Month: April 2021

  • Fransada karantin yumşaldılır

    Fransada COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində tətbiq olunan komendant saatı ləğv olunacaq.

    Median.Az APA-ya istinadən bildirir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.

    O deyib ki, pandemiya ilə əlaqədar ölkədə tətbiq olunmuş məhdudiyyətlərin ləğvi dörd mərhələdə həyata keçiriləcək.

    Fransa Prezidentinin sözlərinə görə, Fransada mayın 19-da bütün mağazaların, iyunun 9-da isə kafe və restoranların fəaliyyəti bərpa olunacaq.

    E. Makron qeyd edib ki, iyunun 30-da komendant saatı aradan qaldırılacaq. Həmçinin 1000-dən çox şəxsin iştirakı ilə tədbirlərin keçirilməsinə icazə veriləcək.

  • Haaqada Ermənistanın mina xəritələrini təqdim etmədiyinə dair bilbordlar yerləşdirilib

    Niderland Krallığında fəaliyyət göstərən Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyevin təşəbbüsü ilə Haaqa şəhərində quraşdırılmış bilbordlarda Ermənistanın mina xəritələrini Azərbaycana təqdim etmədiyinə diqqət cəlb olunub.

    Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, bilbordlarda “Ermənistan mina xəritələrini verməməklə müharibə cinayətlərini törətməkdə davam edir”, “İnsan ölümlərinə son qoyulsun”, “Ermənistan minalanmış ərazilərin xəritəsini mütləq verməlidir”, “Ermənistan, müharibə cinayətlərini dayandır”, “Uşaqlar mina qurbanı olmasın!”, “Minalanmış torpaqlarımızın xəritəsini istəyirik” kimi şüarlar, minalanmış ərazilərin və azərbaycanlı minaaxtaranların fotoları əks olunub.

    Qeyd edək ki, aprelin 24-də müvafiq məzmunlu bilbord Niderlandın Barneveld şəhərində də yerləşdirilib.

  • Xəzərdə zəlzələ oldu

    Xəzər dənizində zəlzələ olub.

    Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ yerli vaxtla saat 17:21-də Xəzər dənizində qeydə alınıb.

    Zəlzələnin maqnitudası 3,2, dərinliyi 55 kilometr olub.

  • İcra başçısı təyin edilən Rövşən Bağırov kimdir? – DOSYE

    Xəbər verdiyimiz kimi Ağsu Rayon İcra Hakimiyyətinə yeni icra başçısı təyin olunub.

    Prezident İlham Əliyevin sərəncamı ilə Rövşən Elmidar oğlu Bağırov bu vəzifəyə təyin olunub.

    Qeyd edək ki, o, 2007-ci ildən bu günə qədər Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

    R.Bağırov 1966-cı ildə Bakı şəhərində anadan olub.

    1983-1990-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. 1983-cü ildə əmək fəaliyyətinə başlayıb.

    1983-1985-ci illərdə Əzizbəyov adına Neft-Kimya İnstitutu, “Əməyin mühafizəsi” kafedrasında preparator, 1985-1987-ci illərdə Sovet Ordusu sıralarında bölmə komandiri, 1987-1989-cu illərdə Neft-Kimya İnstitutu, “Əməyin mühafizəsi” kafedrasında laborant, 1989-1990-cı illərdə Neft-Kimya İnstitutunda mühasib, 1990-1991-ci illərdə Azərbaycan LKGİ MK-nın Gənclərin və tələbələrin respublika qərargahında təlimatçı, 1991-ci ildə “Gənclik” Sovet Türkiyə müştərək müəssisəsində baş mühasib 1991-1992-ci illərdə “Amal” kiçik müəssisəsində baş mühasib, 1992-1994-cü illərdə Səbayıl Rayon Əhalinin Məşğulluq Mərkəzində baş mühasib, 1995-1996-cı illərdə “Elmarbank” Səhmdar Kommersiya Bankında kredit şöbəsinin müdiri, 1994-2003-cü illərdə “Debut” Səhmdar Kommersiya Bankının “Sahil” filialında şöbə müdirinin müavini, 2003-2006-cı illərdə “Bakı yoltikintiservis” Açıq Tipli Səhmdar Cəmiyyətində baş mühasib, 2006-2007-ci illərdə “Sənaye Tikinti Servis” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri vəzifələrimdə çalışıb.

    Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2007-ci il tarixli 2078 nömrəli Sərəncamı ilə Lerik Rayon İcra Hakimiyyəti başçısı təyin edilib.

    Ailəlidir, 3 övladı var.

  • Bakıda evə basqın edildi – VİDEO

    Paytaxtın Nizami rayonu ərazisində yerləşən evlərdən birində qadına qarşı quldurluq edilib.

    Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Zərərçəkən şəxs Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, 26 aprel 2021-ci il tarixində yaşadığı mənzildə tək olan zaman bir nəfər qadın mənzilin qapısını döyərək qonşu olduğunu və onlara Ramazan ayı münasibəti ilə sovqat gətirdiyini qeyd edib. Ev sahibi qapını açandan dərhal sonra pusquda dayanan 2 nəfər naməlum şəxs mənzilə daxil olublar. Həmin şəxslər zərərçəkənin burun nahiyəsinə yumruqla zərbə endirərək əllərində olan bıçaqla həyat sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib pul və qızıl-zinət əşyaları tələb ediblər. Qadın evdə pul olmadığını bildirəndən sonra isə həmin şəxslər evdən dəyəri 1000 manat olan qızl-zinət əşyaları götürərək hadisə yerindən qaçıblar. Məlumat daxil olan kimi Nizami Rayon Polis İdarəsinin və 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Evin yerləşdiyi ünvanda zəruri əməliyyat-istintaq hərəkətləri icra edilib. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən şəxlərdən ikisi – Abşeron rayonunda yaşayan Kənan Müzəffərli və Dilbər Hacıyeva saxlanılıblar. Cinayətdə iştirak edən digər iki nəfərin şəxsiyyətinin müəyyən edilərək saxlanılması istiqamətində isə hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

    Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri hadisə yerinə Kənan Müzəffərlinin avtomobili ilə gediblər. O, yolda müşahidə kameralarından yayınmaq üçün idarə etdiyi avtomobilin 90-PZ-465 dövlət qeydiyyat nişanındakı “P” hərfini xüsusi vasitələrlə “R” ilə əvəzləyib. Dilbər Hacıyeva isə ilkin ifadəsində hadisədən əvvəl həm ev sahibini qapını açmağa inandırmaq, həm də ki, kameralardan yayınmaq üçün baş örtüyündən istifadə etdiyini bildirib.

    Dəstə üzvlərinin qeyd edilən mənzilin yerləşdiyi binaya daxil olmaları və hadisə yerindən yayınmaları orada olan kameralar vasitəsi ilə də lentə alınıb.

    Hadisə ilə əlaqədar 25-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Nizami Rayon Polis İdarəsinə göndərilib. Fakta bağlı Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

  • Лавров посетит с рабочим визитом Баку

    Министр иностранных дел России Сергей Лавров посетит с рабочими визитами 5-6 мая Ереван, а 10-11 мая – Баку. Об этом сообщила в четверг на брифинге официальный представитель МИД РФ Мария Захарова, пишет ТАСС.

  • Lavrov Azərbaycana gəlir

    Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov mayın 10-11-də Azərbaycanda işgüzar səfərdə olacaq.

    TASS agentliyi xəbər verir ki, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

    M.Zaxarova əlavə edib ki, səfər mövcud olan razılaşmalara uyğun olaraq həyata keçiriləcək.

    O bildirib ki, S.Lavrov mayın 5-6-da İrəvana səfər edəcək.

  • Мубариз Аскеров назначен членом НСТР – РАСПОРЯЖЕНИЕ

    Президент Ильхам Алиев 29 апреля подписал распоряжение о назначении Мубариза Агали оглу Аскерова членом Национального совета по телевидению и радио (НСТР) Азербайджана сроком на 6 лет.

    Текст документа опубликован АЗЕРТАДЖ.

  • Milli Televiziya və Radio Şurasına yeni üzv təyin edildi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Mübariz Ağali oğlu Əsgərovun Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Mübariz Ağali oğlu Əsgərov 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilir.

  • Президент наградил Хафиза Пашаева – РАСПОРЯЖЕНИЕ

    Президент Ильхам Алиев 29 апреля подписал распоряжение о награждении Хафиза Мир Джалал оглу Пашаева орденом “За службу Отечеству” 1-й степени.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, Х.Пашаев был награжден за многолетнюю плодотворную деятельность в развитии образования в АР.

    Отметим, что Хафиз Пашаев является ректором Университета ADA.