Month: April 2021

  • Milli Məclis Pakistanla sazişi ratifikasiya etdi

    Milli Məclisin iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” saziş müzakirəyə çıxarılıb.

    Sənəd müzakirələrdən sonra səsverməyə qoyulub.

    Səsverməyə əsasən Parlament sazişi ratifikasiya edib.

  • İşə qəbul zamanı dövlət sosial sığorta şəhadətnaməsi tələb edilməyəcək

    Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

    Dəyişikliklə qanunun 9.1.1 -ci bəndi (sığortaolunanı işə qəbul edərkən ondan dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olunmaqla) tələb etmək) ləğv edilir.

    Layihədə bildirilir ki, sosial sahədə aparılan islahatlar nəticəsində sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid dövlət pensiya təminatı sistemi formalaşdırılıb. Həmin sistemin fəaliyyəti müasir tələblər səviyyəsində təşkil olunub, o cümlədən hər bir sığortaolunana fərdi şəxsi hesab açılaraq ödənilən məcburi dövlət sosial sığorta haqlarının bu hesablarda fərdi uçotunun aparılması, vətəndaşların pensiya hüquqlarının dəyər ifadəsində həmin uçotun məlumatları əsasında müəyyənləşdirilməsi mexanizmi yaradılıb.

    Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2018-ci il tarixli 258 nömrəli Sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin vahid internet portalı üzərindən təqdim edilməsi məqsədilə “e-sosial.az” saytı istifadəyə verilmişdir. Yaradılmış bu imkan nəticəsində vətəndaşlar özlərinə aid əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya, ödənilmiş məcburi dövlət sosial sığorta haqları ilə bağlı məlumatları və s. sahələr üzrə mütəmadi olaraq yenilənən məlumatları bu internet portalı vasitəsilə asanlıqla əldə edə bilirlər.

    “Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi”ndə sığortaolunanlara məxsus sosial sığorta nömrəsi onların şəxsiyyət vəsiqəsinin FİN nömrəsi ilə əlaqələndirilmişdir. Başqa sözlə, fərdi uçot sistemində elektron xidmətlərə keçidin sürətləndirilməsi və innovativ həllərin tətbiqi artıq sadəcə sosial sığorta nömrəsinin olmasını yetərli etmiş, sosial sığorta şəhadətnaməsinin maddi daşıyıcıda çap edilməsi öz aktuallığını və əhəmiyyətini itirmişdir. Belə ki, sosial sığorta şəhadətnaməsinin hazırlanması və sığortaolunanlara çatdırılması əlavə maliyyə xərci və vaxt itkisinə səbəb olur.

    “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun layihəsi də məhz fərdi uçot sistemində proseslərin tam elektronlaşdırılmasına mane törədən halların aradan qaldırılması, elektron pensiya sisteminin əhatə dairəsinin genişləndirilməsi, habelə Dövlət Sosial Müdafiə Fondunun müvafiq xərclərinin azalması və azaldılan xərclərin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməsi məqsədilə hazırlanıb.

    Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

  • Meliorasiya və Su Təsərrüfatının sədri vəzifəsindən azad edildi – SƏRƏNCAM

    Azərbaycan Respublikası Prezidentinin İlham Əliyev 2 aprel 2021-ci il tarixdə Əhməd Əhmədzadənin Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

    “Əhməd Cuma oğlu Əhmədzadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin” deyə sərəncamcda deyilir.

    Əhməd Əhmədzadə 1993-cü ildən bu quruma rəhbərlik edirdi.

  • Sabiq deputat Rafael Cəbrayılov həbs edildi

    Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı barəsində həbs qətimkan tədbiri seçilib.

    Bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, daşıdıqları vəzifə ilə bir araya sığmayan öz qanunsuz əməlləri ilə vətəndaşların hüquqlarını pozan, qarşılıqlı etimad əsaslı məmur-vətəndaş münasibətlərinə zərər vurmaqla dövlətin nüfuzuna kölgə salan şəxslərə qarşı prokurorluq orqanları tərəfindən kompleks tədbirlər davam etdirilir.

    Belə tədbirlərdən biri kimi, Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla ibtidai istintaqı aparılıb.

    Aparılan ibtidai istintaq zamanı Rafael Cəbrayılovun həmin vəzifədə olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla sözügedən vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

    Qeyd edilən qanunsuz hərəkətləri ilə Rafael Cəbrayılovun deputatların fəaliyyətinin tənzimlənməsi sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən vəzifələrini yerinə yetirməli olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsinə dair əldə edilmiş kifayət qədər sübutlarla əsaslar müəyyən olunduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    “Hazırda Rafael Cəbrayılovun törətmiş olduğu cinayət əməllərinin tam dairəsinin, o cümlədən vətəndaşlara vurduğu ziyanın məbləğinin müəyyənləşdirilməklə zərərin ödətdirilməsi istiqamətində intensiv istintaq aparılır”, – Mətbuat xidmətindən bildirilib.

  • Millimizin baş məşqçisi: “Problemimiz tam heyətlə məşq edə bilməməyimizdir”

    “Komanda planlaşdırdığımız kimi, aprelin 1-dən toplanışdadır. Buna qədər isə gündəlik məşqlərimizi edirdik”.

    Bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva deyib.

    Avropa çempionatının seçmə mərhələsində aprelin 8-də səfərdə Slovakiya, 14-də Bakıda Yunanıstanla qarşılaşacaq yığmamız təlim-məşq toplanışına başlayıb. Bakı İdman Sarayında baş tutan məşqlər tam heyətlə keçirilmir. Karyerasını ölkə xaricində davam etdirən milli üzvləri məşqlərə sabah qoşulacaq.

    Hazırlıqla bağlı Azərbaycan Futzal Federasiyasının rəsmi saytına danışan baş məşqçi yeganə problemin məhz tam heyətlə hazırlaşmamalarında olduğunu deyib: “Hazırda oyunçular oteldə qalır. Problemimiz tam heyətlə məşq edə bilməməyimizdir. Çünki İspaniya çempionatında oyunlar keçirilir. Qalo düşərgəmizə aprelin 5-də gələcək və Bakıda cəmi bir məşqdə iştirak edəcək. Eduardo və Bolinya bura daha tez gələcək”.

    Alesio zədə səbəbindən bəzi oyunçulara dəvət göndərmədiyini də qeyd edib: “Rafael Vilela və Vasoura bu dəfə bizə kömək edə bilməyəcək. Həkimi zədə səbəbindən Vilelanın azı iki həftə məşqlərdən kənarda qalacağını bildirib. Ona görə də heyətdə müəyyən dəyişiklik edəcəyik. Qalan hər kəs oyuna hazırdır”.

    Braziliyalı mütəxəssis zədəli futzalçılara rəğmən səfərdən qələbə ilə dönmək istədiklərini, bunun üçün də kifayət qədər səbəblər olduğunu vurğulayıb: “Bəli, Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etmişik. Ancaq bu, qalan iki oyuna rahat çıxmağımıza əsas vermir. Əvvəla liderliyi təmin etməliyik. Bunun üçün də Slovakiya ilə dueldə xal və ya xallar qazanmalıyıq.

    Əlbəttə, hər iki oyundan qalib ayrılsaq, daha yaxşı olar. Çünki qazanılacaq uğurlu nəticə reytinq xallarımızı artıracaq. Hazırda Xorvatiya ilə aramızdakı fərq elə də böyük deyil. Qarşıda iki oyunumuz var, onların da bu qədər matçı qalıb. Hər iki görüşdən itkisiz ayrılmalıyıq ki, reytinq xalımız artsın və gələcək püşkatmalarda xeyrimizə işləsin”.

  • Qaz təchizatında problem yaşayan vətəndaşların NƏZƏRİNƏ

    Aprel ayından etibarən qaz təchizatı ilə əlaqədar təmir-bərpa işlərinin aparılması üzrə proqramların icrasına tədricən start veriləcək.

    Bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev deyib.

    O bildirib ki, artıq aprel ayından başlayaraq mövsüm ilə əlaqədar İstehsalat Birliyi əsas iş fəaliyyətinə başlayacaq:

    “Azəriqaz” olaraq təmir-bərpa və quraşdırma işlərinin aparılmasına başlayırıq. Bununla bağlı böyük proqramlar hazırlamışıq. Bu proqramları abonentlərimizin Birliyə ünvanladığı şikayətlər, onların yazdığı problemlər əsasında qurmuşuq ki, növbəti ildə qazın verilişində abonentləri incitməyək və onlara heç bir problem yaratmayaq”.

    Ruslan Əliyev qeyd edib ki, Birlik proqramların icrası ilə növbəti dövrlərdə fasiləsiz olaraq vətəndaşları qazla təmin edə bilməyə ümid edir.

  • Sabah yağış yağacaq

    Azərbaycanda aprelin 3-nə gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir.

    Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 13-16, Bakıda gecə 8-10, gündüz 13-15 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

    Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 6-10, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 3-də Abşeron yarımadasında gün ərzində rütubətli hava şəraiti üstünlük təşkil etsə də, meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Победа над пандемией в Израиле: в больницах закрывают COVID-отделения

    По мере снижения новых случаев заболевания коронавирусом больницы Израиля начинают закрывать COVID-отделения. Об этом сообщает Ynet.

    “Уровень инфицирования снизился до однозначных цифр, некоторые медицинские центры сообщают, что в последние дни новые пациенты с коронавирусом не поступали”, – говорится в сообщении.

    Во вторник Хайфский кампус здравоохранения Рамбам не принимал новых пациентов, в отличие от нескольких месяцев назад, когда в среднем ежедневно госпитализировал 15 пациентов. Медицинский центр Меира Кфар-Савы также не сообщил о новых пациентах.

    Медицинский центр Хадасса в Иерусалиме, который на протяжении всей пандемии был одной из самых загруженных больниц Израиля и в какой-то момент имел в своем COVID-отделении более 140 пациентов с коронавирусом, проинформировал в понедельник, что в тот день у него были только три новых пациента.

    Совсем недавно в Израиле колоннам машин скорой помощи с COVID-больными приходилось часами ждать за пределами медицинских центров, пока не будет предоставлена койка в отделении интенсивной терапии и персонал сможет принять их.

    В декабре Израиль начал активную кампанию вакцинации и к настоящему времени полностью вакцинировал более половины населения. Это привело к снижению уровня заражения коронавирусом.

  • Vilayət Eyvazovdan yeni TƏYİNAT

    Daxili İşlər orqanlarında yeni təyinat olub.

    Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, polis kapitanı Rüstəm Hüseynov Quba Rayon Polis Şöbəsinin rəisinə şəxsi heyətlə iş üzrə köməkçi təyin olunub.

    (oxu.az)

  • Qarabağda məhv edilən daha 52 erməni hərbçinin adı açıqlandı

    Qarabağda məhv edilən erməni hərbçilərin adları açıqlanmaqda davam edir.

    Bu gün daha 52 hərbçinin adı açıqlanıb.

    Bu günə qədər Ermənistan tərəfi ölən 2782 hərbçisinin ad və soyadını dərc edib. /Modern.az