xahiş olunur: 051 768 66 89

  • Azərbaycanda peyvənd olunanların SAYI

    Bu gün Azərbaycanda daha 35 min 780 nəfər koronavirus infeksiyasına qarşı vaksinasiya olunub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 min 469, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 23 min 311 nəfərdir.

    Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 924 min 813-dür. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 582 min 463, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 342 min 350 nəfərdir.

  • Qanunsuz sərnişin daşıyan sürücü saxlanıldı – RƏSMİ

    Astarada karantin qaydalarını pozan mikroavtobus sürücüsü aşkarlanıb. Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə ölkə ərazisində tətbiq olunmuş karantin rejimi çərçivəsində ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

    DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən bu istiqamətdə həyata keçirilən nəzarət-profilaktik tədbirlər nəticəsində Sumqayıtdan Astaraya qanunsuz olaraq sərnişin daşıyan mikroavtobus sürücüsü saxlanılıb.

    Abşeron rayon sakini R.Həsənovun karantin rejimi qaydalarını pozaraq idarə etdiyi “Mercedes Sprinter” markalı mikroavtobusla qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib. Onun idarə etdiyi nəqliyyat vasitəsi Astara RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılarkən orada 18 sərnişinin olduğu müəyyən edilib.

    Həmin sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilib.

  • Министр образования: Детские сады не будут закрыты

    В настоящее время в Азербайджане детские сады пока функционируют.

    Об этом 3 апреля на онлайн-брифинге заявил министр образования Эмин Амруллаев.

    По его словам, было принято решение не закрывать детсады ввиду того, что они считаются дошкольными образовательными учреждениями. Они будут продолжать работать с учетом ряда факторов.

    “Перевод детсадов на дистанционный формат невозможен. Поэтому в ближайшие недели они будут открыты. Но при условии соблюдения санитарно-гигиенических норм”, – сказал министр.

    Э.Амруллаев считает, что уже на следующей неделе можно сделать прогноз относительно формата образовательного процесса в ближайшей перспективе.

  • Nazirdən vacib açıqlama: “Bağçalar bağlanmayacaq”

    Bağçaların fəaliyyəti hələ də davam etdirilir.

    Bunu Təhsil naziri Emin Əmrullayev deyib.

    Onun sözlərinə görə, məktəbəqədər təhsil müəssisələri hesab olunan olan bağçaların bir sıra amillər də nəzərə alınmaqla fəaliyyətinin davam etdirilməsinə qərar verilib:

    “Bu amillər nəzərə alınmaqla bağçaların distant təhsilə keçirilməsi mümkün deyildi. Buna görə də növbəti həftələrdə bağçalar öz fəaliyyətini davam etdirəcək. Lakin vətəndaşlarımızdan sanitar-gigiyenik normalara riayət etmələri xahiş olunur”.

    E.Əmrullayevin fikrincə, gələcək dövr üçün təhsil prosesinə hansı formada davam edilməsi ilə bağlı proqnoz vermək gələn həftələrdən mümkün ola bilər.

  • Удар ОТРК “Искандер” по Шуше: Caliber с места событий – ВИДЕО

    Авторы аналитического Youtube-проекта Caliber побывали в Шуше на месте обнаружения фрагментов ракет, выпущенных из оперативно-тактического ракетного комплекса (ОТРК) “Искандер”.

    Подробнее – в репортаже Caliber.

  • Şuşaya “İskəndər” raketi ilə hücum: “Caliber” hadisə yerində – VİDEO

    “Caliber”in Analitik “Youtube” layihəsinin müəllifləri Şuşaya yollanaraq, “İskəndər” əməliyyat-taktiki raket sistemindən atılan raketin parçalarının tapıldığı yerdə olublar.

    “Caliber”in bununla bağlı reportajında təqdim olunub.

  • Azərbaycanın Vətən müharibəsində şəhid olan tibb işçilərinin SAYI

    Bu gün Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Firuddin Nəbiyev Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı brifinq keçirib.

    Median.Az APA-ya istinnadən xəbər verir ki, F. Nəbiyev deyib ki, Vətən müharibəsində Silahlı Qüvvələrin bütün növləri kimi tibb xidməti, həkim heyəti də səfərbər olub.

    Polkovnik qeyd edib ki, Vətən müharibəsində şəhidlərimiz, yaralılarımız olub: “Yaralılarımızın tezliklə sağalması üçün əlimizdən gələni edirik. Döyüşlərin davam etdiyi dövrlərdə qoşunlarımız irəlilədikcə işğaldan azad edilən ərazilərdə mobil hospitallar yaradılıb, yaralı hərbçilərə müvafiq tibbi yardım göstərilib, ehtiyacı olanlar Baş Klinik Hospitala köçürülüb. TƏBİB-lə də sıx əməkdaşlıq etdik, həmin xəstəxanaların, o cümlədən özəl klinikaların həkimləri dəstəklərini əsirgəmədilər”.

  • Azərbaycanda koronavirusa yoluxanların bu günə olan statistikası

    Azərbaycanda bu gün koronavirus infeksiyasına 2392 yeni yoluxma faktı qeydə alınıb, 1063 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Son sutkada 31 nəfər COVID-19-dan vəfat edib.

  • İran prezidenti ölkədə koronavirusun dördüncü dalğasının başladığını elan etdi

    İranın iki əyalətində koronavirusun yayılmasının dördüncü dalğası başlayıb.

    Bu barədə İslam Respublikasının prezidenti Həsən Ruhani bildirib.

    “Təəssüf ki, iki vilayətdə dördüncü dalğa başlayıb və tibbi protokollara riayət edilməyəcəyi təqdirdə bu, bir sıra digər vilayətlərdə də başlaya bilər”, – Ruhaninin Mətbuat xidməti onun sözlərindən sitat gətirib. O, hansı vilayətlərdən söhbət getdiyinə aydınlıq gətirməyib.

    Qeyd edək ki, son günlərdə İranda koronavirusa yoluxma sayında artım müşahidə olunur. Aprelin 1-də dekabrın əvvəlindən bəri ilk dəfə ölkədə gündəlik 11 mindən çox yeni yoluxma aşkar edilib. Rəsmi statistikaya əsasən, aprelin 2-nə olan məlumata görə, İranda yoluxmuş insanların ümumi sayı 1 908 974-ə, ölənlərin sayı isə 62 876-ya çatıb, respublikada ümumilikdə 1 633 949 nəfər virusdan sağalıb.