Month: April 2021

  • Prezident Hafiz Paşayevi təltif etdi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Hafiz Mir Cəlal oğlu Paşayevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı sənədi AZƏRTAC yayıb.

    Sərəncama əsasən, Hafiz Paşayev Azərbaycan Respublikasında təhsilin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

    Qeyd edək ki, Hafiz Paşayev “ADA” Universitetinin rektorudur.

  • Названо число вакцинированных от COVID-19 в Азербайджане – ФОТО

    В Азербайджане за последние сутки от коронавируса был вакцинированы 15 465 человек.

    Об этом 29 апреля сообщает оперативный штаб при Кабинете министров.

    Из них 6 259 человек получили первую дозу препарата, 9 206 – вторую.

    На сегодняшний день в нашей стране в процессе вакцинации от коронавирусной инфекции приняли участие 1 471 579 человек.

    Из них 959 804 получили первую дозу препарата, 511 775 – вторую.

    Вакцинация успешно продолжается во всех районах республики.

  • Ölkədə neçə nəfər vaksinasiya edilib? – FOTO

    Bu gün Azərbaycanda 15 871 nəfərə vaksin vurulub.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Bildirilib ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 711, ikinci mərhələdə isə bu rəqəm 9 160 nəfər təşkil edib.

    Bu günə qədər Azərbaycanda ümumilikdə 1 471 579 ədəd vaksin vurulub.

    Ölkə üzrə ümumilikdə birinci mərhələdə peyvənd olunanların sayı 959 804 nəfər təşkil edib. İkinci mərhələdə isə bu rəqəm 511 755 olub.

  • Ильхам Алиев освободил от должности еще одного главу ИВ – НОВОЕ НАЗНАЧЕНИЕ

    Президент Ильхам Алиев 29 апреля подписал распоряжение об освобождении Ровшана Эльмидар оглу Багирова от должности главы Исполнительной власти (ИВ) Лерикского района.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Другим распоряжением главы государства Р.Багиров назначен главой ИВ Агсуинского района.

  • İlham Əliyev daha bir icra başçısını vəzifəsindən azad etdi – YENİ TƏYİNAT

    Prezident İlham Əliyev Rövşən Elmidar oğlu Bağırovun Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Dövlət başçısının digər sərəncamı ilə Rövşən Elmidar oğlu Bağırov Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

  • В Азербайджане за сутки выявлены 1 392 новых случая инфицирования коронавирусом – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 1 392 новых случая инфицирования коронавирусом, 2 274 человека вылечились и были выписаны домой.

    Об этом 29 апреля сообщает оперативный штаб при Кабинете министров.

    За прошедшие 24 часа от COVID-19 скончались еще 29 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 317 913 человек, 4 490 – скончались, 287 298 – вылечились, 26 125 – находятся в активной фазе лечения в больницах особого типа.

    В республике проведены 3 229 867 тестов на COVID-19 (за последние 24 часа – 11 194).

  • Azərbaycanda son sutka ərzində koronavirusa yoluxanların sayı AÇIQLANDI – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1392 yeni yoluxma faktı qeydə alınıb, 2274 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 317 913 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 287 298 nəfər müalicə olunaraq sağalıb, 4 490 nəfər vəfat edib.

    Aktiv xəstə sayı isə 26 125 nəfər olub.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 756, bu günə qədər isə ümumilikdə 3 229 867 test icra olunub.

    Qeyd edək ki, ötən sutka ərzində 32 nəfər koronavirusdan vəfat etmişdi.

  • “Parklanma yerləri pulsuzdur!” – VİDEO

    İllərdir davam edən və həllini tapmayan qanunsuz parklanma və bu xidmətə görə tələb olunan ödəniş müəmmasının sirri açılmır. Maşınların yol kənarında park edilməsinə kim və necə nəzarət edir? Buna hansı qurum cavabdehlik daşıyır?

    Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, bəziləri fərd olaraq, bəziləri isə şirkət əməkaşı kimi parkinqləri nəzarətə götürüblər. Onun sözlərinə görə, sürücülərdən qanunsuz ödəniş almaqla yanaşı, bəzən qəbz də verirlər.

    Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev isə bildirib ki, küçədə parklanma yerlərində nəqliyyat vasitələrini park edən sürücülərdən kimlərinsə vəsait alması qanunsuz bir haldır və bu şəxslərin Bakı Nəqliyyat Agentliyi ilə hər hansı bir əlaqəsi yoxdur. O, məsələnin araşdırılması üçün məsul qurumlara bir neçə dəfə müraciət olunduğunu vurğulayıb.

    “Report”un mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:

  • Bugünkü imtahana 12 şagird buraxılmadı, 4-ü isə xaric olundu

    Bu gün Naxçıvan MR-də, Bərdə, Göyçay, Göygöl, Lerik, Qusar, Sabirabad, Şəmkir rayonlarında, Şəki şəhərində yerləşən ümumtəhsil müəssisələrinin məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.

    Pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib.

    Bu gün, həmçinin Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrində – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, ingilis və ya fransız dilli məktəblərdə təhsil alan şagirdlər üçün də imtahan keçirilib.

    İmtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, serebral iflic və s.) 54 şagird iştirak edib. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

    İmtahanların təşkil edilməsi üçün ümumilikdə 69 imtahan binası, 1024 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 69 ümumi imtahan rəhbəri, 166 imtahan rəhbəri, 1271 nəzarətçi–müəllim, 116 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 69 bina nümayəndəsi ayrılıb.

    İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İlkin məlumatlara əsasən 12 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb. 4 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

    Aprelin 30-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

  • ANAMA: Azad olunan ərazilərdə indiyədək 50 nəfər minaya düşüb

    “Noyabrın əvvəlindən indiyədək minalarla bağlı 50 nəfərin iştirakıyla 30-dan çox hadisə baş verib”.

    Bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov “İkinci Qarabağ müharibəsi və minalar” adlı vebinarda deyib.

    “İnsanlar həmin torpaqların işğaldan azad olunması arzusu ilə yaşayırdılar. Onlar öz dədə-baba yurdlarını görmək istəyirlər. Həmin insanların hissləri başadüşüləndir. Təəssüf ki, onların bəziləri təhlükəni nəzərə almadılar. Avtomobillərlə ya da piyada minalanmış ərazilərə gediblər. Bununla da onlar minalanmış sahəyə düşüblər”, – o vurğulayıb.