Month: April 2021

  • Əlillik təyinatları niyə kəsilir? – RƏSMİ

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov əlillik təyinatlarının kəsilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

    O bildirib ki, əlillik təyinatlarının kəsilməsi ilə bağlı edilən müraciətlərin əksəriyyəti əsassızdır:

    “Araşdırma zamanı məlum olur ki, əlilliyin təyin olunan müddəti başa çatıb. Həmin şəxslər yenidən müraciət etməlidir”.

    O qeyd edib ki, 2020-ci ildə əlillik təyinatı ilə bağlı qiymətləndirməyə 80 mindən artıq müraciət daxil olub, cəmi 31 faizinə müsbət cavab verilib.

  • Ombudsman Milli Məclisdə hesabat verir

    Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi müzakirəyə çıxarılıb.

    Məruzəni İnsan Haqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva təqdim edir.

    Sonra deputatlar məruzəni müzakirə edəcəklər.

  • Operativ Qərargah maska ilə bağlı yeni qərar verəcək – HAZIRLIQ GEDİR

    “Epidemioloji vəziyyət söndükdən sonra artıq açıq havada insanların maskasız şəkildə gəzmələri üçün hüquqi bazanın hazırlanması üçün addımlar atılacaq”.

    Median.Az xəbər verir ki, bunu “Musavat TV”yə açıqlamasında deputat Rəşad Mahmudov bildirib.

    O əlavə edib ki, epidemioloji vəziyyət nəzarət altına alındıqdan sonra rəqəmlər yenidən azalmağa getdiyi zaman vəziyyət fərqli ola bilər:

    “Biz keçən il yayda evlərimizdə bağlı idik. Bu gün Operativ Qərargahda hazırlıqlar gedir. Gələcəkdə açıq havada maska taxmaqla bağlı qiymətləndirmələr aparılır. Epidemioloji vəziyyət söndükdən sonra artıq açıq havada insanların maskasız şəkildə gəzmələri üçün hüquqi bazanın hazırlanması üçün addımlar atılacaq.

    Lakin bunu etmədən öncə hər bir hökumət yüz ölçüb bir biçmək məcburiyyətindədir. Çünki bu, sadəcə daxili ekspertlərin verəcəkləri qərarlara bağlı deyil. Bu qərarların arxasında Dünya Səhiyyə Təşkilatı və bu sahə üzrə olan institutların rəyləri və razılıqlarının olması lazımdır. Əfsuslar olsun ki, bu gün həmin razılıqları almaq istəyən adiyyəti qurumlar qarşı tərəfdən konkret razılıq ala bilmədiyi üçün qızıl ortanı tutaraq zaman qazanmaq məcburiyyətində qalır.

    Əgər ölkədə ciddi bir şəkildə alovlanma yoxdursa, təmiz havada maskanın istifadəsi qanuni tərəfdən də öz həllini tapacaq”

  • Şabranda 11 yaşlı uşağın ölümü ilə bağlı rəsmi açıqlama

    Aprelin 1-də saat 14 radələrində Şabran şəhəri, M.Əsədov küçəsində 2010-cu il təvəllüdlü Məmmədov Fəqan Ruslan oğlunun üzərinə hasar aşması nəticəsində xəsarətlər alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Şabran Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Fəqan Məmmədov, əmisi oğlu 2011-ci il təvəllüdlü Məmmədov Pənah Zaur oğlu və qonşusu 2007-ci il təvəllüdlü Məmmədov İlkin Mahir oğlu ilə evlərinin yaxınlığında oynadıqları zaman güclü küləyin təsirindən qonşuluqda yerləşən evin daş hasarının üzərlərinə aşması nəticəsində Fəqan Məmmədov aldığı xəsarətlərdən ölüb, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Aprelin 5-dən bu müəssisələr də BAĞLANIR

    Təhsil Nazirliyinin ötən gün aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda distant təhsilə keçmə ilə bağlı qərarı məktəbdənkənar təhsil müəssisələrinə də aiddir.

    Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev bildirib.

    Qeyd edək ki, məktəbdənkənar təhsil müəssisələrinə Uşaq-Gənclər İdman Şahmat Məktəbləri və Uşaq-Gənclər İnkişaf Mərkəzləri daxildir.

  • Əlilliyin ləğv edilmə səbəbi AÇIQLANDI

    “2021-ci ilin üç ayı ərzində 465 əlillik ləğv edilib”.

    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov deyib.

    Onun sözlərinə görə, ləğv edilən əlilliklərin çoxu inteqrasiya nəticəsində olub:

    “Pandemiya dövründə vətəndaşların çoxunu dəvət edə bilmirik. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” və digər qurumların reyestri vasitəsilə əlillik ləğv edilib”.

  • Ağstafada pul tələb edən “jurnalist”lər tutulub

    Ağstafada hədə-qorxu ilə pul tələb edən şəxslər saxlanılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq, özlərini jurnalist kimi təqdim edərək, Ağstafa sakinindən hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən rayon sakinləri Fazil Quliyev və Vüsal Zeynalov saxlanılıb.

    Onların ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, özünü “LTV7” internet televiziyasının əməkdaşı kimi təqdim edən F. Quliyev həmyerlisi V. Zeynalov ilə birlikdə zərərçəkən şəxsdən şəxsi informasiyanın ictimailəşməməsi müqabilində 500 manat pul tələb ediblər.

    Davam etdirilən araşdırmalar nəticəsində V. Zeynalova məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman, oradan 5 müxtəlif ölçüdə ov bıçağı və müxtəlif dini təriqətləri təbliğ edən, qanunla qadağan edilən dini ədəbiyyat aşkar edilərək götürülüb.

    Şübhəli şəxslər maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil veriliblər.

  • Azərbaycanda daha iki reabilitasiya müəssisəsi açılacaq – RƏSMİ

    “Bu il Azərbaycanda əlilliyi olan şəxslər üçün iki reabilitasiya müəssisəsi istifadəyə veriləcək”.

    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov deyib.

    Onun sözlərinə görə, reabilitasiya mərkəzlərində infrastruktur beynəlxalq standartlara uyğundur:

    “Bu il Qəbələdə olan reabilitasiya mərkəzi və Şəmkirdə uşaq reabilitasiya müəssisəsi istifadəyə veriləcək. Bu infrastrukturlarla əlilliyi olan 28 min şəxsə xidmət edə biləcəyik”.

  • Президент Ильхам Алиев подписал распоряжение в связи с солнечной электростанцией

    2 апреля Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о мерах по реализации пилотного проекта по строительству солнечной электростанции мощностью 230 МВт.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Кабинету министров поручено принять необходимые меры в связи с подписанием инвестиционного договора, о закупке энергии, о подключении к передающей сети, об аренде земли, прямых соглашений и независимого инженерного договора, а затем представить на утверждение Президенту указанные документы, подписанные от имени правительства.

    Минфину с Министерством энергетики ОАО “Азерэнержи” поручено обеспечить принятие необходимых мер для выполнения обязательств, предусмотренных в инвестиционном договоре и договоре о закупке энергии.

  • Azərbaycanda günəş elektrik stansiyası tikiləcək – SƏRƏNCAM

    Qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidenti sərəncam imzalayıb.

    Stansiyanın tikintisi ilə bağlı pilot layihənin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib.

    Tikinti ilə əlaqədar “İnvestisiya müqaviləsi”nin, “Enerji alqı-satqı müqaviləsi”nin, “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nin, “Torpaq icarə müqaviləsi”nin, “Birbaşa razılaşma”ların və “Müstəqil mühəndis müqaviləsi”nin imzalanması ilə bağlı zəruri tədbirlərin görülməsi, daha sonra Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış müvafiq müqavilələrin təsdiq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi Nazirlər Kabinetinə tapşırılıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə “İnvestisiya müqaviləsi”ndə və “Enerji alqı-satqı müqaviləsi”ndə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etməlidirlər.