Abşeron rayonunda yerləşən palçıq vulkanlarının ərazisində müasir turizm infrastrukturuna gedən avtomobil yolunun tikintisi işləri icra olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən layihə çərçivəsində 3-cü texniki dərəcəyə uyğun inşa edilən, ümumi uzunluğu 21 kilometr olan yeni yolun torpaq yatağının eni 12 metr, asfalt-beton örtüyünün eni isə 8 metr təşkil edəcək.
Görülən işlər çərçivəsində artıq yolun 15 km-lik hissəsində torpaq yatağı və yol əsası inşa edilərək, asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilib.
Başlanğıcını Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Qobustan qəsəbəsi ərazisindən götürən yeni yolun digər hissəsində isə hazırda torpaq yatağı və yol əsasının inşası işləri davam etdirilir.
Qeyd edək ki, paytaxtdan cəmi 20-25 kilometr aralıda Arbani adlı palçıq vulkanları yerləşən ərazidə salınması nəzərdə tutulan turizm kompleksinə gediş-gəlişi asanlaşdırmaq məqsədi ilə çəkilən bu yol, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə AAYDA-nin rəhbərliyinin birbaşa nəzarəti altında İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən inşa olunur. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Azərbaycanda şirkətlərdə işçilərin şəxsiyyət vəsiqələri toplanır.
Median.Az axar.az-a istinadən xəbər verir ki, buna səbəb son günlər koronavirusa yoluxmada müşahidə olunan kəskin artım və bunun yaratdığı “karantin təhlükəsi”dir.
Belə ki, artıq bəzi şirkətlər aprelin 5-dən SMS-icazə tətbiq ediləcəyi ilə bağlı işçilərinə xəbərdarlıq ediblər. Hətta onlar portalda qeydiyyatdan keçmək etmək üçün əməkdaşların şəxsiyyət vəsiqələrini yığmağa başlayıblar.
Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeronda 5 apreldən əyani tədrisin dayandırılacağı rəsmən açıqlanıb.
Пенсионеры и безработные в Азербайджане с 2024 года также буду выплачивать взносы на обязательное медицинское страхование (ОМС), чтобы пользоваться пакетом ОМС, сообщили в пятницу в Государственном агентстве по обязательному медстрахованию в ответ на запрос Trend, передает Median.Az.
По данным ведомства, оказание услуг в рамках обязательного медицинского страхования указанной категории граждан после 2024 года будет регулироваться в порядке, предусмотренном законодательством.
Для этого будут разработаны исполнительные механизмы.
В соответствии с законом “О медицинском страховании”, с 1 января 2021 года в Азербайджане взимаются взносы на обязательное медстрахование с работников государственного и нефтяного, негосударственного и ненефтяного секторов, физических лиц, выполняющих работы (предоставляющих услуги) на основе гражданско-правового договора, и предпринимателей.
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30 şəhid və qazi ailəsinə mənzil təqdim olunub.
Median.Az Trend-ə istinadən xəbər verir ki, yeni mənzillər Suraxanı rayonu, Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyindədir. Kompleks bütün zəruri infrastrukturla təmin olunub.
Qeyd olunub ki, bu günə kimi 9300 şəhid ailəsi və qaziyə mənzil və evlərin verilməsi təmin olunub. Yaxın 5 il ərzində bu kateqoriyadan olan daha 11 min şəxsin evlə təmin olunması nəzərdə tutulub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 28-də şəhər ərazisindəki evlərin birindən 12 500 manat pul və 3 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Alıyev saxlanılıb.
Ağdam rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərə icazəsiz keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon sakini Ələmdar Şükürov Qərvənd kəndi ərazisindən işğaldan azad edilmiş ərazilərə keçmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Həmin şəxs saxlanıldıqdan sonra polis şöbəsinə gətirilib, müvafiq araşdırmalarla onun barəsində protokol tərtib edilib.
Bakıda gecə saatlarında 60-dan çox yeni əkilən ağaclar məhv edilib.
Median.Az “report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti və Dərnəgül 1 ünvanının kəsişməsində, yol kənarında, tikinti materialları satılan obyektlərin qarşısında qeydə alınıb.
Ərazidə fəaliyyət göstərən sahibkar Vüqar Dəmirov bildirib ki, məhv edilən ağaclar Xan çinarı və Leylandr növünə aid olub.
Onun sözlərinə görə, ağacları gecə saatlarında əraziyə gəlmiş naməlum şəxslər məhv ediblər:
“Onlara etiraz edən iki mühafizə əməkdaşımızı isə otaqlarına salıb qapını arxadan bağlayaraq əməllərinə davam ediblər. Ağacları qıran şəxslərin kimlikləri bilinmir”.
Şikayətçi vurğulayıb ki, ağaclar ötən ilin sentyabr ayında qanuni şəkildə əkilib: “15 ədəd Çinar, 66 ədəd Leylandr – ümumilikdə 81 ədəd yeni ağac idi. Həmin ağacların 60-dan çoxu indi yoxdur”.
“Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev Xəzər rayonu, Binə qəsəbəsi yeni yaşayış massivində bir nəfərin İstehsalat Birliyinin adından istifadə etməsi, guya sonradan ödənişli (elektron-mexaniki) sayğacları müəyyən vəsait qarşılığında əvvəlcədən ödənişli (smart-kart) sayğaclarla dəyişməsi barədə yayılan məlumata münasibət bildirib.
Ruslan Əliyev “Facebook”dakı səhifəsində İstehsalat Birliyinin belə bir işçisinin olmadığını bildirib.
“Bizə təqdim olunan fotonu araşdırdıq. Belə bir işçimizin olmadığı üzə çıxdı.
Biz bir daha vətəndaşlara müraciət edirik. Diqqətli olun! Dələduzlara aldanmayın. Heç vaxt bizim qurumun əməkdaşlarına pul verməyin. Çünki “Azəriqaz” İB-nin əməkdaşları ödənişli xidmət göstərmir.
Hüquq-mühafizə orqanlarından da xahiş edirik ki, bu kimi hallarla mübarizədə Birliyə yardımçı olsunlar. Vətəndaşlar isə belə vəziyyətdə dərhal polisə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qaynar xəttinə müraciət etsinlər”, – deyə Ruslan Əliyev qeyd edib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Məhkəmənin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
M.Əhmədov 2 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum olunub. Onun cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Qeyd edək ki, M.Əhmədovun qanunsuz hərəkətləri barədə daxil olan məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Aparılan tədbirlərlə M.Əhmədov tərəfindən qanunsuz ödənişlər müqabilində “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 nömrəli Qərarına zidd olaraq rayon ərazisində hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, eləcə də müvafiq kateqoriyalara aidiyyəti olmayan digər fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışların verilməsi, habelə aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasına və M.Əhmədovun rayonun Mican kəndində yerləşən yaşadığı evə baxış keçirilərək müxtəlif fiziki şəxslərə məxsus plastik bank kartları aşkar edilib və müəyyən edilib ki, sonuncu öz yaxın qohumlarının adlarına formal olaraq rəsmiləşdirməklə müxtəlif sayda plastik bank kartlarının alınmasına nail olub, bu yolla ümumilikdə 2016-2020-ci illər ərzində 12 400 manat məbləğində vəsaiti qanunsuz olaraq mənimsəyib. Bununla yanaşı, baxış zamanı nağd pul, ayrı-ayrı şəxslərin adlarına guya işləmələri barədə verilmiş qanunsuz arayışlar və onlara dair qeydlər, habelə aztəminatlı ailələrə yardım məqsədilə nəzərdə tutulmuş ərzaq bağlamaları və digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülüb.
İstintaq zamanı toplanmış ilkin sübutlar əsasında fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
Ona Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) maddədi ilə də ittiham verilib.
Bildirilir ki, ölkədə ibtidai və orta məktəblər, eyni zamanda universitetlər aprelin 19-dək bağlanır. Bütün vacib olmayan səfər və görüşlər təxirə salınır, həmçinin ictimai yerlərdə maska taxılması məcburidir.
Portuqaliyada isə vəziyyətdən asılı olaraq muzey, orta məktəb və universitetlərin aprelin 19-dək açılmaması haqqında qərar hələ də qüvvədə qalır.
Hollandiyada vəziyyət bir az fərqlidir. Belə ki, burda orta məktəblərdə həftədə ən azı 1 gün dərslərin əyani formada məktəbdə keçirilməsinə baxmayaraq, universitet tələbələrinə aprelin 26-dan həftədə ən azı 1 gün dərslərini əyani formada keçmək üçün icazə veriləcək.