Month: April 2021

  • Saatlıda karantin qaydasını pozan koronavirus xəstəsi müəyyən olundu

    Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

    Məlumata görə, rayonun Qıraqlı kənd sakini Gülalı Miralıyev koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də, o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. G.Miralıyev polis əməkdaşları tərəfindən saxlanılıb. Onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə qaytarılıb.

  • В Баку свыше 60 человек оштрафованы за участие в свадьбе – ВИДЕО

    Сотрудники управления полиции Хатаинского района Баку выявили в ходе рейда факт нарушения особого карантинного режима.

    Об этом сообщает пресс-служба МВД.

    Владелец одного из домов торжеств на территории района Ахмед Амирасланов, несмотря на неоднократные предупреждения, организовал свадебное мероприятие с большим количеством гостей.

    В отношении владельца объекта, обслуживающего персонала и участников церемонии были приняты меры административной ответственности.

    С нарушителями была проведена разъяснительная беседа о важности соблюдения правил карантинного режима.

    В общей сложности 63 человека, присутствовавших на свадьбе, были оштрафованы по статье 211 (нарушение противоэпидемического, санитарно-гигиенического и карантинного режимов) Кодекса об административных проступках.

  • Bakıda toy məclisində 63 nəfər saxlanıldı – VİDEO

    Paytaxtın Xətai rayonunda karantin qaydalarına zidd olaraq toy mərasiminin keçirilməsi aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejimi qaydalarının pozulması ilə müşahidə olunan toy mərasiminin keçirilməsi müəyyən edilib.

    Rayon ərazisində yerləşən şadlıq evlərindən birində profilaktik tədbir keçirilən zaman polislər obyektin sahibi Əhməd Əmiraslanovun dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, insanların kütləvi şəkildə iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi müəyyən edilib. Polislər tərəfindən obyektin sahibi, xidməti personal, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

    Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejimi qaydalarına əməl etməyin vacibliyi bir daha diqqətə çatdırılıb.

    Ümumilikdə toyda iştirak edən 63 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.Toy sahibləri, mərasimin təşkilinə şərait yaradan şadlıq sarayının rəhbərliyi barəsində Xətai RPİ 36-cı Polis Bölməsində araşdırmalar aparılır.

  • В Баку женщину изрубили топором: по подозрению в убийстве задержаны ее падчерица и зять

    Пресс-службы Генеральной прокуратуры и Министерства внутренних дел (МВД) распространили совместное заявление о жестоком убийстве, совершенном в Баку.

    “25 марта 2021 года в управление полиции Бинагадинского района столицы поступила информация о пропаже местной жительницы Гаранфил Бахшалиевой (1979 г.р.).

    В ходе расследования, проведенного сотрудниками прокуратуры и полиции по “горячим следам” было установлено, что пропавшая стала жертвой умышленного убийства.

    У следствия возникли подозрения в том, что 25 марта падчерица Г.Бахшалиевой Гюнай Мамедова вместе со своим мужем Гамзой Вердиевым нанесли женщине многочисленные ранения топором, а тело затем сбросили в пруд на территории Гарадагского района. Само преступление было совершено в доме, где они вместе проживали.

    По данному факту возбуждено уголовное дело по статье 120.2.1 (умышленное убийство, совершенное группой лиц по предварительному сговору) УК.

    Г.Вердиев и Г.Мамедова были задержаны в качестве подозреваемых.

    Следствие продолжается”, – говорится в сообщении.

  • Bakıda qadın baltalandı: Ögey qızı və kürəkəni saxlanıldı

    25 mart 2021-ci il tarixdə Binəqədi rayon sakini 1979-cu il təvəllüdlü Baxşəliyeva Qərənfil İlyas qızının itkin düşməsi ilə bağlı Binəqədi rayon Polis idarəsinə daxil olmuş məlumat əsasında aparılan araşdırmanın nəticəsi bəlli olub.

    Bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə yaydığı məlumatda qeyd olunub.

    Bildirilib ki, araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş Qərənfil Baxşəliyevanın qəsdən öldürülməsi müəyyən edilib.

    Araşdırmalarla zərərçəkmişin ögey qızı Günay Məmmədova və onun əri Həmzə Verdiyev ilə aralarında şəxsi münasibətlər zəminində mövcud olan uzunmüddətli mübahisələr səbəbindən sonuncuların 25 mart 2021-ci il tarixdə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birgə yaşadıqları evdə balta ilə çoxsaylı xəsarətlər yetirərək Qərənfil Baxşəliyevanı qəsdən öldürmələrinə və meyitini Qaradağ rayonu ərazisindəki gölməçəyə atmalarına əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Həmzə Verdiyev və Günay Məmmədova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

  • Прогноз погоды в Азербайджане на 4 апреля

    В Баку и на Абшеронском полуострове 4 апреля ожидается переменная облачность, погода без осадков, утром местами туман, южный ветер.

    Об этом сообщила Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха на Абшероне ночью составит 7-10, днем – 15-19, в столице ночью – 8-10, днем – 17-19 градусов тепла.

    Атмосферное давление повысится с 760 до 764 мм ртутного столба, относительная влажность воздуха ночью – 70-80%, днем – 50-55%.

    В некоторых горных районах Азербайджана прогнозируется дождь, на остальной территории страны – погода без осадков, ночью и утром туман, восточный ветер.

    Температура воздуха составит ночью 5-8, днем – 16-21, в горах ночью – от 2 градусов мороза до 3 градусов тепла, в высокогорьях – 3-6 градусов мороза, днем – 7-12, местами – до 16 градусов тепла.

  • Sabah 21 dərəcə isti olacaq

    Azərbaycanda sabaha gözlənilən hava şəraiti məlum olub.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.

    Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 7-10 dərəcə isti, gündüz 15-19 dərəcə isti olacaq. Bakıda gecə 8-10 dərəcə isti, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

    Aprelin 4-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə yağış yağacağı ehtimalı var.

    Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8 dərəcə isti, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 3-6 dərəcə şaxta, gündüz 7-12 dərəcə, bəzi yerlərdə 16 dərəcə isti olacaq.

  • Qubadlıda işğaldan azad olunmuş ərazilərə keçən şəxslər tutuldular

    Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərə keçərək özünün və digərlərinin həyatını təhlükə qarşısında qoyan şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

    DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Qubadlı RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı Qubadlı rayon sakinləri Vəli Məmmədov, Allahverdi Mustafayev və Tofiq Əsgərov rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.

    Həmin şəxslər saxlanıldıqdan sonra barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə təhvil verilib.

  • Şuşada bərpa və yenidənqurma işləri davam etdirilir

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Şuşa şəhərində bərpa və yenidənqurma tədbirləri davam etdirilir.

    Bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzdən AZƏRTAC-a məlumat verilib.

    Hazırda şəhərsalma prinsiplərinə uyğun olaraq bərpa və yenidənqurma işlərinin layihələndirilməsi üzərində iş aparılır. Həmçinin şəhərdə yaşayış üçün yararsız, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan bəzi binaların sökülməsi də həyata keçirilir.

  • Çay evində qəlyandan istifadə edənlər cərimələndi

    Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “No name” çay evində qəlyandan istifadə edilməsi barədə polis orqanlarına məlumat daxil olub.

    “Qafqazinfo” xəbər verir ki, DİN Baş İctimai Təhlükəsizlik İdarəsi və Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilib.

    Obyektin icarədarı Səbuhi Nağıyev və daha beş müştəri polislər tərəfindən saxlanılıb.

    Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və hər biri cərimə olunublar.