Month: April 2021

  • Azərbaycanda Hökumət elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik etdi

    Nazirlər Kabineti “Elektrik enerjisindən istifadə Qaydaları”nda dəyişiklik edib.

    Median.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərarda deyilir ki, alternativ və bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarını istismar edən müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi, yaxud enerji təchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilələrdə Energetika Nazirliyi ilə razılaşdırılmaqla, bu Qaydaların müddəalarından fərqli müddəalar nəzərdə tutula və həmin alqı-satqı müqavilələri bu Qaydalara əlavə edilmiş birtipli müqavilələrdən fərqli formada bağlanıla bilər.

    Bundan başqa müstəqil enerji istehsalçısının alternativ və bərpa olunan enerji mənbələri üzrə elektrik qurğularının şəbəkəyə qoşulmasına dair texniki şərtlər müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi və ya enerji təchizatı müəssisəsi arasında bağlanılmış və Energetika Nazirliyi ilə razılaşdırılmış şəbəkəyə qoşulma müqaviləsi ilə müəyyən olunur və bu zaman şəbəkəyə qoşulma həmin müqavilənin tələblərinə uyğun həyata keçiriləcək.

  • Gədəbəydə GÜCLÜ YANĞIN: 8 otaqlı evin…

    Gədəbəy rayonunda ev yanıb.

    Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 250 m² olan birmərtəbəli 8 otaqlı evin iki otağının tavanı 14 m² sahədə yanıb.

    Evin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Bu xəbər Redaktor.az saytına məxsus deyil.
    Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.

  • Azərbaycanda dəhşət: Ata-anası tərəfindən tərk edilən bacı-qardaş

    Bərdədə valideynlər övladlarından imtina edib. 71 yaşlı ata və 43 yaşlı ana iki azyaşlı övladları ilə vidalaşaraq onları sığınacaqda qoyub gediblər.

    Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

    O bildirib ki, bu gün Bərdədən olan ailənin iki azyaşlı uşağı sığınacağa gətirilib:

    “Fotoda gördüyünüz doqquz və altı yaşında olan bacı-qardaşdır. Bir-birini təhqir edən valideynlər vaxt ayırıb bu uşaqların taleyi ilə maraqlanmayıb. Uşaqlar rəqəmləri belə tanımır, nəinki məktəb qapısını. Uşaqlar əvvəlcə “Səni Axtarıram” verilişinə aparılıb. Daha sonra bura gətirilib.

    Bərdə rayon İcra Hakimiyyətinin müvafiq komissiyasının nümayəndələrini görən olsa, bildirsin ki, bu uşaqların ata-ana səlahiyyətləri sizdədir. Valideynlər uşaqları ilə vidalaşıb, geriyə belə dönmədən çıxıb getdilər. “Səni Axtarıram” kollektivi iki gün bu uşaqların məsələsini araşdırıb. Onların təşəbbüsü ilə Bərdə rayon İcra Hakimiyyəti ilə danışılmalı və müvafiq qanunvericiliyin normalarına uyğun olaraq dövlət müəssisəsinə yerləşdirilməlidirlər”.

    Qeyd edək ki, əldə edilən məlumatlara görə, uşaqların anası ikinci dəfə ailə həyatı qurub. 71 yaşlı kişi isə uşaqlara baxa bilmir.

  • Bakıda ahıl kişini avtomobil vurdu

    Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

    Belə ki, 1950-ci il təvəllüdlü Seyidov Sergey Şamil oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ budun sınığı diaqnozu qoyulub.

  • Türkiyədə son sutkada koronavirusdan 176 nəfər ölüb

    Türkiyədə son 24 saat ərzində COVID-19 səbəbilə 176 ölüm faktı qeydə alınıb.

    “Haber Global”ın məlumatına görə, sutka ərzində ölkədə yeni yoluxma sayı 40 806 olub. 20 817 nəfər isə sağalaraq, gündəlik həyata qayıdıb.

    Hazırda ölkədə koronavirusa yoluxmuş 2135 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

  • Xaçmazda Bakı sakinindən narkotik vasitə, silah və sursat aşkarlanıb

    DİN-in Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz st. Xətt Polis Şöbəsinin və Yalama st. Xətt Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Akşin Qasımov ADY QSC-nin Xudat stansiyasının ərazisində saxlanılıb.

    DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan “Report”a verilən məlumata görə, hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən baxış zamanı A.Qasımovdan narkotik vasitə aşkarlanaraq götürülüb.

    A.Qasımovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Xudat stansiyası ərazisində odlu silah gizlətdiyi də müəyyən edilib və həmin əraziyə keçirilən baxış zamanı dəmir yolu kənarında yerləşən yarımtikilidən bir ədəd AKSU markalı avtomat, bir ədəd daraq və 20 ədəd patron aşkar edilərək götürülüb.

    Faktla bağlı Xaçmaz st. Xətt Polis Şöbəsində araşdırmalar aparılır.

  • Возможна ли продажа Армении производимых в России БПЛА Bayraktar? – ВИДЕО

    Компания Baykar Defense, входящая в группу компаний Baykar – производителя беспилотных летательных аппаратов Bayraktar TB2, подписала соглашение о сотрудничестве с организацией, действующей в российском городе Нижний Новгород.

    Bayraktar TB2, который будет производиться в России, в настоящее время считается альтернативой боевому БПЛА “Корсар”, являющемуся проектом бюро “Луч конструктор” в Ярославе.

    Интересно, что соглашение о производстве Bayraktar TB2 в России было подписано летом 2020 года, перед началом 44-дневной Отечественной войны.

    Но возможна ли в будущем реализация производимых в России БПЛА Армении?

    Подробнее – в сюжете Baku TV:

  • Həbib Nurməhəmmədov Ferqyusonu təhqir etdi – FOTO

    Yüngül çəkidə qarışıq döyüş (MMA) üzrə dünya çempionu, karyerasını başa vuran rusiyalı Həbib Nurməhəmmədov amerikalı MMA ustası Toni Ferqyusonun dünənki müraciətinə cavab verib.

    Lenta.ru portalının məlumatına görə, məğlubedilməz döyüşçü amerikalı həmkarına Beneil Dariuşla növbəti qarşılaşmasında uğur arzulayıb və diqqətini həmin duelə yönəltməyə çağırıb. Həbib qeyd edib ki, Ferqyuson “nəcis kimi görünür”.

    Xatırladaq ki, dünən 37 yaşlı Ferqyuson Nurməhəmmədovla baxış duelinin videosunu paylaşaraq, “Tezliklə görüşərik”, – yazıb.

    Rəqiblər arasında qarşılaşma təxminən bir il öncə baş tutmalı idi. Lakin o zaman pandemiya şəraitindəki qeyri-müəyyənlik səbəbindən rusiyalı döyüşdən imtina etmişdi.

  • Rusiyada istehsal olunacaq “Bayraktar” Ermənistana satıla bilər? – VİDEO

    “Bayraktar TB2” pilotsuz uçuş aparatının istehsalçısı “Baykar” qrupuna daxil olan “Baykar Defence” şirkəti Rusiyanın Nijni Novqorod şəhərində fəaliyyət göstərən şirkətlə əməkdaşlıq anlaşması imzalayıb.

    Rusiyada istehsal ediləcək “Bayraktar TB2” hazırda Yaroslav şəhərindəki “Luç konstruktor” bürosunun layihəsi olan Korsar döyüş PUA-sına alternativ sayılır.

    Maraqlıdır ki, “Bayraktar TB2” PUA-sının Rusiyada istehsalı ilə bağlı anlaşma 2020-ci ilin yayında, İkinci Qarabağ müharibəsinin başlamasından əvvəl imzalanıb.

    Bəs bundan sonra həm də Rusiyada istehsal ediləcək pilotsuz uçuş aparatları Ermənistana satıla bilərmi?

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Apreldə qapanma olacaqmı? – Rəsmi açıqlama

    “Bütün hallarda karantinin sərtləşdirilməsi barədə Operativ Qərargah qərar qəbul edir. Burada epidemik vəziyyət nəzərə alınır”.

    Median.Az Baku.ws-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.
    O əlavə edib ki, təxminən 10 gün ərzində davam edən Novruz bayramı zamanı ictimai nəqliyyatın fəaliyəti dayandırılmışdı:

    O əlavə edib ki, təxminən 10 gün ərzində davam edən Novruz bayramı zamanı ictimai nəqliyyatın fəaliyəti dayandırılmışdı:
    Bu cür tədbirlərin məhdudlaşdırılmasının davam etdirilməsi, sanitar gigiyenik normaların tətbiqinə nəzarətin gücləndirilməsi davam etməlidir. Bakı əhalisinin daha əhəmiyyətli qismi artıq yoluxub, xəstələnib və sağalıb. Amma regionlarımızda Bakı, Sumqayıt və Gəncə ilə müqayisədə bütün il boyu yoluxma halları az olub. Ona görə, regionlarımızın qorunması çox vacibdir.

    Regionlarımızda çoxlu sayda əhalimiz var ki, onlar koronavirusla indiyə qədər təmasa gəlməyiblər. Orada alovlanma olarsa, daha sürətli ola bilər. Amma Bakıda alovlanma nisbətən az sürətlə inkişaf edir. Çünki elə bir bina yoxdur ki, həmin binanın təxminən 20-30 faizində yoluxmalar olmasın. İnsanlar xəstələnib və sağalıblar. Yəni Bakı, Gəncə və Sumqayıtın kollektiv immunitetə çatma ehtimalı regionlarla müqayisədə daha çoxdur”.