Month: April 2021

  • Хабиб Нурмагомедов назвал лучшего футболиста в истории

    Бывший чемпион UFC в легком весе Хабиб Нурмагомедов признался, что считает Криштиану Роналду наиболее выдающимся футболистом в истории.

    Как передает Median.Az, боец объяснил, почему форвард сборной Португалии и туринского “Ювентуса” является лучшим игроком, по его мнению.

    “Криштиану Роналду – для меня этот человек лучший за всю историю футбола. Этот человек ещё в 2004 году был в финале, когда португальцы проиграли грекам на Евро. С 2004 года и до сих пор: в этом году он занимает лидирующие позиции в бомбардирской гонке в Серии А. Он 16 лет на вершине и играет на таком уровне”, – сказал Хабиб в интервью для ютуб-канала UFC Russia.

    Напомним, 14 марта 36-летний португалец превзошел абсолютный рекорд Пеле по количеству голов за карьеру. На счету легендарного бразильца было 767 забитых мячей.

  • Həbib Nurməhəmmədov tarixin ən yaxşı futbolçusunu açıqladı

    Rusiyanın MMA döyüşçüsü Həbib Nurməhəmmədov İtaliya “Yuventus”unda çıxış edən Kriştianu Ronaldunu tarixin ən yaxşı futbolçusu adlandırıb.

    “Report”un məlumatına görə, dağıstanlı idmançı “UFC Russia” yutub kanalına müsahibəsində portuqaliyalı ulduz hücumçunun daim sabit çıxış etdiyini bildirib.

    Nurməhəmmədovun sözlərinə görə, 36 yaşlı forvard 16 ildir zirvədədir: “Bu insan hələ 2004-cü ildə Avropa çempionatının finalında Yunanıstana uduzan Portuqaliya millisinin heyətində idi. O vaxtdan bugünədək bombardirlər siyahısında liderdir. 16 ildir eyni səviyyədə çıxış edir”.

    Qeyd edək ki, Kriştianu Ronaldu ilə Həbib Nurməhəmmədov yaxın dostdur.

  • Bayden və Zelenski arasında telefon danışığı oldu

    ABŞ Prezidenti Co Bayden və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

    APA-nın xəbərinə görə, bu barədə “Reuters” mənbələrinə istinadən məlumat yayıb.

    Ağ Evdən bildirilib ki, telefon danışığı zamanı Co Bayden ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyib.

  • Türkiyədə koronavirusla bağlı son STATİSTİKA

    Türkiyədə son 24 saat ərzində 248 968 nəfərin COVID-19 testi yoxlanılıb.

    “Haber Global” məlumat verir ki, ölkədə günlük yoluxma sayı 42 308 nəfər təşkil edib. 24 419 nəfər isə son sutka ərzində sağalıb.

    155 nəfər koronavirus səbəbindən vəfat edib.

    Hazırda ölkə xəstəxanalarında 2182 nəfər ağır COVID-19 xəstəsi müalicə alır.

  • Elektrik qatarları iki gün işləməyəcək

    Bakı-Sumqayıt qatarı iki gün fəaliyyət göstərməyəcək.

    Bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblər.

    Qeyd olunub ki, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, aprel və may aylarında sərnişin qatarları həftəsonları (şənbə və bazar) hərəkətdə olmayacaq.

  • Peyvəndin hər iki dozasını vurdurduqdan bir ay sonra koronavirusa yoluxdu

    ABŞ-ın Nyu York şəhərində yaşayan Melani Rozen adlı qadın “Moderna” şirkətinin COVİD-19-a qarşı peyvəndinin hər iki dozasını vurdurduqdan bir ay sonra koronavirusa yoluxub.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Rozen xəstəliyə dəfn mərasimi zamanı yaxalandığını, həmin yerdə cəmi 90 dəqiqə maska taxmadığını bildirib.

    “Cənazədən bir neçə gün sonra koronavirus simptomları üzə çıxdı. Mənimlə birlikdə üç nəfərin də testi müsbət çıxdı. Peyvəndin hər iki dozasının da vurulmasına baxmayaraq, koronavirusa yoluxmağıma anlam verə bilmirəm”, – deyə M.Rozen bildirib.

  • Neft Fondunun ilk üç ayda AÇQ və Şahdənizdən əldə etdiyi gəlir məlum oldu

    Azərbaycan Respublikası Dövlət Neft Fondu 2021-ci ilin yanvar-mart ayları ərzində Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqları üzrə ümumi 982,7 milyon ABŞ dollarına yaxın gəlir əldə edib.

    Dövlət Neft Fondundan Oxu.Az-a verilən məlumata əsasən, bu dövrdə Azəri-Çıraq-Günəşli yatağından 953,5 milyon dollar həcmində gəlir əldə edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 1,7 dəfəyə qədər azdır.

    Həmçinin, yanvar-mart ayları ərzində Şahdəniz qaz və kondensat yatağından əldə edilən gəlirin ümumi həcmi 29,2 milyon ABŞ dolları olub və ötən ilin yanvar-mart ayı ilə müqayisədə 5,1 dəfə azalıb.

  • Azərbaycanda QƏRİBƏ BOŞANMA.

    Azərbaycanda kişi həyat yoldaşını artıq çəkisinə görə boşayıb.

    O, söyləyib ki, həyat yoldaşı onu artıq çəkisinə görə atıb: “Başqa problemlər də olsa da, əsas boşanmağıma səbəb artıq çəkim oldu. Həm ayrılığıma, həm də artıq çəkimə görə depressiya düşdüm”.

  • Lənkəranda iki uşaq anası “yoxa çıxdı” – “Sevdiyi şəxsə görə qaçıb” – FOTO

    Lənkəran rayonunun Hirkan kənd sakini, 28 yaşlı Qardaşova Şəlalə Şaddıq qızı itkin düşüb.

    Ş.Qardaşovanın dayısı oğlu Həsən Əliyev qafqazinfo-ya açıqlamasında bildirib ki, iki azyaşlı uşağı olan Şəlalə martın 27-i saat 18:00 radələrində yaşadığı evdən çıxıb.

    “Taksi çağıraraq Bakıya gedib, 20 yanvarda düşüb, sonra isə hara getdiyi bilinmir”, – deyə o bildirib.

    Ailənin iddiasına görə, Ş.Qardaşova həyat yoldaşı Anar Qardaşov onu döydüyü və əziyyət verdiyi üçün evdən qaçıb: “Martın 25-də Şəlalə anasının yanına gəlib və Anarın onu incitdiyini, buna görə də qaçacağını deyib. Anası isə ona uşaqları olduğunu xatırladaraq evinə qayıtmasını tapşırıb. Onlar münaqişəli ailə olublar, əri Anar mərc oyunları oynayıb, pulunu orada batırırmış. Ailənin 6 və 7 yaşlarında iki övladı var, 13 ildir evlidirlər”.

    Ş.Qardaşovanın əri A.Qardaşov isə iddialarla bağlı açıqlamasında deyib ki, həyat yoldaşı ilə münasibətləri qısqanclıq zəminində pozulub. O iddia edib ki, xanımı paytaxta sevdiyi şəxsə görə qaçıb: “Qardaşının, ailəsinin qorxusundan qaçıb. Şəlalə gedəndən sonra telefonunda bir neçə nömrə tapdıq. Polis əməkdaşları həmin nömrələrlə əlaqə saxladı, amma bildirdilər ki, Şəlalə onların yanında deyil.

    Onu Bakıya aparan sürücü deyir ki, Şəlalə onun telefonu ilə Kamran adlı şəxslə danışıb. Həmin şəxs ona “1 manatlıq” taksilərin yanında düşüb gəlməyi məsləhət bilib. Sürücü ilə həm polis, həm də mən danışmışam. O deyir ki, Şəlalə onunla deyil. Mən də polisə dedim ki, cinayət törədən şəxs onsuz da özü etiraf etmir”.

    Anar Dadaşov arvadı Şəlaləni döymədiyini bildirib: “Onun üçün burada, kənddə şəhər həyatı yaratmışdım. Əgər mən onu döymüşdümsə, gedib anasıgildə qalardı, polisə şikayət edərdi.

    Mərc oyununu da öz puluma oynayıram, arada 2-3 manat hesaba qoyuram. İndi tapılsın, boşanacağam, daha nə edəcəyini özü bilər”.

    Ş.Dadaşovanın itkin düşməsi ilə bağlı polisə müraciət edilib, axtarışlar aparılır. Onu görənlərdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verməsi xahiş olunur.

  • Həkimdən pandemiya ilə bağlı qorxunc proqnoz

    Dünyada koronavirusa payızda qalib gəlmək mümkün olmayacaq.

    Bundan əvvəl o bildirmişdi ki, rəhbərlik etdiyi Mərkəz koronavirusun mutasiyası baş verən zaman vaksini iki günə yeniləyə bilən texnologiya işləyib hazırlayıb.