Month: April 2021

  • Naxçıvanda Televiziya və Radio Verilişləri QSC-yə sədr təyin edildi

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 1-də Sahil Tahirlinin “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında Fərman imzalayıb.

    Bu barədə “Nuhçıxan İnformasiya Agentliyi” məlumat yayıb.

    Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 17-də Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Fərman imzalayıb. Sahil Tahirli bugünkü təyinatadək Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsində çalışıb.

    O, 2006-cı ildə “Şərq qapısı” qəzeti redaksiyasında İctimai-Siyasi Məsələlər Şöbəsinin müdiri vəzifəsində işləyib. 2006-2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində məsləhətçi, 2007-ci ildən 2011-ci ilədək Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının sədri vəzifəsində çalışıb.

    2011-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri təyin edilib. 27 mart 2013-cü ildən Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsində çalışıb.

  • Скончался заслуженный учитель Азербайджана – ФОТО

    После продолжительной болезни скончался директор средней школы села Говуслу Джебраильского района, заслуженный учитель Мухаммедали Сафаров.

    Соответствующие публикации размещены в соцсети.

    М.Сафаров родился 26 марта 1960 года в Говуслу. После окончания Бакинского государственного университета с 1983 года работал учителем математики в школе родного села.

    В августе 1993 года после оккупации Джебраильского района вместе с семьей переехал в Баку, где преподавал в школе для вынужденных переселенцев. С сентября 2001-го был назначен директором этого учебного заведения.

    В 2005 году распоряжением Президента Азербайджана М.Сафарову было присвоено почетное звание “Заслуженный учитель”.

  • Bakıda Əməkdar müəllim vəfat edib – FOTO

    Azərbaycanda Əməkdar müəllim vəfat edib.

    Cəbrayıl rayonunun Hovuslu kənd tam orta məktəbinin direktoru, Əməkdar müəllim Məhəmmədəli Eyvaz oğlu Səfərov 61 yaşında vəfat edib. Bu barədə sosial şəbəkədə də məlumat paylaşılıb.

    Onun uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi deyilir.

    Xatırladaq ki, Məhəmmədəli Səfərov 1960-cı ilin mart ayının 26-da Cəbrayıl rayonunun Hovuslu kəndində anadan olub. Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsinə daxil olub. 1983-cü ildən doğma kəndində ixtisası üzrə müəllim işləyib. 1993-cü ilin avqust ayında Cəbrayıl rayonu işğal olunduqdan sonra ailəsi ilə birlikdə Bakı şəhərində məskunlaşıb. Məcburi köçkün məktəbi kimi Bakı şəhərində fəaliyyət göstərən Hovuslu kənd tam orta məktəbində müəllimlik edib. 2001-ci ilin sentyabrından ömrünün sonuna qədər həmin məktəbə rəhbərlik edib.

    O, 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” adına layiq görülüb.

  • В США трансгендерам вновь разрешили служить в армии

    Министерство обороны США утвердило новые принципы приема трансгендеров на службу в армию. Нововведение призвано восстановить принятую Пентагоном в 2016 году политику относительно службы трансгендеров, заявил пресс-секретарь американского военного ведомства Джон Кирби, передает korrespondent.net.

    “Министр обороны твердо убежден, что поступление в ряды ВС любых американцев, которые соответствуют высоким стандартам военной службы, идет им (Вооруженным силам, – ред.) лишь на пользу, а соблюдение принципа инклюзивности укрепляет наши позиции в сфере безопасности”, – отметил пресс-секретарь на брифинге, который транслировался в Twitter оборонного ведомства.

    Согласно новым правилам, трансгендеры снова могут вступать в ряды американской армии в качестве представителя выбранного ими пола. При чем военное руководство гарантирует таким военнослужащим необходимую медицинскую помощь.

    В 2016 году Барак Обама, бывший тогда на посту президента США, разрешил трансгендерам открыто поступать на службу в армию и получать необходимую медпомощь. Следующий глава Белого дома Дональд Трамп набор в ряды ВС этой категории граждан заморозил, разрешив продолжить службу тем, кто на нее уже поступил. Действующий президент Джо Байден, вступив в должность, подписал указ, отменяющий введенные Трампом ограничения.

  • Bayden Trampın qərarını ləğv etdi: Transgenderlərin orduda xidmətinə icazə verildi

    ABŞ Müdafiə Nazirliyi transgenderlərin orduda xidmətə alınması üçün yeni təlimatları təsdiq edib.

    “Korrespondent” nəşri xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi brifinqdə deyib.

    Yeni qaydalara görə, ABŞ-ın transseksual vətəndaşları ABŞ ordusunun sıralarına qoşulmaq haqqına sahibdirlər. Bundan əlavə, hərbi rəhbərlik bu cür insanlara lazımi tibbi yardım göstərilməsini təmin edəcək.

    Xatırladaq ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp Barak Obamanın transgenderlərin orduya çağırılması ilə bağlı qərarını ləğv etmişdi.

    Son məlumatlara görə, hazırda ABŞ ordusunda 6 minədək transgender xidmət edir.

  • В Азербайджане начался очередной призыв на военную службу

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о призыве с 1 по 30 апреля 2021 года граждан АР на срочную действительную военную службу.

    Так, в указанные сроки объявлен призыв на срочную действительную военную службу граждан Азербайджана 2003 года рождения, которым ко дню призыва исполнилось 18 лет, а также 1986-2002 годов рождения, в возрасте до 35 лет, не прошедших срочную действительную военную службу, не имеющих права на отсрочку или не освобожденных от призыва на срочную действительную военную службу в ВС Азербайджана.

    Государственная служба по мобилизации и призыву на военную службу с 1 апреля начала направлять призывников по установленному графику.

    Они были уведомлены Госслужбой о назначении места службы в ВС 27 марта посредством SMS.

  • Azərbaycanda hərbi xidmətə növbəti çağırış başladı

    Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb.

    Sərəncama uyğun olaraq, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycanın Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən aprelin 1-dən etibarən çağırışçıların müəyyən edilən qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb.

    Qeyd edək ki, çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Dövlət Xidməti tərəfindən martın 27-də SMS vasitəsilə məlumatlandırılıblar.

  • Rusiyada beşinci sinif şagirdləri sosial şəbəkədə videoya baxıb qollarını kəsdilər

    Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhərində məktəblilər qollarını kəsiblər.

    Bu barədə “Amur” televiziyasında xəbər yayımlanıb.

    Belə ki, martın 25-də 5-ci sinif şagirdlərindən biri tənəffüs zamanı qolunu bir neçə yerdən kəsib.

    Qız bununla bağlı videonu sosial şəbəkədə gördüyünü və maraqdan etdiyini deyib. Daha dörd şagird rəfiqələrinin hərəkətini təkrarlayaraq özlərinə xəsarət yetiriblər.

    Amur vilayəti İstintaq İdarəsindən bildirilib ki, faktla bağlı araşdırma davam edir.

    Hazırda psixoloji xidmətin mütəxəssisləri qızlarla söhbət aparırlar.

  • Обнародована последняя мировая статистика по коронавирусу

    По данным на утро 1 апреля, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 129 471 257.

    За весь период пандемии скончались 2 828 154 человека, выздоровели – 104 424 134.

    Больше всего инфицированных в США – 31 166 344. На 2-м месте – Бразилия (12 753 258), 3-м – Индия (12 220 669). В первую пятерку также входят Франция (4 644 423) и Россия (4 545 095).

    В Турции коронавирусом заразились 3 317 182 человека, Иране – 1 885 564, Грузии – 281 761, Армении – 192 639.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в России (98 850 летальных исходов), Иране (62 665) и Турции (31 537).

    На сегодня в Азербайджане подтверждены 261 713 случаев инфицирования коронавирусом, 238 125 человек вылечились, 3 567 – скончались.

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 129 471 257 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 2 828 154 xəstə ölüb, 104 424 134 nəfər sağalıb.

    Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (31 166 344 nəfər), Braziliya (12 753 258 nəfər), Hindistan (12 220 669 nəfər), Fransa (4 644 423 nəfər) və Rusiyadır (4 545 095 nəfər).

    Türkiyədə 3 317 182, İranda 1 885 564, Gürcüstanda 281 761, Ermənistanda isə 192 639 nəfərdə koronavirus müəyyən edilib.

    Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiyada (98 850 nəfər), İranda (62 665 nəfər) və Türkiyədə (31 537 nəfər) qeydə alınıb.

    Azərbaycanda koronavirusa yoluxan 261 713 nəfərin 3 567-si ölüb, 238 125 xəstə sağalıb.