Month: April 2021

  • Ramiz Mehdiyevlə bağlı SENSASİON FAKT üzə çıxdı

    AMEA-nın prezidenti Ramiz Mehdiyevlə bağlı sensasion fakt üzə çıxıb.

    Konkret.az-ın araşdırmasına görə, Ramiz Mehdiyev AMEA-nın əsas binasındakı kabinetinə gəlib-gedəndə arxa qapıdan istifadə edir. Çünki o, AMEA-nın əməkdaşları ilə qarşılaşmaq istəmir. Onun istifadə etdiyi lift isə mərmərlə döşənib.

    Qeyd edək ki, AMEA-nın keçmiş prezidenti Akif Əlizadə R.Mehdiyevdən fərqli olaraq ön qapıdan istifadə edirdi.

    AMEA rəhbərliyinin qəbul günlərinə nəzər yetirdikdə, burada Ramiz Mehdiyevin adına rast gəlmək mümkün deyil. Belə ki, vətəndaşları qəbul edən rəhbər şəxslər əsas etibarı ilə vitse-prezidentlərdən ibarətdir.

  • Трамп присоединился к новой социальной сети

    Бывший президент США Дональд Трамп, а также ряд сторонников Республиканской партии присоединились к новой социальной платформе Campaign Nucleus, где они могут беспрепятственно общаться со своими сторонниками.

    Как передает Report, об этом сообщает телеканал Fox News со ссылкой на источники.

    Сообщается, что новая социальная сеть была создана экс-советником предвыборного штаба Трампа Брэдом Парскейлом еще в марте 2016 года.

    Согласно информации, размещенной на сайте компании Парскейла, Campaign Nucleus позволяет пользователям отправлять электронные письма, текстовые сообщения и заявления в средства массовой информации, а также посылать корреспонденцию, используя почтовую службу США. Кроме того, пользователи смогут связываться с представителями власти и участвовать в чатах.

    Как подчеркнул источник телеканала, платформа позволяет бывшему президенту “донести свои заявления до журналистов и сторонников”, так как ранее Twitch, Twitter, Facebook, Youtube и Instagram заблокировали аккаунты Трампа на разные сроки из-за его заявлений о беспорядках в Вашингтоне 6 января.

  • Donald Tramp yeni sosial şəbəkəyə qoşuldu

    ABŞ-ın keçmiş prezidenti Donald Tramp, həmçinin Respublikaçılar partiyasının bir sıra tərəfdarları yeni “Campaign Nucleus” sosial platformasına qoşulub.

    “Report”un məlumatına görə, bu barədə mənbələrə istinadən “Fox News” telekanalı xəbər verib.

    Qeyd edilir ki, onlar öz tərəfdarları ilə maneəsiz ünsiyyət saxlaya bilərlər.

    Bildirilir ki, yeni sosial şəbəkə hələ 2016-cı ilin martında Trampın seçkiqabağı qərargahının sabiq məsləhətçisi Bred Parskeyl tərəfindən yaradılıb.

    “Parskeyl” şirkətinin saytında yerləşdirilmiş informasiyaya əsasən “Campaign Nucleus” ABŞ-da istifadəçilərə poçt xidmətindən istifadə edərək kütləvi informasiya vasitələrlərinə elektron məktubları, mesajları və bəyanatları, həmçinin digər materialları göndərmək imkanı yaradır. Bundan başqa, istifadəçilər hakimiyyətin nümayəndələri ilə virtual məkanda bağlana və çat yazışmalarında iştirak edə biləcəklər.

    Telekanal bildirib ki, platforma keçmiş prezidentə jurnalistlərə və tərəfdarlarına öz açıqlamalarını çatdırmaq imkanı verir. Daha əvvəl “Twitch”, tvitter, feysbuk, yutub və instaqram yanvarın 6-da Trampın Vaşinqtonda qarışıqlıqlar haqqında bəyanatlarına görə onun sosial şəbəkə hesablarını müxtəlif müddətlərə bloklayıb.

  • Sabunçu rayonunda gənc qadın yol qəzasında xəsarət aldı

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

    Kürdəxanı qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü Alışanova Sevda Qurban qızı xəsarət alıb.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Ona sağ çiynin əziyi diaqnozu qoyulub.

  • Millət vəkilindən çağırış: “Gözəgörünməz bəladan qurtulmağın yeganə yolu vaksinasiyadır”

    “Dünyada infeksion xəstəliklərdən ən effektiv qorunma vasitəsi və müalicə proflaktikası peyvəndləmədir. Ona görə də insanlara dünyaya gəldiyi ilk andan başlayaraq ən müxtəlif infeksion xəstəliklərə görə peyvəndlər vurulur. Bu gün dünyanın üzləşdiyi koronavirus epidemiyasından da qorunmağın yeganə yolu vaksinasiyadır”.

    Bunu ölkə.az-a açıqlamasında millət vəkili İltizam Yusifov deyib.

    Millət vəkilinin sözlərinə görə, fevralın sonunda başlayaraq dünyanın ən müxtəlif ölkələrində koronavirus pandemiyasının üçüncü dalğası başlayıb və təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan da pandemiyanın üçüncü dalğasından yan keçə bilmədi. “Artıq son günlərdə ölkəmizdə virusa yoluxma dinamikası yüksəkdir. Vəziyyət o həddə çatıb ki, artıq xəstəxanlarda yer çatışmazlığı problemi yaranıb. Odur ki, vətəndaşlarımız vətəndaşlaıq məsuliyyəti nümayiş etdirərək, təkcə özlərini deyil, eyni zamanda ailə üzvlərini, yaxınlarını və digərlərini gözəgörünməz bəladan qorumaq üçün pandemiyanın qaydalarına ciddi riayət etməlidir. Digər ən vacib məsələ isə vaksinasiyadır. Azərbaycan vətəndaşlarının sağlamlığını qorumaq üçün Cənubi Qafqazda ilk ölkədir ki, vaksinlər alaraq ölkəmizə gətirib. Artqı vaksinasiya prosesinə başlanılıb. Ona görə də, insanlar vaksinləşmə prosesində aktiv iştirak etməli və bu bəladan qorunmaq üçün özlərini peyvənd etdirməlidirlər”- millət vəkili qeyd edib.

    Millət vəkili eyni zamanda vaksinasiya prosesinə qarşı çıxanları qınayaraq, bu hərkəti vətəndaş mövqeyinə uyğun olmayan hərəkət adlandıraraq, bu cür insanlara qarşı cəmiyyətin ciddi təpki göstərməsinin vacibliyini vurğulayıb. “Bu cür insanlar cəmiyyət tərəfindən ciddi qınaq obyekti olmalıdır. Əksinə insanlarımız vaksinləşmə prosesində fəal olmalıdır. Bu yola insanlarımız həm özlərini, həm ailə üzvlərini, həm də ətrafdakılarının sağlamlığını qorumuş olarlar. Artqı yay ayları yaxınlaşır və əgər bu bəladan qurtulub pandemiyadan əvvəlki dönəmə qayıtmaq istəyiriksə, o zaman vaksinləşmə prosesində aktiv iştirak olmalı və ətrafımızdakıları da peyvənd olunmağa səsləməlidir. Ancaq və ancaq bu yolla biz bəladan qurtula bilərik”- millət vəkili bildirib.

  • FHN işçilərinin Həmkarlar İttifaqı 31 Mart münasibətilə tədbirlər keçirib – FOTO

    31 mart – 1 aprel 2021-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd və Ağdam rayonlarında fəaliyyət göstərən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə hissələrində görüşlər keçirilib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, tədbirlərdə Azərbaycanın azadlığı və ərazi bütövlüyünün təmin olunması zamanı canlarını fəda etmiş şəhidlərimizin, həmçinin erməni terrorizmi nəticəsində həyatlarını itirmiş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Daha sonra çıxış edən FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında 44 günlük Vətən müharibəsində ordumuzun böyük şücaəti və misilsiz qəhrəmanlığı sayəsində qazanılmış parlaq qələbə münasibətilə hər kəsi təbrik edərək, bu qələbənin əldə olunması yolunda ölkə başçısının həyata keçirdiyi uzaqgörən siyasətindən geniş bəhs edib.

    Daha sonra ermənilərin azərbaycanlılara qarşı tarixən törətdiyi soyqırımı barədə danışan M.İsmayılov ermənilərin bu qanlı cinayətlərinin Azərbaycan xalqının yaddaşında əbədi həkk olunduğunu diqqətə çatdırıb. Həmçinin, bu qan yaddaşının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərinə toxunaraq qeyd edib ki, Ulu Öndərin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Bu çərçivədə ermənilərin xalqımıza qarşı soyqırımı siyasətinin ifşa edilərək dünya birliyinin diqqətinə çatdırılmasında Heydər Əliyev Fondunun verdiyi töhfələr xüsusi qeyd olunmalıdır.

  • “İskəndər” raketinin düşdüyü yerdən (VİDEO)

    REAL TV-nin rəhbəri Mirşahin Ağayev Şuşada “İskəndər” raketinin düşdüyü ərazidə olub. Median.Az xəbər verir ki, televiziya rəhbəri Şuşada ANAMA nümayəndəsi Qadir Namazəliyevlə söhbətləşib.

    Q. Namazəliyev bildirib ki, ANAMA yanvar ayından Şuşa şəhərində və ətraf ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını həyata keçirir:

    “Bu təmizlənmə əməliyyatları ilk öncə şəhərin içərisində davam etdirildi. Martın 15-də hazırda dayandığımız ərazidə maraqlı bir detala rast gəldik. Hansı ki həmin detalla rastlaşmamışdıq. Araşdırandan sonra məlum oldu ki, bu hansısa raketin hissəsidir. Ancaq baxış zamanı biz onda hansısa yazı aşkar edə bilmədik. Yazı olmadan da heç bir rəy söyləmək olmur. Bundan sonra biz yenə əməliyyatlarımızı davam etdirdik. Daha sonra şəhərin digər hissəsində əlavə olaraq həmin detaldan aşkarladıq. Yenə də bu bizə heç nə vermədi. Üstündən 2-3 gün keçəndən sonra biz həmin detalın quyruq hissəsini aşkarladıq. Quyruq hissəsində qeydlər və yazılar var idi. Həmin yazılarda da 9M723 yazısı var idi. Araşdıranda sonra məlum oldu ki, bu “İskəndər” raketidir. Beləliklə, bu raketin Şuşa şəhərinə düşməsi rəsmən təsdiqləndi”.

    Daha sonra M. Ağayev ANAMA nümayəndəsiylə birgə hadisənin baş verdiyi 2-ci və 3-cü ocaqlara həmçinin partlayış baş verən əraziyə da baş çəkib. Q. Namazəliyev bildirib ki, “İskəndər” kompleksində iki raket olur. Onlardan biri atıldıqdan sonra 1 dəqiqə sonra ikincisi start götürür: ” Biz də Şuşa şəhərində iki gövdə tapmışıq. İkinci quyruq və ikinci krater hələ aşkarlanmayıb. Ancaq axtarışlarımız davam edir”.

  • Rusiya və Ermənistan XİN başçıları regionda nəqliyyat əlaqələrinin bərpa edilməsini müzakirə edib

    Rusiya xarici işlər naziri Sergey Lavrov cümə axşamı Moskvada Ermənistan XİN başçısı Ara Ayvazyanla keçirdiyi görüşdə Dağlıq Qarabağla əlaqəli humanitar və iqtisadi məsələləri müzakirə edib.

    Median.Az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

    “Tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmaların həyata keçirilməsini müzakirə ediblər. Dağlıq Qarabağda humanitar məsələlərə, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələlərinə xüsusi diqqət yetirilib”, – məlumatda bildirilib.//ölkə.az

  • TƏBİB-dən qorxunc açıqlama: Çox ağır gedişat görürük, hətta itkilərimiz var

    TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva uşaqlar arasında COVID-19-a yoluxma sayının artması, uşaqlar üçün çarpayılar ayrılması məsələsinə aydınlıq gətirib.

    Median.Az xəbər verir ki, Y. Qarayeva APA-ya bildirib ki, COVID-19-un “Britaniya ştammı”nın yayılma sürəti yüksək olduğu üçün daha çox insanın bu virusa yoluxmasına səbəb olur: “Yoluxmalar arasında isə gözəçarpan qədər gənclər və uşaqlar ola bilər. Bu, ştammın xəstəlik törətmə deyil, yoluxdurma qabiliyyətindən ortaya gələn problemlərdir.

    Pandemiya başlayanda daha çox yaşlılarımız risk altında idi. 1 il ərzində isə məlum oldu ki, bu, sadəcə, yaşlılar arasında fəsadlar törətmir. Artıq orta yaşlılar və gənclər arasında çox ağır, fəsadlaşmış gedişat görürük, hətta itkilərimiz də var”.

    Y.Qarayeva qeyd edib ki, rəqəmlərin artması statistik göstəricidir:

    “Bunların klinik gedişatla əlaqəsini göstərmək üçün mütləq araşdırma aparılmalıdır. Normal haldır ki, yoluxanların sayı artırsa, ağırlaşmaların və ölənlərin də sayı artır. Bunlar bir-biri ilə əlaqəli olaraq artan rəqəmlərdir”.

  • Ölkəmizdə vaksinasiya olunanların sayı açıqlandı

    Son sutkada Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 31 157 nəfər vaksinasiya olunub.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    Bildirilib ki, son sutkada birinci mərhələ üzrə 10 770, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 20 387 olub.

    Hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı vurulan vaksinlərin ümumi sayı 856 363-dür. Belə ki, birinci mərhələ üzrə vaksinasiya olunanları sayı 558 485, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 297 878 nəfərdir.