Month: April 2021

  • Külli miqdarda yeyinti edən Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi həbs edilib

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşının vergi və dövlət rüsumlarını qəsdən azaldaraq mənimsəməsi və digər bu kimi qanunsuz hərəkətləri barədə həmin dövlət qurumundan daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin istintaqı aparılıb.

    Baş Prokurorluqdan verilən məlumata görə, aparılan istintaqla müəyyən edilib ki, Əbdürəhimov Mahir Şahbaz oğlu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyərkən müxtəlif ünvanlarda şəxsən və qeyriləri vasitəsi ilə ümumilikdə 393 nəfərdən ibarət ayrı-ayrı vergi ödəyicilərinin ödənişlərini onların adından daha sürətli və ödəyicilər üçün rahat şəkildə dövlət büdcəsinə ödəyəcəyini bildirməklə aldığı cəmi 820 min manat təşkil edən pul vəsaitlərini büdcəyə ödəmədən şəxsi ehtiyaclarına sərf edib, habelə törətdiyi cinayət əməllərini gizlətmək məqsədilə eyni məbləğdə ödənilmiş vergi və dövlət rüsumlarını azaldaraq həmin şəxslərin şəxsi hesab vərəqələrində əks etdirməklə işlədiyi dövlət qurumunun rəsmi informasiya resursu hesab olunan proqram təminatına yalan məlumatlar daxil edib.

    Bundan başqa, Mahir Əbdürəhimovun həmin vəzifədə işləyərkən öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməklə etdiyi səhlənkarlıq nəticəsində 62 nəfər ayrı-ayrı vergi ödəyicisinin vergi qismində ödədiyi ümumilikdə 66 min manat pul vəsaiti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ödənilməyib.

    Həmçinin, o, həmin vəzifədə işləyərkən qeyd edilən mənimsəmə və digər qanunsuz əməllərini gizlətmək məqsədilə həmin ödənişlərin qeydiyyatının aparıldığı qurumdaxili informasiya resursu hesab olunan proqram təminatında guya nöqsanların olması görüntüsü yaratmaqla ümumilikdə 187 min manat məbləğində pul vəsaitini digər şəxslərin adından edilən ödəniş kimi göstərməklə düzəlişlər aparıb.

    Qeyd edilən qanunsuz əməlləri ilə Mahir Əbdürəhimovun külli miqdarda əmlakı mənimsəmə yolu ilə talamasına, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına, ağır nəticələrə səbəb olan səhlənkarlıq etməsinə və vəzifə saxtakarlığına yol verməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    İş üzrə ibtidai istintaq zamanı vurulmuş maddi ziyandan 271 min manatının ödənilməsi təmin edilib.

  • Bakıda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

    Mərdəkan qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü Əziz Hüseynov və 1978-ci il təvəllüdlü Elnur Məmmədov xəsarət alıblar.

    Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ə.Hüseynova sol körpücük sümüyünün sınığı, E.Məmmədova isə döş qəfəsinin əziyi diaqnozları qoyulub.

  • Ученые связали рост материнской смертности и мертворождений с COVID-19

    Пандемия коронавируса привела к значительному росту уровня материнской смертности и числа мертворождений, говорится в обзоре, опубликованном в медицинском журнале The Lancet, пишет РИА Новости.

    Такие выводы ученые сделали на основе анализа 40 исследований, посвященных состоянию здоровья матерей и новорожденных детей до и во время пандемии. Помимо этого отмечается увеличение статистики по прерванной внематочной беременности и случаев депрессии у матерей.

    Ученые отмечают, что данные по странам со средним и низким уровнем дохода свидетельствуют о сокращении числа госпитализаций и внеплановых обращений к врачам в пандемию, на этом фоне наблюдается рост случаев осложнений и смертей. При этом в обзоре подчеркивается, что большинство исследований включают в себя данные по отдельным медицинским центрам и больницам, поэтому они могут не в полной мере отражать реальную ситуацию.

  • Koronavirus pandemiyasının ana və uşaq ölümləri ilə əlaqəsi açıqlanıb

    Koronavirus pandemiyası ana ölümü və ölü döllə doğuşlarda xeyli sayda artımlara səbəb olub.

    Bu barədə “Lancet” jurnalında dərc olunan məqalədən məlum olur.

    Alimlər pandemiyadan əvvəl və sonra yeni doğulmuş körpələrin sağlamlıq vəziyyəti ilə bağlı 40 araşdırmanın təhlilinə əsasən belə qənaətə gəliblər.

    Bundan əlavə, analarda ektopik (uşaqlıqdan kənar) hamiləlik və depressiya hallarının sayında artım müşahidə edilib.

    Elm adamları, xüsusilə orta və aşağı gəlirli ölkələrə dair məlumatları araşdırdıqdan sonra xəstəxanaya yerləşdirmə və həkimlərə planlaşdırılmamış ziyarətlərin sayının azaldığını, bunun fonunda ağırlaşmaların və ölümlərin sayının artdığını qeyd edirlər.

  • Sosial şəbəkədən Trampa daha bir zərbə

    ABŞ-ın keçmiş prezidenti Donald Trampın gəlini Lara Tramp tərəfindən çəkilən müsahibəsinin videosu “Facebook”dan silinib.

    Bu barədə “Fox News” məlumat yayıb.

    Lara Trampa “Facebook” tərəfindən göndərilən elektron məktubda “Donald Trampın səsinin olduğu hər hansı bir paylaşım”ın şirkətin qərarına uyğun olaraq silinəcəyi bildirilib.

  • Число инфицированных коронавирусом в мире превысило 130 млн

    По данным на утро 2 апреля, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 130 186 501.

    Суточный прирост составил 715 244.

    За весь период пандемии скончались 2 840 296 человек, выздоровели – 104 898 496.

    Больше всего инфицированных в США – 31 244 639. На 2-м месте – Бразилия (12 842 717), 3-м – Индия (12 303 131). В первую пятерку также входят Франция (4 695 082) и Россия (4 554 264).

    В Турции коронавирусом заразились 3 357 988 человек, Иране – 1 897 314, Грузии – 282 260, Армении – 193 736.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в России (99 233 летальных исхода), Иране (62 759) и Турции (31 713).

    На сегодня в Азербайджане подтвержден 263 961 случай инфицирования коронавирусом, 238 985 человек вылечились, 3 593 – скончались.

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 130 186 501 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 2 840 296 xəstə ölüb, 104 898 496 nəfər sağalıb.

    Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (31 244 639 nəfər), Braziliya (12 842 717 nəfər), Hindistan (12 303 131 nəfər), Fransa (4 695 082 nəfər) və Rusiyadır (4 554 264 nəfər).

    Türkiyədə 3 357 988, İranda 1 897 314, Gürcüstanda 282 260, Ermənistanda isə 193 736 nəfərdə koronavirus müəyyən edilib.

    Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiyada (99 233 nəfər), İranda (62 759 nəfər) və Türkiyədə (31 713 nəfər) qeydə alınıb.

    Azərbaycanda koronavirusa yoluxan 263 961 nəfərin 3 593-ü ölüb, 238 985 xəstə sağalıb.

  • Мировые цены на нефть растут

    Мировые цены на нефть растут в ходе торгов в четверг, 2 апреля, передает RT.

    Майские фьючерсы на нефть WTI выросли на 3,87%, составив 61,45 доллара за баррель.

    Фьючерсы на нефть марки Brent с поставкой в мае увеличились на 3,38% – до 64,86 доллара за баррель.

  • Neft bahalaşdı

    Dünya bazarında neft bahalaşıb.

    Bu barədə “İnterfaks” məlumat yayıb.

    WTI markalı neftin may fyuçersləri 3,87 faiz bahalaşıb və bir barelinin qiyməti 61,45 ABŞ dolları təşkil edib.

    “Brent” markalı neftin iyun fyuçersləri isə 3,38 faiz bahalaşaraq, bir bareli 64,86 dollara satılıb.

  • Peyvənd orucu pozur?

    Türkiyədə Dəyanət İşləri İdarəsi peyvəndin oruca təsiri barədə sualı cavablandırıb.

    Bu barədə “Hürriyet” məlumat yayır.

    “Qida dəyəri olmayan peyvəndlər orucu pozmaz. Müalicəsi davam edən xəstələr sağlamlıqlarını bərpa edib müalicələrini bitirənə qədər oruclarını təxirə sala bilərlər”, – deyə bildirilir.

    Eyni zamanda, qeyd edilir ki, oruc tutulmasına başqa maneə yoxdursa, iynələri iftardan sonra vurdurmaq məqbul sayıla bilər.

    Türkiyə Ailə Həkimləri Dərnəkləri Federasiyasının (AHEF) sədr müavini Hacı Yusif Eryazğan bildirib ki, epidemiyanın sona çatması üçün gərək peyvəndləmə prosesini ləngitməyək.